Читать книгу: «Günahsız günahkar. Roman. Hissə – 2», страница 5

Шрифт:

Aylını apardılar meyit yaran otağa, qapılar açıb gətirib soyuq otağa qoydub gətirənlər çıxdılar ordan, biraz vaxtdan içəri qadın girdi. Təzə gətərilən meyitə baxaraq əllərinə əlçəklərini keçirdi, gəlib üzünü açıb baxdı, öz – özünə: çox cavanmış yazıq olmuş, Aylının əli yana düşdü. İçəri başqası girdi əlində kağızla – qadına: təzə gətirilənin öldüyü vaxt yazılıb burda, kağızları masanın üstünə qoyub Aylına yaxınlaşdı baxdı. Qadın o biri – qadına: cavanmış, Aylının üstünü tam açdı, toz çirkin idi paltarı üstü. Bu qıza nə olmuş? o biri qadın masaya qoyulmuş kağızları götürüb baxaraq, deyillər binanı partlatmış, çox təklükəli bandit dəstəsini zərələşdirmiş. Əkis halda çox polis həyatını itirə bilərmiş, kağızı masaya qoyub Aylının yanında – dayanana: başlayaqmı? yanında dayanmış Aylının yana düşmüş əlini üstünə qoydu. Aylına baxıb o biri – qadına: ayy yazıq özünə qıymış demək, Allah yerini cənnətlik etsin. Birdən Aylına şüphəli baxışlarla baxaraq o bir – qadına: kağıza baxsana neçə saat olar öldüyü? o biri cavab verdi 13: 45 yazılıb. Yanında dayanan tez əlidən əlcəyi çıxarıb Aylının qolunu tutdu, o biri təcüblə baxıb gülümsədi. Bir saat qabağa ölmüşü diriltməyəmi çalışırsan? Aylının biləyini tutan o birinə həyəcanla, bu istidir. Şüphə ilə bizada tutub, o – birinə: tez həkimi çağır sağdır ölməmiş sevindi, o birisi tez otaqdan çıxıb getdi qaçaraq. Qadın – Aylına: ölməmişsən sən gözəlim, sənin kimilərinə qıyarmı Allahım heç? tez içəri gəldilər həkimlə tibb bacısı. Həkim gəlib Aylının nəbzini tutub baxdı, hə ölməmiş tez cərrah otağına, qalanlarada xəbər verin gəlsinlər. Aylını tələsərək apardılar nasılkanı sürərək.

Hadisə yerində Sərdar hələdə atasına qısılıb qalmışdı, atasıda oğlunu qucaqlayıb tutmuşdu, Sərdar artıq ağlamırdı, ağlamaqdan halıda qalmamışdı. Şokdan özlərinə gələ bilmirdilər uçüdə, Tahirdə qıraqda dayanıb baxırdı dostunun bu halına yanırdı. Sözünü bitdiyi yer buna demişlər. Qaçaraq başqa polis oğlan gəldi – rəyisə: yoldaş rəyis sizə şad xəbərim var, rəyis oğlana cavab vermədi. Tahir onu sevincək görüb – oğlana: yeridirmi heç şad xəbərin? görmürsənmi burda olanları. Oğlan gülümsəyərək, – Tahirə: tamda yeridir, Tahir az qaldı ona pis söz desin, oğlan – olara: qız sağmış sizə xəbər verməmi xayiş etdilər, heç kim düz əməlli bir şey anlamadı. Tahir oğlana tərs – tərs baxdı, oğlan elə sevinirdi ki – olara: adını unutdum, dedilər bayaq buranı partladan qız sağdır ölməmiş. Morqda bilmişlər sağdır deyə, indi həkimlər həytını qurtarmağa çalışırlar. İnşallah dualarımızla qurtarılacaq o bir mələkdir, Tahir biraz baxıb – oğlana: sənin başına havamı gəlib? oğlan – Tahirə: deyirəm sağdır duymursanmı? oğlan o bir polis işçilərinədə bağıraraq yüksək səslə, eşidirsiz? bizimçün canını qurban verən qız sağmış ölməmiş. Polislər duyanlar sevindilər – oğlana: gərçəkdənmi? Allaha çox şükür olsun, hər kəs sevindi. Rəyis qulaqlarına inanmadı baxdı şaşqın baxışlarla, Tahir şad oldu – rəyisə: bu doğrudurmu? aman Allahıma çox şükürlər olsun.

Tahir – Sərdara: dostum eşidirsənmi? Aylın sağdır, Sərdarın halı yox idi. Atası oğlunun üzündən öpüb – Sərdara: ölmə dedin ölmədi, mənim qızım sağdır oğlum, duydunmu? elə sevindi ki, gözlərindən yaş gəldi. Təkraraladı rəyis, Aylın sağdır, qızım sağdır, çox şükürlər olsun Allahıma, Sərdar inanmadı duyduqlarına. Tahir gəlib qaldırdı yağa – Sərdara: gedək dostum gözümüzlə görək. Tahir – oğlana: maşını gətir tələs, oğlan tez gedib maşını gətirdi. Atasıyla Tahir Sərdarın qolundan tutub maşına otuzdurdular. Rəyis – Tahirə: mənə xəbər verin çatdıqda, gözləyirəm zəngini duydunmu? hünər edib mənə yalandır deməyin, məni eşitdinizmi? qızım sağdır deyin payınızı verməyim. Qapını örtüb aynadan – olara: mənim burda qalmam lazımdır, bir neçə saatdan məndə gələcəm gedin tələsin. Tahir – oğlana: bas qaza nə gözləyirsən? – rəyisə: inşallah yaxşı xəbər gözlə, oğlan maşının qazına basdı tez getdilər. Rəyis dərindən nəfəs alaraq öz – özünə: Allahım nə olur yalan xəbər olmasın. Yaxındakı polislər – rəyisə: yoldaş rəyis nə mərd qızıymış maşallah, dağ kimi sinə gəlmiş ölümədə. Rəyis – olara: dua edəyin Allahın köməkliyi ilə sağlamlığına qovuşsun, o olmasa indi burdan çoxumuz sağ çıxmazdıq. Hər kəs rəyirin dediyi ilə razılaşdılar, dua etdilər, Allahım yardımçısı olsun dedilər.

