Читать книгу: «Qatardakı qız», страница 4
Sonra o, üzünü başqa tərəfə çevirdi və qatar hərəkət etdi.
Axşam
Universitet xəstəxanasının təcili yardım otağında oturmuşdum. Qreys küçəsindən keçəndə taksi vurmuşdu. Nə qədər pis əhvalda, diqqətsiz və tələskən halda olsam da, tamamilə ayıq idim. Sağ gözümün üstündəki təxminən üç santimetrə yaxın kəsik olduqca yaraşıqlı, amma adamı təəccübləndirəcək dərəcədə ko-1
bud və işgüzar assistent həkim tərəfindən tikilmək-dəydi.
Həkim tikişi bitirəndən sonra başımdakı şişi gördü.
– Təzə deyil.
– Çox təzə görünür.
– Yəni bu gün olmayıb.
– Dava etmişik, hə?
– Maşına minəndə olub.
Başımı bir neçə saniyə müayinə edəndən sonra, –
Doğrudan? – dedi. Arxaya çəkildi və gözümün içinə
baxdı. – Heç də elə görünmür, elə bil, kimsə nə iləsə
başınıza vurub, – dedi və bu sözlərin qarşısında quruyub qaldım. Zərbədən qaçmaq üçün başımı əydiyim, əllərimi qaldırdığım yadıma düşdü. Bu, görəsən, doğrudan da baş vermişdi?
Həkim təzədən yaxınlaşdı və yaraya daha yaxından baxdı. – İti bir şeylə, dilikli bəlkə də…
– Yox, – dedim, – maşına dəyib, – belə söylədiyim zaman onunla birgə özümü də inandırmağa çalışırdım.
– Yaxşı, – gülümsədi və yenə də bir addım arxaya çəkildi, gözlərimizin eyni səviyyədə olması üçün bir az əyildi. – Yaxşısız? – qeydlərinə baxdı, – Reyçl?
– Bəli.
Uzun müddət mənə baxdı, inanmamışdı. Narahat olmuşdu. Bəlkə də əri tərəfindən döyülən bir qadın bilmişdi məni.
– Yaxşı, indi bu yaranı təmizləyəcəm, çünki çox pis vəziyyətdə olduğu görünür. Kiməsə zəng etməyimi istəyirsinizmi? Ərinizə?
– Boşanmışam.
1
– Bəlkə bir başqası? – Boşanmış olmağım vecinə də
deyildi.
– Rəfiqəm var, mümkünsə ona zəng edin, mənə
görə narahat olub yəqin, – ona Ketinin adını və nömrəsini dedim. Keti narahat olan deyildi.
Evə hələ heç gecikməmişdim də, amma məni taksi vurduğunu eşitsə bəlkə yazığı gələr, dünənkilərə görə
məni bağışlayardı. Yəqin ki, başıma gələnə də içkinin səbəb olduğunu fikirləşəcəkdi. Həkimdən qan testi istəyə, beləcə ayıq olduğumu sübut edə bilərdim. Gülümsədim. Amma mənə tərəf baxmırdı, qeydlər edirdi.
Onsuz da bu gülünc fikir idi.
Mənim səhvim idi, taksi şoferini qınaya bilməzdim. Yola, taksinin düz qabağına çıxmışdım, hətta qaçmışdım. Hara qaçdığımı fikirləşirdim, bilmirəm. Əslində, deyəsən, heç nə fikirləşmirdim, heç olmasa özüm haqda belə fikirləşmirdim. Cessi düşünürdüm. Cess yox, Meqan Hipvel adlı adamı fikirləşirdim və o itkin düşmüşdü.
Tiobalds küçəsindəki kitabxanada idim. Bir az qabaq anama “Yahoo” adresimdən e-mail göndərmişdim (Ona dəqiq bir şey deməmişdim, sadəcə vəziyyəti yoxlayır, hazırda mənə qarşı bəslədiyi analıq hislərinin nə səviyyədə olduğunu bilmək istəyirdim). “Yahoo”-
nun ana səhifəsində poçt koduna görə sıralanmış xəbərlər olurdu. Allah bilir poçt kodumu necə tapırdılar, amma nəticədə tapmışdılar. “UİTNİLİ İTKİN QADIN
ÜÇÜN NARAHATLIQ ARTIR” başlığının yanında onun fotosu var idi, Cessin, mənim Cessimin, cazibədar sarışının.
1
Əvvəl inana bilmədim. Ona oxşayırdı, eynilə təsəvvür etdiyim kimi idi, amma yenə də özümdən şüb-hələndim. Sonra xəbəri oxudum və küçə adını görəndə
başa düşdüm.
“Bakingemşir polisi Blenheym prospekti, Uitni
küçəsində yaşayan iyirmi doqquz yaşlı itkin qadın
Meqan Hipvelin həyatıyla bağlı narahatdır. Missis
Hipvel sonuncu dəfə şənbə günü bir dostuna baş çək-
mək üçün saat yeddi radələrində evdən çıxarkən əri
Skott Hipvel tərəfindən görülüb. Mister Hipvel həyat
yoldaşının itkin düşməsini “tamamilə xasiyyətindən-
kənar” olduğunu dedi. Missis Hipvelin əynində cins
şalvar və qırmızı köynək olduğu qeyd olundu. 1,62 bo-
yu olan, incə bədənli, sarısaçlı və mavi gözlü missis
Hipveli görənlərdən Bakingemşir polisi ilə əlaqə yarat-
maq xahiş olunur”.
