Читать книгу: «Günahsız günahkar. Roman. Hissə – 5», страница 2

Шрифт:

Sən bizimçün canından keçməyə göz yumaraq, ölümdən döndüyünü unutdunmu? sən unutduysanda, mən unutmadım. Atamda hər zaman, sənin necə mərd – cəsarətli olduğunu deyirdi. Xasiyyəti tərs olsada, səni çox istəyirdi. Aylın – Səradara: sən atana heç bənzəmirsən. Sərdar üzünü saçlarına sürtərək, – Aylına: məni sən dəyişdin canım. Kobut xasiyyətimi mülayim, soyuqluğumu isə isti edə bildin sevginlə- varlığınla, sən mənim canımsan. Aylın yazıqda olanlardan elə üzülmüşdü – yorulmuşdu ki, halı qalmamışdı. Başını Sərdarın çiyninə dayayıb, gözlərini yumub artıq bir söz demədi. Sərdar bir ömür yaşasaydı, Aylının qoxusuna, istiliyinə, insanlığına və sevgisinə doymazdı.

Ümid otağında güzgüdən baxaraq, ağzının – üzünün göyərmiş – yaralanmış yerlərini dəsmalla silirdi. Qapı döyüldü, içəri anası girdi. Ümid güzgüdən üzünü çevirmədi ki, anası görüb narahat olmasın. Ümid – Anasına: mən uşaqlarla axşam yeməyimi yedim, siz məni gözləməyin. Anasının elə bil ürəyinə dammışdı, oğlunun özündən nə isə gizlətdiyi. Ümid güzgüdən anasının arxadan özünə yaxınlaşıdığını görüb, dodağını dişləyib baxdı. Anası – Ümidə: üzünü dön mənə. Ümid dərindən nəfəs alıb, çarəsiz döndüyündü. Anası üz – gözünün vurulduğunu görüb, əlini ağzına tutub baxdı. Ümid – nasına: bax anacan qarşında bilmirəm günahkarammı – deyiləmmi. Mən sənə söz verdim, bir daha təkrarlanmayacaq. Ancaq təssüflər olsun sözümü tuta bilmədim, bağışla. Anasının gözləri yaşaqrdı – Ümidə: mənə düzünü de, yenə o Aylınmı səbəb oldu?

Ümid anasının üzünə baxa bilmədi, baxışlarını qaçıraraq kənara baxıb, dərindən nəfəs alaraq, hə ona görə oldu. Anası tez otaqdan çıxıb getdi. Ümid öz – özünə: axxx Aylın axx, bir daha qarşıma çıxma. Sənin Allah cəzanı versin, anasının ardınca tez otaqdan çıxdı.

Atası qazet oxuyurdu divanda əyləşib. Qapı açıldı, otağa gözləri yaşlı arvadının girdiyini görüb, tez ayağa qalxaraq – arvadına: canım nə oldu?

Arvadı bir söz deyə bilmədi, gəlib ərinin sinəsinə qısılıb ağlamağa başladı. Bu vaxtdı içəri Ümidin üz – gözü vurulmuş yaralı halda girdiyini gördüyündə, anladı nəyə görə anasının ağladığını. Atası – Ümidə: oğlum sən nə gündəsən nə oldu, bu nə haldır?

Ümid əllərini belinə qoyub, üzgün baxışlarla atasına qısılıb ağlayan anasına baxdı, ügün baxışlarla. Yaxınlaşıb anasını sakitləşdirməkçün, çiyninə əlini qoyaraq – anasına: anacan. Bilmirəm nədən, mən sadəcə yardım etmək istədim ona. Anası atasınin sinəsinə əlini vuraraq ağlaya – ağlaya, – ərinə: o Aylın nə istəyir oğlumdan. Mən artıq rahat yata bilmirəm, duyursanmı məni? Rəhim bir şey et. Oğlumuzu bizdən alınca bir şey et, nə olar yardım et, içini çəkərək ağladı yazıq arvad. Atası – Ümidə: Aylınmı? Ümid başını narazılıqla sirkələyərək, – atasına: o qız bəla kəsildi mənə. hara getsəm qarşıma çıxır. Atası çox əsəbləşdi oğlunu vurulmasına və, arvadının ağlamasına. Yenə Aylın səbəb olmuşdu deyə, öz -özünə: sən dayan Aylın. Bir – bir etdiklərinin hesabını verəcəksən mənə.

Beləcə bir neçə gün keçmişdi. Aylın şirkətə işə gəlmişdi Nicatsız. Nicat xalasıyla birlikdə qalırdı, Fazil itinin fikrini yayındırmaqçün. Son zamanlar hər kəsçün baş bəlası olmuşdu Fazil iti. İz itirməkçün hamı dişinə sıxaraq, Sərdarın dediklərini etməyə məcbur qalmışdılar.

Ramiz atasınıda Aylınla birlikdə razı salaraq, başqa ölkəyə müalicəyə göndərmişdilər. Cəmilə qapını döyərək içəri girib – Aylına: Aylın xanım, bir azdan Fazil bəy gələcəyini bildirdi. Aylın yalandan gülümsəyərək, – Cəmiləyə: istədiyi vaxt gəlsin Fazil bəy, mən burdayam. Cəmilə razılığını bildirib, tez getdi. Aylının üzünün ifadəsi dəyişdi, nə isə düşünüb işinə davam etdi. Az vaxtdan qapı döyüldü, içəri Sərdar girdi. Sərdar – Aylına: canım işindən etmirəm ki? Aylın başını qaldırıb – Sərdara: buyur gəl Sərdar bəy.