Həkimlər Aylının həyatını qurtarmağa çalışırdılar, çox qan itirdiyindən qan verirdilər. Həkimə yanındakılar tez – tez nəbzinin neçə ilə vurduğunu deyirdilər, c həkimlər əllərindən gələni etməyə çalışırdılar ki, Aylını itirməsinlər. Həkim – yanındakılara: bu qız öldüyü yerdən geri dirilmişsə demək ki hələ vaxtı deyilmiş, o biri həkim bu – həkimə: bu qədər insanın həyatını qurtarmış bir mələkdir, döz qızım döz, sən çox güclüsən.

Aylının xəbərindən hər kəsin halı pis olmuşdu, hamısına iynə vurub sakitləşdirmişdilər birazda olsa. Ramiz bir nöqtəyə gözlərini zilləyib baxırdı. Kamilın canı üşüyürdü qollarını sıxıb dayanmışdı, Sadiq anasının yanında idi. Anası çox pis olmuşdu, dayanmadan ağlayırdı qızm deyərək. Sadiqə vurulan iynənin təsirindən keyləşib qalmışdı, anasının əlindən tutub baxırdı sakitcə, az vaxtdan yanlarına Aylının ölmüş xəbərini deyən kişi gəldi. Ramiz nifrətlə baxaraq – kişiyə: qatillər, kişinin bulara nə isə demək istədiyini anlamışdılar, bütün olanlardan sonra sözünü deməyə çətinlik çəkirdi. Kişi – olara: sizə şad xəbərim var, möcüzə olmuş sanki Aylın ölməmiş, ölmüş bilib aparmışlar, ancaq sağ olduğunu anlamışlar morqda. Hammı bir – birilərinə baxdılar, Ramiz – Kamilə: Aylın ölməmiş dedi, duydunmu? Kamil səssiz qaldı.

Ramiz bir anda elə şad oldu ki, öz – özünə: canım mənim. Bilirdim məni tək qoymassan sən, mən bilirdim – bilirdim, bilirdim canım bilirdim. Sadiq anasını qucaqlayıb ağladı eşitdiyndə Aylının ölmədiiyini. Ramiz əlləri ilə başını tutaraq şadlığından ağladı, Kamil soyuq qanılıqla kişiyə yaxınlaşıb baxdı gözlərinin içinə, kişi anlamadı Kamilin nə edəçəyini. Kamil birdən kişiyə yumuruq vurdu, kişi yerə sərildi özünü saxlaya bilməyib. Kamil – kişiyə: alçaq camaatın hisləriyləmi oynuyursunuz? yerə yixılmış kişiyə bağırdı! şərəfsiz. Həkim gəldi kişini yerdən qaldırıb – ona: bir şeyiniz yoxdur ki? kişi yoxdur yaxşıyam. Kamil – Ramizə: gedək burdan, xəstəxananıza tüpürüm sizin, söydü həkimədə kişiyədə, tüpürüb getdi əsəblə. Ramiz Kamilin ardınca çıxmaq istiyirdi dayandı. Dönüb ağlayan Şahnaz xanımla Sadiqə baxdı. Oları orda qoyub getməyə bacaramadı, gəlib Sadiqi ayağa qaldırdı. Sadiq əsirdi – Sadiqə: yeriyə bilərsənmi maşına qədər? Sadiq anasına baxdı. Sadiq – Ramizə: hə mən bilərəm, ancaq anam çox halsızdır. Ramiz -Şahnaza: icazə versən oğlun səni maşına qədər çatdırsın, arvadı qucağına aldı. Ramiz -Sadiqə: anamızı mən apararam, səndə yavaş – yavaş gəl ardımca, Sadiq Ramizin buçür mərəfətli olmasına baxa qaldı. Ramiz ikinçi dəfə idi ki anası pis olarkən qucağında daşıyırdı öz anası kimi. Şahnaz xanım Ramizə yaşlı gözləriylə baxaraq, boynundan tutdu ağladı. Ramiz – Şahnaza: ağlama anam ağlama, mən o Aylının payını çatanda mütləq verəcəm dayansın. Sadiqdə yavaş addımlarla Ramizin ardınca çıxdı otaqdan.

Ramiz Şahnaz xanımı gətirib maşınına qoydu, şofer pərt – pərt baxırdı, bu nə haldı Şanaz xanım? nə oldu sizə? arvad halsız vəziyyətdə -Ramizə: oğlum bizim maşınla gedərəm mən, narahat olma. Ramiz – arvada: siz Aylına ana sayılırsınız, mənədə oğlum deyirsiniz, sizi bu halda tək qoya bilmərəm yanınızda olmalıyam içazənizlə, yanında əyləşdi. Kamil sükan arxasına əyləşdi, Sadiqdə anasının yanında əyləşdi şoferi yardım etdi qolundan tutub. Ramiz arvadın başını özünün sinəsinə sıxıb mehribanlıqla – arvada: anam siz biraz dincəlin çatana kimi. Şofer baxa qalmışdı, Ramiz – şoferə: ardımızca gəl səndə, şofer tez qaçdı maşına tərəf. Kamil əsəblə maşını işə salıb qaza basaraq getdilər.

