promo_banner

Реклама

Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Qatardakı qız», страница 3

Шрифт:

– Reyçl, Annadı, – uzun fasilə, – Səninlə zənglərin haqda danışmalıyam. – Daha bir uzun fasilə… Eynilə

bir neçə işi eyni vaxtda görən, həm ortalığı təmizləyib, həm də paltar maşınını boşaldan məşğul arvadlar və

ev qadınlarının danışdığı kimi bir tərəfdən mənlə danışıb bir yandan da başqa bir iş görürdü.

– Qulaq as, bilirəm, çətin dövrdür səninçün, – de-di, elə bil, mənim çətinliyimin bununla əlaqəsi yox idi,

– amma davamlı olaraq gecələr bizə zəng etməyin düzgün deyil. – Sürətli və qıcıqlandırıcı danışığı var idi. –

Zəng edib bizi oyatmağın az deyilmiş kimi, hələ bir İvini də oyadırsan, bununla razılaşa bilmərəm. Onsuz da güclə yatırdırıq. – “Onsuz da güclə yatırdırıq”. “Biz”.

1

“Biz”. “Bizim mehriban ailəmiz”. “Problemlərimiz və adət-lərimiz” .

“Qancıq! Mənim yuvama yumurtasını qoyan ququ quşundan fərqin yoxdu!”.

Hər şeyimi əlimdən almışdı. Hər şeyimi əlimdən almışdı, hələ bir durub mənə kədərimin onu narahat etdiyini deyirdi?

İkinci qutunu da bitirib üçüncüyə başladım. Qan dövranıma təsirini göstərən alkoqolun xoşbəxtliyi cəmi bir neçə dəqiqə davam etdi, mədəm bulanmağa başladı. Çox sürətli içirdim; bu, mənim üçün belə sürətli idi; sürəti azaltmalı idim, azaltmasam nəsə pis şey baş verəcəkdi. Sonradan peşman olacağım nəsə edəcəkdim.

Annaya zəng edəcək, özünün də, ailəsinin də, uşağının da gecəni rahat yatıb-yatmadıqlarının vecimə olmadığını deyəcəkdim. Ona yazdığı həmin misranı, – “məndə

şüur axtarma”, – ilk dəfə görüşməyə təzə başladığımız vaxtlarda özünün sonsuz ehtirasını ifadə edən məktu-bunda mənə yazdığını açıb deyəcəkdim. Üstəgəl bu misra heç ona da aid deyildi. Henri Millerdən oğurlamışdı. Annanın sahib olduğu hər şey ikinci əl idi. Bunları biləndən sonra özünü necə hiss edəcəyi maraqlı idi. Ona zəng edib, – “Anna, dörd bir yanı mənim aldığım əşyalarla dolu olan evimdə yaşamaq, illərlə Tomun mənimlə bölüşdüyü yataqda yatmaq, mənimlə

sevişdiyi mətbəx masasının üstündə uşağını yedizdir-mək necə hissdi?” – deyə soruşmaq istəyirdim.

Hələ də orda, o evdə, mənim evimdə yaşamağı seçmələri mənə qəribə gəlirdi. Bunu deyəndə Toma inana bilməmişdim. O evi çox sevirdim. Yerinə baxmayaraq almaq üçün təkid edən də mən olmuşdum. Də-1

mir yoluna yaxın olub, qatarlara tamaşa etmək xoşuma gəlirdi; şəhərdaxili ekspress qatarların köhnəsayaq səslərini çox sevirdim. Tom belə davam etməyəcəyini, əvvəl-axır xətləri qaydasına salacaqlarını, o zaman sürət qatarlarının uğultu ilə gəlib keçəcəyini söyləyir, amma mən bunun olacağına inana bilmirdim. Burda qalmaq qərarına gəlmişdim, pulum olsaydı, onun payına düşə-ni ödəyib bu evi alacaqdım. Ancaq pulum yox idi və

boşanarkən evə uyğun qiymət təklif edən müştəri də

tapa bilməmişdik; ona görə də payımı ödəyib, uyğun müştəri tapana qədər burda yaşayacağını söylədi. Am-ma o uyğun müştəri heç vaxt tapılmadı və arvadı ilə

birgə bura köçdü. Arvadı da mənim kimi evi bəyən-mişdi və onlar burada qalmaq qərarına gəldilər.

O, özündən və münasibətlərindən o qədər arxayın idi ki, başqa bir qadının gəzdiyi yerlərdə gəzmək onu narahat etmirdi. Məlum məsələdir ki, məni ailəsi üçün təhlükə kimi qəbul etmirdi. Plat ilə birgə yaşadıqları evə Asia Uevillə birgə köçüb yaşayan Ted Hyus yadıma düşdü. Silviyanın geyimlərini geyinir, saçlarını onun darağı ilə darayırdı. Annaya zəng edib Asiyanın da eynilə Silviya kimi başını sobanın içinə salıb intihar etdiyini demək istəyirdim.

Mürgüləmişdim, deyəsən, cin və isti günəşdən ke-yimişdim. Birdən oyanıb təlaşla çantamı axtardım. Or-da idi. Tüklərim biz-biz oldu, qarışqaların hücumuna məruz qalmışdım. Saçlarım, boynum, sinəm, hər yerim qarışqa idi. Ayağa durub silkələndim. Təxmini iyirmi metr uzaqlıqda topla oynayan iki yeniyetmə oyunu saxlayıb, gülməkdən ikiqat oldular.

