Читать книгу: «Günahsız günahkar. Roman. Hissə – 5», страница 3

Шрифт:

Oğlum bax bilirəm, ondan qıraq dur deyəcəm alınmayacaq, çünki artıq o bizə bulaşmış. Bilirəm rahat qoymayacaq bizi, belə şeyləri yazıq anan duysa nə olar, fikirləşdinmi?

İllər sonra qanı – canı çatmıyan bir başdan xarab, qızınam desin. Mən o Aylının planını başına yıxmassam, adım Rəhim olmasın. Ümid – atasına: mənə bunu Aylın demədi, yanındakı Sərdar dedi. Mən onu vurmaq istədim, o anda mənə doğma bacının qatili olma dedi. Atası təcüblə – Ümidə: oğlum sən onu vurmaqmı istədin? axlınımı itirdin, buda nə deməkdir. Ümid – atasına: əsəblərimə, mənniyimə, toxunacaq söz dedi, o üzdən vuracaqdım. Atasına xəcalət oldu, bakaldakı suyu özü içib, keçib əyləşdi. Atası – Ümidə: bu qız kimdirsə çox təhlükəli birisidir, oğlum baxsana halına? ikinci dəfə ona görə üz – gözünü yaraladın. İdidə nə demişsə, axlını yerindən oynada bilmiş, yox – yox mən bunu belə qoya bilmərəm. Onun anana yaxınlaşmasına mane olmalıyıq, görünür bu qızın axlı yox desəkdə, bizə qarşı çox gözəl planlar qurub. Sənində axlını yerindən oynada bilirsə, demək o bizdən çox axıllı və təcrübəlidir. Oğlum özünü toparla, dediklərimi edəcəksən.

Sərdarla Aylın şirkətdə çalışırdılar. Aylının fikri qardaşında qalmışdı, fikrini topalayıb iş haqda çalışa bilmirdi. Aylın – Sərdara: mən çıxıram biraz hava alım, başım işləmir. Sərdar Aylını tək bir addımda atmasına icazə vermək istəmirdi, – Aylına: azacıq səbir et, birlikdə çıxarıq. Aylın ayağa qalxıb – Sərdara: bilirsən səbrim çoxdan tükənib, nəfəs ala bilmirəm.

Buralardayam narahat olma, uzaqlaşmayacam heç yerə. Sərdar narahat baxışlarla baxaraq – Aylına: mən əlimdəki işi bitirib gəlirəm, buralarda ol canım. Aylın otaqdan çıxdı getdi. Sərdar öz – özünə: axx Ümid axx, olmayaydın qardaşı sənin o əllərini qırardım mən.

Aylın şirkətdən çıxıb, biraz gəzib fikrini dağıtmaqçün addımlayırdı yavaş – yavaş. Gözlərində qara eynəkli cavan bir oğlan arxadan yaxınlaşıb, – Aylına: xanım içazə versəniz sizinlə biraz dolaşardım. Aylın baxdı birinci tanımadı kimdir, sonradan anladı Nicatın olduğunu. Ətrafa nəzər salıb – Nicata: sən nə edirsən burda? Nicat Aylının qolundan tutub kənara apardı. Çox darıxmışdı ikisidə biri – biriləriçün. Nicat Aylına sarılıb qucaqlayıb, dodaqlarından öpdü. Aylın Nicata müqavimət göstərmədi, sevdiyiçün özüdə darıxmışdı. Aylın – Nicata: səni görərlər canım etmə belə, mən bu gün yazdım gələcəm sənə, niyə səbir etmədin?

Nicat – Aylına: anlamırsanmı darıxıram, bacarmıram axşamı gözləyim, birdəki mənim səbrim çoxdan tükənib canım. Bu sözü biraz öncə Aylın demişdi Sərdara. Gülümsəyib, Nicatın üzünü – saçlarını sığallayıb, baxışlarıyla oxşadı. Görən olar deyə, çox narahat idi. Aylın – Nicata: canım nə olar səbir et axşama. Səni görən olarsa bilirsən olacaqları, – Aylına: sən məni tanımadın canım, artıq kim tanıyacaq ki?

Aylını özünə çəkib təkrar – təkrar öpdü üzündən, alnından, dodaqlarından. Aylında Nicatı öpdü, qucaqlayıb sinəsinə başını qoydu. Nicat çox sevindi, birinci idi etdiyi səhvindən sonra, beləcə özünə qısılıb bağışladığını ifadə edirdi. Nicat – Aylına: bağışla canım, səndən məni ayrı salacaqdı Fazil şərəfsizi, bir daha təkrarlanmayacaq söz verirəm sənə. Aylının saçlarını sığallayaraq öpüb, bərk – bərk özünə sıxıb tutdu.

Arxadan səs eşidildi, – Nicata: mən nə dedim, siz nə edirsiniz? Aylın Sərdarın səsindən tanıdı. Ancaq başını Nicatın sinəsindən götürmədi. Nicat – Sərdara: sevgidən sən anlamassan mənim qədər, o üzdən nə dediyinin önəmi yox bu dəqiqə. Sərdar əsəbləşdi, – Aylına: bu axlını oynatdı anladıq, sənə nə oldu?

Aylın üzünü sinəsindən çəkib – Nicata: Sərdar düz deyir canım, təhlükəni unutduq bir anda ikimizdə. Get canım mən axşam gələcəm, tamammı? Sərdara xoş deyildi, Aylının Nicata axşam gələcəm deməsi. Çox qısqanırdı, əlin üzünə çəkib kənara baxdı. Nicat təkrar özünə çəkib Aylının dodaqlarından öpdü buraxmadan. Nicat – Aylına: gözləyəcəm ürəyim, çox darıxdım gec olmadan gəl.