Tahir Sərdarı gətirib xəstəxanaya gəlmişdi, Aylını əməliyyat edən otağın qarşısında dayanmışdılar. Sərdar inana bilmirdi Aylının sağ olduğuna. Divara söykənim dayanmışdı, halı olmasada ayaq üstə qalmağa çalışırdı, – Tahirə: içərdəki Aylın deyilsə? – Sərdara: Aylındır mən soruşdum, dəqiq özüdür. Sərdar dərindən nəfəs alıb titrədi, Tahir tez çağırdı yaxında olan – tibb bacısına: baxrsınızmı bura? tibb bacısı gəldi. Sərdar həyəcan keçirirdi, Sərdarı görüb – Tahirə: ardımca otağa gətirin, həkimə bildirim. Tahir Sərdarın qolundan tutub aparmaq istəyirdi, Sərdar getmədi – Tahirə: burax məni, lazım deyil mənə heç nə. Tahir bilirdi Sərdarın xasiyyətini – Sərdara: yaxşı anladım, gəl əyləş biraz özünə gəl. Sərdarı yaxındakı divanda otuzdurdu. Tibb bacısına işarə etdi ki, həkimi bura çağırsın, qız anladı getdi. Sərdar Aylınla keçirdiyi günləri xatırlayırdı pis olurdu, Aylınla dediyi sözlər qulaqlarında səslənirdi. Get gəbər mənə nə? onu incitdiyi anlarını xatırlayırdı, gözlərinin önündən hər şey keçirdi üzülürdü, çox peşman idi etdiklərinə. Əliylə başını tutub öz – özünə: dilim quruyaydı sənə o sözləri dediyim yerdə. Mən sənə ürəkdən demirdim canım, gözlərindən yaş süzüldü yanaqlarına, pıçıltılı səslə öz – özünə: bağışla məni. Tahir Sərdara baxdı anladı dostunun halından, ürəyi sıxıldı karidor tərəfə baxdı ki həkim harda qaldı. Tahir- Sərdara: keçdi hər şey yaxşı olacaq, bitdi dostum sakit ol.

Geçə olmuşdu, Ramiz gil hələ yol gəlirdilər maşınla. Ramizin sinəsinə başını qoyub Şahnaz xanım hələ ağlayırdı sakit – sakit. Ramiz Aylının az vaxtda bu insanın qarşısında hörməti İlə özünü qızı kimi sevdirə bilməsini düşündükcə qürur duyurdu. Kamil çox əsəbi fikirli – fikirli maşını idarə edirdi heçkimlə danışmırdı, Sadiq maşının yan şüşəsindən dışarı baxırdı. Bugünkü qarışıq şok hadisələr hammını qısa zamanda yormuşdu, hər kəs Aylın haqda beyinləridə bir şeylər düşünürdülər, danışmadan səssizcə.

Gecə saat 10:00 olurdu, Aylın çox qalmışdı əməliyyat otağında, rəyisdə gəlib çatmışdı xəstəxanaya, oğlunun yanında sakitcə oturmuşdu. Tahir divara söykənib dayanmışdı. Qapı açıldı əməliyyat otağından axır ki həkim çıxdı, çox yorğun görününrdü, yazıqlar saatlarca əməliyyat etmişdilər. Atasıyla Sərdar ayağa qalxdılar, Tahirdə divardan çəkilib dayandı baxdı həyəcanlı baxışlara. Həkimin pis xəbər verəcəyindən hammısı bir anlıq şok saniyələr keçirirdilər. Həkimdən Aylın haqda bir söz soruşmağa cürət etmirdilər. Həkim dərindən nəfəs alıb – olara: çox ağır bir əməliyyat keçdi yaralımız. Əməlyatımız, həkim dərindən nəfəs aldığında Sərdarın gözlərində qalan umudu məhv oldu, düşündü deyəcəkdi qurtara bilmədik başınız sağ olsun. Həkim – olara: uğurla bitdi çox şükürlər olsun, xəstəmizdə daxilən güclü birisi olduğuna görə, bizdə onun həyatını qurtara bildik, gözünüz aydın olsun. Rəyis oğlunu qucaqlayıb Allahıma şükürlər olsun, duydunmu oğlum həkim nə dedi? mənim qızımın daxilən güclü olduğuna heç bir dəfədə olsun şüphə etmədim. Rəyis gəlib həkimin əlini sıxaraq təşəkkür etdi, sizə minnətdaram doktor, sözlə ifadəsi yoxdur demək istədiklərimin, siz tək Aylının deyil, bizimdə həyatımızı qurtardınız. Həkim gülümsəyərək, – rəyisə: dünyanın işini bilmək olmaz sizin bizə, bizimdə sizə işimiz düşər bir gün yoldaş rəyis, kim bilir. Rəyis həkimin nə demək istədiyini anladı, – həkimə: həyatda hər şey qarşılıqlıdır doktor, bizə düşən tərəfini canla – başla həll edərik, heç şüphəniz olmasın. Həkim – rəyisə: bir daha gözünüz aydın icazənizlə, rəyis – həkimə: buyurun, təşəkkür edirəm bir daha, həkim getdi.