1

Qatar dayandı. Demək olar, Cess və Ceysonun evinin qabağında idik, amma vaqon və relsin bu tərəfində olmağım onları görməyə mane olurdu. Adam çox idi. Orda olub-olmadıqlarını, Ceysonun məsələni bilib-bilmədiyini, evdən gedib-getmədiyini, ya da ya-lanın var olduğu bir həyatda yaşadığını hələ anlayıb-anlamadığını bilmək istəyirdim.

13 İyul 2013, Şənbə

Səhər

Saata baxmamış yeddiyə on beş dəqiqə qalmışla səkkizə on beş dəqiqə işləmiş arası bir vaxt olduğunu başa düşdüm. Bunu işığın düşməsindən, pəncərənin o tayındakı küçədən gələn səslərdən, otağımın qarşısındakı dəhlizi süpürən Ketinin səs-küyündən başa düşmək olurdu. Nə olursa-olsun, Keti hər şənbə evi təmizləmək üçün tezdən dururdu. Ad günü, yaxud köçmə5

sabahı olsun – fərqi yox idi, Keti ev təmizləmək üçün tezdən oyanmalı idi. O deyirdi ki, bu bir növ inanc ki-midir, onu gözəl bir həftə sonuna hazırlayır və evi aerobik hərəkətlərlə təmizlədiyinə görə idmana getməyə də ehtiyac qalmır.

Səhər tezdən başlayan təmizlik zamanı tozsoranın səsi məni darıxdırmırdı, çünki onsuz da yata bilməyəcəkdim. Səhərlər yata bilmirdim, günortaya kimi rahat-rahat mürgüləməyə çalışsam da, bacarmırdım. Bir-5 Xristian inancına görə, İsanın dünyaya enib xristianları cənnətə

aparması

1

dən-birə oyanır, nəfəsimin daraldığını, ağzımın acılaş-dığını, ürəyimin sürətlə döyündüyünü hiss edirdim. O

dəqiqə başa düşürdüm ki, oyanmışdım. Nə qədər unutqan olmaq istəsəm də, əlimdən gəlmirdi. Həyat və

işıq buna icazə vermirdi. Uzanıb Ketinin tələskən, şən məşğuliyyəti zamanı çıxan səslərə qulaq asırdım ki, elə

bu vaxt qatar relslərinə düşmüş paltarlar və Cessin sevgilisini öpməyi yadıma düşdü.

Qarşımda uzun bir gün var idi, lakin bir dəqiqəsi belə dolu olmayacaqdı.

Broaddakı bazara gedə, maral əti və bekon ala və

bütün günümü yemək bişirməyə sərf edə bilərdim.

Bir stəkan çayla divana oturub televizorda “Satur-day Kitchen”i də izləmək olardı.

İdmana da gedə bilərdim.

CV-mi təzədən yazmaq da bir cür məşğuliyyət idi.

Ya da Ketinin evdən çıxmasını gözləyib içki almağa gedər, iki şüşə “Sauvignon Blanc” alıb qayıdardım.

Başqa bir həyatda isə 08:04 qatarının səsi ilə çox tezdən oyandım, gözlərimi açıb pəncərəyə dəyən yağış

damcılarının səsini dinlədim. Onun arxamda olduğunu hiss etdim, yuxulu, isti və güclü idi. Sonra qəzet almağa getdi, mən isə qayğanaq bişirdim. Mətbəxdə oturub çay içdik, gecikmiş nahar üçün bara getdik, televizorun qarşısında bir-birimizə sarmaşıb yuxuya daldıq.

İndi hər şey onun üçün daha fərqli idi. Tənbəl şənbə

seksi, yaxud qayğanaq yox idi, əvəzində daha fərqli bir sevinci – sivişib arvadı ilə aralarına girmiş balaca qızı vardı. Danışmağı hələ təzə öyrənəcəkdi, ana, ata və onlardan başqa heç kimin başa düşmədiyi gizli bir dildə

sözlər deyəcəkdi.

1

Kədər çox sərt və ağır idi, sinəmin düz ortasına çökmüşdü. Ketinin evdən çıxmasını gözləyə bilmədim.

Axşam

Ceysonu görməyə gedəcəkdim.

Bütün gün otağımda oturub, içki ala bilmək üçün Ketinin evdən çıxmasını gözləmişdim. Amma çıxmamışdı. Ümumi otaqda qətiyyətli və hərəkətsiz halda oturmuş, “gecikmiş bir neçə işi” görməklə məşğul olmuşdu. Axşamtərəfi artıq əsirlik və sıxıntıya dözə bilməyib ona gəzintiyə çıxacağımı dedim. “Hay Strit”-

dən kənarda yerləşən böyük barlardan birinə – “The Wheatsheaf”ə gedib üç iri qədəh şərab içdim. İki qədəh də “Jack Daniels” ötürdüm. Sonra stansiyaya doğru yönəldim, bir neçə qutu cin alıb qatara mindim.

Ceysonu görəcəkdim.

Onunla görüşməyəcəkdim, evinə gedib qapısını döyməyəcəkdim. Elə bir şey etmək fikrində deyildim.

Dəlilik eləmək yox idi. Sadəcə evin qabağından qatarla keçmək istəyirdim. Onları görmək istəyirdim.

Bu elə də yaxşı fikir deyildi. Yaxşı fikir olmadığı dəqiq idi.

Amma nə ziyanı olacaqdı ki?

Yustona gedəcəkdim, bir dəfə fırlanıb yenidən geri qayıdacaqdım. (Qatarlardan xoşum gəlirdi, burda yanlış nə vardı ki? Qatarlar möhtəşəmdir).

Əvvəllər, hələ mən mən ikən, xəyalən Tomla birgə

qatarla romantik səyahətlərə çıxardım. (Beşilliyimiz şə-rəfinə “The Bergen Line” səfərinə, qırxilliyimiz şərəfi-nə isə “The Blue Train” səfərinə çıxmalı idik).