Sərdarın elə bil başından aşağı qaynar su tökdülər, heç vaxtdı gözü önündə Aylının başqasıyla öpüşdüyünü görməmişdi. Bir anlıq çox qısqandı, həyəcanlandı. Aylın – Nicata: tamam canım gələcəm, get görən olunca, Nicat Aylının alnınan öpüb getdi. Sərdar əsəblə – Aylına: yəqinki nəfəsin gəlir artıq, oksigen qəbul etdin, işnə dönə bilərsən Aylın xanım. Aylın Sərdarın özünü qısqandığını anladı. Aylın – Sərdara: yeri – yerində çatmadı, ancaq axçama kimi idarə edər Sərdar bəy. İşimə dönə bilərəm artıq, yanından keçib getdi. Sərdar gözlərini bir anlıq yumaraq, özünü ələ almağa çalışdı, öz – özünə: səni gərək atdıraydım içəri, üzünə həsrət qalardın. Aylının ardınca getdi əsəblə.

Axşam olurdu, iş saatı bitməyə az qalmışdı. Ramiz – Dilqəmə: sən Nicata get, mən Aylınla görüşəcəm. Dilqəm masadan açarlarını telefonunu götürüb – Ramizə: qardaşım, Nicatın buraxdığı səhvdən sonra, məncə axlın başına gəlmişdir. Bax orda Aylının yanında Sərdar olacaq, bilirsəndə?

Ramiz – Dilqəmə: mənə nə ondan? mənə artıq Aylının təhlükəsizliyi önəmlidir. Dilqəm şüphəli baxışlarla baxaraq, – Ramizə: tamam, mən Nicatla olacam, səndə gələrsən Aylından sonra. Ramizdə ayağa qalxıb, masadan telefonunu açarlarını götürüb – Dilqəmə: tamam qardaşım görüşərik, getdi otaqdan çıxıb.

Sərdarla Aylınada, işdən çıxmaqçün hazırlaşırdılar. Sərdar Nicatın öpdüyünü gördükdən sonra, Aylınla bir kəlmə kəsməmişdi danışmamışdı. Kefsiz idi, – Aylına: hazırsansa çıxaq. Aylın – Sərdara: oha Sərdar bəy danışa bilirsənmiş, şaşırtdın məni. Sərdar incik və əsəblə – Aylına: səndə məni şaşırtdın Aylın xanım öpüşməyinlə, bu söz Aylına təsir etdi. Aylın – Sərdara: uşaqsanmı sən? – Aylına: mən dışarda gözləyirəm səni. Ggəl gedək sevgilinə çatdırım səni, doya – doya oksigenini alarsan. Məndə çox yorğunam yatmaq istəyirəm, səndən fərqli olaraq hər zamandakı kimi, tək tənha. Aylını gözləmədən çıxdı getdi. Aylın öz – özünə: sizinlə alınan oksigeninizədə, hər şeyinizədə, əsəblə qarşısındakı kağızları əliylə masadan geri itələyib, baxdı üzgün baxışlarla.

Sərdar gəlib maşının yanında dayanıb, cibindən siqaret çıxarıb yandırdı, tüstüsünü ciyərlərinə alaraq incik – üzgün baxışlarla baxdı.

Aylın otaqdan çıxırdı Cəmilə gəldi, yanında firma paltarı geyinmiş oğlan vardı, əlində çantayala. Cəmilə – Aylına: Aylın xanım, təhlükəsizlik qapımızda nasazlıq yaranmış, adam gəlmiş təmiriçün. Aylının kefi yox idi, – Cəmiləyə: nə lazımdır etsin, haqqınıdan artıqlamasıyla ödəyərsiniz.

oğlan – Aylına: Aylın xanım sizdən bir xayişim var, əgər mümkünsə təklikdə demək istəyirəm. Aylın tələsirdi, bilirdi Sərdar əsəbi və küskün idi, özünü gözləyirdi dışarda. Aylın – oğlana: siz mənə deyəçəklərinizi Cəmilə xanıma desəniz o həll edər, mən tələsirəm getməliyəm. Oğlanın üzünün ifadəsi dəyişdi, – Aylına: mən ailəmlə əlaqədar deyəcəkdim. Aylın xanım qalsın, bağışlayın mənə qapının yerini göstərsinlər, təmir edim. Aylın dayanıb baxdı, anladı oğlanın başqa dərdi olana oxşayırdı, Aylın – Cəmiləyə: mən göstərərəm təmir ediləCək qapını, siz gedə bilərsiniz Cəmilə xanım. Cəmilə təşəkkür edib getdi. Aylın – oğlana: buyur bu tərəfdən, oğlan sevindi, Aylın getmədi özüylə gəlməyə razılaşdı deyə. Oğlan – Aylına: sizin gərçəkdəndə gözəl ürəyiniz var Aylın xanım.

Aylın gətirib təhlükəsizlik qapısını göstərdi, – oğlana: təmir edəcəyiniz qapı budur. Siz mənə nə deyəcəkdiniz? ailənizdən birisini şirkətimizə işə qoymaqçünmü xayiş edəcəkdin? inşallah başqa probleminiz yoxdur. Olsada üzülmə, mən yardım edərəm sənə tamammı? həyatda problemsiz insan yoxdur.