Sərdar gəlib əyləşdi yaxındakı kresloda. Sərdar – Aylına: Nicatın etdiyi işə görə məni günhalandırmırsan, elə deyilmi? məndə istəməzdim onu uzun illərə məhkum etsinlər. Gördüyün kimi, artıq edəcəyim bir şey yoxdur, qanun hər kəsçün qanundur. Sərdar belə deyirdi ki, Fazil iti Aylının hər danışdığını dinlədiyini, bilirdilər. Aylın – Sərdara: mən düzü Nicatdan çox incidim, bunu sənə etdikdən sonra. Allah etməsin, səni vursaydı nə olacaqdı? məndə qanunlarımızla razıyam, çəksin çəzasını axlı başına gəlsin. Sən əlindən gələni etdin, əksinə təşəkkür edirəm sənə.

Gərçəkdəndə şirkətin önündə, maşınında əyləşib Fazil telefonuyla Aylının otağında gizlin qoydurmuş kamerayla, hər danışdıqlarını izləyib gülümsəyirdi. Fazil öz – özünə: bax belə Aylın xanım. Səm möhkəm ol ki, səninlə işimizi bitirə bilək. Maşının yanında dayanmış gözətçisi tez qapını açdı. Maşından enib, özündən razı halda şirkətə tərəf getdi.

Qapı döyüldü, Cəmilə – Fazilə: buyurun Fazil bəy. Fazil qapıdan içəri girib, – Aylına: Aylın qızım gec duydum, Nicat bəyin başına gələn bədbəxt hadisəni, bağışla. Aylın ayağa qalxıb yaxınlaşdı. Aylın – Fazilə: etdi bir səhv Fazil bəy, nə edək artıq əlimizdən bir şey gəlmir. Fazil özünü günahsız göstərməkçün Aylını qucaqladı. Sərdar oturduğu yerdən olara baxırdı. Fazil guya Sərdarı görməyən kimi özünü aparırdı. Fazil – Aylına: əlimdən gələn yardımı etməyə hazıram qızım, bilirsən. Nicat bəy mənimçün doğma sayılır. Mən bu gün getdim görüşünə buraxmadılar, sanki adam öldürmüş yazıq. Aylın Fazildən bir addım geri durub, səbrini ələ alarar – Fazilə: öldürmək fikriylə getdiyini duyduğumda, ondan soyudum bi ixtiyar. Sərdar mənimçün çox dəyərli biridir, bunu Nicat bəydə yaxşı bilirdi. Bunu bilərək, onu vurmaqçün getməyini ona bağışlaya bilmərəm. Fazilin bu sözlər ürəyindən idi, üzündən bəlli idi.

Fazil – Aylına: qismət olursa, bir gün Sərdar bəylədə görüşmək istəyərdim qızım. Aylın – Fazilə: Sərdar bəy burdadır, çox sağolsun məni tək qoymamış gəlmiş. Fazil sanki xəbərsiz kimi, Sərdarı guya indi görürmüş kimi özünü apardı. Fazil – Aylına: gərçəkdən, Sərdar bəydirmi?

Sərdar ayağa qalxdı, Aylın qədər ən azından o da yalandan aktiyorluq edərək, rol oynamağa məcbur idi. Aylın Sərdarı göstərib – Fazilə: bəli Fazil bəy, Sərdardır. Fazil özünü günahsız – təmmiz biri kimi göstərməyə çalışırdı. Fazil – Sərdara: Sərdar bəy? Sərdar yaxınlaşdı. Fazil əlini uzadaraq – Sərdara: təsadüfə baxsana, necə təmiz ürəyə sahib bir insansanmış. İnan səninlə görüşmək istəmişdim Sərdara bəy. Sərdar yalandan gülümsəyərək, əlini sıxaraq – Fazilə: Aylına qızım dediyinizi duyduğumda, onun tək olmadığını anladım. Mən sizə təşəkkür edirəm Fazil bəy. Bu etdiyiniz yaxşılıqların əvəzini, bilmirəm heç necə ödəyə bilərəm sizə. Aylın mənimçün çox dəyərli biridir, elə bil bu sözü gözləyirdi Fazil.

Fazil – Sərdara: Sərdar bəy, mən işlə əlaqədar bir necə gün şəhərdə olmadım. Bax Aylın qızımın başına nələr gəldi. Nicat bəyin sizi qısqanclıq qarşılığı vurmaq istədiyini duyunca, inan çox üzüldüm. Düzü çox şaşırdım, sakit bir insandı Nicat bəy. Artıq olan oldu, əlimizdən gələni edəcəyik onu qurtarmaqçün, məndə işlərimlə əlaqədar tez – tez şəhərdən getməyə məçbur qalıram. Artıq kimsəyə Aylın qızımı etibar edə bilmərəm. Sizi Allah yetirdi mənə, səndən bir xayişim olaçaq, qəbul edərsənsə çox sevinərəm. Sərdar – Fazilə: buyurun Fazil bəy, əlimdən gələni edərəm bacaqrdığım qədər.

Fazil sevindi, – Sərdara: Aylın artıq tək qaldı, şirkətimizdə bilirsən böyükdür. Qızıma işlərində yardıma etibarlı, sənin kimi birisinə ehtiyacımız var. Əgər qəbul edərsənsə, səndən qızım Aylınla burda iş ortağı olaraq çalışmanı xayiş edirəm. Nicat bəyin əvəzinə, yəni o çıxana qədər ən azından.

Sərdar – Fazilə: mən dediyim kimi, əlimdən gələni edərəm Fazil bəy. Ancaq buna Aylın xanım razı olarmı, onun fikrini bilsək məncə yaxşı olar. Fazil gülümsəyərək, – Sərdara: Aylın qızımla bizim, çox bənzərliyimiz var Sərdar bəy. Məncə Aylın xanım narazılıq etməz, əksinə razı olar.