1

Bir dəqiqə, indi ordan keçəcəyik.

İşıq parlaq idi, amma heç nə görə bilmirdim. (Hər şeyi cüt görürdüm. Bir gözümü bağladım. Nisbətən yaxşı oldu).

Budur, orda idilər! Bu odur? Eyvanda oturmuşdular. Yoxsa onlar deyil? O Ceyson deyildi? Cessdi o?

Yaxınlaşmaq istəyirdim. Onlara daha yaxın olmaq istəyirdim.

Yustona getməmək qərarına gəldim. Uitniyə tərəf düşəcəkdim. (Uitniyə getməməli idim, ora getmək təhlükəli idi, Tom, ya da Anna məni görsə nə baş verərdi?)

Uitnidə düşəcəkdim.

Bu yaxşı fikir deyildi.

Bu çox pis fikir idi.

Qatarın digər tərəfində zəncəfilə çalan sarısaçlı bir kişi oturmuşdu. Mənə baxıb gülümsəyirdi. Ona nəsə

demək istədim, amma deməyə fürsət tapmamış sözlər ağzımda əriyib getdi. Sözlərin dadını hiss edə bilirdim, amma şirin, ya da turş olduqlarını müəyyən etməyə

çətinlik çəkirdim.

Mənə gülümsəyirdi, ya dodağını büzürdü? Başa düşə bilmədim.

14 İyul 2013, Bazar

Səhər

Ürəyim yerindən çıxacaqmış kimi narahat və gur səslə döyünürdü. Ağzım qurumuşdu, udquna bilmirdim. Yan tərəfə dönüb üzümü pəncərəyə çevirdim.

1

Pərdələr bağlı idi, ancaq işıq yenə də gözümü ağrıdır-dı. Əlimi üzümə aparıb barmaqlarımla göz qapaqları-mı sıxaraq ağrını azaltmağa çalışdım. Dırnaqlarım çirk içində qalmışdı.

Nəsə qaydasında deyildi. Bir anlıq elə bildim ki, yıxılıram, çarpayı altımdan çəkilir. Dünən gecə nəsə

baş vermişdi. Hava kəskin şəkildə ciyərlərimə doldu və cəld dikəldim. Ürəyim sürətlə döyündü, nəbzim ən yüksək ritmlə atmağa başladı.

Yadıma salmağa çalışdım. Bu bir az vaxt apardı.

Baş verənlərdən gözümün qabağına nəsə gəlməsi üçün saniyələr keçirdi. Arada belə şeylər olurdu. Amma bəzən heç bir şey xatırlaya bilmirdim.

Nəsə pis bir şey baş vermişdi. Münaqişə olmuşdu.

Səs-küy var idi. Yumruqlar? Bacarmırdım, yadıma sala bilmirdim. Bara getmişdim, qatara minmişdim, stansiyada idim, küçədəydim. Blenheym küçəsi. Blenheym küçəsinə getmişdim.

Bu qaranlıq qorxu mərhələ-mərhələ yadıma gəlirdi.

Nəsə baş vermişdi, bunu dəqiq bilirdim. Təsəvvür edə bilməsəm də, hiss edirdim. Yanağım dişlənmişdi elə bil, ağzım ağrıyırdı, dilimdə metal tamlı qan dadı vardı. Ürəyim bulanır, başım gicəllənirdi. Əllərimi saç-larımın arasından başıma sürtməyimlə çəkməyim bir oldu. Başımın sağ tərəfində ağrıyan, həssas bir şiş var idi. Saçım qandan keçə kimi olmuşdu.

Yıxılmışdım, məsələ bu idi. Pilləkənlərdən, Uitni stansiyasında. Başımı harasa vurmuşdum? Qatara mindiyim yadıma gəlirdi, sonrası böyük bir qaranlıq, böyük bir boşluq idi. Dərindən nəfəs alır, ürək döyün-1

tülərimi sakitləşdirməyə çalışırdım. Fikirləş. Neyləmi-şəm? Bara getmişəm, qatara minmişəm. Orda bir kişi var idi. İndi yadıma düşdü, kürənsaçlı idi. Mənə baxıb gülümsəmişdi. Deyəsən, mənlə danışmışdı, ancaq nə

dediyi yadımda deyil. Onunla bağlı başqa bir şey də

var idi, şüuraltımda onunla bağlı başqa şeylər də vardı, amma ona çata bilmir, qaranlıqdan çəkib çıxara bilmirdim.

Qorxurdum və səbəbini bilməmək qorxumu daha da artırırdı. Qorxmalı bir şey olub-olmadığını da dəqiq dərk etmirdim. Otağa göz gəzdirdim. Telefonum ka-modun üstündə yox idi. Çantam yerdə deyildi, adətən qoyduğum stolun başından da asılmamışdı. Çox güman ki, gətirmişdim, çünki evdə idim, bu da o demək idi ki, açarım var imiş.

Çarpayıdan durdum, çılpaq idim. Özümü qarderobun güzgüsündə gördüm. Əllərim titrəyirdi. Göz makiyajım yanaqlarıma doğru axmışdı, alt dodağım isə kəsilmişdi. Ayaqlarımda göyərtilər vardı. Durma-dan ürəyim bulanırdı. Yerimə qayıdıb başımı dizlərimin arasına salaraq bulantının keçməsini gözlədim.