Oğlan çantasını açıb əlinə əlcəklərini geyinərək, telefonuyla kiməsə mesaj yolladı. Oğlan – Aylına: yox Aylın xanım, işlə əlaqədar deyil. Təhlükəsizlik qapısını açıb baxdı dışarı. Aylın – oğına: bu həyatda ölümdən başqa hər şeyə çarə var. İnan bacardığım yardımı əsirgəməyəcəm de buyur. Oğlan dönüb Aylına peşman baxışlarla baxdı, sanki Aylının insanlıq davranışı onun ürəyinə toxunmuşdu. Ancaq artıq gec idi, qapını açmışdı, Aylının həyatını təhlükyə atmışdı. Bir anda içəri üzü maskalılar girdilər, Aylının üzünə nə isə fısqırtdılar, beyni dumanlandı özündən keçindi. Tez birisi qucağına alıb Aylını apardı, ardınca obirlərdə çıxdılar. Oğlan elə peşman olmuşdu Aylını təslim etdiyinə, qayıdıb birisi işarə etdi ki, tələssin getməyə. Tez çantasını götürüb çıxdı, oların ardınca qaçaraq getdi.

Şirkətin qarşısında Sərdar gözləyirdi saatına baxa – baxa, öz – özünə: dedim axı yorğunam. Maşın dayandı, Ramiz maşından enib gəldi. Ramiz – Sərdara: Aylın çıxmadımı? Sərdar əsəblə – Ramizə: çıxmadı, yarım saatdır gözləyirəm. Cəmilə yaxınlaşdı, – Sərdara: Sərdar bəy, Aylın xanıma usta gəldi. Bizim təhlükəsizlik qapısında nasazlıq olmuş, təmir edəcək. Aylın xanıma önəmli deyəcək sözü olduğuçün, mənim qalmamı istəmədi, Aylın xanım onunla getdi. Sərdarla Ramiz bir – birinə baxdılar şüphəli baxışlarla. Sərdar – Cəmiləyə: tanışdırmı o Aylına? Cəmilə çiyinlərini çəkərək, yox bənzəmədi tanış olana. Sərdar qaçaraq şirkətə getdi, ardınçada Ramiz qaçdı. Cəmilə öz – özünə: nə oldu ki? narahat oldu, özüdə oların ardınca tələsik getdi.

Sərdar gəlib baxdı qapı açıq idi, nə usta, nədə Aylın vardı. Ardınca Ramiz yetişdi – Sərdara: hanı Aylın? görməyincə həyəcanlandı, tez qapıdan çıxb ətrafa baxdı. Sərdarın həyəcandan axlı durdu bir anlıq, öz – özünə: Allah mənim cəzamı versin, lənət olsun bağırdı! Cəmilə gəldi, heçnə anlamadı – Sərdara: Sərdar bəy nə oldu? anlamadım, bir şeymi oldu. Sərdar divara söykənib, dizlərinə əllərini qoyub dərindən – dərindən nəfəs alara. Çox çətinliklər – Cəmiləyə: get de kamera çəkilişlərinə baxsınlar, mənə o gələn tipi tapsınlar tələs. Cəmilə anladı yaxşı bir şey olmadığını, tələsik qaçaraq getdi. Ramiz gəldi dışardan, – Sərdara: kim etdi bunu? niyə qoydun onu tək? əsəbləşib Sərdarın yaxasından tutaraq bağırdı. Ramiz – Sərdara: bir qadını iki kişi qoruya bilmədiniz siz, nə zibillər oldunuz başıma. Hanı Aylın? hanı deyirəm susmasana.

Sərdar peşman olmuşdu, Ramizə müqavimətdə göstərmirdi, keyləşmişdi sanki.

Aylını xarabalıq yerə gətirib, əllərini arxaya bağlayıb otuzdurmuşdular sutulda.

Üzünə fısqırdılan qazın təsirindən, zorla gözlərini aça bildi, qarşısındakılardan heç kimi tanımadı. Aylın – olara: şərəfsizlər üzümə zibili fısqırtmasanız, mənə gücünüz yetməz deyə çoxmu qorxdunuz? Sizin kişilik qeyrətinizə …olsun, alçaq çaqqallar. Aylının oları alçaltmasına məhəl qoymamağa çalışsalarda, içlərində birisi gərçəkdən şərəfsizin böyüyünə bənzəyirdi. Alçaq – Aylına: o dilinə sahib olda, vaxtı çatmadan kəsməyim. Aylın – ona: kəsən soruşub kəsmir, səndə o hünər hardadır şərəfsiz. Yaxınlaşıb tutarlı bir yumuruq vurdu başından, Aylının burnundan qan gəldi. Yanındakılar – ona: dedilər toxunmayın, duymadınmı? çəkil vurma, Aylının başında küt ağrı vardı zərbənin təsirindən, – ona: əlin sanki incə qız əlidir. Budurmu gücün şərəfsiz? getdiyi yerdən dönüb, bir – neçə dəfə vurdu Aylını. Tez başqaları gəlib qolundan tutub, sakitləşdirməyə çalışdırdılar, – ona: nə edirsən? problem yaratma özünədə, bizədə.

Qapı təmiriçün gələn oğlan gədi. Aylının burnunun – ağzının qanadığını görüb dönüb baxdı. Oğlan – olara: kim vurdu? heç kim demədi. Əsəbləşdi bağırdı! – olara: kim vurdu dedim, duymadınızmı? obirilər vurana baxdılar. Anladı Aylını onun vurduğunu yaxınlaşdı, bir söz demədən alnıyla burnundan vurub yıxdı yerə. Burnundan qan gəldi, yıxılan – oğlana: ona görə mənimi vurdun? bizə şərəfsiz dedi. Yerdən yaxasından tutub qaldıraraq, əsəblə – ona: qadına əl qaldıran o əllərini santım – santım qıraram bil. Sən məni anladınmı? qorxub artıq cavab qaytarmadı, yaxasından kobutca itələyib – ona: rədd ol su dəsmal gətir tez ol, bağırdı. Tez getdi tərs – tərs Aylına baxaraq, burnunun qanını silə – silə. Oğlan yaxınlaşıb baxdı, – Aylına: Aylın xanım bağışla, üzür istəyirəm səndən o mərəfətsizin etdiyi hərəkətə görə. Aylın baxdı yavaş səslə – oğlana: həyat nə qəribə deyilmi? bəzən hansısa səbəblərdən, insanı heç sevmədiyi və bacarmadığı işlərə məcbur edir.