Tahirdə yaxınlaşıb Sərdarla qucaqlaşıb – Sərdara: yazıq Aylnın vay gününə, səndən gərcəkdən qurtarması qeyri mümkünmüş. Zarafatlaşaraq Sərdarı qucaqlayıb ayaqlarını yerdən üzdü, qaldırıb yerə qoydu. Sərdar – Tahirə: qardaşım sən heç özünü kənarlaşdırma Aylını qabağa verib, səninlədə işim bitmədi bilirsən. İkinizdə etdiklərinizin cəzasını çəkəcəksiniz. Tahir – rəyisə: ay daaa yenə düşdük işə, atasıda gəlib ikisinidə qucaqlayıb sıxdı özünə. Alnını olarıb başlarına dayayıb – olara: sizdə, Aylında, mənim canımsınız bunu heç zaman unutmayın. Rəyisin gözlərindən yaş süzüldü, göz yaşını göstərməməkçün ikisinində saçlarını qarışdırıb, getdi. Sərdar atasının göz yaşını görüb pis oldu Tahirə baxdı. Tahir rəyisin ardınca baxıb – Sərdara: atanın bu göz yaşları günorta axandan çox fərqli idi, hiss etdinmi? Sərdar dərindən nəfəs alıb Tahirə baxıb, başıyla hə deyə işarə etdi. Aylın neçə illərin heyifini almışdı hər kəsin əvəzindən etdiyi cürəətiylə. Şərəfsizi pulları – silahları – murdar əməlləri ilə qarışıq göyə sovurmuşdu, rəyis uzun illər axtardığı hüzuru tapmışdı.

Saat 12 ourdu, Ramiz gildə çatdılar xəstəxanaya, qaçaraq gəldilər Aylının otağının qarşısına. Tahir oturduğu yerdə yuxulamışdı, Sərdar oyaq idi, Ramiz gilin gəldiyini görüb ayağa qalxdı. Ramiz Sərdarı görüb təcüblə – Sərdara: sən nə edirsən burda? axıllarına belə gəlməzdi ki, Aylın olarla iş birliyinə razılaşmışdı. Bu qədər vaxda Sərdar hazırlaşdırmışdı öz evlərində Aylını. Şahnnaz xanım yaxınlşıb – Sərdara: oğlum bizədə qarışıq bir şeylər dedilər, vurulan iynənin təsirindən özümə gələ bilmirəm. Anlat nələr olur burda? dedilər qızım artıq əməliyyatdan çıxmış, doğrumu bütün bunlar? mənə gərçəkləri səndən başqa kimsə deməz əminəm. Sərdara bu söz elə təsir etdi ki, çox pis oldu baxdı çarəsiz baxışlarala arvada.

Tahir səsə oyandı, kim olduqlarını gördüyündə anladı, öz – özünə: aydaa indi başlayacaq əsil konsert, tez ayağa qalxaraq Sərdarın yanında gəlib dayandı. Sərdarın çətin vəziyyətdə qaldığını görüb Tahir – olara: mən anlata bilərəm sizə olanları. Əgər sakitliyə rəyaət edəcəyinizə söz verirsinizsə, burda səs etmək olmaz bilirsiniz. Aylın çox şükür əməliyyatdan çıxmış həyatı qurtarılmış, ancaq həkim hələ görüşməsinə izin vermir, sabahı gözləməli olacaqsınız. Şahnaz – Tahirə: duyduqlarımız gərçəkdirmi? qızım polislərə yardım edərkənmi yaralanıb? Üzməyin ürəyimi bir şey deyin. Tahir dərindən nəfəs alıb özünə diqqətlə baxaraq cavab gözləyən Ramizə, Sadiqə, Kamilə, baxdı. Duyduğunuz doğrudur xanım, Aylın bizimlə iş birliyinə razı olaraq çox təhlükəli birilərini zərərləşdirdi, bizi dinləmədən öz canına qıyaraq, Şahnaz duyduqlarından az qala özünü itirirdi, Sərdar tez tutdu qolundan. Şahnaz gözləri yaşlı Sərdara baxaraq yavaş səslə – Sərdara: necə qıydılar qızıma? Sərdarında gözləri yaşardı bi ixtiyar, yazıq qadına baxdıqca anlayırdı onu.

Kamil elə pis oldu ki, duyduqda Aylın belə işə gərçəkdən razı olmuşdu özlərini heç düşünmədən. Ramiz – Sərdara: səndə bu işin içindəydinmi? Sərdar Ramizə cavab vermədən, – Şahnaza: gəl əyləş xayiş edirəm. Sərdarın yardımı ilə Şahnaz geçib əyləşdi. Sərdar o tərəfə baxmadan – Ramizə: mən bu işin icinde deyil, üzgün baxışlarla Şahnaza baxaraq – Ramizə: mən işin başındaydım, bağışlayın. Şahnaz bunu duyduğunda, qarşıısında ayaq üstə dayanmış Sərdarın dizidən əlləri ilə tutdu. Alnını qılçına dayayaraq – Sərdara: nədən oğlum yenə mənim qızım? ağladı içini çəkərək hönkürüb. Sərdarın sanki qarşısında anası idi, ayağından əlləri ilə bərk – bərk yapışıb başını dizinə qoyaraq yalvarışlı sözlərlə göz yaşlarında boğulan. Sərdar – Şahnaza: sizdən üzür istəyirəm, mən çox peşmanam qızınızı bu işə hazırladığımçün. Gözlərindən bir – neçə damcı yaş axdı Şahnaz xanımın qollarına, artıq söz demədən yazıq qadın alnını qılçalarına dayayıb ağladı. Sərdarın şalvarını əllərinin içində sıxaraq hönkürərək elə ağlayırdı ki, erəkləri göynədirdi ağlaşı.