Ayağa durdum, xələtimi götürdüm və yataq otağımın qapısını araladım. Evdə sakitlik idi. Nədənsə Ketinin evdə olmadığından əmin idim. Demienin evində qalacağını demişdi? Elə bil axı demişdi, amma yadıma gəlmirdi. Bu, mən evdən çıxmamışdan əvvəl idi? Yoxsa sonradan onunla danışmışdım? Bacardığım qədər sakit halda dəhliz boyu addımladım. Ketinin yataq otağının qapısının açıq olduğunu gördüm. İçəri baxdım. Yeri yığılmışdı. Çoxdan durub yığmış ola bilərdi, amma məncə, gecəni burda qalmamışdı və bu məni bir az sa-1

kitləşdirdi. Burda deyildisə, dünən gec gəldiyimi görməmiş, səsimi də eşitməmişdi; bu da o demək idi ki, pis vəziyyətdə olduğumdan xəbərsizdi. Bunun mənimçün fərqi olmamalı idi, lakin var idi: belə bir hadisədən qaynaqlanan xəcalət hissi, vəziyyətin ciddiyyəti ilə

bağlı olduğu kimi, bunu bilənlərin sayından da asılı idi.

Ən üst pilləkəndə yenə başım gicəlləndi, məhəc-cərdən möhkəm yapışdım. Ən böyük qorxularımdan biri (axırda qaraciyərimin məhv olmasilə qarnıma qan dolması da bura daxildir), pilləkənlərdən düşüb boynumu sındırmaq idi. Bu haqda düşünmək təzədən ürəyimi bulandırdı. Uzanmaq istəyirdim, amma çantamı tapıb telefonuma baxmalı idim. Heç olmasa kartlarımı itirmədiyimi, kimə nə vaxt zəng etdiyimi öyrənmək lazım idi. Çantamı dəhlizə, düz giriş qapısının ağzına atmışdım. Şalvarım və alt paltarlarım da yanındaydı, sidik iyini pilləkənin başından hiss etmək olurdu. Telefonumu tapmaq üçün çantamı götürdüm. Şükür Allaha, içində idi, yanında da əzilmiş bir iyirmi dollar-lıq kağız və qanlı bir salfet vardı. Ürəkbulanmam təzədən başladı və bu dəfə daha güclü oldu; ağzıma qədər gələn ödümün tamını hiss etdim. Qaçdım, amma vanna otağına çatmamış, pilləkənlərin ortasına, xalçanın üstünə qaytardım.

Mütləq uzanmalı idim. Uzanmasaydım elə bura-daca ürəyim gedəcəkdi. Yeri sonra da təmizləyə bilərdim.

Yuxarı çıxıb telefonumu enerji yığmağa qoydum və yerimə uzandım. Ayaqlarıma, qollarıma baxmaq üçün astaca onları yuxarı qaldırdım. Ayaqlarımda, diz-1

lərimin üstündə içkidən qaynaqlanan, harasa yıxılmaqdan, yaxud çırpılmaqdan əmələ gələn standart göyərtilər var idi. Qollarımdakı yaralar daha ciddi idi. Tünd rəngli, barmaq izlərinə bənzəyən ovalşəkilli izlərdi bunlar. Mütləq şəkildə pis nəyəsə işarə etmirdi, əvvəl də olmuşdu; adətən yıxıldığım zaman kimsə durmaq üçün mənə yardım edəndə yaranırdı. Başımdakı yara isə çox ağrıyırdı, amma maşına oturmaq kimi xətərsiz bir səbəbi də ola bilərdi. Yəqin evə qayıdarkən taksiyə

minmişdim.

Telefonu götürdüm. İki mesaj gəlmişdi. Birincisi Ketidən idi, saat beşdən sonraya aid idi; harda olduğumu soruşurdu. Gecə Demienin evində qalacağını və

sabah görüşəcəyimizi deyirdi. Tək oturub içmədiyimə

ümidvar olduğunu da əlavə etmişdi. İkinci mesaj Tomdan idi və gecə on birə on beş dəqiqə işləmiş göndəril-mişdi. Səsini eşidəndə qorxudan az qala telefonu yerə

salacaqdım, qışqırırdı:

– Aman Allah, Reyçl, sənə nə olub? Bezdim daha bundan, başa düşürsən? Bir saata yaxın vaxtımı sənin dalınca maşın sürərək keçirmişəm. Bilirsən, Annanı ne-cə qorxutmusan? Elə bilib ki… elə bilib ki sən… Polisə

zəng etməməsi üçün əlimdən gələn yeganə şey bu idi.

Bizdən əl çək. Daha mənə zəng etmə, daha yaxınlıqda fırlanma, bizdən əl çək! Səninlə danışmaq istəmirəm.

Başa düşürsən məni? Səninlə danışmaq, səni görmək istəmirəm, ailəmə yaxın gəlməyini istəmirəm. İstəyir-sənsə öz həyatını məhv elə, amma mənimkini məhv etməyinə icazə verməyəcəm. Bəsdir daha! Daha səninlə danışmayacam, başa düşdün? Bizdən uzaq ol, bəsdir.

1

Nə etdiyimi bilmirdim. Neyləmişdim? Saat beşlə

ona on beş dəqiqə işləmiş vaxt kəsiyində nə ilə məşğul olmuşdum? Tom niyə mənə zəng eləmişdi? Annaya neyləmişdim?

Başımı yorğanın içinə salıb gözlərimi bərk-bərk yumdum. Özümü evə gedərkən, onların həyəti ilə qonşu həyət arasındakı dar yol ilə yeriyərkən, hasara dır-maşarkən təsəvvür etdim. Şüşə qapıları itələyib açma-ğımı, gizlicə sürünərək mətbəxə girməyimi gözlərim qarşısında canlandırdım. Anna stolun arxasında oturub. Arxadan hücum edib əlimi onun uzun saçlarına dolayıram, başını arxaya tərəf çəkərək, onu yerə yıxıb başını açıq-mavi kafellərə vururam.

