Читать книгу: «Günahsız günahkar. Roman. Hissə – 5», страница 6

Шрифт:

Yazıq arvad inanadı, – olara: baxın bu sonuncu olsun, danışdıqmı? əriylə – Sərdar tez təsdiqlədilər sözünü. Bəli sonuncu olacaq, söz veririk canım. Rəhim – Sərdara: elə deyilmi Sərdar bəy? Sərdarda təsdiqləyərək, bəli Rəhim bəy, artıq Sevda anamı üzmək yox, söz verdik. Sərdar – anasına: Aylın yoxmu? anası gülümsəyərək, – Sərdara: var oğlum, buralardadır. Bilirsən, mənə biraz küsgündür qızım, son vaxtlar onu tək heç yerə getməyə qoyumadığımçün. Atasıyla Sərdar, bir – birilərinə şüphəli baxışlarla baxdılr.

Aylının səsi duyuldu, – olara: mən heç gözəl anamdan küsərəmmmi? gəlib anasının boynunu qucaqlayıb, üzündən öpdü. Atasıyla Sərdarın özünə bir təhər baxdıqlarını gördüyündə, anladı bunlarda babasıyla əlbirdilər. Anası bağrına basıb, öpərək -Aylına: qızım hardasan sən? neçə saatdır ortalıqda yoxsan. Qızım xəstə deyilsən ki? qızının alnına toxunub baxdı.

Soruşuram, xadimə deyir vannadasan, yada həyətdə tefola danışırsan. Sərdarı gəzməyə götürəcəkdik, unutdunmu?

Aylın anasının əlindən öpüb gülümsəyərək, yox bir şeyim anacan, narahat olma. Ramizlə danışırdım telefonda. Sərdarla atası bilirdilər, Aylın xadimənin köməkliyiylə evi tərk etdiyini. Keçib əyləşdilər, artıq o haqda sual vermədilər. Aylın – atasına: nə yaxşı işdən günorta evə gəlməyə imkan tapdın ata?

Atası – Aylına: qızım adamın ürəyi istəsə, hardan olsa imkan tapıb qaça bilər, elə deyilmi?

Aylın artıq anladı, sözün özünə ünvanlandığını. Aylın – atasına: sizin şirkətiniz çox zəyfdir Rəhim bəy, ürəyi istəyən iş saatı bitmədən qaça bilir. Siz gəlin mənim anamın kəsdiyi cəzadan, izini olamdan evdən bir addım dışarı atında, bacarırsınızmı? məncədə yox.

Sərdar öskürüb, Aylına baxdı sual dolu baxışlarla. Aylın – Sərdara: Sərdar bəy axşam yeməyinə gəlmədin, mühüm işin çıxmış duydum. Yardıma filan ehtiyacın varmı? varsa de.

Sərdar yalandan gülümsəyərək, – Aylına: Aylın xanım, sən unutmadınsa sənə izin yoxdur evdən çıxmağa, qalsın özüm həll edərəm. Anası – Sərdara: oğlum, Aylına səninlə hara desən icazə verərəm, getsin. Aylın təcüblə – anasına: anacan biraz xətrimə dəydin vallahi. Qardaşımla, atamla addım atmağa izin vermirsən, Sərdar bəylə hara olsa icazə verərəm deyirsən.

Anası gülümsəyərək, – Aylına: qızım sən qardaşını bir dəqiqədə aldadıb, qaça bilərsən biriləriylə görüşməyə filan, elə deyilmi?

Anası Nicatı işarə etdiyini, hər kəs anladı. Anacaq, tək Sərdar bəydən qaça bilməssən. O polisdir, sənin fikrini, səndən öncə oxuya bilər. Aylın içdən qəh – qəhə çəkib güldü. Sərdara bu söz, atılıb dəyən daşdan fərqli olmadı. Anası bilmirdi ki, Aylın nəyinki Sərdarın gözündən, fikrindən qaça bilmişdi. Hətta özünün burnu ucundandan qaçaraq, işinə gedib qayıtmış olmasından xəbərsiz idi. Atası qızının Sərdara gülməsinə əsəbləşdiyini anladı. Atası – Sərdra: Sərdar bəy, qızım evdə gərçəkdən dustaq oldu, yazıqdır çıxar biraz gəzssin darıxmışdır. Sərdar işarə etdi ki, bəlkə Aylından birşeylər öyrənə bilərmi. Aylın acıq verən baxışlarla Sərdara baxırdı. Aylın – atasına: atacan, Sərdar bəy yorğundur, məndə gəzməyə istəmirəm.

Sərdar yalandan gülümsəyərək, – Aylına: atan düz deyir. Havanı dəyişmiş olarsan, gəl aparım gəzdirim səni, çoxdandır dışarı çıxmayanı. Bax özünü yaxşı aparsan, sənə kanfetdə alacam, tamammı?

Anası Sərdarın dediyi sözə güldü. Aylının acığı tutdu, – Sərdara: kanfeti, başlarını aldada biləcək uşaqlara alırlar Sərdar bəy, mənim o yaşımdan keçmiş, təşəkkür edirəm. Atası bilirdi, qızından bir şey öyrənmək çətin olacaqdı.

Atası – Aylına: qızım qalx hazırlaş, biz Sərda bəylə qəhvə içək sən hazır olana kimi. Anasıda təsdiqlədi, – Aylına: get qızım hazırlaş, biraz hava almış olarsan. Aylın çarəsiz ayağa qalxıb getdi. Anası – Sərdara: oğlum bilirəm deməyə gərək yox, yenə narahatam bilirsən. Ona imkan vermə, Afət xanımın bacısı oğluyla görüşməyə tapmasın. Sərdarın xoşuna gəlirdi, Aylının anası özünə bu qədər etibar etməsi. Sərdar – anasına: narahat olmayın anam, mən icazə vermərəm, o tip Aylına yaxınlaşsın.