Aylına baxıb gülümsəyərək, elə deyilmi qızım? Aylın – Sərdara: Fazil bəy mənimçün çox yaxın bir insandır, əgər sən razısansa qalıb çalışa bilərsən, mənim narazılığım yoxdur. Fazilin kefi dahada açıldı, əlini bərk – bərk sıxıb – Sərdara: o zaman bu dəqiqədən sən, Aylın qızımla iş ortağısan. Sərdar bəy təbrik edirəm yeni işinlə əlaqədar səni. Çox sağolun, ikinizdə məni başa düşüb anladınız, minnətdaram sizə. Yalandan kövrələrək, gözlərini yaşlada doldura bildi şərəfsiz.

Aylınla Sərdar xəbərdar idilər, Fazilin aktiyorluğundan. Sərdar yalandan gülümsəməyə çalışdı. Fazil – olara: o zaman mən sizə mane olmayım, baxsanız Allahım işimizi necə yöndəmə saldı. Hər şey bir anda yolundan çıxdığı kimi, bir anda da yoluna düşdü, şükürlər olsun. Mən sizi hələlik işinizlə baş – başa buraxıram, mane olmayım. Sizin ikinizdən daha bir xayişim olacaq, iş vaxtınız bitdiyində, sizi axşam yeməyinə gözləyəcəm. Aylın qızım, bilirəm çox üzgünsən, sənin üzülməni heç istəmirəm. Bunu bilməni istəyirəm, hər zaman səninləyəm, yanındayam. Bax çox istəyirəm Sərdar bəyidə yaxından tanımaq, biraz sizinlə vaxt keçirmək şansını məndən əsirgəməssəniz, çox sevinərəm. Aylın – Fazilə: tamam Fazil bəy, sizi bu sevincinizdən məhrum etməyə haqqım yoxdur. Üstümdə böyüyüm kimi, Çox əməyiniz – əziyyətiniz var, mütləq gələcəyik. Fazilin sevinçinin həddi yox idi, planı yağ kimi gedirdi.

Fazil – olara: o zaman sizə işinizdə uğurlar, axşam işdən çıxdığınızda, adamlarım sizi dediyim ünvana gətirəcəklər. Sərdar – Fazilə: bir qəhvəyə otursaydınız Fazil bəy. Fazil tülkü dilini işə salaraq – Sərdara: axşama qalsın, birlikdə içərik Sərdar bəy, o zaman mən sizinlə sağollaşımıram, axşama qədər. Gülümsəyərək, tez otaqdan çıxıb getdi.

Sərdar Aylına baxıb gülmüsəyərək, işarə etdi ki, gördünmü dediyim düz çıxdı. Aylının üzünün ifadəsi dəyişsədə, məcbur izlənirlər deyə – Sərdara: yeni işinə xoş gəldin Sərdar bəy. Sərdar Aylına yaxınlaşıb, boynuna sarılaraq qucaqlayıb qulağına pıçıldadı, sarıl mənə inandıraq onu. Aylın Sərdara sarılıb, üzünü sinəsinə qoyub sakit dayandı.

Fazil gəlib maşınına əyləşdi, qapını örtdü gözətçisi. Tez cibindən telefonunu çıxarıb, Aylınla Sərdarı izlədi. Hər şeydən razı üz ifadəsiylə gülümsəyərək, – şoferə: getdik, maşın yerindən tərpəndi, şirkətdən uzaqlaşdı.

Nicat gizlin – gizlin Aylınla telefonla əlaqə saxlayırdı, xalası gəldi otağına. Xalası – Nicata: oğlum Bahar xanım zəng etdi, axşama bizə gələcəkmiş. Nicat telefonu kənara qoyub – xalasına: gəlsin canım xalam, Bahar xala yaxşı insandır. Nazlının bəxtdi gətirib qaynana tərəfdən. Xalası yaxşı anlayırdı, Nicat özünü üzməməkçün çarəsiz danışırdı. Xalası – Nicata: bax oğlum Aylın səni sevir bilirsən, nə olur səbir et. Qızıma o alçaq pislik edər, mən çox qorxuram. Nicat – xalasına: xalacan bax evdən çıxmıram, kiminləsə əlaqədə etmirəm. Səncə kiminçün dişimə sıxıram – dözürəm? əlbətdə canıma gorədir. Xalası gülümsəyərək, – Nicata: mənim axıllı balam. Nicatın saçından öpüb, otaqdan çıxdı.

Nicat dərindən nəfəs alaraq öz – özünə: məndə onu sevirəm. Çox az qaldı canım, bir daha səhv edib səndən ayrı qalmayacam, söz veririəm. Telefonunu götürüb Aylına mesaj yazmağa başladı.

Sərdar Nicatın yerində oturmaq istəməmişdi. Kreslosunu və bilgisayarını Aylına yaxın gətirib, eyni masada çalışırdılar. Nicatdan gələn mesajları, Aylın çalışıb vaxtı – vaxtında cavablandırırdı. Sərdar işlə məşğul olsada, fikri gözü Aylında idi. Bunuda yaxşı bilirdi ki, Aylın telefonda Nicata yazırdı.