İtkin düşmüşdü. Cess itkin düşmüşdü. Meqan itkin düşmüşdü. Şənbə günündən. “Google”dan baxanda xəbərin “Whitney Argus”da yayımlandığını görmüşdüm, amma başqa detal yox idi. Bu səhər Ceysonu
– Skottu eyvanda dayanıb mənə baxıb gülümsəyərkən gördüyüm yadımdadır. Çantamı götürüb ayağa durdum və kitabxanadan çıxıb qaçarkən özümü qara taksinin düz qabağına atdım.
– Reyçl? Reyçl? – Yaraşıqlı həkim diqqətimi çəkməyə çalışırdı. – Rəfiqən səni götürməyə gəlib.
1
MEQAN
10 Yanvar 2013, Cümə axşamı
Səhər
Bəzən heç yerə getmək istəmirdim, deyəsən, bir də ayağımı evdən bayıra atmasam, xoşbəxt olacaqdım.
Hətta işləmək üçün belə darıxmırdım. Sadəcə olaraq, Skottla birgə təhlükəsiz və isti cənnətimizdə narahat edilmədən yaşamaq istəyirdim.
Havanın qaranlıq, soyuq və çirkli olması xoşuma gəlirdi. Yağışın fasiləsiz olaraq həftələrlə yağması ürə-yimcə idi. Bu sazaqlı, acı yağışın ağacların uğultusuy-la ittifaqı qatarın səsini belə batırırdı. Məni yoldan çıxaran, başqa yerlərə səyahət etməyə şirnikləndirən rels səslərini eşidə bilmirdim.
Bu gün heç yerə getmək istəmirdim; nəinki qaçmaq, küçəyə belə çıxmaq fikrində deyildim. Burda qalıb günorta sevişmək üçün ərimi işdən evə vaxtından tez çağırandan sonra qucaq-qucağa oturub televizora baxmaq, dondurma yemək istəyirdim.
Əlbəttə, sonra gərək evdən çıxaydım, çünki bu gün “Kamal günüm” idi. Son vaxtlar Skotta qarşı etdiyim bütün səhvlər və həyat yoldaşı olmaqla bağlı mü-vəffəqiyyətsizliyim barədə onunla çox danışırdım. Kamal xoşbəxt olmağın bir yolunu tapmağımı və xoş-1
bəxtliyi başqa yerlərdə axtarmağa son qoymağımı məsləhət görmüşdü. Düz deyirdi, bunu etməli idim; bilirdim ki, etməliyəm. Amma sonra “rədd olsun hər şey, həyat qısadı”, – deyə düşünürdüm.
Məktəbdə oxuduğum vaxt Pasxa bayramı üçün ailəmlə Santa Marqaritaya getdiyimiz vaxtları xatırladım. Hələ on beş yaşım vardı və sahildə çox güman ki, otuz yaşlarında, hətta bəlkə qırxa belə adlamış bir nəfərlə tanış olmuşdum. Səhəri gün məni qayıqla gəzməyə dəvət etdi. Ben də mənimlə idi və o da dəvətli hesab olunurdu; ancaq himayədar qardaş olaraq getməməli olduğumuzu, ona güvənə bilmədiyini, avara tip hesab etdiyini dedi. Doğrudan da elə idi. Amma dediyinə əsəbiləşmişdim, bir də nə vaxt kiminsə yaxta-sında dəniz gəzintisinə çıxacaqdıq ki?
Ben bu cür fürsətlərin hələ çox qarşımıza çıxacağını, həyatımızın macəralarla dolu olacağını söylədi.
Amma elə olmadı. Həmin yay Ben A10-da motosikletə
nəzarəti itirdi və biz heç vaxt dənizə gəzintiyə çıxa bilmədik.
Benlə birgə olduğumuz vaxtlar üçün çox darıxırdım. Qorxusuz idik.
Kamala Ben haqda danışmışdım, ancaq getdikcə
başqa mövzulara, həqiqətə, bütün həqiqətə, Makla nə
baş verdiyinə, ondan qabaq və sonra olanlara doğru yaxınlaşmaqda idik. Ona doğrudan da güvənirdim.
Gülməli idi, amma ona hər şeyi danışmağıma mane olan şey, başqalarına deməyindən, ya da qınanaca-ğımdan qorxmağım deyildi, Skott idi. Elə bil, Skotta demədiklərimi Kamala desəydim Skotta xəyanət edəcəkdim. Etdiyim bütün şeylərin, sədaqətsizliyimin ya-1
nında bu heç bir şey kimi görünürdü; amma elə deyildi. Nəyə görəsə mənə elə gəlirdi ki, bu daha pisdir; çünki əslində, əsas məsələ mənim ürəyim idi və onu heç kimlə bölüşə bilmirdim.
İndi isə bütün açıqlığıma baxmayaraq, yenə də
özümü saxlayırdım, çünki hiss etdiyim hər şeyi deyə
bilməzdim. Psixoloqla söhbət etməyimin əslində, elə
bu məqsədə xidmət etdiyini bilməyimə baxmayaraq, yenə də edə bilmirdim. Bəzi məsələləri qeyri-müəyyən saxlamalı, bütün kişiləri, sevgililəri, keçmiş sevgililəri də söhbətə daxil etməməli idim; amma özümü inandırmağa çalışırdım ki, bunun üçün narahat olmağa dəyməz, çünki onların kim olduqları vacib deyil. Sadəcə mənim onlarla bağlı nə hiss etdiyim vacib idi. Gərgin, narahat, ac… Əsas o idi ki, niyə istədiyim şeyi əldə
edə bilmirdim? Bunu niyə mənə vermirdilər?