Xadimə qəhvələri gətirib payladı, getmək istəyərkən atası – xadiməyə: səninlə söhbətim olacaq. Qəhvəmi içdikdən sonra, aydındırmı? deyilən sözün tonundan, xadimənin əlindəki boş sini əsdi. Xadimə – atasına: aydındır Rəhim bəy, getdi. Arvadı təcüblə – ərinə: nə olub Rəhim? sən heç ev xadimələriylə danışmazdın. Əri qəhvəsindən içərək – arvadına: canım, bəzi şeyləri anlatmağım gərəkdir, narahat olma. Sərdar kefsiz – kefsiz qəhvəsini götürüb içdi, nə isə düşünürdü.

Afət xalasının sözündən çıxa bilmirdi Nicat. Çox əsəbi olmuşdu, sonunçu etdiyi səhv hərəkətdən sonra. Xalası heç gözündən qoymurdu ki, Nicat yenə bir tərslik edib, Aylının anasının gözündən tam düşsün. Nicat geyinib gəldi, xalası əyləşmişdi. Xalası – Nicata: oğlum xeyir ola? Nicat gəlib xalasının yanında əyləşdi. Nicat – xalasına: işlə əlaqədar görüşməliyəm xalacan. Artıq evdə qalan axlımda gedir, darıxıram. Əgər mənə inanmırsansa, birlikdə gedək iş haqqında danışım. Mənə uyğun işdirsə, sabahdan işə başlamaq istəyirəm. Nicatın belə axıllı danışması, xalasının xoşuna gəlsədə, yenədə etibar etmədi. Xalası – Nixata: tamam mənim axllı balam, birlikdə gedək. Nicat xalasının özünə etibar etməməsinə gülümsəyib, baxdı.

Aylını Sərdar tanımadığı bir yerə gətirdi. Maşını saxlayıb – Aylına: burası məncə xoşuna gələcək canım. Maşının qapısını açıb düşüb, gəlib Aylın tərəfin qapısını açıb düşməsini gözlədi. Aylın ehtiyat kəmərini açıb yerə düşmək istəsədə, kəmər tərsə döndü, çıxmırdı yerindən. Aylın əsəbləşib – Sərdara: min dəfə demişəm, mənə bu zibili taxmağa məcbur etmə. Sərdar əyilib baxdı, – Aylına: dur mən yardım edim, sakit ol. Kəməri çox alışsada, yerindən çıxara bilmədi. Aylın dahada sıxıldı, – Sərdara: hava almağa çıxardın deyib, qapandın üstümə, çəkil mən baxaram. Sərdarın xətrinə dəydi, Aylının özünə qarşı etdiyi kobutluq. Bir söz demədən, cibindən pıcaq çıxarıb əsəblə kəməri kəsib, qırağa çəkildi. Sərdar – Aylına: yardım etməyə çalışırdım bağışla, əsəblə getdi. Aylın bir anlıq, Sərdara qarşı kobut davranışından peşman oldu. Maşından enib ətrafa baxdı, gərçəkdən gözəl yer idi.

Biraz qarşıda bir ev vardı, ətrafında başqa evlər yox idi. Sərdar gedib evin qapısını açaraq, qapını açıq qoyub evə girdi. Aylın maşının qapısını bağlayıb, yavaş addımlarla ətrafa baxa – baxa, evə tərəf getdi.

Sərdar gəlib, əynindəki pencəyini çıxarıb divana atıb, gəlib divar peçinin qarşısında əyilib odunlara düzəliş verdi. Cibindən alışqanı çıxarıb, alışdırdı ocağı. Cibindən siqaret qutususunuda çıxarıb, bir siqaret alışdırıb, tüstüsünü ciyərlərinə çəkib baxdı yanan ocağa. Arxadan Aylın – Sərdara: burası mənə bir yerləri xatırladır,. Sərdar dönmədi, cavab vermədi. Aylın yaxınlaşıb, yanan ocağa baxdı gülümsədi. Bi ixtiyar gözləri yaşardı, gərçəkdəndə bir zamanlar, özünün qaldığı evə çox bənzəyirdi burası. Həmən o evdə də, divar peçi vardı, Aylın getdi. Sərdar dərindən nəfəs alıb siqaretini çəkərək, gözünü çəkmədən alışıb yanan ocağa baxırdı. Sərdarı çox sıxırdı, Aylının özünə qarşı soyuq olması. Aylın hər dəfə belə etdiyində, Nicata qarşı olan nifrəti bir o qədərdə artırdı. Sevdiyi ona görə özündən uzaqlaşırdı. Əlindəki bitmiş siqareti yanan ocağa atıb, dərindən nəfəs aldı.

Biraz vaxtdan Aylın qayıtdı, balaca döşəkcə gətirib Sərdarın yanına döşəməyə qoydu. Əlindəki balaca çaylar olan sininidə yerə qoyub, əyləşdi. Aylın – Sərdara: sən burdamı qalırsan? Sərdar yavaş inçik səslə – Aylına: hə. Aylın qolundan çəkib yanında otuzdurdu. Aylın – Sərdara: tamam bağışla, bilmədən xətrinə dəydim. O zibil kəmər məni sıxır – incidir, həmişə deyirəm bilirsən. Allah, Allah, bağışla dedik, üzür istədik. İndi bu nədir, uşaq kimi küsmələr filan? çay fincanının yanından götürüb kanfet uzatdı. Aylın – Sərdara: bax sənə kanfet gətirdim, barışaqmı? Sərdar almadı ocağa baxdı. Aylın kanfeti açıb özü dişlədi, yarısını yenə uzatdı, – Sərdara: al bax səninlə bölüşürəm, bağışla. Sərdar Aylının xətrini canından çox sevirdi. Konfetin yarısını əlindən yedi, sağolda demədi. Aylın başını narazılıqla sirkələyərək, çayını götürüb bir uddum içdi. Aylın – Sərdara: burası mənə, əlil arabasında qaldığım vaxtlarımı xatırlatdı. Dostumla ocağın qarşısında oturardım saatlarla, doymazım ocağa baxmaqdan. Tahir keçən dəfə dostumu mənə göstərdi, çox böyümüş. İtini deyirdi, Sadiq hədiyyə edən. Sərda yenə danışmadı.