Sadiq gedib divara söykənib aşağı çökərək oturdu, Sərdarın dizlərini qucaqlayıb tutaraq hönkür – hönkür ağlayan anasına baxdı üzgün baxışlarla. Aylına qarşı hər kəsdə bi ixtiyar inciklik duyulurdu üzlərindən. Ramiz baxa qalmışdı, yaşarmış gözləri ilə Sərdara baxırdı nifrət dolu baxışlarla. Tahir hər kəsə altdan – altdan baxıb üzülürdü, Kamil – Tahirə: sən gəl qalanını bizə anlat dışarda. Tahir anladı rahat olmayacaqdı gərçəkləri olara anlatması, qarşıdan getdi, ardınca Kamilnən Ramizdə getdilər.

Tahir Ramizlə Kamili xəstəxananın həyətinə gətirdi. Ramiz – Tahirə: bura qədər gətirdin, anlat başdan nələr olur? Tahir dərindən nəfəs alıb – Ramizə: sonuna kimi məni sakit dinləyəcəksiniz danışdıqmı? Tahir olanları başdan anlatmağa başladı. Ramiz Tahir danışdıqca inana blmirdi duyduqlarına. Kamil nifrətli baxışlarla baxırdı ona, Tahir hər şeyi anlatdı olduğu kimi. Tahir – olara: sizə burda anlatdım ki, orda səs etməyəsiz deyə. Əgər vurub sakitləşmək istəyirsinizsə birinci məni vurun, mənə inanmırsınızsa qalanını Aylın oyandığında ondan soruşa bilərsiz. Bu işə pul qarşılığında razı olub borcu varmış anası gillərdən qalan, onu ödəməkçün razı olub, burda kimsə – kimsəyə zor etməyib. Ramizi kəssələr qan çıxmazdı, duyduqlarından şoka düşmüşüdü. Tahir – olra: Aylına bir şey olmayacaqdı əgər bizi dinləsəydi, sonunda mənidə aldatdı, bizim qurduğumuz plandan əlavə öz planını qurmuş, bilmədim bu onun planıdır. Ramiz biraz kənara gedib duyduqların şokundan çıxmağa çalışırdı. Kamil – Tahirə: demək sizin heç bir günahınız yoxdur eləmi? tək Aylındadır günah. Birdən Tahirin ağzından bir – neçə yumuruq vurub yıxdı. Tahir ağzının qanını əli ilə silib ayağa qalxdı, yerə tüpürdü qanı. Kamil – Tahirə: danışdıqların bir filim kimi idi, çox gözəl senaryo yazmısınız birlikdə bravo. Aylınada hər kəsi aldadaraq, gözümüzün içinə baxa – baxa bizədə oyun oynadı. Tahirə birdə yumuruq ilişdirdi, Ramiz gəlib ortalarına girdi – Kamilə: bəsdi dostum, bunların murdar qanına əlini bulama. Kamil – Ramizə: inana bilmirəm bu alçaqlara görə Aylın necə belə işə razı ola bildi? bizi heçmi düşünmədi? baxsana o qadının halına? nələr yaşadı öldüyünü duyduqda. Biz nələr yaşadıq? qardaşım bu bir borc üzündənmi oldu? inana bilmirəm bu qədər vaxtdı şəhərdə olmuş, biz isə bilməmişik. Doğurdan bravo Aylın sənə, lənət olsun hər şeyə lənət. Ramiz Kamli sakitləşdirməyə çalışsada alınmadı. Kamil əsəbləşib qolunu Ramizdən çəkib getdi. Ramiz -Tahirə: demək Aylın burda olub bu qədər vaxtdı, eləmi? Tahirə pis dəymişdi sonuncu yumuruq. Burnunun qanını silib -Ramizə: inanmırsınızsa dediyim kimi özündən soruşarsınız qalnını. Ramiz əlləri ilə boynunu ardından tutub öz – öünə: axx Aylın axx, nə etdin sən. Atam bildiyində nə deyəcəyik? Tahirə baxıb – Ramiz: gərçəkdən lənət olsun sizə tfu. Tahir tərəfə tüpürüb getdi əsəblə.

Rəyis əlində su şüşəsi ilə gəlib əyləşdi Şahnaz xanımın yanında, üzgüngündü çox üzündən yorğunluq axırdı. Tahir gəldi burnuna əl dəsmalını tutaraq, ardınçada Ramiz gəlib Sərdarın qarşısında dayandı. Nifrətlə gözlərinə baxıb – Sərdara: demək gərçəkdən sən olmusan Aylını hazırlayan? Sərdar Ramizində qarşısında xəcalətli idi. Sərdar – Ramizə: hə məndim hazırlayanı, Ramiz alnı ilə qəfil Sərdarın burnundan vurdub qanatdı burnunu. Sərdarı divara qıslayıb boğmağa başladı. Rəyislə Tahir tez gəlib Ramizi ayırdılar Sərdardan, rəyis – Ramizə: nə edirsən sən? sakit ol. Ramiz yavaş səslə – Sərdara: sənin ən sevdiyini xəstəxanalıq edəcəm alçaq. Rəyis Ramizi zorla sakitləşdirdi – Ramizə: sakit ol oğlum burası xəstəxanadır. Ramiz – rəyisə: mən sənin oğlun deyiləm bildinmi? rəyisdə anlayırdı Ramizin halından, Sərdar bağazını tutub öskürdü. Şahnaz ayağa qalxıb – Ramizə: oğlum nə edirsən? az qala boğmuşdun, biz qatil deyilik bizə yaramaş belə işlər, Sərdara baxdı yaşlı gözləri ilə. Ramiz ona tərəf dartınaraq – Sərdara: az belə etdim öldürəcəm səni, eşidirsənmi? öldürəcəm alçaq.