Əslinə qalsa, bəzən verirdilər. Amma bəzi hallarda ehtiyacım olan yeganə şey Skott olurdu. Hazırda hiss etdiyim bu duyğudan necə yapışmağı, diqqətimi bu xoşbəxtliyə cəmləməyi, hazırkı durumdan həzz almağı və növbəti problemin hardan gələcəyi haqda düşünməyə son qoymağı öyrənə bilsəydim, hər şey qaydasına düşərdi.
Axşam
Kamalla danışanda diqqətimi cəmləməli idim. O, mənə qartal baxışları ilə baxanda, əllərini qoynunda birləşdirəndə, uzun ayaqlarını bir-birinin üzərinə aşı-randa özümü güclə saxlayırdım. Birgə edə biləcəkləri-mizi fikirləşməməyə çalışmaq olduqca çətin idi.
1
Diqqətimi cəmləməli idim. Benin yasından qaçandan sonra nə baş verdiyi haqda danışırdıq. Çox yox, qısa bir müddət İpsviçdə qalmışdım. Makı ilk dəfə
orda görmüşdüm. Bara bənzər bir yerdə işləyirdi. Evə
gedəndə məni də özü ilə aparmışdı. Mənə görə məyus olurdu.
– O, hətta şey də istəməmişdi… başa düşdün də, –
gülməyə başladım. – Evinə getdik və ondan pul istədim. Mənə havalı adama baxan kimi baxdı. Yaşımın kifayət olduğunu dedim, inanmadı. On altıncı ad günümə qədər gözlədi. O müddətdə Holkam yaxınlığında yerləşən köhnə evinə köçmüşdü. Heç bir yerə gedib çıxmayan bir yolun sonunda tikilmiş, köhnə bir daş
daxma idi. Qabağında kiçik həyəti var idi və sahildən təxmini bir kilometr uzaqda yerləşirdi. Evin bir tərəfindən köhnə dəmiryolu keçirdi. Gecələr uzanıb – o vaxtlar tez-tez kefli olurdum – çoxlu siqaret çəkirdik; o vaxtlarda qatarların səsini eşitdiyimi təsəvvür edərdim. Bu o qədər inandırıcı olurdu ki, durub bayıra çıxaraq qatar işıqlarını axtarırdım.
Kamal yerində qurdalandı, asta hərəkətlə, razılaş-dığını bildirirmiş kimi başını yellədi. Heç nə demədi.
Bu da o demək idi ki, davam etməliyəm, mən də davam etdim:
– Orda Makla birgə xoşbəxt idim. Onunla birgə…
Aman Allah, cəmi üç il yaşadım, deyəsən. Mən gedəndə… on doqquz yaşım var idi. Hə. On doqquz idi.
– Əgər orda xoşbəxt idinsə, niyə qalmadın? –soruşdu.
Budur, həmin yerə çatmışdım, elə də çox çəkməmişdi. Bütün bunları özüm də hələ qəbul edə, özümə
1
izah edə bilməmişdim. Bunu edə bilməzdim. Hər şey çox tez baş vermişdi.
– Mak məndən ayrıldı. Ürəyimə dəydi, – dedim.
Bu eyni zamanda həm həqiqət, həm də yalan idi.
Hələ həqiqəti tam deməyə hazır deyildim.
Evə qayıdanda Skott evdə yox idi, mən də kompüterimi götürüb “Google”da ilk dəfə adını axtarışa verdim. On ildir ilk dəfə idi ki, Makı axtarırdım. Tapa bilmədim. Dünyada yüzlərlə Kreyq Makkenzi var idi, heç biri də mənimkinə oxşamırdı.
8 Fevral 2013, Cümə
Səhər
Meşədə gəzirdim. Hava açılmağa başlayandan bayırda idim, artıq dan yeri ağarırdı və arada başımın üstündəki ağaclardan gələn sağsağan səslərini çıxsaq, ətrafda ölüm sükutu hökm sürürdü. Diqqətlə mənə
baxdıqlarını, məkrli planlar qurduqlarını hiss edirdim.
Sağsağan mahnısı. Bir kədərə, iki sevincə, üç qıza, dörd oğlana, beş gümüşə, altı qızıla, yeddi də danışmaq mümkün olmayan sirlərə.
Və məndə onlardan bir nəçəsi var idi.
Skott Sasseksə konfransa getmişdi. Evdən dünən səhər çıxmışdı və gecə qayıdacaqdı. İstədiyimi edə bilərdim.
Getməmişdən ona seansdan sonra Tarayla kinoya gedəcəyimi demişdim. Telefonum bağlı olacaqdı və bu barədə Taraya məlumat vermişdim. Skottun yoxlamaq üçün zəng edə biləcəyini də söyləmişdim.
1
Bu dəfə məndən nə işlə məşğul olduğumu soruşdu. Sadəcə olaraq göz vurub gülümsəməklə kifayət-ləndim. Güldü. Bəlkə də tənha idi və həyatını maraqlı etmək üçün bir az fitnəyə ehtiyac duyurdu.
Kamalla olan seansda Skott və kompüterlə bağlı hadisə haqqında danışmışdıq. Bir həftə qabaq idi. Ma-kı axtarırdım. Çoxlu araşdırmışdım, yeganə bilmək istədiyim şey harda və necə olduğu idi. Son vaxtlar İnternetdə demək olar, hamının şəkli var idi, sadəcə
onun şəklini görmək istəyirdim.
Tapa bilmədim. O gecə yerimə tezdən girdim.