Oğlan çox gözəl anlayırdı, Aylın nə demək istəyirdi. Oğlan – Aylına: məcbur insanı xaricən dəyişə bilsədə, daxilən əsla dəyişə bilmir. Az vaxtdan dəsmalla su gətirib, yanına qoydu gedib kənarda dayandı. Oğlan dəsmalı suda nəmlədib, Aylının burnunu qanını sildi ehtiyatla. Oğlan – Aylına: səni pula görəmi qaçırtmağımızı əmir etdilər?

Aylın – oğlana: bilsəm düzgün cavab verərdim sənə. Aylının başında ağrı vardı, – oğlana: əlimi açarsanmı? oğlan dərindən nəfəs alıb, dəsmalı kənara qoyub əllərini açdı. Oğlan – Aylına: səndən xayiş edirəm, qaçmağa çalışma. Bax başqaları tərəfindən vurlmanı istəmirəm inan.

Aylın əliylə başının vurulan yerindən bərk – bərk sıxıb tutaraq, – oğlana: inan heç fikrimdə yoxdur qaçmaq. Ən azından sənə qədər mənədə maraqlıdır, kim tərəfindən və nəyçün qaçırıldığım. Dəsmalı götürüb bir əliylə başını tutaraq, bir əliylə burnunun qanını sildi. Oğlan dönüb tərs – tərs əsəblə baxı Aylını vurana. Başqasının telefonuna zəng gəldi, tez cavab verdi kiməsə, dediyimiz ünvandadır gözləyirik. Aylın anladı, ona gələn zəngin özünü qaçırdıran adam tərəfindən olduğunu. Oğlan ayağa qalxıb, gedib zəng gələnə – adama: nə dedilər? az vaxtda burda olacaqlar dedilər. Oğlan sanki istəmirdi, Aylını kiminsənin əlinə verməyə. Narahat üzgün əlini üzünə çəkib, peşman baxışlarla baxdı. Oğlan – Aylına: sənin kiməsə borcun və ya başqa problemin varmı?

Aylın dəsmalı suda nəmlədib sıxaraq, – oğlana: borcum kimsəyə yoxdur. Ancaq problemim nə qədər desən var. Oğlan cibindən siqaret çıxarıb yandırıb çəkdi, Aylına baxıb nə isə fikirləşdi. Aylın heç olara baxmadan, dəsmalla qanını silirdi.

Sərdarla Ramiz kameralara düşmüş, şirkətə usta kimi girib Aylını qaçıran oğlana baxırdılar. Sərdar telefonda Aylının babasıyla danışırdı, bir əliylə başını tutub ona olanları anlatırdı. Cəmilə qorxmuş, ülkək baxışlarla baxırdı olara. Sərdar telefonu cibnə qoyub – Ramizə: Aylının telefonunu atmışlar, yerini telefonuyla izləməsi mümkün deyilmiş. Ramiz əsəbləşib bağırıb, yumuruqlarını masaya vurdu. Ramiz – Sərdara: kim etdi bunu, Fazil şərəfsizimi? Cəmilənin yanlarında olmasına məhəl qoymadan, Ramizin bu sözü deməsinə görə baxdı. Sərdar – Cəmiləyə: Fazil bəy tanıdığınız kimi birisi deyil Cəmilə, bunu sizə indi anlatmağa vaxtım yoxdur. Bacarsan, burda olanları sirr olaraq saxla ki, sənində həyatın təhlükədə olmasın, tamammı?

Cəmilə – Sərdara: Sərdar bəy, mən Aylın xanımı çox istəyirəm. Ona bir şey olmasın, məndən söz çıxmaz narahat olmayın. Sərdar – Ramizə: məncə bu Fazilin işi deyil, təxmin edirəm kimdir, gəl mənimlə. Tez qaçaraq şirkətdən çıxdılar. Cəmilə kövrəldi, keçib əyləşib öz – özünə: aman Allahım sən qoru.

Qapı açıldı, içəri kiminsə gəldiyini görüb hər kəs ayağa qalxıb gözlədilər. Aylın heç baxmırdı gələn kimdir, əlində dəsmalla başını tutub oturmuşdu. Qarşısında bahalı ayaqqabılarla kiminsə gəlib dayandığını gördü, yenədə baxmadı. Aylın onun danışığından səsindən, kimin olduğunu bilməkçün gözləyirdi. Gələn – Aylına: necə demişlər Aylın xanım? etdiyin pisliklərin və yalanların, geci – tezi bir gün qarşına çıxar və cəzanı çox ağır ödəyərsən. Aylın səsindən kimin olduğunu anlamağa çalışsada, axlına gətirə bilmədi kimdir deyə. Gələn – Aylına: sənin bu halda, qarşımda belə oturmanı görməyə isətməzdim. Sən özün – özünü bu hala saldın, səndən ailəmi qorumaqçün başqa çarə buraxmadın mənə. Sənə nə lazımdır bizdən, pulmu? gəlib adam kimi desəydin yardım edərdim, mən pis biri deyiləm.