Aylın dərindən nəfəs alıb, Sərdarın özündən uşaq kimi küsüb danışmamasına əsəbləşsədə, artıq bir söz demədən, sakitcə yanan ocağa baxdı. Sərdar öz çayını götürüb, yenə Aylına təşəkkür etmədən, sakit – sakit içdi. Aylın baxdı, artıq söz demədi, desədə cavab vermirdi, Sərdar incimişdi.

Nicatla xalası iş danışmaqçün gəlmişdilər, başqa şirkətə. Gözlüyürdülər içəri dəvət olunacaqlarını. Nicat – xalasına: bax mənə inanmadın, bura qədər gəldin yoruldun xala. Xalası gülümsəyərək, – Nicata: mənə xoşdur oğlum, sən heç narahat olma. Az vaxtdan qapı açıldı, içəri dəvət olundular. Nicat xalasının qolundan tutub, qalxmağa yardım etdi, qapıdan birinci xalasının keçməsini gözlədi. Xalasının ardınca içəri keçib, qapını örtdü.

Masa arxasında cavan bir qız əyləşmişdi. Başını qaldırmadan, – olara: buyurun əyləşin. Nicat birinci xalasının əyləşməsini gözlədi, sonra özü keçib əyləşdi. Qız qarşısındakı kağıza nə isə yazırdı, – bunlara: bir dəqiqə üzür istəyirəm. Xalası Niacta baxdı. Nicat gülümsəyərək işarə etdi ki, belə olur iş yerində, fikir verməsin. Xalası dözmədi, əyilib pıçıltıyla – Nicata: Aylın qızımın hörmətinə, kimsənin hünəri deyil yetişə. Qız duydu, başını qaldırıb baxdı Nicatla xalasına. Qarşısındakı kağızı kənara qoyub gülümsəyərək, – Nicata: adınız Nicatdır, elə deyilmi? – qıza: bəli düzdür xanım. Yanımdakı isə doğma xalamdır, əslində anamda sayılır. Mənə dayaq olmaqçün, mənimlə gəldi. Qız gülümsəyərək, – xalasına: xoş gəlmişsizin. Xalası – qıza: xoş günün olsun qızım, bir söz deyəcəm məndən incimə. Qız gülümsəyərək, – xalasına: əgər sizə baxmadan işimi bitirməkçün məşğul olduğumu deyəcəksinizsə, haqlısınız, üzür istəyirəm sizdən.

Bağışlayın, görmədim qarşımda sizin kimi gözəl ürəkli bir xalanın olduğunu. Bu dəfə keçin günahımdan. Qızın şirin davranışından, xalasının xoşu gəldi. Xalası – qıza: gözəl qızım, Allah ürəyinə görə versin sənə. Nicat xalasıyla, qızın mehriban danışmasına baxıb qalmışdı. Qız – xalasına: Nicat oğlunuz işə qəbul olundu, səhərdən gəlib bizimlə çalışa bilərsən, təbrik edirəm sizi. Xalası sevindi, – qıza: qızım sən heç oğlumla danımadın?

Qız gülümsəyərək, – xalasına: sizin kimi gözəl xala – ana, tərbiyəsi almış bəy əfəndidən, işdən kənar başqa söz soruşmağa ehtiyac yoxdur. Nicat qıza təşəkkür etdi. Qız – Nicata: adım Elzadır, ayağa qalxıb əlini uzatdı. Nicat tez ayağa qalxıb, qızın əlini sıxaraq – qıza: tanışdığımıza sevindim, Elza xanım. Ailəmə qarşı olan hörmətinizə görə, bir daha təşəkkür edirəm. İşimdə hər zamanki kimi, canla – başla çalışacam. Xalasıda ayağa qalxıb, qızın əlini sıxaraq, Allah sizdən razı olsun qızım. Anan gözəl tərbiyələndirmiş səni. Mənim adımdan, mütləq anana çatdırasan təşəkkürümüzü. Qızın Nicatdan xoşu gəldiyi, baxışlarından anlaşılırdı.

Qızda mehribanlıqla, xalasının əlinin üstə əlini qoyub, inanın sizin kimi insanlarla çox az rastlaşılır. Həm işdədə, həmdə həyatdada, çox təssüflər olsun azdıq sizin kimi gozəl ürəklilər. Bir daha işiniz uğurlu olsun.

Anamada mütləq çatdıracam dediyiniz tərifnaməni, gülümsəyib baxdı Nicata.

Axşam olurdu, Sərdar hələdə dinməz sakit oturmuşdu oçağın qarşısında. Aylın sıxıld, ayağa qalxıb getdi.