Skott televizora baxırdı və brauzerdən tarixçəni silmə-yi yaddan çıxarmışdım. Sadəlövh bir səhv…
Nəyə baxmağımdan asılı olmayaraq, kompüterimi söndürməmişdən mütləq bunu edirdim. Skott proqramçı olduğuna görə adətən etdiklərimi axtarıb tapa bilirdi, amma bu çox vaxt aparırdı, ona görə çox da üstünə düşmürdü.
İstənilən halda, yaddan çıxarmışdım. Səhəri gün dava etdik. Şiddətli davalardan. Kreyqin kim olduğunu, onunla nə qədər vaxtdır görüşdüyümü, mənim üçün Skottun edə bilmədiyi nəyi etdiyini bilmək istəyirdi. Axmaq kimi Skotta onun keçmiş tanıdıqlarım-dan biri olduğunu deyəndə vəziyyət daha da pisləşdi.
Kamal məndən Skottdan qorxub-qorxmadığımı soruşanda olduqca hirslənmişdim.
– O mənim ərimdi, – deyə kəskin cavab verdim, –
əlbəttə ki, ondan qorxmuram.
Kamal elə bil çaşmışdı. Əslinə qalsa, mən də bir az təəccüblənmişdim. Qəzəbimin gücünü, Skotta qarşı 1
bəslədiyim himayədarlığın dərəcəsini əvvəllər bilmirdim. Bu mənim özümə belə sürpriz olmuşdu.
– Təəssüf ki, ərindən qorxan qadınlar çoxdu, Meqan, – nəsə deməyə çalışsam da əlini qaldıraraq mane oldu. – Dediyin davranışlarını, e-maillərini oxumağını, brauzerin tarixçəsini yoxlamağını, elə bil, normal hal kimi göstərirsən. Normal deyil, Meqan. Kiminsə özəli-nə bu qədər müdaxilə etmək normal deyil. Bu, çox tez-tez müşahidə olunan mənəvi zorakılıq nümunəsidir.
Güldüm, çünki çox melodramatik səslənirdi.
– Bu, zorakılıq deyil, – dedim, – Əgər vecinə alma-san, deyil. Və mənim vecimə gəlmir. Vecimə gəlmir.
Gülümsədi, amma gülüşündə məyusluq hiss olunurdu:
– Səncə vecinə olmalı deyil?
Çiyinlərimi çəkdim.
– Bəlkə də olmalıdır, amma deyil də. O qısqanc, sahiblənməyi sevən adamdı. Onun xasiyyəti belədi. Bu onu sevməyim üçün maneə deyil və bəzi döyüşlər mü-barizəyə dəyməz. Adətən diqqətli oluram. İzlərimi sil-diyimə görə çox vaxt problem yaşamıram.
Qeyri-müəyyən halda başını yellədi:
– Burada olmağımızın məni mühakimə etmək məqsədilə olduğunu fikirləşmirdim.
Seans bitəndə mənlə nəsə içməyə getmək istəyib-istəmədiyini soruşdum. “Yox”, – dedi, edə bilməzmiş, uyğun olmazmış. Mən də onu evəcən izlədim.
Mərkəzi küçələrdən birində bina evində yaşayırdı.
Qapısını döydüm. Açanda, – “Bəs bu uyğundu?” – deyib əlimi boynuna dolayaraq barmaqlarımın ucuna qalxıb dodaqlarından öpdüm.
1
– Meqan, – dedi, yumşaq səsilə. – Eləmə. Bu düzgün deyil. Yox.
Məni özündən uzaqlaşdırmağı, ehtirasını gizlətməyə çalışmağı əla idi. Bu hissdən uzaqlaşmaq yox, ondan yapışmaq istəyirdim.
Səhər tezdən oyandım. Başım saysız-hesabsız he-kayələrlə dolu idi. Yerimdə tək-tənha uzanıb qala bilməzdim. Fikrimdə qəbul edəcəyim və imtina edəcəyim bütün seçimləri götür-qoy edirdim. Ayağa durub geyindim, piyada gəzməyə yollandım. Özümü burda tapdım. Gəzə-gəzə hər şeyi fikrimdə yenidən canlandırdım. O elə dedi, mən belə dedim, ehtiras, azad ol-ma; bir şeydə qərar tutsam, ondan yapışıb buraxma-sam necə yaxşı olardı. Birdən axtardığımı heç vaxt ta-pa bilməsəm? Əgər bu, ümumiyyətlə, mümkün deyilsə?
Ciyərlərimə çəkdiyim hava soyuq idi, barmaqlarımın ucu yenə göyərməyə başlamışdı. Bir tərəfim yarpaqların arasına uzanıb soyuğa təslim olmaq istəyirdi.
Edə bilməzdim. Getməliydim.
Blenheym küçəsinə çatanda saat hardasa doqquz olardı. Tini dönəndə uşaq arabası ilə mənə tərəf gəldiyini gördüm. Uşaq çox sakit idi. Mənə baxaraq başını tərpətdi, yüngülcə gülümsədi. Cavab vermədim. Adətən nəzakətli görünməyə çalışırdım, amma bu səhər özümü fərqli hiss edirdim. Sərxoş kimi idim və istəsəm də süni halda gülümsəyə bilməzdim.
Günortadan sonra
1
Günortadan sonra yatıb qalmışdım. Oyananda qızdırmam qalxmışdı və çox təlaşlı idim. Özümü günahkar hiss edirdim. Amma kifayət qədər yox.
Gecənin bir yarısı yenə bunun axırıncı olduğunu, ən son olduğunu və bir də belə etməyəcəyimizi deyib getməyi ağlıma gəldi. Geyinirdi, cins şalvarını geyi-nirdi. Mən çarpayıda uzanıb gülürdüm, çünki bundan qabaqkında da eyni şeyləri demişdi, ondan qabaq və
ondan da qabaqkında həmçinin.