Beləcə axşam olmuşdu. Ramizlə Dilqəm işdən çıxıb Nicata gəlmişdilər. Dilqəmin anasıda gəlmişdi Afət xanımla, söhbət edirdilər. Ramizlə Dilqəm, Nicatla otaqda oturub söhbət edirdilər. Dilqəm – Nicata: Sərdarın dedikləri düz çıxdı, baxsana Fazil tipi oları yeməyə dəvət etmiş. Ramiz Dilqəmə işarə etdi ki, Nicatı əsəbləşdirməsin, ehtiyat etsin danışarkən. Nicat dərindən nəfəs alıb – Dilqəmə: mən söz verdim, artıq səhv edərək Aylının həyatını təhlükəyə ata bilmərəm. Aylına bir şey olsa yaşaya bilmərəm, onsuz ölərəm mən. Xəbərim var, Aylın məni məlumatlandırdı gedəcəklərini bilirəm. Rmiz – Nicata: baxsana şərəfsizin əli nə qədər uzundur, başqa yerdə yaşayan bunlarada toxunmuş ziyanı. Alçaq atasını öldürmüş Sərdarın, artıq o şərəfsizə qarşı tək biz deyil, Sərdarda mübarizə aparır. İçim biraz rahatdır, mən o tipi sevməsəmdə, uzun illər polis işləmiş. Əlbətdə praktikası bizdən çoxdur, belə şərəfsizlərə qarşı. Nicat -Ramizə: mənim bir şeydən şüphəm var, bilirsənmi nədir?

Ramiz çiyinlərini çəkərək, yox deyə işarə etdi. Nicat – Ramizə: sənin ananda təsadüfənmi qəzada öldü, nə düşünürsən? Ramiz şaşırdı. Dilqəmə baxdı, həyəcanlandı.

Dilqəm – Nicata: unutdunmu? rəhmətlik anasını vuran qız, Ramizdən üzür istəməkçün ağlayaraq dəfələrlə qarşısına çıxdığını. Həmdə qızı sən tapmışdın Ramizə, yox bu Fazil alçağının işi deyildi. Nicat Ramizə baxırdı. Ramiz şüphəli baxışlarla baxaraq, – Dilqəmə: bu mənim heç bu günə kimi axlıma belə gəlmədi. Nicat – Ramizə: bəlkədə səhvim var unut, bağışla yaranı təzələmək istəməzdim.

Ramiz düşünərək, – Nicata: o uzaqda yaşayan Sərdarın atasına əli çatmışsa, əliylə ağzını tutub şüphəli baxdı. Sərdar dedi axı, Aylının ətrafında olanları bir – bir aradan götürüb, atasına qarşı nifrətini artırmağa çalışacaq. Aman Allahım, anamıda omu? sözünün ardını deyə blmədi, bi ixtiyar gözləri doldu pis oldu.

Dilqəm qalxıb gəlib Ramizin yanında əyləşib, çiyniə əlini qoyub dəstək olamağa çalışdı. Dilqəm – Ramizə: qardaşım əgər doğrudursa, az qaldı o şərəfsizin sonuna, bir olub cəzasını verəcəyik. Ramizin gözlərindən yaş sel kimi süzüldü, üzünə axdı, danışa bilmədi. Üzgün – nifrət dolu baxışlarla baxdı. Nicat gözlərini yumub sakit dayandı, bir manyak şərəfsiz, gör necə günahsız insanı yandırmışdı.

Aylın Sərdarla, Fazilin dəvət etdiyi restoranda oturub, yeməkdən sonra söhbət edirdilər. Fazilin üzündə sevinc dolu ifadə görsənirdi. Fazil – Sərdara: Sərdar bəy sənin xətrinidə, Aylın qızım qədər çox sevdim, inan ki səni bizə Allahım yolladı. Mən sabah işimlə əlaqədar getməliyəm, səndən təkrar Aylını tək qoymamanı xayiş edirəm. Nicat bəy olduğunda ürəyim rahat idi, bilirdim ki Aylın qızım tək deyil. Sərdar yalandan gülümsəyərək, – Fazilə: narahat olmayın Fazil bəy, mən artıq Aylını heç zaman tək qoymaram, özüm – özümə söz verdim. Aylın ayağa qalxıb, – olara: məni bağışlayın ürəyim bulandı, tez getdi. Sərdarla Fazil narahat oldular. Fazil – Sərdara: inşallah ciddi bir şeyi yoxdur qızımın. Sərdar – Fazilə: son zamanlar çox zəyif yeyir, mədəsini məhv etməsə yaxşıdır. Fazil – Sərdara: bax Sərdar bəy, mənim səndən işdən əlavə daha bir xayişim olacaq. Aylın qızımı gecə – gündüz bacarıb tənha qoyma. Aylın başqaları kimi deyil çox fərqlidir, səndə bunu bilirsən. Yeməyini vaxtı – vaxtında yesin, göz – qulaq olmanı istəyirəm ona. Bilirəm Nicat bəyə görə çox üzülür, iştahdan – ruhdan düşməsin, xəstələnməsini – üzülməsini heç istəmirəm. Sərdar – Fazilə: Fazil bəy siz məni çox yaxşı anlayırsınız, təşəkkür edirəm. Aylınıda düşünərək, gərçəkdən ona böyük dayaq olduğunuzun şahidi oldum. Bir gün bütün bu etdiklərinizin qarşılığının, heç olmassa az bir miqdarını ödəmək şansını mənə versəniz, çox sevinərdim. Bbilirsinizmi Aylın mənim canımdır, onu çox sevirəm. Fazil yerində rahat əyləşərək, ayağını – ayağının üstünə aşırıb – Sərdara: məndən sənə kiçik bir məsləhət, Sərdar bəy. Əgər gərçəkdən Aylını sevirsənsə, onu əlindən bir daha qaçırma. Belə şansın bir daha olmaya bilər, çalış dəyərləndir, sevdiyin qadının yanında ol hər an. Aylın gəldi

tez söhbəti dəyişdilər.