Bu an Şahnaz xanımın əri Kərim gəldi, çatıb arvadını qucaqlayıb tutdu. Şahnaz qısılıb ağlayaraq – ərinə: qızıma qıydılar Kərim qıydılar, əri çox üzgün idi. Rrəyisə Tahirə və Sərdara baxaraq – arvadına: söz verirəm etdiklərinin cəzasını çəkəcəklər tək – tək, əsəbi baxışlaral oları süzdü. Tahir əlindəki dəsmalı Sərdara uzatdı ki, burnunun qanını silsin. Sərdar götürmədi, əli ilə burnunun qanını silib ərinə qısılıb ağlayan Şahnaza baxdı üzgün baxışlarla. Sadiq ayağa qalxıb rəyisə yaxınlaşıb, biraz baxıb – rəyisə: üstündə silahın varmı? rəyis Sadiqin nə dediyini anlamağa çalışdı, – Sadiqə: mənim silahım hər zaman üstümdə olur. Sadiq nifrətlə baxaraq – rəyisə: sənin yerində olsam özümü vurardım çoxdan, belə alcaqcasına yaşayınça. Atasına sözün çox pis təsir etdiyini anladı Sərdar, – Sadiqə: sən niyə vurmadın bəs özünü? Aylın səndən ötrüdə canından olacaqdı az qala. Sadiq – Sərdara: mən bilməmişdim Aylının mənə görə oyun oynayacağını, həyatda şikəst qalmama razı olardım, bilərəkdən ona nə isə olmasına izin verməzdim. Məndən fərqli olaraq siz alçaqlar bilərək iş təklif etmisiniz qıza. Onu bilərəkdən ölümə göndərmisiniz, Allah cəzanızı versin sizin, qansızlar.

Ramizində ürəyindən oldu Sadiqin olara dediyi sözlər. Ramiz əsəblə – Sərdara: götüt rəyisinidə yanınca gözüm görməsin sizi burda, rədd olun gedin işiniz bitmişdir sizin. Sərdarın Ramizi vuracağını hiss etdi atası, işarə etdi ki sakit olsun. Sərdar anladı, özünü zor tutdu ki xəstəxanada davalaşmasınlar. Əslində deyilənlərdə haqlı olduqlarını Sərdar yaxşı anlayırdı, ançaq atasına elə dediklərinədə çox əsəbləşdi. Sərdar – Tahirə: çağır şövbədən gəlib bunu aparsınlar, – Ramizə: mən sənə orda öyrədərəm böyüklə necə davranmaq lazım olduğunu. Ramiz Sərdara hücum çəkmək istədikdə, rəyis Ramizi tutub saxladı. Rəyis – Ramizə: burda vurucağın birisi varsa o da mənəm məni vur, Aylına işi mən təklif etmişəm. Sərdar bildiyi gündən mənimlə çox davalaşdı olamaz deyə. Mən Aylını şovbədə gördüyümdə anladım ki, mərd qızdır güvənmək olar, mən sadəcə iş təklif etdim və Aylın qəbul etdi. İnanın belə olmasını istəməzdik, oğlumun günahı yoxdur gözləri yaşardı. Ramiz – rəyisə: vay mən sizin ektibarınıza … … söydü rəyisi, demək bu tip sənin oğlundur hə? ata oğul özünüz qorxub Aylını göndərmisiniz ölümə bilərək, əlbətdə sizin canınız candır. Başqalarının canı sizin uğrunuzda belə deyil. Rəyis acıqlandı – Ramizə: bəsdir suss, Aylının işə razılaşmağında sənin ananında böyük günahı var, bunu sən daha yaxşı bilirsən. Tək bizi günahlandırıb durma qarşımda, qızın dünyasını burnundan gətirmiş borcunuz var deyə anan, nə ilə ödəməliydi bu qız sizə olan borcunu? inan bizim işimiz olmasada başqa işə gedəcəkdi, heç şüphən olmasın.