Axşam

Kimsə qışqırırdı. Yataq otağının pəncərəsindən içəri düşən işığa baxıb nə qədər yatdığımı başa düşdüm; günortanın son, axşamın isə ilk saatları idi.

Başım ağrıyırdı. Balışımda qan var idi. Aşağıda kiminsə qısqırdığını eşidirdim.

– İnana bilmirəm! Aman Allah! Reyçl! Reyçl!

Yatıb qalmışdım. İlahi, pilləkənlərdəki qusuntunu təmizləməmişdim. Paltarlarım da dəhlizin ortasına atılıb qalmışdı. İlahi, İlahi!

Əynimə şalvar və köynək keçirdim. Yataq otağının qapısını açanda Keti düz qarşımda idi. Elə bil məni görəndə qorxdu.

– Sənə nə olub? – dedi, sonra əlini qaldırıb, – Qulaq as, Reyçl, bağışla, ancaq əslinə qalsa bu haqda heç 1

nə eşitmək istəmirəm. Evimdə daha bundan sonra belə

şeylər görmək fikrim də yoxdur. Bunu istəmirəm…

Sonra yavaş-yavaş sakitləşdi, ancaq dəhlizə, pilləkənlərə tərəf baxırdı.

– Bağışla, – dedim, – bağışla, doğrudan çox pis xəstələnmişdim, təmizləyəcəkdim.

– Xəstə zad deyildin, hə? Sərxoş idin. İçmişdin. Bağışla, Reyçl. Buna icazə verə bilmərəm. Bu cür yaşaya bilmərəm. Getməlisən, başa düşdün? Sənə başqa yer tapmağın üçün dörd həftə vaxt verirəm, sonra gedə-cəksən burdan, – çevrildi və yataq otağına tərəf getdi. –

Sən Allah, bu iyrəncliyi təmizlə! – Qapını arxasınca çırparaq bağladı.

Təmizlik bitəndən sonra otağıma qayıtdım. Ketinin yataq otağının qapısı hələ də bağlı idi. Amma arxasından yayılan səssiz əsəbini hiss etmək çətin deyildi. Onu qınamaq üçün əsasım yox idi. Evə girən kimi sidikli bir şalvar və qusuntu ilə dolu pilləkən görsəydim mən də hiddətlənərdim.

Çarpayıda oturub noutbukumu açdım, e-mail ad-resimə girib anama mesaj yazmağa başladım. Nəhayət, vaxtı gəlmişdi. Ondan kömək istəməli idim. Evə köç-səm bu cür davam etmək olmazdı, dəyişməli, düzəl-məli idim. Amma düzgün kəlmələri seçə bilmirdim, necə danışmaq lazım gəldiyini də anlamırdım. Kömək istədiyimi oxuyanda üzündə yaranacaq məyusluğu, yorğunluğu əvvəlcədən görürdüm. Sanki hətta ”ah”

çəkməyini belə eşidirdim.

Telefonumun səsi eşidildi. Mesajım var idi, bir ne-çə saat əvvəl gəlmişdi. Yenə də Tom idi. Dediklərini eşitmək istəməsəm də, mütləq eşitməli idim; ona mə-1

həl qoymaya bilməzdim. Avtocavablayıcını yığıb özümü eşidə biləcəyim ən pis sözlərə hazırlayarkən ürək döyüntülərim sürətləndi.

– Reyçl, mümkünsə mənə zəng elə, – səsi bayaqkı kimi əsəbi deyildi. – Bu sözləri eşidəndə ürək döyüntülərim bir az sakitləşdi. – Sağ-salamat evə çatdığını bilmək istəyirəm. Dünən gecə çox pis vəziyyətdə idin, –

bu vaxt dərindən ah çəkdi. – Qulaq as, dünən gecə üstünə qışqırdığıma görə, bir az özümdən çıxdığıma görə

üzr istəyirəm. Sənə görə çox pis oluram. Reyçl, doğrudan deyirəm, buna artıq son qoyulmalıdı.

Mesaja bir də qulaq asdım, səsindəki nəzakət işar-tısı məni göz yaşlarına boğdu. “Üzr istəyirəm, indi ev-dəyəm”, – deyən mesajı göndərməmişdən qabaq uzun müddət ağladım. Başqa şey deyə bilmirdim, çünki əslində niyə üzr istədiyimi də tam şəkildə anlamırdım.

Annaya neylədiyimi, onu necə qorxutduğumu bilmirdim. Əslinə qalsa, bu elə də vecimə deyildi, amma To-mu dilxor etmək istəməzdim. Etdiklərinə baxmayaraq, xoşbəxt olmağa layiq idi. Ona xoşbəxtliyi çox görmürdüm, sadəcə olaraq, mənimlə xoşbəxt olmasını istəyirdim.

Çarpayıya uzanıb yorğanın altına girdim. Nə baş

verdiyini, niyə üzr istədiyimi anlamaq arzusunday-dım. Çarəsiz vəziyyətdə gözümün qabağına gələn qeyri-müəyyən bir səhnədən vəziyyəti anlamağa çalışırdım. Bir münaqişəyə düşdüyümə, ya da belə bir şeyin şahidi olduğuma əmin idim. Bəs bu Anna ilə baş vermişdi? Barmaqlarımı başımdakı yarada, dodağımdakı kəsikdə gəzdirdim. Az qala hər şeyi görür, sözləri eşidirdim, amma yenə də hər şey bir anın içindəcə gözlə-1

rim önündən buxarlanıb gedirdi. Alınmırdı. O anı təsəvvür etməyə yaxınlaşan kimi, hər şey yenidən əlçat-maz halda qaranlığa qərq olurdu.