Aylın başını qaldırıb baxdığında, qarşısında atasının dayandığını görüb anladı. Ümidin ona gərçəkləri dediyini və bunada atasının inanmadığını. Aylın əlini atasının bahalı ayaqqabısının üstünə qoyub, gülümsədi. Aylın – atasına: başqa evladlar ata qucağında böyüyüb, əllərindən tutduğunda. Mənə illər sonra ayağına toxunmaq qismət oldu. İnanıram ki, ailəni məndən qorumaqçün düz olana qərar verəcəksən Rəhim bəy. Atası ayağını geri çəkdi – Aylına: sən ruh xəstəsisənmi? yoxsa özünü belə göstərib, mənim sənə yazığım gələcəyini düşünürsənsə, səhvin var. Mən icazə verə bilmərəm, sən səbəb olub oğlum qatil olsun. Məndən sənə son bir təklifim olacaq, istəmirəm sənin həyatını yarımçıq qoyum, təklifimlə razılaş yaşa. Mən səni burdan indicə götürüb, axıldan kəmlərin xəstəxanasına yerləşdirəcəyəm və sən bir daha ordan çıxmayacaqsan. Mənim kantrolum altda olacaqsan, ömrünün son gününə kimi. Aylın – atasına: inan məni kimsə kantrol altında saxlaya bilməz, belə səhv təklif edərək, başına bəla etmə məni. Bilirəm oğlunu və həyat yoldaşını çox sevirsən. Oların həyatını təhlükəyə atma, qoyaq nöqtəsini bitsin bu iş. Atası biraz baxıb, dərindən nəfəs alaraq – Aylına: sənin kimi ruh xəstəsi illər öncə həyatıma girmişdi. Çox cətinliklə ondan ailəmi qurtara bildim, bu nə cəzadır mən sizlərdən çəkirəm. Sanki o şərəfsizin qızısan, illər sonra qarşıma çıxdın deyərdim, ancaq Allah o alçağa evlad vermədi. Bunu dəqiq bilirəm, sən onun qızı ola bilməssən.

Aylının gözləri bi ixtiyar doldu, ağlamamaqçün özünü zor tuturdu. Gərçəkdən nə qəribə durum deyildimi? qarşısında doğmaca qızının olduğunu, necə hiss edə bilmirdi ürəyi. Aylın yavaş səslə öz – özünə: qarşımda anam olsaydı, bəlkədə ürəyi hiss edərdi qızı olduğumu.

Atası şüphəli baxışlarla baxaraq, – Aylına: sən mənə başqa çarə buraxmadın, bağışla ailəmi qorumalıyam. Aylın – atasına: mən sənə halal edirəm canımı, qanımı, sonunda yad deyilik Rəhim bəy. Atası dahada əsəbləşdi, saatına baxdıb -yanındakılara: ikki saatdan sizə zəng etməsəm, bitirin işini. Getmək istəyirdi, – atasına: düz qərar verdiyinçün təşəkkür edirəm, çalış zəng etmə, oğluna yoldaşına yaxşı bax. Atası çox çətin qərar vermişdi, özüdə pis olmuşdu.

İki saatdan, anldınızmı? tez getdi ordan, artıq cavab vermədi Aylına. Aylın qolundakı saata baxıb, dərindən nəfəs aldı. Kənarda dayanıb özünə baxan – oğlana: mənə bir qələm, kağız verərsənmi? bir məktub yazacam. Mən öldükdən sonra, məktubu dediyim adama çatdırmanı istəyirəm. Oğlan sakitçcə söz demədən, gedib kağız – qələm gətirib verdi. Aylın götürüb təşəkkür etdi, hamı bir qəribə baxırdı. Aylının qorxmadan, qaçmağa cürəət etmədən, ölümünə razılaşmasına. Oğlan peşman – peşman kənarda dayanıb baxırdı. Aylın nə isə yazırdı kağıza, sanki tələsirdi qorxurdu! yazısını bitirmədən ölüm vaxtı çatardı.

Sərdar Aylının atasının evinə gəldi Ramizlə, qapının zəngini əlini götürmədən basırdı. Gözətçi gəlib qapını açıb, – Sərdara: nə edirsən sən?

Sərdar gözətçi qapını açan kimi, onu dinləmədən itələyib içəri girdi, adınca Ramiz getdi. Gözətçi əlindəki simsizlə xəbər verdi ki, evə basqın var, tez qaçaraq getdi ardlarınca. Sərdarla – Ramizi başqa gözətçilər qarşıladılar əllərində silahlarla, – olara: durun yerinizdə, bir addım atsanız atəş açacağıq. Sərdar bağırıb səslədi! Ümid çıx hardasan. Az vaxtdan Ümidin anası çıxdı səsə, gözətçilərdən birisi tez onun qarşısına keçdi. Sevda xanım xayiş edirik evə keçin, təhlükəlidir burda olmanız. Sərdar əsəblə bağırdı! Ümid çıx dedim hardasan. Ümid gəldi, əllərində adamlarının Sərdarla – Ramizə qarşı silah dayadıqlarını görüb, – olara: salın silahları aşağı. Ümid – Sərdara: buradamı gəlməyə cəsarət etdin? İanana bilmirəm. Gərçəkdən nə istəyirsiniz bizdən siz? Sərdarın həyəcandan sanki ürəyi dayanacaqdı. Sərdar – Ümidə: Aylını sizmi qaçırdınız? atan hardadı çağır onu, desin omu qaçırdı.

Anası – Ümidə: bunlar kimdir oğlum? nələr olur. Aylını niyə qaçırsın ki atan?

Sərdar istəmirdi anasına gərçəyi deyib, şok yaşatsın qadına. Sərdar – Ümidə: yalvarıram sənə ağır atanı, Aylın hardadır bir səhv etmədən dursun. Bu vaxtdı həyətə atasının maşını girdi, dönüb baxdılar. Anası – Sərdara: yenə Aylınmı? bu Aylın mənim ailəmə bəlamı kəsildi? nələr olur gərçəkdən.

Sərdar – anasına: Aylın kimsəyə bəla kəsilmədi, Sadəçə siz onu səhv tanımısız xanım.