Fazil – Aylına: qızım bir şeyinmi var, yaxşısanmı? gedək həkim yoxlasın. Aylın gəlib əyləşib – Fazilə: yox bir şeyim Fazil bəy, narahat olmayın təşəkkür edirəm. Sadəqcə bu olanlardan sonra yorgunluq var üstümdə. Dinlənərsəm keçər, həkimə ehtiyacım yoxdur. Sərdar – Aylına: bundan sonra mən yanındayam canım, hər şey yaxşı olacaq. Fazil – Sərdara: Sərdar bəy götür Aylın qızımı evə, dinlənsin biraz özünü toparlasın. Nicat bəyin buraxdığı səhvi üzündən yazıq çox yoruldu, üzüldü. Fazil – Aylına: qızım, bax artıq Sərdar bəy yanındadır, ürəyim rahatdır. Sən istədiyin qədər dinlən – toparlan, işi Sərdar bəy idarə edər.

Sərdar – Fazilə: narahat olmayın Fazil bəy, mən ona göz – qulaq olacam şüphən olmasın. Təşəkkür edirik gözəl söhbətinə və dəvətinə görə. Sərar – Aylına: canım Fazil bəy düz deyir, gedək mən sənə qulluq edim dinlən biraz. Fazil – olara: məni qırmayıb gəldiyinizüçün, əksinə mən sizə minnətdaram, çox gözəl bir gecə keçirdim sizinlə. Aylınla Sərdar ayağa qalxdılar. Fazillə salamatlaşıb masadan ayrılırdılar ki, arxadan – Sərdara: Sərdar bəy, adamlarım sənə çıxışda kiçik bir hədiyyə verəcəklər mənim adımdan. Narazılıq istəmirəm, sizin rahatlığınızçün hədiyyəmi qəbul edin və gecəniz xeyirə qalsın. Sərdar – Fazilə: gecəniz xeyirə Fazil bəy, anladım, sizə qarşı narazılıq etməyə haqqım yoxdur, getdilər. Fazil arxalarınca baxaraq gülümsədi. Masadan şərab bakalını götürüb, bir qurtum içərək gözlərini qıyıb baxdı, düşündü nələrsə.

Sərdar Aylının çiynindən qolunu salıb özünə qısaraq, restorandan çıxdılar. Qarşılarına Fazilin adamları gəlib dayandılar, ətrafa göz gəzdirərək baxdılar. Aylın – Sərdara: bunlar bizi kimdən qoruyurlar? Sərdar yavaş səslə zarafatla, – Aylına: sən artıq Fazil bəyin qızı sayılırsan, o üzdən qoruyurlar canım. Aylın öz – özünə: kimi – kimdən qoruyurlar, Allahım sən mənə səbir ver. Qapının önünə bahalı maşın gəldi dayandı, qapını açıb maşından enib, qapının yanında dayandı oğlan. Yaxında dayanan başqa birisi – Sərdara: Fazil bəyin hədiyyəsidir buyurun, maşını işarə etdi. Sərdarla Aylın artıq bilirdilər, Fazil tülküsü Sərdarın qarşısında etibar qazanmaqçün min hoqqadan çıxırdı. Sərdar – Aylına: buyur canım, adamlardan birisi tez maşının ön qapısını açıb, Aylının əyləşməsini gözlədi. Aylın keçib əyləşdi qapını örtdü, o tərəfdə dayanmış başqasıda Sərdarın sükan arxasında əyləşməsini gözlədi. Sərdar gəlib keçib əyləşd qapını örtdü. Maşını işə salaraq – Aylına: gedək canım, çox yoruldun bu gün sən. Maşının qazına basaraq, restorandan uzaqlaşdılar.

Aylın – Sərdara: məni evimə çatdır, sən otelə get dinlən yorgunsan. Sərdar maşını idarə edə – edə, – Aylına: canım mənimlə gəl oteldə qal. Aylın istəmirdi Sərdarla qalsın, Nicatı düşünürdü. Sərdar – Aylına: bax gözünün şahidi oldun, dediklərim tək – tək qarşımıza çıxır, o çox təhlükəlidir. Aylın bir daha təkrarlamaq istəmirəm. Bağışla, mən plandan kənar bir addım kənara çıxaraq, sənin həyatını təhlükəyə ata bilmərəm. Narazılıq istəmirəm, mənimlə qalacaqsan oteldə, bu qədər. Aylın artıq bir söz demədi çox yorulmuşdu, maşının aynasından dışarı baxdı üzgün baxışlarla. Aylının üzülməsini Sərdarda istəmirdi, maşının sürəətini artırdı.

Nicat yatmamışdı, yatağında uzanıb Aylınla mesajlaşırdı. Aylın Sərdarla otelə getdiyini yazmışdı, Nicat dərindən nəfəs alıb, telefonu sinəsinə qoydu. Gözlərini yumaraq, əsəbini cilovlamağa çalışırdı. Öz – özünə: səbir et bir şey fikirləşcəm səbir et, yenidən mesaj yolladı – Aylına: (səninçün çox darıxmışam canım) tez cavab gəldi – Nicata: (məndə canım darıxmışam, nə olar sıx dişinə az qaldı). Nicatın üzgünlüyü – peşanlığı sözsüz üzündən oxunurdu.

Sərdar yuyunub saçını dəsmalla qurulaya – qurulaya gəldi. Aylın oturmuşdu, kefsiz mesajlaşırdı. Sərdar – Aylına: canım qalx bir duş al rahatlan, yorğunsan yatmağın lazımdır. Aylın cavab vermədən, əlində telefonla sakit qaldı. Sərdar gəlib əlindən telefonu götürüb masaya qoydu, qolundan tutub qaldırdı – Aylına: məni duyursanmı?