Evdən dışarı çıxab ətrafa baxdı, hava qaralırdı. Sərdarın özündən inciməsinə əsəbi idi, öz – özünə: uşaqdan betərdi. Nə dedim ki? öz – özünə danışa – danışa, bilmədiyi tərəfə addımlamağa başladı. Aylın heç buraları görməmişdi, bilmirdi bura haraydı. Yavaş – yavaş yolun kənarıyla gedirdi, birdən hiss etdi havası çatmırdı. Dərindən – dərindən bir necə defə nəfəs aldı, yenə sanki ciyərlərinə hava çatmırdı, doymurdu. Hər dəfə dərindən nəfəs aldıqca, həyəcanlanırdı ürəyi sıxılırdı. Sanki pis yuxudan ayılmış balaca uşaq kimi, həyəcan keçirirdi. Oz – özünə: indi nə oldu durduq yerdə? özünü sakitlədirməyə çalışdı. Gözlərini yumub bir anlıq dayandı, nə qədər özünü sakitləşdirməyə çalışsada, alınmırdı. Dahada həyəcanlanırdı, nəfəsi daralırdı. Gözlərini açıb biraz qabağa gedib, yerdən əyləşib nə olduğunu anlamağa çalışdı. Əllərinin barmaqlarını oynatdı, çətin açılıb – yumulurdu əlləri. Bir anda sanki buzluq yerdə qalmış kimi, soyuqdan üşüməyə başladı, tir -tir əsdi. Qollarının bir – birinə dolayıb isinməyə çalışdı, get – gedə halı dahada pis olurdu. Nəfəsi çatmırdı, üşüyürdü.

Sərdar gəldi, – Aylına: hara gedirsən tanımadıın yerdə tək başına? Aylının rəngi ucmuşdu. Sərdar tez yanına çökərək üzünə baxdı, – Aylına: nə oldu sənə? rəngin uçmuş, yaxşı görsənmirsən. Aylın üşüyürdü, zorla – Sərdara: donuram, soyuq oluram. Sərdar tez alnına əlini qoyub baxdı. Sərdar – Aylına: atəşində yoxdur, qalx indi həkimə gedirik. Aylın – Sərdara: istəmirəm, həkimə filan getmirəm. Sərdar bilirdi Aylının tərsliyini. Sərdar – Aylına: tamam, o zaman qalx isti çay verim, isin üşüyürsən. Aylın elə üşüyürdü ki, özündən qollarını qıraq edib, yerə əlini qoyub qalxmağa cəsarəti çatmırdı. Sərdar anladı, tez Aylını qucağına alaraq, evə tərəf apardı.

Sərdar Aylını evə gətirib yatağa uzatdı, üstünü yorğanla örtdü. Aylın titrəyirdi, danışada bilmirdi. Sərdar tez gedib isti çay gətirdi, içirtmək istəsədə alınmadı. Aylın heç üstünü açmağa qoymurdu, sanki dolabda qalmışdı saatlarla. Sərdar əlindəki çay finçanını qırağa qoyub, tez əynindən köynəyini çıxarıb, yarı çılpaq Aylının yanına uzandı. Aylın artıq isinməkçün arə axtarırdı. Sərdarın soyunub yanına uzanmasına bir söz demədi. Əksinə, qısılıb isinməyə çalışdı. Sərdar Aylının özünə sıxıb üstünü örtərək, isti nəfəsiylə – bədəniyə Aylını isitməyə çalışırdı. Sərdar -Aylına: qucaqla qısıl mənə, tez isinəcəksən canım.

Aylın titrəyən əlləriylə, zorla Sərdarı qucaqlayıb, üzünü sinəsinə qısıb dayandı. Sərdar Aylının isitməkçün, qollarını – belini massaj edirdi. Bədəninə sıxıb tutmuşdu, çox darıxmışdı. Aylının özünə – canına qısılması xoş olsada, xəstələnməsidə bir başqa üzürdü Sərdarı.

Ramizlə Dilqəm, işdən çıxıb Aylına gəlmişdilər. Duyduqlarında Aylın Sərdarla gəzməyə çıxmış, Ramizin kefi tamam poxulmuşdu. Ramiz qucağına qardaşını alıb, – anasına: Sevda xala, mən Sərdarı aparım, səhər gətirərəm. Anası təcüblə – Ramizə: oğlum niyə aparırsan ki? uşaq bizimlə oynayırə Heç vaxtımız necə keçir anlamırıqda. Ramiz incik səslə – anasına: Sevda xala, Aylında artıq məşğuldur. Biıirəm işi filan vardır yəqin ki, sizidə yormasın, mənimlə qalsın evdə xadimə var. Cansuda gəlir tez – tez, narahat olmayın.

Anası razı olmadı, qucağından uşağı alıb – Ramizə: heç yerə uşaqda – səndə getmirsən, keç əyləş. Aylında birazdan gələr, birlikdə axşam yeməyimizi yeyəcəyik, xətrimə dəymə oğlum. Anası – Dilqəmə: oğlum səndə yeməyə qal bizimlə. Dilqəm təşəkkür etdi, – anasına: bağışlayın Sevda xanım, başqa vaxtda qalsın. Evdə anam gözləyir məni yeməyə, mənsiz yemək yemir, alışdı gözləməyə.

Anası gülümsəyərək, – Dilqəmə: qurban olarıq, biz evladlarımızsız günümüz olmasın. Əlbətddə oğlum, ananda təkdir yazıq darıxır. Dilqəm – anasına: anam çalışır, Aylının açdığı uşaq evində, evdə qalmır. Anası birinci duyurdu bunu, təcüblə – Dilqəmə: Aylının açdığı uşaq evimi?

Ramiz – anasına: Sevda xala, Aylın kimsəsizlərşün sığınacaq ev açmış, içində hərşeyiylə. Kimsəsiz uşaqlara yardım göstərilir orda. Anasının gözləri yaşardı, qucağındakı uşağı öpüb, özünü saxlaya bilmədi ağladı.