Anası əsəbləşdi, – Sərdara: oğlum iki dəfə ona görə vuruldu, nəyini səhf tanımışammış Aylın xanımınızın. Atası maşından endi baxdı, kefsiz idi. Atası – yanındakılara: kim bunlar? nə isə pıçıldadılar, dahada əsəbləşdi.

Yaxınlaşdı baxdı Ramizlə Sərdara, siz Aylını burdamı axtarırsınız? polis çağırmadan tərk edin evimi. Sərdarın gözündən qaçmadı atasının gözlərində olan peşmanlıq və yalan. Sərdar – atasına: Aylına bir şey etmədin, elə deyilmi? atası bağırdı! – Sərdara: dedim tərk edin evimi. Aylın – Aylın – Aylın, gərçəkdən başıma bəla oldu bu Aylın mənim. Görmədim, bilmirəm və maraqlıda deyil.

Atası – oğluna – arvadına: bunları dinləməyin yalançı moşenniklərdilər, keçin evə, əsəblə evə getdi. Sərdar dərindən – dərindən nəfəs aldı, anlamışdı Aylının yoxa çıxmasında, atasının əli vardır. Fazil şərəfsizinin işi deyildi bu dəfə. Özünü pis hiss etdi, yıxılmamaqçün əlini atdı, tez Ramiz qolundan tutudu ki, yıxılmasın. Sərdar nəfəsini zorla alırdı, – anasına: ərinizə deyin, Aylının yerini desin mənə. Ümid qabağa gəlib, Sərdarın ağzından bir yumuruq vurdu. Ramiz Sərdarı tutdu yıxılmasın.

Ramiz – Ümidə: əllə – qolla hərəkət edəcəyinə, hələ gec deyil bacını qurtar atandan. Anası bu sözü duyub, pərt baxdı. Anası – Ümidə: bacınımı? oğlum bunlar nə deyirlər?

Ümid – anasına: atamı duymadınmı? moşenniklərdilər bunlar, Aylın qarışıq. Bizim ailə arxivimizə girmişlər, Aylın özünü bizim qızınmız kimi qələmə vermiş və pul qopartmağa çalışır, başqa heçnə. Anası əlini sinəsinə tutub, həyəcanla baxdı. Arvat – Sərdara: aman Allahım, günah deyilmi? belə yalan deyib, necə başqalarının hissləriylə oynaya bilirsiniz? mənim illər qabaq ölmüş. Mənim qızımı rahat qoyun, rədd olun burdan, ağladı.

Atası geri qayıdıb, arvadının qolundan tutub, gəl canım indi oları polislər gəlib rədd edəcəklər. Ramiz dözmədi bağırdı! -olara: sizə görə Aylın zülüm çəkdi. Ancaq siz gözəl həyat yaşadınız, öz doğma qızınıdan xəbəriniz belə olmadı. Lənət olsun, deyin onun nə günahı vardı? Aylın sizin, Fazil şərəfsiziylə şəxsi probleminizin qurbanı oldu. Yazıq doğulduğu günüdən buyana gün görmədi, insafsızlar, bağrdı! Bu sözü eşitdiklrəində, getdikləri yerdə dayandılar, bir – birinə baxdılar şüphəli baxışlarla.

Ramiz susmadı, – olara: sizin qızınız ölmədi sağdır, sizdən onu Fazil şərəfsizi çalaraq, bu günə kimi planlar qurdu. Aylını başqa ailədə böyütdü, sonunda başardı, atasına doğma qızını öz əliylə vurduraraq, ürəyinə dağ çəkmək istədi. Ramizin gözlərindən yaş süzüldü, nə ola de vurmadın onu, etmədin belə iş. Sərdarın artıq halı qalmamışdı, Ramizin qollarından sürüşüb yerə oturdu. Atasını sanki ilan vurdu, bu artıq yalan ola bilməzdi. Anasının başını döndü, yıxılacaqdı tez yanında dayanmış gözətçilərdən birisi tutdu. Atası sanki key olmuşdu, baxa qalmışdı.

Ümid artıq anladı ata – anasının üz ifadələrindən, Aylın gərçəkdəndə doğma bacısı idi, çox üzüldü. Ümid – atasına: ata bacımın harda olduğunu bilirsənmi? yaxınlaşıb hələdə keyikib qalmış atasının çiynindən tutub sirkələdi. Umid – atasına: ata məni duyursanmı? cavab ver. Atası şokdan ayılmağa çalışdı, tez qolundakı saatına baxdı. Birdən xatırladı, yol gələrkən zəng etməməkçün telefonun maşının aynasında yola atmışdı, öz – özünə: yox mən qızımın qatili ola bilmərəm. Allahım bunu mənə yaşatma, tez maşına tərəf qaçıb bağırdı! qapıları açın. Atasının arxasınça Ümid qaçıb, öz maşınına əyləşdi. Ramiz yerdə düşüb qalmış Sərdarı qaldırıb, – Ümidə: gözlə dur getmə, tez maşına tərəf apardı. Sərdarı otuzdurub yanına əyləşdi, qapnı örtüb – Ümidə: bas qaza atanın ardınca bağırdı!

Ümid maşının qazına basaraq, süəətlə həyətdən çıxdı atasının ardınca.

Nicatın heçnədən xəbəri yox idi, kefi yaxşı idi, Aylın axşam gələcəkdi söz vermişdi. Xalası əlində sinidə çaylarla gəldi, – Nicata: oğlum sənin gizlin qaçmana əsəbləşsəmdə, artıq rahat olduğunu görməyim ürəyimə rahatlıq verdi. Nicat xalasına çayları qoymağa yardım edib, üzündən öpüb əyləşdi. Telefonunu götürüb Aylına mesaj atdı, mesajın çatmadığını görüncə öz – özünə: telefonunun enirjisimi bitdi?