Ramiz yumuruğunu sıxdı ki rəyisi vursun, Sərdar görüb bağırdı! – Ramizə: hünər etmə. Ramiz özünü zor saxladı, qarşısındakı atası yaşında adamı vurmamaqçün. Şahnaz gəlib Rmizi qırağa çəkib – Ramizə: oğlum sakit ol atan yaşında adama əl qaldırmaq olmaz, şükür qızım sağdır. Sərdar Ramizin gözlərinin içinə baxaraq, gedib Aylının əməlliyat edən qapının yanında divara söykənib dayandı. Atası – Sərdara: oğlum gəl mənimlə aşağı, – atasına: mən burda olacam sən get ata. Tahir – rəyisə: siz gedin biz burdayıq, kimsə artıq burda səs edərsə, aşağıda gözləyirlər şövbəyə aparacaqlar, Ramizə baxdı Tahir. Şahnaz gördü ki Ramiz olara görə şövbəyə aparılacaq, yaxınlaşıb qolundan tutub – Ramizə: gəl oğlum əyləş. Ramizi otuzdurdu zorla yanında, özü əyləşib küskün baxışlarla baxdı Sərdara. Sərdar xəcalətindən bilimirdi nə etsin Şahnaz xanım elə baxdığında. Atası dərindən nəfəs alıb – olara: məndə aşağıdayam, getdi. Tahir Sərdarın qoluna vurub keçib yanında dayandı, Sərdar arvadın üzünə baxa bilmirdi, baxışlarını qacıraraq kənara baxdı. Sadiq qılcalarını əli ilə ova – ova gəzirdi oyan – buyna, əridə gəlib arvadının yanında ayaq üstə dayanıb baxdı. Sadiqin oyan – buyana getməsinə diqqətlə baxırdı atası, oğlu təkrar xəstələnər deyə çox qorxurdu! narahat idi olanlardan.

Beləcə gecə yarıdan keçdiyində, Aylın komadan çıxıb özünə gəlmişdi, yanına heç kimi qoymurdular. Gözlərini açıb baxırdı hardadı deyə, həkim – Aylına: adınız nədir? Aylın halsız baxaraq – həkimə: tanış olmaqmı istəyirsiz? mən adımı unutsamda, sizi heç vaxtdı unutmaram. Həkim olduğunuzu bilirəm ağ xələtinizdən, buranı sevmədiyimi bilir Allahımda, ancaq zarafata salıb təkrar – təkrar göndəriri məni sizlərə, canımı almağı o qədərmi çətindir bilmirəm. Həkim gülümsəyib, – Aylına: demək ki hər şey qaydasındadır, yenidən xoş gəldiniz sevmədiyiniz dunya adlı evinizə, təkrar təbrik edirəm sizi ad gününüz münasibəti ilə. Aylın olanları xatırladı, yavaş səslə – həkimə: başımda çox pis səs var, – Aylına: siz ciddi yaralanmısınız qızım, ona görədir keçəcək. Sən güclü birisən hər şey yaxşı olacaq, çox duydum möcüzələr olur, ancaq sənin kimisini görməyə qismətim olmamışdı bu günə kimi həkimlik illərimdə. Aylın həkimin nə dediyini anlamadı, həkim gülümsəyərək, – Aylına: sizin kimi yaralını həyata qaytarmaq demək olar kı qeyri mümkündür. Tək biz deyil, bizimlə birlikdə səndə mücadilə etdin həyata dönmənçün, cox güclü insansan daxilən. Aylın yavaş səslə – həkimə: siz xəstənizi səhv salmışsınız yəqin ki, mən heç sevmirdim son zamanlar zalım həyatı, ikinci dəfə haqsız dünyaya gəlməyimə heç şad deyiləm. Həkim – Aylına: qismətdən kimsə qaca bilməz qızım. Həkim münasibətindən mülayim idi və çox yaxşı insana bənzəyirdi. Aylın zarafatla – həkimə: ikinci dünyaya gəldiyimdə tək bir şey dəyişərək möcüzə oldu gərçəkdən. Həkim Aylına baxdı nə deyəcək deyə, Aylın – həkimə: başqa vaxtlardan fərqli mən sizi sevdim bir həkimim olaraq, ancaq xəstəxana xaric. Həkim gülümsəyərək, – Aylına: çox sağ ol qızım, insanların gözəl sözləri bir – birilərinə bəzən məlhəm kimi gələ., Allah tezliklə sağlığına qovuşduracaq, özünü çox yormaq olmaz dincəl. Mən adamlarına xəbər verim səni soruşurlar dayanmadan. Aylın – həkimə: adamlar deyərkən? həkim çiyinlərini çəkib – Aylına: mən adlarını bilmirəm ki? gülümsəyərək, sən dinçəl, çıxdı otaqdan. Tibb bacısı Aylına qoşulmuş cihazı yoxladı, Aylın gözlərini yumdu çox halsz idi.

Həkim qapıdan çıxıb yaxınlaşaraq – Şahnaza: çox zarafatçıl qızınız var. Gülümsəyib, dərindən nəfəs alıb ətrafda dayanmış hər kəsə baxaraq, çox şükür ki yaddaşı axlı yerindədir, bildiyiniz kimi çox travmalar almış. Biz qorxurduq çidd bir şeylər ola bilərdi deyə, Ramiz – həkimə: nə olar mən görüm onu 1 dəqiqəlik. Həkim – Ramizə: qətiyyən olmaz, dözün birazda xayiş edirəm. Xəstəmiz dediyim kimi çox güclüdür, yaxın günlərə Allahın köməkliyi ilə dahada yaxşı olacaq, görərsiniz. Şahnaz uşaq kimi əllərini bir – birinə sıxıb tutaraq həkimə diqqətlə qulaq asırdı, sevincindən başqa söz soruşa bilmədi, ərinə baxdı yaşarmış gözləri ilə. Sadiqin yanında atası dayanmışdı, arvadına baxıb işarə etdi ki, hər şey yaxşı olacaq. Sadiq – astasına: özləri girib çıxırlar yanına, bizə niyə olmaz az vaxlıq? atası gülümsəyib, – Sadiqə: oğlum olar həkimdilər, olara olar. Sadiq narazı baxışlarla baxdı, həkim – olara: icazənizlə getdi. Tahir – Sərdara: onun sözü ilə razıyam, bizə nədən olmaz görməyə? – Tahirə: uşaqsanmı qardaşım səndə? olmaz deyillərsə olmaz demək. Tahir qaşlarını qaldırıb – Sərdara: mən daha çox istəyirəm Aylını görməyə. Sərdar çox yorulmuşdu, anlayırdı Tahir nəyə görə belə deyirdi. Aylın özünü aldatdığıüçün tez görüb danlamaq istəyirdi, ikisidə darıxırdılar Aylını görməkçün, ancaq gözləməkdən başqa çarələri yox idi.