MEQAN

2 Oktyabr 2012, Çərşənbə axşamı

Səhər

Tezliklə yağış yağmalı idi, yaxınlaşdığını sezirdim.

Dişlərim bir-birinə dəyirdi, barmaqlarımın ucu maviyə

çalan ağ rəngə çalırdı.

İçəri girmək fikrim yox idi. Həyət yaxşı idi; eynilə

buz vannasındakı kimi arındığımı, təmizləndiyimi hiss edirdim. Onsuz da bir azdan Skott gəlib məni içəri aparacaq, uşaq kimi yorğana bürüyəcəkdi.

Dünən gecə evə qayıdanda sarsıntı keçirmişdim.

Bir motosiklet sürəti artırmış, artırmış, artırmışdı; qırmızı bir maşın isə fahişə axtarırmış kimi yavaş hərəkət 1

edirdi. Bu dəm, uşaq arabasıyla keçən iki qadın yolumu kəsdi. Səkidə onları keçmək mümkün olmadığına görə, maşın yoluna düşdüm və digər tərəfdən gələn bir maşın bu zaman az qala məni vuracaqdı.

Sürücü siqnalı verib qışqırdı. Nəfəsim təngimişdi, ürəyim sürətlə döyünürdü, mədəmdəki silkələnmə

dərman içəndə hələ tam təsirini göstərmədiyi zaman duyulan ürəkbulanma kimi idi; həyəcan və qorxunun qarışığını birdən hiss etdirən adrenalin selinə bənzəyirdi. Evə tərəf qaçıb dəmir yoluna doğru irəlilədim.

Qatarın gəlməsini, taqqıltıyla daxilimdən keçməsini və

ordakı bütün səslərə son qoymasını gözləyirdim. Skottun gəlib məni sakitləşdirməsini istəyirdim, ancaq ev-də deyildi. Çəpərə dırmaşmağa çalışdım; bir müddət heç kimin olmadığı digər tərəfdə oturmaq istəyirdim.

Əlimi kəsəndən sonra içəri girdim. Onda Skott qayıtdı və nə baş verdiyini soruşdu. Qabları yuyanda stəkan-ların yerə düşdüyünü söylədim. Mənə inanmadı, am-ma məyus olmuşdu.

Gecə oyandım, yatmaqda olan Skottu qoyub gizlicə eyvana çıxdım. Nömrəsini yığıb səsinə qulaq asdım.

Əvvəl yuxulu kimi idi, sonradan səsi daha hündürdən, təmkinli, narahat və yorğun gəlməyə başladı. Telefonu bağlayıb zəng edib-etməyəcəyini gözləməyə başladım.

Nömrəni gizlətmədiyimə görə fikirləşirdim ki, zəng edər. Etmədi, mən də yenidən zəng etdim, yenidən və

yenidən. Sonra bir səsli mesaj gəldi, təmkinli və ciddi idi, əlverişli vaxtda mənə zəng edəcəyinə söz verirdi.

Sağlamlıq mərkəzinə zəng edib görüşümün vaxtını da-ha əvvələ dəyişmək istədim, amma avtomatik sistem-1

lərin gecənin bir yarısı işləmədiyi ağlıma gəlmədiyi üçün yerimə qayıtmalı oldum. Yata bilmədim.

Səhər şəkil çəkmək üçün Korli meşəsinə gedə bilərdim; ora dumanlı, qaranlıq təmiz havalı ola bilərdi; qəşəng fotoların alınması üçün hər cür imkan var idi.

Bəlkə də balaca kartlar düzəldib Kinqli küçəsində yerləşən hədiyyə dükanlarından birinə satmaq da olardı.

Skott iş məsələsinə görə narahat olmamağımı, dincəl-məyimi məsləhət görürdü. Eynilə şikəstlərə edildiyi kimi! Dincəlmək indi ehtiyacım olan axırıncı şey idi.

Günlərimi doldurmaq üçün nəsə bir məşğuliyyət tapmalı idim. Tapa bilməsəm, artıq nə baş verəcəyini bilirdim.

Axşam

Dr.Abdik – Kamal onu belə çağırmağımı xahiş etmişdi, – günortadan sonrakı seansda gündəlik tutmağı məsləhət gördü. Bunu edə bilməyəcəyimi, ərimin oxu-mayacağına inanmadığımı demək istədim. Amma de-yə bilmədim, çünki desəydim, Skotta sadiq olmadığımı hiss edəcəkdim. Lakin bu, həqiqət idi. Hiss etdiyim, fikirləşdiyim, etdiyim şeyləri yaza bilməzdim. Adi bir misal: Axşam evə gələndə noutbukum isti idi. Brauzerdən tarixçəni necə silməli olduğunu bilirdi, izlərini ustalıqla gizlətməsi mümkün idi, amma evdən çıxmamışdan kompüterimi bağladığımı dəqiq bilirdim. Bu o demək idi ki, yenə də e-maillərimi oxumuşdu.

Əslində, elə də vecimə deyildi, oxuyası bir şey yox idi ( İşədüzəltmə şirkətlərindən gələn onlarla spam və

pilatesdən tanıdığım Cenninin cümə axşamı dostlarıy-1

la bir-birinə növbəylə yemək bişirdikləri yemək klubuna qoşulmaq istəyib-istəmədiyimi soruşan e-maili vardı. Ölsəm, bundan yaxşı idi).