Ümidlə atası gəldilər. Anasını ağlayan görüb yaxınlaşıb – anasına: ana nəyin var?

Anası – oğluna: bacın kimsəsiz uşaqlarçün açan, sığınacaq evindən xəbəriniz vardımı sizin?

Atası təcüblə – olara: anlamadım, qızımızmı açmış? gəlib Dilqəmlə – Ramizlə görüşdülər, əyləşdilər. Ramiz – atasına: bəli Rəhim dayı, qızınız küçələrdə məcbur diləndirilən və atılmış uşaqlarçün sığınacaq ev açmış. Həmən o evdə, Afət xanımla, Bahar anamda çalışırlar. Tanıdığımız hər kəs, bacardığımız köməkliyi edirik. Bizdə şirkətimizdən pul ayırıb, hər ay yardımçün keçiririk. Aylın tapşırıb, bizdə oranın nəzarət edən üzviləri sayılırıq, başqalarına etibar etmir.

Atası fərəhlə, ayağını – ayağının üstünə aşırıb – arvadına: canım, sən göz yaşını axıdıb, ürəyini rahatlaya bilirsən, yazıq biz kişilərin halına. Mənim qızım düzgün olanı etmiş. Məndə sabahdan, o evə pul ayıracam, yazıq uşaqla yardım olsun. Anası göz yaşlarını silib, uşağı bağrına basıb öz – özünə: mənim gözəl ürəkli balam. Ah canım qızım, Allah səndən razı olsun, içim rahatladı gərçəkdən. Ümid dərindən nəfəs alıb – Ramizə: bacım sanki, nağıllardakı dərin bir sehirli quyuya bənzəyir. Dibinə getdikcə, bitməz – tükənməz sehirləriylə, insanı şaşırtmağa davam edir. Atasınında qürurdan gözləri yaşardı, – oğluna: bacınla tək biz deyil, başqalarıda qürur duyurlar oğlum. Baxsana, yazıq uşaqlarçün şərayit yaratmış gözəl ürəkli qızım, gözlərini silib kənara baxdı.

Nicatda xalasıyla, Nazlıyla, axşam yeməyini yeyirdilər evdə. Xalası – Niçcata: Elzadan çox xoşum gəldi oğlum, mərəfətli qıza bənzəyir. Nazlı gülümsəyərək, – anasına: ana nə qədər mərəfətli olsada, qızın Aylına çata bilməz, elə deyilmi?

Nicat bir anlıq dayanıb nə isə düşündü, əsəblə yeməyini yeməyə başladı. Anası qızına şarə etdi ki, Nicatın yadına salmasın, Aylın deyib. Xalası – Nicata: sabahdan işdə olacaqsan oğlum, günorta yeməyini vaxtında yeyəcəksən, danışdıqmı?

Nicat kefsiz – üzgün – xalasına: tamam xala yeyərəm, narahat olma. Xalası yaxşı anlayırdı, Nicatın bir anlıqda olsa, Aylın axlından şıxmırdı. Ozünü çox zor tuturdu, Aylından ayrı qalmaq ürəyini göynədirdi. Nazlı – Nicata: mən ara – sıra gələcəm, sənin çalışdığın şirkətə. Nicat başını qaldırmadan – Nazlıya: ürəyin nə zaman istərsə, gələrsən bacım. Nazlınıda üzdü, Nicatın bu halı. Aylının adını çəkməsinə min peşman oldu. Xalası çalışırdı ki, Nicat yenə bir səhv edib, kantrolunu itirib daha betərini etməsin. Başını narazılıqla sirkələyərə, k qızana narazı baxışlarla baxıb, yeməyini yedi.

Aylın isinib yuxuya düşmüşdü. Sərdara qısılıb – quçaqlayıb elə yatırdı ki, Sərdar tərpənməyə belə çəkinirdi. Yazıq qorxurdu, oyanar qollarını özündən çəkərdi. Aylının başına üzünü dayayıb, nə isə düşünürdü. Sərdarada çox yazıq olmuşdu, uzaq düşmüşdülər biri – birilərindən, atasının səhvi ucbatından. Sərdarın telefonuna zəng gəldi, dodağını dişləyib, gözlərini yumub bir anlıq zəngin tez kəsilməsini dilək etdi. Ancaq əksinə oldu, dayanmadan telefonu çağırərdı. Sərdar öz – özünə: of Allahım off. Aylının oyanmasını istəmirdi. Dönüb telefona baxada bilmirdi. Aylın oyandı, Sərdara qısıslıb yatdığını gördüyündə, xatırladı yatıb qaldığını. Üzünü sinəsindən götürüb – Sərdara: daxilən soyuq – kobut olsanda, ürəyin çox istidir. Çox sağol isitdin məni. Sərdar yavaş səslə – Aylına: sən bilirsən canım, mən xaricən soyuq – kobut olsamda, daxilən sənə qarşı çox istiyəm. Özünü necə hiss edirsən?

Aylın yerində oturub – Sərdara: sayəndə isindim, yaxşıyam çox sağol. Anama de birazdan gəlirik, aç telefonunu. Sərdar dönüb masadan telefonu götürüb, baxıb gülümsəyib, cavab verdi. Alo anam, mən indi sizi arayacaqdım, yox – yox hər şey yaxşıdır narahat olmayın. Mən sadəcə deyəçəkdim ki, biz Aylınla şəhər dışına çıxmışdıq. Artıq gecdir sabah dönsək, biraz qulaq asıb gülümsədi, – anasına: çox sağol anam, təşəkkür edirəm. Aylının burası çox xoşuna gəldi, dışarda oturub. Yaxşıdı narahat olmayın, sağollaşdı, sabahadək. Telefonu söndürüb masaya qoydu. Sərdar döndüyündə, özünə təcüblə baxdığını gördü. Sərdar – Aylına: səndən izinsiz qalmana görə, anandan xayiş etdim deyəmi elə baxırsan?