Mənə baxdı. Bu baxışı necə izah edəcəyimi bilmirdim; tamamilə əsəbilik hesab etmək olmazdı, alçaltmaq da deyildi, xəbərdarlıq idi.
Özümü narahat hiss etdim. Evin içində gəzişir-dim, sakitləşə bilmirdim; elə bil, mən yatanda otağa başqası girmişdi. Heç nəyin yerinin dəyişmədiyinə
baxmayaraq evdə fərqli nəsə var idi. Elə bil, nəyəsə to-xunmuş, ehtiyatla yerindən tərpətmişdilər. Elə bil, ye-riyəndə burda məndən başqa kiminsə olduğunu hiss edirdim. Həyətə açılan iki qanadlı qapını üç dəfə yoxladım, amma bağlı idi. Skottun evə gəlməsini səbirsizliklə gözləyirdim. Ona ehtiyacım var idi.
REYÇL
16 İyul 2013, Çərşənbə axşamı
Səhər
1
Londona gedən 08:04 qatarına minmişdim. Amma Uitniyə gedirdim. Orda olsam, yaddaşımın təzələnəcə-yinə ümid edirdim. Stansiyaya çatıb hər şeyi açıq-aydın görəndən sonra başa düşəcəkdim. Çox bel bağla-masam da, əlimdən başqa heç nə gəlmirdi. Toma zəng edə bilməzdim. Çox utanırdım, onsuz da hər şeyə aydınlıq gətirmişdi. Həyatında mənimlə bağlı heç nə istəmirdi.
Meqan hələ də tapılmamışdı, artıq altmış saat keçmişdi və artıq beynəlxalq xəbərlərə çıxmışdı. Səhər BBC-nin saytında, “Daily Mail”də və bir neçə başqa saytlarda görmüşdüm.
BBC və “Daily Mail”in yayımladığı xəbərləri printerdən çıxarıb özümlə götürdüm. Onlardan aşağıdakı məlumatları toplaya bilmişdim:
Meqan və Skott şənbə günü axşam dava etmişdilər. Qonşulardan biri səslərini eşitdiyini demişdi.
Skott dava etdiklərini qəbul etmiş, arvadının gecəni Korlidə yaşayan Tara Epsteyn adlı rəfiqəsinin evində
keçirəcəyini hesab etdiyini bildirmişdi.
Meqan Taranın evinə getməmişdi. Taranın dediyinə görə, Meqanı axırıncı dəfə cümə günü günortadan sonra pilates dərsində görmüşdü. (Meqanın pilatesə
gedəcəyini bilirdim). Missis Epsteynə görə, yaxşı, normal görünürdü: “Əhvalı yaxşı idi, qarşıdan gələn otuzuncu ad günü üçün xüsusi bir şey etmək istədiyini dedi”.
Meqan şənbə günü axşam saat səkkizə on beş dəqiqə işləmiş Uitni stansiyasına tərəf gedərkən şahid-lərdən biri onu görmüşdü.
1
Meqanın yaxınlıqda yaşayan ailəsi də yox idi.
Anası da, atası da ölmüşdü.
O işləmirdi. Uitnidə balaca bir incəsənət qalereya-sını idarə edirmiş, amma o da keçən aprel bağlanmışdı. (Meqanın incəsənətə yaxın olduğunu bilirdim).
Skott öz qurduğu işdə işləyən proqramçı idi.
(Skottun proqramçı olduğuna inana bilmirəm!) Meqan və Skott üç ildir ki, evli imişlər, Blenheym küçəsindəki evdə isə 2012-ci ilin yanvarından yaşayır-mışlar.
“Daily Mail”in yazdığına görə, evlərinin qiyməti 400.000 funt sterlinq imiş.
Bunu oxuyanda Skott üçün vəziyyətin elə də yaxşı olmadığının fərqinə vardım. Bunun yeganə səbəbi da-va etmələri deyildi, hadisələrin gedişatı idi. Bir qadının başına pis hadisə gələndə polis əvvəlcə ərini, sonra isə sevgilisini sorğu-sual edir. İndiki vəziyyətdə isə polis həqiqəti tam bilmirdi. Güman ki, sevgilisindən xəbərsiz olduqlarına görə ancaq əri ilə danışa bilmişdilər.
Sevgilisinin varlığını bilən yeganə adam ola bilərdim.
Kağız tapmaq üçün çantamı eşələdim. İki şüşə şərab aldığım vaxtdan qalan çekin arxa tərəfində Meqan Hipvelin yoxa çıxması ilə bağlı əsas məlumatları yazdım:
1.Sevgilisi ilə birgə qaçmışdı, bundan sonra onu B
adlandıracaqdım.
2.B ona xətər yetirmişdi.
3.Skott ona xətər yetirmişdi.
4.Ərini atıb başqa yerdə yaşamağa getmişdi.
5.B, ya da Skottdan başqası ona xətər yetirmişdi.
1
Məncə, birinci ehtimal daha inandırıcı səslənirdi, dördüncü ehtimal da güclü rəqib idi, çünki Meqan müstəqil və tərs qadın idi, bundan əmindim. Əgər kimləsə münasibət yaşayırdısa, fikrini toplamaq üçün qaçmış ola bilərdi. Beşinci ehtimal, düzü, elə də inandırıcı görünmürdü, çünki yad bir adam tərəfindən öl-dürülmək elə də geniş yayılmış hadisə deyildi.