Vecimə deyildi, çünki heç nə baş vermədiyini, heç bir gizli iş görmədiyimi bilmək onu sakitləşdirirdi. Bu həqiqət olmasa belə, mənimçün yaxşı şey idi. Ona doğrudan da əsəbiləşə bilməzdim, çünki şübhələnmək üçün tutarlı səbəbləri var idi. Keçmişdə bu səbəbi ona mən vermişdim və görünür, bunu bir dəfə də edəcəkdim. Mən ideal həyat yoldaşı deyildim. Ola bilməzdim. Onu nə qədər sevsəm də, bu, kifayət etmirdi.

13 Oktyabr 2012, Şənbə

Dünən gecə 5 saat yatmışdım və bu, illərlə yata bildiyim ən uzun müddət idi. Qəribəsi o idi ki, o qədər gərgin idim, elə bilirdim saatlarla o tərəf-bu tərəfə çev-riləcəyəm. Özümə bunu bir də etməyəcəyimə söz verdim; sonra onu gördüm, onu istədim və “niyə də yox”,

– deyə düşündüm. Özümü saxlamaq üçün heç bir səbəb görmürdüm; kifayət qədər insan görmürdü. Kişilər görmürdü. Heç kimin xətrinə dəymək istəmirdim, amma özünə qarşı dürüst olmalısan, elə deyilmi? Elədiyim yeganə şey, əsl mənə, heç kimin – nə Skottun, nə

Kamalın, – heç kimin tanımadığı mənə qarşı dürüst olmaq idi.

Dünən axşam pilates dərsindən sonra Taradan soruşdum ki, qarşıdakı həftənin bir gününü mənimlə kinoda keçirirmiş kimi davrana bilərmi: 1

– Əgər zəng eləsə, sənlə birgə olduğumu, yenicə

tualetə getdiyimi və gələn kimi ona zəng edəcəyimi deyərsən. Sonra mənə zəng elə, mən onu yığaram və

heç bir problem olmaz.

Gülümsəyib çiyinlərini çəkdi və “oldu” dedi. Ha-ra, ya da kiminlə gedəcəyimi belə soruşmadı. Doğrudan da mənimlə dostlaşmaq istəyirdi.

Onunla Korlidəki “The Swan”da görüşdüm. Bizim üçün otaq təşkil etmişdi. Diqqətli olmalı idik, ələ keçmək olmazdı. Çünki bu, onun üçün çox pis nəticələnə

bilərdi, həyatı alt-üst olardı. Mənimçün isə müsibət hal idi.

Skottun nə edəcəyini düşünmək belə istəmirdim.

Sonradan cavan olanda və Norveçdə yaşayanda nə baş verdiyi haqda mənlə danışmaq istəmişdi. Bu mövzu haqda üstüqapalı formada da olsa, danışmışdım, amma dünən gecə əhvalatın bütün detallarını istədi. Ona bəzi şeylər dedim, amma bunlar həqiqət deyildi. Yalan demişdim, uydurmuşdum, eşitmək istədiyi iyrənc şeyləri danışmışdım. Çox maraqlı idi. Yalan danışdığıma görə özümü pis hiss etmirdim, onsuz da böyük bir hissəsinə inanıb-inanmadığını dəqiq bilmirdim. Eyni zamanda onun da müəyyən məsələlər ilə

bağlı yalan dediyini dəqiq bilirdim.

Yataqda uzanıb geyinməyimi izləyirdi: “Bu bir də

olmayacaq, Meqan. Bilirsən ki, olmayacaq. Bunu davam edə bilmərik”.

Haqlı idi. Davam edə bilməyəcəyimizi mən də bilirdim. Etməməli idik, etməməyimiz lazım idi, amma edəcəkdik. Bu, sonuncu olmayacaqdı. Mənə “yox“ deməyəcəkdi.

1

Evə qayıdanda bu haqda düşünürdüm. Ən çox xoşuma gələn tərəfi kiminsə üzərində gücə sahib olmaq idi. Bu insanı sərxoş edir…

Axşam

Başım mətbəxdə şərab açmağa qarışanda Skott mənə yaxınlaşdı, arxama keçib əllərini çiyinlərimə qoyub sıxdı, – Seans necə keçdi? – deyə soruşdu.

Yaxşı keçdiyini, nisbətən irəliləyiş olduğunu dedim. Artıq məsələnin detallarını söyləmədiyimə öyrəşmişdi.

Sonra, – Dünən gecə Tarayla maraqlı oldu? – soruşdu.

Kürəyim ona dönük olduğuna görə bunu doğru-danmı soruşur, yoxsa nədənsə şübhələnirmi deyə başa düşə bilməmişdim. Səsi onu ələ vermirdi.

– Doğrudan, yaxşı qızdı, – dedim. – İkiniz çox yaxşı yola gedərsiniz. Gələn həftə də kinoya gedəcəyik.

Bəlkə sonra da yeməyə evə dəvət edim, hə?

– Mən kinoya dəvətli deyiləm? – deyə soruşdu.

– Əlbəttə, gələ bilərsən, – dedim. Ona tərəf çevrilib dodaqlarından öpdüm, – Amma Sandra Bullokun oynadığı kinoya getmək istəyir və…

– Başa düşdüm! Onda kinodan sonra şam yeməyinə gətir, – dedi və əllərini incə hərəkətlə belimə doladı.

1

Şərabları süzdüm, birlikdə eyvana çıxdıq. Eyvanın kənarında yan-yana oturduq, ayaq barmaqlarımız otla-ra toxunurdu.

– Evlidi? – deyə soruşdu.

– Tara? Yox, subaydı.

– Sevgilisi yoxdu?

– Məncə, yox.