Aylın – Sərdara: anamın belə tez səninlə şəhər dışında qalmama, necə razı olmasına görə baxıram. Sərdar gülümsəyib, yerində oturmuş Aylını özünə tərəf çəkib, yanına yatızdırıb qucaqlayıb tutdu. Sərdar – Aylına: canım, bir gecəni mənə çoxmu görürsən? bu qədər imansız olma mənə qarşı. Səni çox sevirəm bilirsən. Aylın bilirdi, Sərdarın xasiyyətini. Bu üzdən, özündən kobutca kənara çəkmək istəmirdi. Aylın – Sərdara: məndən fərqli olaraq, anam sənə qarşı imanlı çıxdı, nə istəyirsən artıq yanındayam. Deyirəm bir azacıq qollarını boşaltsan nəfəs ala bilərdim. Sərdar bilirdi Aylının xasiyyətini. Sərdar – Aylına: sən xəstəsən üşüyürsən, qısıl məni təkrar qucaqla, dərdinə dərman olum. Nə olar sarıl mənə, ehtiyacım var canım sənə. Aylın çarəsiz qollarını sardı qucaqladı, üzünü sinəsinə qısıb – Sərdara: bağışla. Sərdar anlamdı, – Aylına: nəyə görə canım? Aylın susdu, cavab vermədi. Sərdar hiss etdi, sinəsinə Aylının göz yaşı damladıqda ağladığını. Dərindən nəfəs alıb – Aylına: əksinə sən məni bağışla ki, səni atama görə Sərdarla buralara tək gəlməyinə razı oldum. Aylın Sərdarın sevgisindən sonra, Nicatı sevməsinə utanırdı. Artıq bir söz demədi, nə dəyişəçəkdi ki? olan olmuşdu. Sərdar içindən yanıb qovrulmuşdu, duyduğunda Aylın Niactla birlikdədir. Ancaq yenədə Aylının varlığı, indi yanında – qollarında olması, üstünü pərdə bağlamış yarasına məlhəm olurdu. Sərdar üzünü Aylının saçlarına sürtərək, pıçıltılı səslə – Aylına: bilirsənmi? qoxun heç dəyişməmiş. Bu cümlə qısa olsada, əslində çox böyük mənası vardı.

Aylın dahada xəcalət çəkdi, əlləriylə Sərdarın kürəyini sıxdı. Sərdar anladı, Aylına toxunurdu hər dediyi söz. Sərdar – Aylına: səninlə tanış olduğum o günü heç unutmaram canım. Aylının başını qatmağa çalışdı ki, artıq üzülməsin.

Sərdar – Aylına: xasiyyətindən çox pis idin, birinci gördüyümdə. Aylının bu söz əsəbinə toxundu. Yaş axan gözləriylə üzünə baxıb – Sərdara: mənmi pis idim? sən mələkdin eləmi?

Sərdar gülümsədi, Aylının bir anda uşaq kimi olanları unudub, özüylə dirəşməsinə. Sərdar – Aylına: bax ondada beləydin, söz dinləmirdin. Aylın dahada əsəbləşdi, – Sərdara: mən niyə sənin sözünü dinləməliydim ki? tanışda deyildik heç. Sənin çox yaxşı xasiyyətin vardı, eləmi? unutduysan deyim. Yaralı halımda məni yerə çaxdığını, daha nələr etdiklərini day demirm. Sərdar gülümsədi, – Aylına: sevdiyimdən caxmışdım canım. Aylının üzünün ifadəsi dəyişdi. Yalandan gülümsəyərək, – Sərdara: o zaman, məndə səni çox sevdiyimdən dinləmirdim sözünü.

Sərdar bir anlıq, burdnuna – burnunu sürtüb – Aylına: bağışla canım. Bütün etdiyim səhvlərimə görə səndən üzür istəyirəm, bağışla – bağışla – bağşla. Aylına artıq bir kəlmə söz deməyə imkan vermədi, dodaqlarından öpdü buraxmadan. Aylın özündən Sərdarı qırağa çəkmək istəsədə, gücü yetmədi. Aylını ağzı yuxarı çevirib, əllərini – əlinin içindən tutub, başının üstə qoyaraq – Aylına: bilirsən səni sevirəm, səni istəyirəm. Qaçmağa çalışma əlimdən, alınmayaçağınıda yaxşı bilirsən. Aylın – Sərdara: dəlilik etmə burax məni. Sərdar – Aylına: bir səhv edib əlimdən buraxdım, peşman etdin məni. Artıq sən mənimsən, ölərəmdə verməm başqasına, duydunmu?

Aylın əlini dartıb çıxarmağa çalışdı, – Sərdra: burax dedim. Sərdar məhəl qoymadan, Aylının bədənini bütün bədəniylə zəpt edərək, öpüb sevişməyə başladı. Aylın çapalasada, qurtula bilmədi əlindən, artıq çox gec olduğunu özüdə anlamışdı. Sərdarın sevişməsindən, həm Aylına qarşı olan sevgisi, həmdə içinin necə yandığı aydın, sözüz ifadə olunurdu. Aylın yalvarsada buraxmadı, dahada dəlicəsinə hər yerindən öpərək, arzuladığı anına çatmağa tələsidi. Artıq qulaqları duymurdu, Aylının özünə yalvarmasını. Sərdar Aylının əynindəkiləridə, öz əynindəliləridə çıxarıb ataraq, sevişirdi. Aylın qalxmağa çalışdıqda imkan vermirdi, üstünə qapanaraq, əllərindən tutub sevişirdi. Aylın nə etsədə, artıq gücü yetməzdi durdurmağa.