Başımdakı şiş zoqquldayırdı. Gördüyüm, təsəvvür etdiyim, ya da yuxuda gördüyüm şənbə günündəki münaqişəni fikrimdən çıxara bilmirdim. Meqan və
Skottun evinin qarşısından keçəndə başımı qaldırıb baxdım. Həmin an başımın içində hərəkət edən qanın necə dövran etdiyini belə hiss edirdim. Həyəcanlan-mışdım. Qorxurdum. Səhər şüalarının əks olunduğu on beş nömrəli evin pəncərələri bir cüt kor göz kimi görünürdü.
1
Axşam
Elə təzəcə yerimi rahatlamışdım ki, telefonum zəng çalındı. Zəng edən Keti idi. Avtocavabı gözlədim.
Mesaj qoydu:
– Salam, Reyçl, necə olduğunu bilmək istəyirdim,
– taksi ilə bağlı başıma gələnlərə görə mənimçün narahat olurdu. – Sadəcə olaraq, o günkülərə görə, evdən köçməyinlə bağlı dediklərimə görə üzr istəyirəm. Elə
deməyim düzgün deyildi. Kəskin reaksiya verdim. İstədiyin qədər qala bilərsən, – uzun fasilədən sonra, –
Məni yığ, yaxşı? Və dərhal evə gəl, bara getmə, – dedi.
Elə fikrim yox idi. Nahar fasiləsində nəsə içmək fikrim var idi; səhər Uitnidə baş verənlərdən sonra ürəyim istəyirdi. Amma içmədim, ayıq olmalı idim.
Yəqin ki, ayıq olmaq üçün əlimdə bir səbəb var idi, çünki xeyli vaxt idi ki, ola bilmirdim.
Səhərki Uitni səfərim çox qəribə idi. Üstündən cə-mi bir neçə gün keçməsinə baxmayaraq, elə bil, neçə
ildir orda olmamışdım. Əlbəttə, tamamilə fərqli bir yerə getmiş də ola bilərdim, başqa bir qəsəbədə yerləşən başqa bir stansiyaya da getməyim mümkün idi.
Amma şənbə günü ora gedən adam deyildim. Bu gün sərt və ayıq idim, səs-küyün, işığın, kəşfetmə qorxusu-nun tamamilə fərqinə vara bilirdim.
Qəsbkarlıq edirdim. Bu səhər mənə elə gəlmişdi, çünki ora artıq Tom və Annanın, Skott və Meqanın evi idi. Mən kənarda qalmışdım. Ora aid deyildim, amma hər şey mənə çox tanış gəlirdi. Stansiyanın beton pilləkənlərini düşdüm, Rozberi bulvarındakı qəzet köşkü-nü keçdim, qovşağın bitməsinə bir az qalmış sağdakı 1
dəmir yolunun altındakı nəm piyada keçidinə çıxan sütunlu keçidə döndüm və viktorian üslublu gözəl ey-vanlarla dolu, dar, sırayla ağacların əkildiyi Blenheym küçəsinə çıxdım. Bu, evə qayıtmaq kimi idi: hər hansı bir evə yox, uşaqlığını keçirtdiyin, qalan bütün həyatın boyunca keçmişdə qoyduğun ev; pilləkənləri çıxmağın belə tanış gəldiyi, hansının cırıldayacağını bildiyin ev…
Bu doğmalıq ancaq fikrimdə deyildi, sümüklərimə
qədər işləmişdi; sanki əzələ yaddaşı idi.
Səhər tunelin qapqara girişinin qarşısından keçərkən yeraltı keçidə doğru addımlarım sürətlənmişdi.
Bununla bağlı düşünməyə ehtiyac duymadım, çünki ora çatanda həmişə sürətli gedərdim. Hər gecə evə qayıdanda – xüsusən də, qışda – addımlarımı sürətlən-dirər, əmin olmaq üçün cəld sağa baxardım. Heç vaxt heç kim olmurdu – nə o gecələr, nə də bu gün, – ancaq bu gün qaranlığa baxanda quruyub qaldım, çünki orda özümü gördüm. Bir neçə metr içəridə, divarın küncündə yerə çöküb qan içindəki başımı əllərimin arasına almışdım.
Ürəyim az qala döş qəfəsimi yarıb çıxacaqmış kimi döyünürdü. Orda hərəkətsiz dayanarkən stansiyaya doğru gedən sərnişinlər qabağımdan keçib gedirdi.
Bir-ikisi hərəkətsiz dayandığıma görə çevrilib baxdılar.
Bunun düzgün olub-olmadığını bilmirdim. Niyə o keçidə düşdüm ki? Qaranlıq, nəm və sidik iyi verən o keçidə məni aparan nə idi?
Geri dönüb stansiyaya tərəf getdim. Daha orda olmaq, Skott və Meqanın qapısına getmək istəmirdim.
Ordan uzaqlaşmaq lazım olduğunu hiss edirdim. Orda nəsə pis hadisə baş vermişdi, bunu dəqiq bilirdim.
1
Biletimi alıb stansiyanın pilləkənləri ilə sürətlə
perronun başqa hissəsinə keçdim. Bu müddətdə beynimdə yeni bir səhnə canlandı: bu dəfə yeraltı keçid deyil, pilləkənlər idi; büdrəyib yıxılmışdım və bir nəfər ayağa durmağa kömək etmişdi – qatardakı kürənsaçlı kişi idi. Bulanıq da olsa onu görürdüm; aramızda heç bir dialoq olmamışdı. Özümə, ya da kişinin dediyi nəyəsə güldüyüm yadımdadır. Mənə qarşı olduqca nəzakətli idi, bundan əmin idim. Demək olar ki… Nəsə pis hadisə baş vermişdi, amma məncə, bu onunla əlaqəli deyildi.