Xalası – Nicata: nə oldu oğlum? əyləşib çayını götürüb, bir qurtum içdi. Nicat – xalasına: mesajım çatmadı Aylına. Xalası gülümsəyərək, – Nicata: yəqin enerjisi bitmişdir, narahat olma oğlum gələr bir azdan, qızımçün məndə darıxmışam. Sevdiyi yeməkləri hazırlaşımışam.

Nazlı gəldi Dilqəmlə əyləşdilər. Dilqəm Nazlının anasından utanırdı, çox nazik davranırdı həmişə gəldiyində. Anasıda Dilqəmin tərbiyəsinə – mərəfətinə dəyər verirdi. Anası – Dilqəmə: oğlum çayınızı için, birazdan Aylın qızımda gələcək, axşam yeməyimizi birlikdə yeyəcəyik. Dilqəm təşəkkür edib, çayını götürüb bir qurtum içməmişdi, telefonuna zəng gəldi. Baxdı Ramiz idi, tez cavab verdi alo qardaşım, nə duydusa, əlindəki çay fincanı yerə düşdü dağıldı. Hamı baxdılar, Dilqəmin üzünün ifadəsi dəyişdi. Dilqəm ayağa qalxıb, nəə? sən nə danışırsan qardaşım. Əliylə üzünü – boynunu silirək, Nicatala xalasına baxdı, telefonu qulağından qıraq çəkib, bilmədi nə desin, nə etsin. Nicat – Dilqəmə: nə oldu? elə bil şüphələndi, ayağa qalxdı. Nicat – Dilqəmə: Aylınla əlaqəsi varmı? Dilqəm üzgün baxışlarla baxaraq. Həyəcanlı titrək səslə, – Nicata: Aylını işdən çıxarkən atası qaçırtmış, indi onun ardınca gedirlər.

Nicat həyəcanlandı, xalası ürəyinin üstünə əlini qoyub, aman Allahım qızıma bir şey etməsin, hönkürüb ağıadı. Nazlı tez anasının yanında əyləşib, sakitləşdirməyə çalışdı. Nicat həyəcanlandı, biranda nə edəcəyini bilmədi. Nicat – Dilqəmə: hardaymış Aylın? hara gedirlərlərmiş demədimi?

Tez telefonunu götürüb Ramizə zəng etdi. Ramiz açmırdı, Nicat öz – özünə: aç bu zibili cavab ver. Ramizdən cavab gəldi, Nicat qorxmuş səslə – Ramizə: hardadır Aylın, yerini de mənə tez ol. Biraz qulaq asıb, nəə? sən nə danışırsan? əliylə alnını tutub geri yerinə oturdu, baxa qaldı.

Xalası Nicatın durumundan dahada qorxdu, qızım deyib çığırıb ağlamağa başladı. Nicatın gözləri yaşardı, – Dilqəmə: atası bu dəfə gərçəkdən ölüm əmrini vermiş Aylının. Alnını qoluna qoyub ağladı içini çəkə – çəkə. Dilqəm dönüb Nazlıya və hönkürüb ağlayan anasına baxdı. Allahım bu nə sınaq idi? Dilqəmin ürəyindən küt sancı keçdi. Aylına olan dostluq – insanlıq sevgisi, əvəzsiz idi. Dilqəm öz -özünə: bu qədər haqsızlıq ola bilməz, gərçəkdən günahdır Allahım etmə, gözlərindən yaş süzüldü. Nazlıda ağlamağa başladı anasını qucaqlayıb. Nicat yerindən qalxıb bağıraraq, dışarı qaçdı. Diqləm bir – birinə qısılıb ağlayan ana – balanı çarəsiz tək qoyub, Nicatın ardınca qaçdı.

Atasının ardınca maşınla gəlib dayandılar xarabalıq bir tikintinin qarşısında. Atası maşından enərək, qaçıb getdi Aylını saxlayan yerə tərəf, ardınca Ümidlə Ramiz qaçaraq getdilər.

Sərdarın halı qalmamışdı həyəcandan, arxalarınca yetişə bilmirdi, taqəti qalmamışdı. Yazıq qorxurdu! axlına pis şeylər gətirərək, kövrəldi. Sərdar yavaş səslə qapıya yetişib, canım nə olar məni tərk etmə, nə olar Allahım mənim canımı al, ona toxunma.

İçəri girdiklərində kimsə yox idi. Atası həyəcanla ətrafa baxdı, tez Aylın oturan yerə yaxınlaşdı. Qızını qoyub getdiyi yerdə çox qan izləri vardı, yerə dizləri üstə çöküb, əliylə qana toxunub baxdı. Atasının əli əsməyə başladı, dərindən – dərindən nəfəs alıb, peşman – üzgün baxışlarla baxdı. Ramiz gəlib qan izini gördükdə, az qala dəli olacaqdı bağırdı! Aylınnn. Qardaşı ikki əlləriylə başını tutub baxırdı, atasına və yerdəki qan izlərinə, göz yaşlarına boğudu, çarəsizdilər.

Razmizin Aylın deyib bağıran səsini Sərdar duyduğunda, qapıda yıxıldı, içini çəkə – çəkə ağladı yumuruqlarını yerə vuraraq.