Aylın elə bir vəziyyətdə idi ki, bilmirdi nə etsin, nə desin. Birdən alnını Sərdarın sinəsinə qoyub ağladı. Sərdarın canından – can getdi, Aylının bu halı çox üzücü idi. Qucaqlayıb bərk – bərk özünə sıxıb, üzünü saçlarına qısaraq, – Aylına: sənin göz yaşlarına səbəb olan o… sonuna az qaldı, səbir et canım. Aylın Sərdardan ayrılıb, göz yaşlarını silərək getdi vannaya. Sərdar dərindən nəfəs alıb öz – özünə: Allah mənim cəzamı versin, səni qoruyu bilmədiyim. Əyləşib, ikki əlləriylə başını tutub üzgün – əsəbi baxdı.

Beləcə səhər açıldı, Sərdar səhərə qədər yata bilməmişdi. Aylın yorğunluqdan gec yuxuya düşmüşdü. Sərdar yerindən qalxıb, gəlib yatan Aylına baxdı peşman – üzgün baxışlarla. Aylın -Sərdara: iş vaxtına nə qədər var?

Sərdara Aylının oyaq olduğunu görüb, gəlib yanında əyləşdi, bir saat var canım. Sabahın xeyir, yatmadınmı? Aylın yerində dönüb, – Sərdara: hansı sabahımız xeyir oldu ki?

Sərdar – Aylına: məndə unutdum canım, çoxdandı xeyirli sabahların üzünə həsrətəm. Aylın görürdü, Sərdarda çox üzülürdü bütün olanlardan. Aylın – Sərdara: işə gec qalmayaq, qalxdı yerində əyləşdi. Sərdarın qoluna – qolunu vurub zarafatla, Sərdar bəy bu nə qonaq pərvərsizlikdir? qalxda iki acı qəhvə sifariş et, işdə masada mürgülüməyək. Kim bilir bəlkə bu gün möcüzə olar, başqa günlərdən fərqlənər, sabahımız – günümüz xeyirli olar. Aylın qalxıb getdi vanna otağına. Sərdar çoxdan bələd idi Aylının xasiyyətinə, nə qədər üzgün olsada, içi qan ağlasada, başqalarının üzülməməsiçün əlindən gələni edərək, zarafatından qalmırdı. Sərdar gülümsəyib, öz – özünə: canım ya sən başqa aləmsən, qalxıb getdi qəhvə sifariş etməkçün.

Nicat gizlin yorğanın altına yastıqları düzərək, yorğanın altındakının özünün olduğunu bilsin deyə. Xalasını aldadıb, evdən Aylını görməkçün qaçmaq fikrinə gəlmişdi. Bir daha kənardan dayanıb baxdı özü düzəldən adam formalı postelinə, öz – özünə: bağışla xalacan başqa çarəm qalmadı. Onu görməsəm ürəyim dayanar. Nicat qara açkilərini, açarlarını, götürüb ətrafa nəzər salıb, qapıdan çıxdı ehtiyatla. Xalası mətbəxtdə səhər yeməyini hazırlayırdı Nazlıçün. Nicat ehtiyatlı addımlarla xalası görməsin deyə qapıya gəlib, çox ehmalca qapını açıb çıxdı dışarı. Xalası məsbəxtdə olduğundan, duymadı Nicatın getdiyini.

Sərdar Aylınla işə gedirdi maşınıla, birdən qarşılarına başqa maşın çıxdı. Sərdar qəzadan qacmaqçün, çox çətinliklə maşını yolun kənarına çəkə bilidi, saxladı. Sərdar – Aylına: yaxşısanmı? qəfildən olan hadisəyə görə, Aylının qolu maşının qapısına dəymişdi. Canı acısada – Sərdara: yox bir şeyim, kimdir səhər – səhər bu kor heyvan?

Sərdar kəməri açıb qapını açıb yerə düşdü. Qarşıda qəzaya səbəb olmuş maşın dayanmışdı, içindən kimsə enmirdi. Sərdar nədənsə şüphələndi, Aylına işarə etdi ki, maşında qalsın. Əlbətddə ki, Aylın Sərdarın işarəsinə məhəl qoymadan, maşından endi. Sərdar əlini belindəki silaha hazır tutaraq, maşına tərəf addımlayırdı.

Maşının qapısı açıldı, Aylınla Sərdar baxdılar kimdir ehtiyatsız davranan. Maşından Ümidin düşdüyünü gördüklərində, ikisidə bir – birinə baxdılar təcüblə. Aylın tez yaxınlaşdı özünə tərəf gələn, – Ümidə: nə edirsən sən? belə ehtiyatsız maşın idarə edərlərmi. Yaxşısanmı? bir şeyin yox demi?

Sərdar qollarını bir – birinə keçirib baxırdı olara. Ümid – Aylına: sənə nə? nəyim var, nəyim yox başımın bəlası. Sərdara tərs – tərs baxaraq, – Aylına: yeni sevgilinə de ki, mənimlə gəlirsən indi. Ümidin ağzının – üzünün yaralandığı yerləri hələ bilinirdi. Aylın dönüb Sərdara baxdı, anlamadı Ümid nə deyirdi, hara aparırdı özünü?

Sərdar yaxınlaşıb – Ümidə: bax Ümid, səni bir daha vurmayacağam, Aylına söz verdim. Səndəndə xayişim, sözlərinə diqqət etməyindir. Ümid nəfəs -nəfəsə yaxınlaşıb, – Sərdara: diqqət etməssəm nə edərsən ki? Aylın kimdir ki? ona söz verirsən məni vurmamaqçün. Sənin məndən qorxub, onu – bunu bəhanə etməyinə heç şaşırmadım. Qorxma özünü axıllı aparıb qarşıma çıxmasan, sənə əlimidə sürməyəçəm söz, göz vurub Sərdarın əsəblərinə toxunmağa çalışdı. Sərdar gülümsədi, – Ümidə: deyirəm mənə qarşı bu qədər mərhəmətli olmasanmı? Ümid bəy.