Qatara minib Londona getdim. Kitabxanaya çatıb kompüter bölməsinə oturdum, Meqan haqqında çıxan xəbərləri araşdırdım. “Telegraph”ın saytında qısa bir xəbər var idi; otuz yaşlarında bir kişinin polisə kömək etdiyini yazırdı, güman ki, Skott idi. Ona xətər yetirə
biləcəyinə inana bilmirdim. Bunu etməyəcəyinə əmin idim. Onları bir yerdə görmüşdüm, bir yerdə olanda necə göründüklərini bilirdim.
Xəbərdə, əgər bir məlumatımız varsa zəng etmək üçün Crimestoppers6 nömrəsi də yazmışdılar. Evə qayıdanda ödənişli telefonların birindən həmin nömrəyə
zəng edib onlara B haqda məlumat verməyi planlaşdırırdım.
Eşburiyə çatana yaxın telefonum zəng çaldı. Zəng edən yenə də Keti idi. Yazıq qız mənim üçün doğrudan da narahat idi.
– Reyç, evdəsən? Evə qayıdırsan? – səsi narahat gəlirdi.
6 İngiltərədə cinayətlərin qarşısını almaq üçün yaradılmış, müstəqil fəaliyyət göstərən xeyriyyə təşkilatı.
1
– Hə, evə qayıdıram, – dedim. – On beş dəqiqəyə
çatıram.
– Polis gəlib, Reyçl, – deməyilə bütün bədənim qıc oldu, – sənlə danışmaq istəyirlər.
17 İyul 2013, Çərşənbə
Səhər
Meqan hələ də tapılmamışdı və mən polisə ardıcıl olaraq yalanlar demişdim.
Dünən gecə evə qayıdanda təşviş içərisində idim.
Evə gəlmələrinin taksi qəzası ilə əlaqədar olduğuna özümü inandırmağa çalışırdım, amma mənasız yerə.
Başıma gələnləri polisə hadisə yerində danışmışdım, tamamilə mənim səhvim idi. Güman ki, şənbə
gecəsi ilə bağlı idi. Həmin gün nəsə etmişdim. Dəhşətli bir iş görmüşdüm və sonra onu tamamilə unutmuşdum.
Bunun elə də inandırıcı səslənmədiyini bilirəm.
Neyləmişdim, görəsən? Blenheym küçəsinə gedib Meqan Hipvelə hücum etmiş, cəsədini hardasa basdır-mış, sonra da hər şeyi yaddan çıxarmışdım? Gülünc səslənirdi. Gülünc idi. Amma şənbə günü nəsə baş verdiyinə əmin idim. Bunu dəmir yolundakı qaranlıq tu-nelə baxanda başa düşmüşdüm. Damarlarımda qanım donmuşdu.
Hər şey silinib getmişdi. Kiçik yaddaş pozuntula-rının olması normal idi. Amma bu, gecə klubundan qayıdanda özündə olmamaq, ya da kiminləsə söhbət edəndə nəyə güldüyünü yada sala bilməmək deyildi.
1
Bu, fərqli idi. Qapqara idi; saatlar bir daha qayıtmamaq şərtilə itib getmişdi.
Tom mənə bununla bağlı bir kitab almışdı. Elə də
romantik olmasa da, səhərlər niyə etdiyimi bilmədən ondan üzr istəməyimdən bezmişdi. Deyəsən, gətirdi-yim xələli və gələcəkdə edə biləcəklərimi bilməyimi istəyirdi. Müəllif həkim idi, amma bunun həqiqət olub-olmadığını bilmirdim. Müəllifə görə, yaddaşın itirilməsi sadəcə olaraq, xatirələrini unutmaq deyil, əvvəlcədən onsuz da unutmağa xatirənin olmaması deməkdir.
Onun nəzəriyyəsinə görə, belə bir vəziyyət beyin artıq baş verən heç bir şeyi qısamüddətli yaddaşa yaza bilməyəndə yaranır. Və belə bir dərin qaranlığa düşəndə, həmişə olduğu kimi davranmırsınız, çünki ən son baş verən hadisəyə reaksiya verirsiniz; qısamüddətli yaddaşınız silindiyinə görə, bir az qabaq nə baş verdiyini bilə bilmirsiniz.
Kitabda yaddaşını itirənlərə xəbərdarlıq üçün ləti-fələr də verilmişdi: Bir nəfər Nyu-Cersidəki 4 iyul şən-liyində sərxoş olur. Sonra maşınına minir, düzgün olmayan istiqamətdə kilometrlərlə yol qət edir və içində
yeddi nəfər olan yük maşını ilə toqquşur. Yük maşınını od götürür, altı nəfər ölür. Həmin adam isə salamat qalır. Onsuz da həmişə salamat qalırlar. Və onun maşınına mindiyi belə yadında deyilmiş.
Nyu-Yorkda da bir kişi olur. Bardan çıxıb maşınla böyüdüyü evə gedir, içəridəkiləri bıçaqlayıb öldürür, sonra soyunub maşına minir, evə gedib yatır. Səhəri gün yuxudan duranda özünü çox pis hiss edir, paltar-larının harda olduğunu, evə necə gəlib çıxdığını bilmir.
1
Heç bir səbəbi olmadığı halda iki nəfəri öldürdüyünü polisdən öyrənir.
Gülünc səslənirdi, ancaq qeyri-mümkün də deyildi. Dünən gecə evə gələndə Meqanın itkisində necəsə
payım olduğuna özümü inandırmışdım.