Atasınında gözlərindən yaş gəlirdi, gözünə yaxında qoyulmuş kağız və kağızın üstünə qoyulmuş qol saatı sataşdı. Əli əsə – əsə saatı – kağızı götürüb baxdı xatırladı, saatı qızının qolunda görmüşdü. Çox peşman idi, saatına üzünü qısıb ağladı qızım deyə, atası alnını qızının qanı tökülmüş yerə qoyub, ağladı bağıraraq. Ümid yaş süzülən gözlərylə atasının yerdən qaldırdı. Artıq gec olmuşdular, Aylın vurulmuşdu və iz itirməkçün aparmışdılar. Atası oğlunu qucaqlayıb bağıraraq! qızım deyib elə ağladı ki, ürəklərə dağ çəkirdi ah – naləsi. Ramiz dəli kimi geri – geri addımlayaraq, qaçıb çıxdı ordan.

Dışarı çıxıb, yerə yıxılıb qalmış Sərdara baxıb öz – özünə: yox – yox sən ölə bilməzsən Aylın. Ramizdə Sərdarın yanında dizləri üstə çöküb ağladı, bu nə pis dərt idi, hər kəsi pərişan etmişdi Aylının ölümü. Sanki hər kəs, ən dəyərli bir şeylərini itirmişdilər əbədi olaraq.

Maşından enib Dilqəmlə Nicatda qaçaraq gəldilər, bunların hallarında anladılar gec olduqlarını. Nicat içəri baxıb, Aylın deyib qaçaraq getdi.

Nicat gəlib oğluna sarılıb ah – nalə çəkib ağlayan atasına baxdı, gözləri sanki yerindən çıxacaqdı, inana bilmirdi qızının qatili öz doğma atası olduğuna. Nicat yavaş addımlarla yaxınlaşdı, birdən yerə axmış qanı görüb pis oldu, dizləri üstə qan ləkələrinin üstünə çökərək, əllərini qana sürtərək ağladı. Titrək səslə, canım bunu mənə yaşatma, nə olar ölmə, nə olar. Nicatın ağlaşı, atasının qalan ürəyinidə əridirdi, qorxmuş – çarəsiz uşaq kimi oğluna qısılıb, hönkürüb ağladı. Ümid yerə tökülmüş bacısının qanına baxıb, içini çəkə -çəkə ağlayırdı. Hər kəs bir tərəfdə yıxılıb qalmışdılar, göy üzüdə elə qaralmışdı ki, sanki buludlarda göz yaşlarını tökəçəkdilər bu olan haqsızlıqlara. Yazıq Aylın hər kəsin qarşısında, günahsız – günahkar olmuşdu. Çox yormuşdu bu zalım həyat onu, buda qəmli bir son idi, ürəklərə dağ çəkirdi yoxluğuyla. Tez – tez çəkdiyi məsəl, sanki birazdan olaçaqdı. Tufan qopacaqdı yağış yağacaqdı, ancaq hər kəs Aylınsız islanacaqdılar. Bu qopacaq tufandan, atıq kimin qorxusu vardı ki? Sərdar ağlayırdı göy üzünə baxaraq.

Aylının yoxluğundan bir ay keçmişdi. Fazil alçağındanda o gündən xəbər yox idi, ortalıqlarda artıq görsənmirdi. Nicat xəstə yatırdı yataqda. Xalası zorla qaşıqla ağzına yemək versədə, yeyə bilmirdi halı qalmamışdı. Xalasıda üzülüb tamam əldən düşmüşdü, yazığın göz yaşları bitib tükənmirdi. Nicatçün, qızıçün, ayaqda zor qala bilirdi, Aylınsız hər şeyləri məhv olmuşdu.

Ramiz işə getmirdi, evdə qardaşıyla üzgün gözləri yaşlı, vaxtını keçirirdi. Telefonunada cavab vermirdi, qardaşı böyümüşdü. Ramiz fikirə dalır, uşaq gətirib oyuncaqlarını verirdiyndə fikirdən ayılıb, çarəsiz gülümsəyib, baxırdı. Tez bir anda da, üzünün ifadəsi dəyişirdi. Aylını xatırlayırdı, ürəyi qan ağlayırdı.

Dilqəm Nazlıyla şirkətdə Ramizsiz çalışırdılar, iş qalmışdı tək öftəsində, çox yorulurdu. Nazlınında, Dilqəmində, o gündən bu yana üzləri gülməmişdi. Aancaq işlə məşğul olaraq, çalışırdılar başlarını qatsınlar. Aylını axıllarından çıxarmaq əlbətddə qeyri mümkün idi, çarəsiz ayaqda qalmağa çalışırdılar.

Aylının anası gərçəkləri bldikdən sonra, atasını günahlandıraraq, qızının ölümünə səsbəb olmuş deyə danışmırdı, evdən getmişdi başqa evə. Ümid yazıq qalmışdı ortalıqlarda çarəsiz, bilmirdi anasıylamı qalsın, yoxsa hər gün Aylının atasına yazdığı məktubu oxuyaraq, tək otağında göz yaşlarını axıdan atasıylamı. Anasıda çox ağlayırdı, gecəsi – gündüzünə qarışmışdı. Yazıq ana illər öncə itirmiş düşündüyü qızının, eyni şəhərdə böyüyüb boya – başa çatdığını bilə bilməmişdi. Hardan biləydi? bu qəddarlığı körpə qızına edərdilər deyə. Ümid çox sınmışdı və peşman idi, vaxtında inamadığıçün özünü günahlandırırdı. Bacısının özünü acılamasını xatırlayıb, göz yaşlarını axıdaraq gülümsəyirdi, hər kəs axlını oynatmasada, bir şey qalmamışdı.

488 ₽
Возрастное ограничение:
18+
Дата выхода на Литрес:
12 августа 2021
Объем:
461 стр. 2 иллюстрации
ISBN:
9785005517371
Правообладатель:
Издательские решения
Формат скачивания:
epub, fb2, fb3, ios.epub, mobi, pdf, txt, zip

С этой книгой читают

Эксклюзив
Черновик
4,7
131
Хит продаж
Черновик
4,9
478