Aylın arxadan – Ümidə: Ümid bəsdir, tərbiyəssizlik etmə dedim sənə. Ümid dönmədən, – Aylına: sənə baxanda mən çox tərbiyəliyəm, bilirsənmmi niyə? sənin kimi hər gün başqalarının maşınında gəzmirəm. Aylın arxadan gəlib, Ümidin qolundan tutub üzünü çevirdi özünə tərəf. Aylın – Ümidə: sənin o ağzını vurub qanadaram, sözlərinə diqqət et, duydunmu məni?

Ümid – Aylına: oohh, çox qorxdum səndən Aylın. Aylın – Ümidə: işə gec oluruq, get evə qardaşım dəlilik etmə. Ümidi Aylının özünə qardaşım deməsi əsəbləşdirirdi. Ümid – Aylına: Allah etməsin sənin qardaşın olum, mən yuxumda belə görməyim. Sən indi mənimlə gəlirsən və soruşma hara deyə. Sən məndən qorxmursan, elə deyilmi? bayaq ağzımı qanadacağınlada hədələdin. Sərdar – Ümidə: məndən icazəsiz, Aylını harasa götürə biləcəyinimi düşünürsən? sən kimisən ki, səninlə harasa getsin. Ümid – Sərdara: bəs sən kimisən ki, səndən icazə alım? bu söz Sərdarı yaxşıca tutsada, özünü sındırmadı. Sərdar – Aylına: canım keç maşına əyləş işə gec qalırıq, səhər – səhər uşaqla davalaşmaq yaraşmaz mənə. Ümid – Aylına: hünərin varsa məni dinləmə. Sərdar – Aylına: Aylın keç əyləş maşına, tərs – tərs Ümidin gözlərinin içinə baxdı.

Aylın istəmirdi yenədə qardaşı Sərdarı əsəbləşdirsin, vurulsun. Sərdarın maşınına tərəf gedirdi, birdən Ümid bir addım geri çəkilib belindən silah çıxarıb Aylına tərəf tuşladı. Ümid – Aylına: dedim mənimlə gəlirsən, bağırdı. Sərdar bir anda təcüblə baxa qaldı, Ümidin Aylına silah çəkməsinə. Aylın qardaşı bağırdığında dönüb baxdı, əlindəki özünə tərəf turşlanmış silahı görüncə, təcüblə Sərdara – Ümidə baxdı.

Sərdar həyacan kecirirdi, qorxurdu Ümid dəlilik edər, bilmədən əlindən xata çıxardı bacısına qarşı. Sərdar – Ümidə: sal silahı aşağı, nə edirsən sən? Ümid – Aylına: dedim keç maşınıma əyləş. Aylın qardaşına tərəf gəlib, özünə tərəf turşlamış silahı ürəyinin üsünə dayayıb dayandı. Aylın – Ümidə: çək tətiyə hallalıq verirəm, qorxma vur.

Ümid Aylının belə etməsindən dahada əsəbləşdi, silahı əlində bərk – bərk sıxıb tutdu. Ümid əsəblə – Aylına: bir daha təkrar etməyəcəm, maşına əyləş dedim. Sərdarın ürəyi elə döyünürdü ki, sanki indi yerindən çıxacaqdı. Sərdar -Ümidə: axlın başına topla, sal dedim silahı aşağı. Aylın – Ümidə: əsil kişilərə ayit məsəl var, duydunmu qardaşım? duymadısa deyim. Əğər özünü kişi sayıb, silahını qarşısındakını vurmaq niyyətiylə qaldırdınsa, mütləq vurmalısan. Əks halda vurmağa cəsarətin çatmasa, o əlindəki silahını bir daha belinə təkrar qoymağın kişiliyinə ziddir. Aylının bu sözündən Ümid axlını yerindən elə oynatdı. Sərdar anladı, Ümid barmağını basacaq tətiyə, bagırdı! Ümid qarşındakı doğma bacındır, Ümid sal dedim silahı aşağı. Ümidin üzünün ifadəsi dəyişdi, – Sərdara: bağıraraq! bəsdir, nə sayaqlayırsınız siz? nə bacısı, nə doğması?

Aylın – Sərdara: sus Sərdar qarışma, vursunda canım qurtarsın zülümdən, yoruldum gərçəkdən yoruldum. Aylın birdən Ümidin əlinin üstündən silaha əlini tutaraq, – Ümidə: çək tətiyə qardaşım kimsəni dinləmə. Ümid bir anlıq qaldı şaşıraraq. Bu nə demək idi? – Aylına: siz hamınız başdan xarabsınızmı? – Sərdara: nə bacısı sən nə danışırsan? Aylın – Ümidə: sən onu dinləmə, bax çəkdiyim məsəldən nəticə çıxar, məndə sənə yardım edirəm çək tətiyə qorxma. Sərdara bağırdı! – Aylına: Aylın etmə canım mən sənsiz yaşamaram, dur nə olur dur yalvarıram. Sərdar bilirdi, Aylın gözünü qırpmadan qıyardı özünə, hər zamandakı kimi. Gözlərindən yaş süzüldü, titrək səslə – Aylına: etmə canım, qıyma qardaşına qatilin olsun. Sərdar – Ümidə: anana – atana yalan dedilər qızları ölmüş deyə. Kimsənin başı xarab deyil, qarşındakı doğmaca bacındır inan mənə, Ümidi elə bil yerdən – yerə çırpdılar, -Sərdara: nəə? silahı tutmuş əli əsdi. Sərdar çox ehtiyatlı hərəkətlə, Aylının əlini Ümidin əlinin üstündən çəkdi. Aylın kövrəldi, – Sərdara: nədən dedin? nədən qoymadın vursun? siz mənim rahat olmağımı istəmirsinizmi? Aylın əsəbindən, qəhərindən bağırdı. Sərdar tez Aylını qucaqlayıb sinəsinə sıxıb tutdu. Sərdar – Aylına: sən ölsən məndə yaşamaram bilirsən. Aylın əsəbindən ağladı Sərdarı qucaqlayıb. Ümid qalmışdı hələdə yerində donub, baxırdı. Sərdar Aylının üzündən – alnından öpərək, – Aylına: öləcəyiksədə birlikdə öləcəyik canım, duydunmu? birlikdə öləcəyik. Mən sənsiz yaşamaq fikrində deyiləm. Ümid bir neçə addım geri durub, baxdı Sərdara qısılıb ağlayan Aylına. Hələdə Sərdarın dediyi söz qulaqlarında cingildəyirdi, həyəcan və şüphə dolu baxışlarla baxarırdı. Ümid əlində tutmuş silahına nifrətlə baxıb kənara atdı, bir söz demədən qaçıb öz maşınına əyləşib, getdi sürəətlə.