Polislər ümumi zaldakı divanda oturmuşdular. Bi-ri qırx yaşlarında, sadə geyimli idi, o biri isə ona nisbətən cavan və formada idi, boynunda sızanaqlar vardı.
Keti pəncərənin yanında dayanıb əllərini ovuşdu-rurdu. Dəhşətə gəldiyi hər hərəkətindən görünürdü.
Polislər ayağa qalxdılar. Sadə geyimli, hündürboy-lu və bir az donqar olanı əlimi sıxıb özünü təqdim etdi: Detektiv Qaskill.
O biri polisin də adını demişdi, amma yadıma gəlmir. Diqqətimi cəmləyə bilmirdim. Hətta nəfəs belə almaqda çətinlik çəkirdim.
– Nə baş verir? – deyə bağırdım. – Nəsə olub?
Anama? Toma?
– Hamı yaxşıdır, Missis Uotson, biz, sadəcə olaraq, şənbə gecəsi nə ilə məşğul olduğunuzu bilmək is-təyirik, – eynilə televizorda gördüklərimiz kimi idi, elə
bil həqiqi deyildi. Şənbə gecəsi nə etdiyimi bilmək istəyirdilər. Neyləmişdim mən bu şənbə gecəsi?
– Oturmalıyam, – dedim.
Detektiv divanda onun yerində, sızanaqboyunun yanında oturmağımı işarə etdi. Keti ağırlığını gah sağ
ayağının, gah da sol ayağının üstünə salır, bir tərəfdən də alt dodağını dişləyirdi. Qəzəbli görünürdü.
– Yaxşısız, missis Uotson? – Qaskill soruşdu. Gözümün altındakı kəsiyə işarə etdi.
1
– Taksi vurub, – dedim. Dünən günortadan sonra Londonda. Xəstəxanaya getmişəm. Yoxlaya bilərsiniz.
– Yaxşı, – başını yüngülcə yellədi. – Bəs şənbə axşamı?
– Uitniyə getmişdim, – dedim, səsimdəki qeyri-əminliyi gizlətməyə çalışaraq.
– Nə üçün?
Sızanaqboyun bloknotunu və qələmini çıxarmışdı.
– Ərimi görmək istəyirdim.
– Eh, Reyçl, – Keti ah çəkdi.
Detektiv onu eşitmirmiş kimi davam etdi:
– Ərinizi? – soruşdu. – Yəni keçmiş ərinizi? Tom Uotsonu?
Hə, hələ də soyadını daşıyırdım. Bu daha uyğun idi. Kredit kartlarımı, e-mail adreslərimi dəyişməyə, təzə şəxsiyyət vəsiqəsi almağa ehtiyac qalmamışdı.
– Bəli. Onu görmək istəyirdim, amma sonra bunun yaxşı fikir olmadığını fikirləşib evə qayıtdım.
– Saat neçə idi? – Qaskilin səsi sakit, çöhrəsi tamamilə ifadəsiz idi. Elə bil, danışanda dodaqları tərpənmirdi. Sızanaqboyun qeydlər edərkən qələmin kağız üzərindəki səsini də, sürətlə atan nəbzimin səsini də eşidə bilirdim.
– Demək… Mmm… Deyəsən, axşam yeddinin yarısı idi. Yəni, məncə, altıda qatara minmişdim.
– Və evə çatanda..?
– Bəlkə də səkkizin yarısı…
Başımı qaldıranda Ketiylə gözlərimiz toqquşdu.
Baxışından yalan dediyimi bildiyini başa düşmək olurdu.
1
– Ola bilsin, daha gec idi. Bəlkə də səkkizə yaxınlaşırdı. Aha, indi yadıma düşdü, deyəsən, evə səkkiz-dən bir az gec gəlmişdim, – yanaqlarımın qızarmağa başladığını hiss edirdim; əgər yalan danışdığımı başa düşmədisə, polis olmaq onluq deyildi.
Detektiv arxaya çevrildi, küncdəki stolun altına itələnmiş stullardan birini tutub cəld, bəlkə də əsəbi hərəkətlə özünə tərəf çəkdi. Məndən bir neçə metr uzaqda, mənlə üzbəüz oturub əllərini dizlərinə qoydu, başını yana əydi.
– Yaxşı, – dedi, – deməli, altı radələrində çıxdınız, təxminən yeddinin yarısı Uitnidə oldunuz. Səkkiz radələrində də bura qayıtdınız, bu o deməkdir ki, təxminən səkkizin yarısı Uitnidən çıxdınız. Düzdür?
– Bəli, düzdür, – dedim, səsimdəki qərarsızlıq mənə xəyanət edərək qayıtmışdı.
Bir iki saniyəyə məndən bu bir saat içində nəylə
məşğul olduğumu soruşacaqdı və mənim bu suala cavabım yox idi.
– Yəni, demək ərinizi görməyə getmədiniz. Onda bir saat ərzində Uitnidə nəylə məşğul idiniz?
– Bir az gəzdim.
Detallara girib girməyəcəyimi gözlədi. Ona bara getdiyimi deyə bilərdim, amma bu axmaqlıq olardı, əksi sübut oluna bilərdi. Hansı bar olduğunu, orda kimləsə danışıb-danışmadığımı soruşacaqdı. Ona nə
deyəcəyim haqda fikirləşərkən, şənbə gecəsi harda olduğumla niyə maraqlandığını soruşmaq yaddan çıxmışdı. Bu belə öz-özlüyündə qəribə görünürdü. Mənim günahkar təsiri bağışlamağıma səbəb ola bilərdi.
Бесплатный фрагмент закончился.