– Bəs rəfiqəsi? – qaşını qaldırıb soruşdu. Güldüm,

– Neçə yaşı var, yaxşı?

– Bilmirəm, – dedim, – qırxa yaxın olar.

– Eh… Həm də tənhadı. Bir az kədərlidi.

– Hmmm. Məncə, tənhadı.

– Bu tənhalar həmişə səni tapır, hə? Harda olsan, səni tapırlar.

– Səncə elədi?

– Yəqin uşağı yoxdu, hə? – soruşdu.

Özümdən quraşdırırdım, bilmirdim, amma uşaq mövzusu açılan kimi səsindəki vurğunu sezdim və bir mübahisənin yaxınlaşdığını hiss etdim. Bunu heç istəmirdim; bacara bilməzdim; ona görə də ayağa durdum və ona qədəhlərini götürməsini tapşıraraq yataq otağına gedəcəyimizi dedim.

Arxamca gəldi. Pilləkənlərlə qalxdıqca əynimdə-kiləri soyunurdum. Otağa çatanda və məni yatağa itələyəndə, onun haqda düşünmürdüm belə; amma vacib deyildi, əsas odur ki, o bunu bilmirdi. Fikrimdə yalnız-ca onun olduğuna inandıracaq qədər məharətli idim.

1

REYÇL

15 İyul 2013, Bazar ertəsi

Səhər

Səhər evdən çıxanda Keti məni çağırdı və soyuq bir şəkildə qucaqladı. Elə bilirdim ki, məni evdən qov-mayacağını deyəcək, amma əvəzində əlimə kompüter-də yazılmış, içində çıxış tarixi də olmaqla, rəsmi aza-detmə kağızı hesab olunacaq sənəd verdi. Üzümə baxa bilmirdi. Ona görə məyus olmuşdum; doğrudan da; amma özüm üçün olduğum qədər yox.

Dilxor halda gülümsəyib, – Sənə bunu etməyi heç istəmirəm, Reyçl, heç, – dedi.

Vəziyyət çox qəribə idi. Ağardıcı vasitə ilə etdiyim bütün cəhdlərə baxmayaraq dəhlizdə hələ də bir az qusuntu qoxusu qalmışdı. Ağlamaq istəyirdim, am-ma özümü olduğumdan daha pis hiss etməyim deyə

etmirdim.

1

Şən halda gülümsəyib, – Eybi yoxdu, doğrudan da problem deyil, – dedim, elə bil məndən onunçün bir şey etməyimi xahiş etmişdi.

Qatara minəndə göz yaşlarımı saxlaya bilmədim.

Adamların mənə baxıb-baxmadıqları vecimə belə deyildi; istəyirlərsə, itimin öldüyünü fikirləşsinlər. Ölüm-cül xəstəliyə düçar ola bilərdim. Sonsuz, boşanmış, qı-sa müddətə evsiz qalacaq əyyaş ola bilərdim.

Bunu düşünmək belə gülünc idi. Bu hala necə gəlib çıxmışdım axı? Tənəzzülüm harda başlamışdı, ona nə vaxt son qoymalı idim? Harada səhv etmişdim? Hər halda, bu, məni atamın ölümündən sonrakı kədərdən xilas edən Tom ilə tanış olanda deyildi. Yeddi il əvvəl qayğısız halda, xoşbəxtlikdən göyə uçaraq qəribə halda buz kimi soyuq bir may günü evlənəndə deyildi.

Xoşbəxt, bacarıqlı və uğurlu insan idim. İyirmi altı kimi həssas bir yaşda xəyallarımdakından daha üstün, daha geniş və daha gözəl ev olan iyirmi üç nömrəyə

köçəndə də deyildi.

İlk günlər çox dəqiq yadımdadır. Ayaqqabılarımı çıxarıb ortalıqda fırlanır, taxta döşəmənin istiliyindən məst olur, genişlikdən, dolmağı gözləyən otaqların boşluğundan həzz alırdım. Tomla birgə planlar qurur-duq: Həyətə nə əkəcəyimizi, divarlardan nə asacağı-mızı, ehtiyat otağı nə rəngə boyayacağımızı planlaş-dırırdıq. Hələ o vaxtlardan o otağı uşaq otağı etməyi düşünürdüm.

Bəlkə də o vaxt idi. Hər şeyin nəzarətdən çıxdığı vaxt; artıq bizi bir cütlük yox, ailə kimi görməyə başladığım vaxtlar… O zaman fikrimdə o şəkli yaratdığım an ikimiz kifayət etmirdik artıq. Görəsən, onda Tom 1

mənə başqa cürə baxmağa başlamışdımı? Onun məyusluğu idimi məndəki məyusluğu doğuran? İkimizin birgə yaşaya bilməsi üçün imtina etdiyi o qədər şeydən sonra ona bütün bunların kifayət olmadığını düşün-dürmüşdüm.

Norzkout yaxınlığında göz yaşlarına boğuldum, sonra özümü toplayıb gözlərimi sildim və Ketinin aza-detmə məktubunun arxasına həmin günkü planlarımın siyahısını yazmağa başladım:

Holborn kitabxanası

Anama e-mail yaz

Martinə e-mail yaz, rəy???

AA görüşləri haqda araşdır – mərkəz London/

Eşburi

Ketiyə iş barədə danış?

Qatar işıqda dayananda başımı qaldırdım və Ceysonun eyvanda durub relslərə baxdığını gördüm. Elə

bil, gözləri düz mənə zillənmişdi. Qəribə hiss idi, sanki əvvəllər də mənə belə baxmışdı. Gülümsədiyini təsəvvür etdim və nəyə görəsə qorxdum.

279,68 ₽