Aylın Sərdarın sinəsinə üzünü dayayıb, yaşlı gözləriylə baxdı ordan gedən qardaşının ardınca. Aylın – Sərdara: gedək burdan, Sərdar saçlarından öpüb, gedək canım. Özünə qısıb, çiynindən tutub maşına tərəf apardı. Qapını açıb Aylını maşına otuzdurdu, təhlükəsiz kəmərini çəkib bağladı. Qapını örtüb, gəlib maşına sükan arxasına əyləşdi, maşıını biraz qabağa sürüb saxladı. Düşüb Ümidin atdığı silahı götürüb, tez maşınına əyləşib ordan uzaqlaşdı.

Ümid maşınını sürəətlə idarə edirdi, gözləridə yaşarmışdı, tez – tez bir əliylə gözünün yaşını üzünü silirdi. Sərdarın dediyi sözdən şoka düşmüşdü, öz – özünə: bu ola bilməz yalandır, gərçək ola bilməz. Gəlib öz şirkətlərinin qarşısında maşını saxlayıb, tez enib qaçaraq şirkətə getdi.

Atası otağında çalışırdı, qapı döyülmədən içəri girən kimdir deyə baxdı. Ümidi ağlamış görüb, tez ayağa qalxdı. Atası – Ümidə: oğlum nəyin var? Ümid əlləriylə başını tutub keçib əyləşdi. Bir yerdə tab gətirmirdi, qalxıb oyana – buyana gəzişdi, öz – özünə: yalandır inamaıram. Atası Ümidin hərəkətlərindən qorxdu. Masadan gəlib oğlunun qolundan tutub -Ümidə: oğlum nə olub, nə yalandır? yaxşısanmı sən? narahat oldu. Zorla oğlunu kresloya otuzdurub, masadan qrafindən bakala su töküb verdi. Atası – Ümidə: iç oğlum özünə gəl, nədir bu halın? Ümidin əlləri əsirdi, bakalı tuta bilmirdi. Atası tez əlndən götürüb, zorla sudan içirtdi, dur mən indi həkim çağırım. Masadan telefonunu götürdü, Ümid qoymadı. Ümid – atasına: ata bacım doğulduğunda sizə öldü dedilər, elə deyilmi? atası bu sualdan biraz şaşırdı. Atasə – oğluna: niyə soruşursan oğlum? təssüflər olsun bacın öldü doğumdan sonra. Ümid – atasına: sən şəxsən bacımın ölüsünü gördünmü? atası təcüblə – Ümidə: yox görmədim, yetişə bilmədim. Mən gəldiyimdə dəfin etmişdilər. Ümid şüphəylə – atasına: bəs anam? anam gördümü qızının ölüsünü?

Atası gəlib oğlunun qarşısında dayandı. Atası – Ümidə: oğlum, illər öncə olan hadisəni indi soruşmağının səbəbi nədir?

Ananada göstərməmişlər, pis olmasın deyə. Ümidin gözləri yaşardı, – atasına: Allahım doğrudan o mənim bacımdırmı? atası oğlunun dediklərinə, hərəkətinə təcüblə baxdı. Atası – Ümidə: kim bacındırmı, nə danışırsan sən?

Ümid yaşlı gözləriylə baxaraq, – atasına: nə səbəbdən bilmirəm, onu sizdən çalmışlar doğulduğunda. Sonrada öldüyünü demişlər və sizdə inanmısınız. Atasını həyəcan bürüdü. Ümid – atasına: Aylın mənim bacımdır ata, bu sözü duyduğunda, atasının əlindən telefonu yerə düşdü. Atası – Ümidə: sənə bunları kim dedi? Aylınmı? oğlum inanma yalandır. Mənim qızım illər öncə doğulduğunda öldü. Bax o Aylın bizim aləmiz haqda bilir və artıq ölmüş qızımın adından istifadə edərək, içimizə girmək istəyir. Əgər mənim qızımdırsa, bəs nədən həkimə atası tərəfindən öldürülmək istədildiyini demişdi?

488 ₽
Возрастное ограничение:
18+
Дата выхода на Литрес:
12 августа 2021
Объем:
461 стр. 2 иллюстрации
ISBN:
9785005517371
Правообладатель:
Издательские решения
Формат скачивания:
epub, fb2, fb3, ios.epub, mobi, pdf, txt, zip

С этой книгой читают

Эксклюзив
Черновик
4,7
131
Хит продаж
Черновик
4,9
478