Beləcə səhər açıldı. Aylın Sərdara çox küsmüşdü. Söz demədən evə getməkçün əynini geyinib, yataqdan qalxdı.

Sərdarda yataqdan qalxıb, arxadan qucaqlayıb tutdu. Boynundan öpərək – Aylına: canım, ən xöşbəxt geələrimdən biri oldu, səninlə birlikdə olmaq. Aylın bir söz demədi. Sərdar Aylını özünə tərəf çevirdi. Saçlarını sığallayaraq, əlini sürüşdürüb üzünə – dodaqlarına barmağıyla sürtərək, – Aylına: off doymaram bal dodaqlarından.

Təkrar dodaqlarından öpdü. Aylın artıq yorulmuşdu, Sərdara qarşı gücgələ bilmirdi. Sərdar Aylının əyninə geyindiklərini təkrar çıxararaq, yatağa itələyib yıxdı. Üstünə qapanıb, dəlicəsinə sevişməyə başladı. Aylın bilmirdi nə edəcəyini, nə düşünəçəyini, sanki beyni cçlışmırdı.

Sərdar öpüşləriylə, düşünmyə – danışmağa imkanda vermirdi artıq. Gecədən səhərə qədər, qollarında – canında qalmaqdan, güc gələ bilmirdi Sərdara qarşı. Sərdarın bundan sonra özünü buraxmayacağında yaxşı anlayırdı. Yazığın gözləri yaşarsada, Sərdar məhəl qoymadan sevişirdi. Aylını sevdiyi, sevişməsindən anlaşılırdı.

Atasıyla Ümid, anasıyla sağollaşıb işə getdilər. Gecə Aylının Sərdarla qalacağını bldiyində, Ramizdə öz ürəyindən küsüb, qardaşınıda alıb getmişdi evə. Anasının heçnədən xəbəri yox idi, qızını gözləyirdi ki, gəldiyində uşaq evinə Aylınla birlikdə gedib ziyarət etməyi düşünürdü. Aanasının üzündən sevinc – qürur hiss yağırdı.

Ramizdə qardaşının üzündən öpüb, kefsiz uşağı xadiməylə qoyub getdi işinə. Xadimə uşağı götürdü qucağına, yedirməkçün mətbəxtdə apardı.

Nicatda yeni işinə gəlmişdi, katibə gəlib qarşıladı. Nicat bəy, Elza xanım sizi otağında gözləyir, buyurun. Nicat qızın ardınca getdi, qız gəlib qapını döyərək, açıb içəri keçdi. Qız – müdürə: Elza xanım Nicat bəy gəldi. Katibə – Nicata: buyurun, Nicat içəri keçdi. Elza yerindən qalxıb, gəlib əl verib Nicatla görüşdü. Gülümsəyərək, – Nicata: xoş gəldin, yeni işin uğurlu olsun. Nicat əlini sıxaraq – Elzaya: təşəkkür edirəm Elza xanım. sabahınız xeyir. Elza – Nicata: sabahımız xeyir Nivat bəy. Gülümsəyib, – katibəyə: bizə iki qəhvə gətir, katibə baş üstə Elza xanım, tez çıxdı otaqdan qapını örtdü. Elza – Nicata: soruşmadım qəhvəni şəkərli, şəkərsizmi içirsiniz?

Niat – Elzaya: Elza xanım, təşəkkür edirəm hər şeyçün. İcazənizlə mən gedim, katibəniz mənə iş masamı göstərsin, vaxt itirmədən işimə başlayım. Elza gülümsəyərək, – Nicata: siz burda, mənimlə birlikdə çalışacaqsınız Nicat bəy. Nicat pərt oldu, – Elzaya: sizinlə burdamı?

Elza – Nicata: Nicat bəy, mən hər adama etibar etmirəm və iş otağımı qoyub getmək istəmirəm. Son zamanlar işlə əlaqədar çox yerlərə getməyə lazım olur,. Mən dünən xalanı gördüyümdə anladım ki, sənə etibar edə bilərəm. Qərara gəldim ki, birlikdə çalışaq ikimiz burda.

Sizinçün maneçiliyi varmı birlikdə çalışmamızın? bağışlayın soruşmadığım. Nicat dərindən nəfəs alıb, üzünü qaşıyıb – Elzaya yoxdur maneçiliyi Elza xanım. Əksinə mən sizə mane olmaq istəmərəm, o üzdən biraz narahat oldum. Elza gülümsəyərək, masasını göstərib – Nicata: o zaman qəhvələrimiz gəlincə, mən sizi iş masanızla tanışdırım. Elzanında Aylın kimi zarafatçıl olması, üzündən bəlli idi. Elza – Nicata: bilirsənmi Nicat bəy, mən subay olduğumçün bəzən unuduram soruşmağa. Mənimlə çalışacaq insanın ailəsiylə problemi – filan olarmı? düşünmdən tək qərar verirəm işimlə əlaqədar. Mən görəndə ki, ailəli insanların nə qədər problemləri olur işdən kənar evlərində. İnan ki, subaylığa əbədilik üstünlük vermək istəyirəm. Siz ailəlisinizmi? – Elzaya: yox ailəli deyiləm ancaq, sözü ağzında yarımçıq qaldı. Katibə gəldi, qəhvələri masaya qoyub – müdürünə: Elza xanım, başqa bir əmriniz varmı?

Elza gülümsəyərək, – katibəyə: yoxdur, hələlik gedə bilərsən. Katibə nuş olsun deyib, otaqdan çıxdı. Başları qarışdı, Elza qəhvənin birisini Nicata uzatdı. Nicat fincanı alıb təşəkkür etdi, və unutdu desin sevgilim var.

Elza qəhvəsindən içib – Nicata: bax sən bu masada çalışaşaqsan Nicat bəy. Mən olmadığımdada, məni əvəzləyəcəksən, danışdıqmı?

Nicat gülümsəyib, – Elzaya: tamam Elza xanım, əlimdən gələni etməyə hazıram. Nicat heç istəmirdi başqa birisiylə, bir otaqda çalışsın. Aylına nə deyəcəkdi? qəhvəsindən içərək düşündü.

Sərdar Aylını evə gətirmişdi, kefi yaxşı idi. Aylında anasının birşeylər anlamamasıçün, çox çətinliklə özünü toparlayaraq suallarını cavablandırırdı. Aylın – anasına: getdiyimiz yer pis deyildi ana. Sərdar Aylına gizlincə göz vurdu gülümsəyərək. Sərdar – anasına: Aylının bilmirəm anam, ancaq mənim çox xoşuma gəlir orası. Anası gülümsəyərək, – Sərdara: bir gün birlikdə gedərik. Məndə divar peçini çox sevirəm oğlum, insanı keçmişinə aparır bi ixtiyar. Sərdar – anasına: siz uyğun olduğunuz günü, mütləq aparacam anam söz. Aylının boğazı qovuşdu Sərdara olan əsəbindən. Srdara tərs – tərs baxıb, ayağa qalxdı. Aylın – anasına: mən duş alım geyinim, gəlirəm gedərik uşaq evinə. Anasının üzü gülürdü, – Sərdara: oğlum axşam duyduğumda inan ağladım. Atasıda göz yaşlarına zorla hakim ola bildi, mənim balamın ürəyinə bax, yazıq uşaqlarçün ev düşünmüş.

Aylın gəlib vanna otağına girdi, qapını bağlayıb yaxınlaşıb suyu açdı. Yazıq kövrəldi Nicatı düşündü, nə deyəcəkdi? soyunub duşun altında dayandı. Göz yaşları suya qarışıb, süzülürdü üzündən. Oz – özünə: Allahım niyə öldürmürsən məni? çox çıxılmaz vəziyyətdə idi. Ağlayaraq yerə çöküb dizlərini qucaqlayıb, uşaq kimi səsini içinə salaraq ağlayırdı ki, ağladığını anası duymasın.

Günorta olmuşdu. Elza – Nicata: qalx vaxtdır yeməyə gedirik. Nicat istəmirdi Elzayla harasa getsin, qalmışdı çətin vəziyytdə. Nicat – Elzaya: Elza xanım, mən günortaları yediyimdə normal çalışa bilmirəm, yuxu basır bi ixtiyar. Elza qəh – qəhə çəkib güldü, – Nicata: vallahi məndə sənin kimi oluram inan. Ancaq yemək saatı düzgün olmalıdır ki, çalışa bilək. Birdəki yaxşı bilirəm, xalan duysa yemədiyini məni açılayar. Mehribanlıqla gəlib, qolundan tutub Nicatı qaldırdı, gedək. Nicat bəzən baxa qalırdı, Elza özünü o qədər sadə aparırdı ki, sanki şirkətdə müdür deyildi. Nicat çarəsiz masadan telefonunu, maşının açarlarını götürüb, gəldi. Qapını açıb – Elzaya: xanımlar öndən buyusrun. Elza gülmsəyib, – Niccata: bax əsil djentilimen kişisən, təşəkkür edirəm, otaqdan çıxıb getdilər.

Ramizdə işdə kefsiz idi. Dilqəm – Ramizə: qardaşım asma suratını, birincidirmi Aylın Sərdarla qaldığı? Ramiz əsəbləşdi, – Dilqəmə: o vaxt başqa, indi başqadır, anlamırsanmı sən?

Dilqəm sanki yuxudan oyandı. Şaşırdıcı üz ifadəsiylə – Ramizə: yox bir daha nə, bunun düşündüyü şeyə baxsana, Aylın etməz elə iş. Ramiz dərindən nəfəs alıb, yumruğunu masaya vurdu. Aylın etməzdə, ikisidə şüphəli baxışlarla baxdılar bir – birinə.

Sərdar Aylınla, anasını uşaq evinə gətirmişdi, atasıda qardaşıyla işdən çıxıb gəlmişdilər birlikdə. Uşaqlar Aylını görən kimi, bir – birilərini səsləyərək, Aylın bacımız gəlir deyərək, qarşısına sevinclə qaçdılar. Aylın dizi üstə çökərək, uşaqları qarşılayıb – qucaqlayıb, öpüb bağrına basdı. Gərçəkdən həm ürək ağrıdıcı, həmdə ürəyə fərəh sevinc verici bir hal idi. Atasıda göz yaşlarına hakim ola bilmədi, qızına qarşı kimsəsiz uşaqların sevincini gördüyündə. Aylına sarılıb, qucaqlayıb öpərək nə isə deyirdilər. Bəziləri qaçıb əlib, hazırladıqları rəsimləri gətirib göstərirdilər. Aylın baxıb gülümsəyərək, başlarını sığallayıb üzlərindən öpərək, hamısına qayğı göstərirdi.

Бесплатный фрагмент закончился.

488 ₽
Возрастное ограничение:
18+
Дата выхода на Литрес:
12 августа 2021
Объем:
461 стр. 2 иллюстрации
ISBN:
9785005517371
Правообладатель:
Издательские решения
Формат скачивания:
epub, fb2, fb3, ios.epub, mobi, pdf, txt, zip

С этой книгой читают

Эксклюзив
Черновик
4,7
131
Хит продаж
Черновик
4,9
478