Beləcə bir neçə günlər ötdü keçdi. Kamil o gedəni dönməmişdi xəstəxanaya. Aylından incimişdı otağında oturmuşdu kefsiz – kefsiz. Anası gəldi qapını döyüb, oğlum sənə nə olub? nə dinmirsən danışmırsan neçə gündür. Aylınada zəng çatmır, Ramizədə zəng edirəm telefonunu açmır, bu nə deməkdir? siz bir – birinizdənmi küsmüsünüz? nələr olur bir anlatsana mənə adam kimi. Kamil kinlə baxdı kənara, – anasına: Aylın xanımın mühüm işi varmış, onun artıq bizimlə keçirəcəyi vaxtı yoxdur bu qədər, anası heç bir şey anlamadı. Oğlum sən Aylınlamı dalaşmısan? nədir bu halın danışığın? Kamil əsəbləşib ayağa qalxdı – anasına: bir daha Aylının adını mənə deməyin, bağırdı. Əsəbləşib otaqdan qapını vuraraq çıxdı getdi, anası baxa qaldı ardınca öz – özünə: nə oldu durduq yerdə, nə etdi yzıq qız sənə? tez otaqdan çıxdı getdi oğlunun ardınca.

Ramizə zəng gəldi telefona baxmadan cavab verdi alo, Solmaz xala salam bağışlayın sizin zənglərinizə cavab verə bilmədim, biraz qulaq asıb, Solmaz xala çox üstünə getməyin. Dərindən nəfəs alıb – Solmaza: Aylın bizi aldatmış o üzdən incikdir Kamil Aylından, Ramiz telefonla danışaraq Sərdara tərəf baxdı tərs – tərs, sizə hər şeyi indi analtacam Somaz xala. Atamında xəbəri yoxdur olanlardan gizlin saxlamışıq, kənara gedib olanları anlatmağa başladı.

Tahir Ramizə baxıb – Sərdara: bunun bir dərsini verimi mən? – Thirə: tez deyilmi? sən bir həftədə gözlə ağzın – burnun tam sağalsın sonra verərəsən dərsini, adam nə desə haqlıdır. Atmada sənədə demişdim belə olacağını, indidə dərsini verməkdən danışırsan? biz həm suçlu, həmdə çox güclüyük eləmi? qardaşım adamın bibisi qızıdır burda canıyla uğraşan. Atasıda ürək xəstəliyindən əziyyət çəkir, dayısına bir şey olsa nə edəcəyik? vijdan əzabı çəkirəm mən hələdə, başdan dedim bu iş olmaz. Aylınada dedim dəfələrlə, atamada dedim eşitmədilər məni, dinləməməyi bir kənara + bizi aldadıb özündən planda qurdu gözümüzün içinə baxa – baxa,,axx Aylın axx, sənə görə söyüldümdə vuruldumda. Əsəblə – Tahərə: indidə sən günahsız yerdə Ramizi içəri soxmaq istəyirsən heyifini almaqçün, sən olardan başqa nə gözləyirdin? gəlib alnımızdan öpmələrinimi gözləyirdin? Tahir susdu. Sərdar – Tahirə: sən hələ şükür et dayısı yoxdur burda. Şahnaz xanımdan utandığımdan burda kilo verdim bu günlərdə, Tahir – Sərdara: kilo verərsəndə bir şey yemirsən neçə günlərdir. Sərdarın dediklərini Tahirin anlamaması Sərdarı çox yorurdu, əsbləşirdi keçib əyləşdi, Tahirdə gəlib əyləşdi yanında.

Axşam olurdu Solmazla, Nərgiz və atası gəldilər xəstəxanaya həyəcanla tələsərək, gəlib Ramizlə qucaqlaşıb görüşdülər hammısı şokdaydılar eşitdikləridən. Solmaz – Ramizə: oğlum bu necə ola bilər axı? axlım almır mənim, necə belə təhlükəli işə razı ola bilər Aylın? Ramizdə yorgundu, çiyinlərini çəkib – olara: Aylından söhbət edirik Solmaz xala. Biraz qabağada gördük onun öz canına nə qədər dəyər vermədiyini, başqalarıçün canından keçməyə hazırdır. Sərdara baxdı, mənim dəlim düşünmədən canını verir yadlarçün. Sərdara hər gün o qədər sözlər deyilirdi ki Aylın səbəb olub, çarəsiz hər deyiləni qəbul edirdi, çünki qarşılarında günahsız yerdə günahkar idi. Sərdarın bu işə əvəldən razı olmayaraq atasıyla və Aylınla dəfələrlə davalaşdığını artıq ispatlıya bilməzdi kimsənin qarşısında. Ramizlə ayaq üstə dayanıb soruşurdular ətraflı hər şeyi. Solmaz öz – özünə: of qızım nə etdin sən? Kamildə bitdi tükəndi neçə günlərdi otağına qapandı. Niyə bizə demədin vaxtında? Ramiz dərindən nəfəs alıb – Solmaza: bağışla Solmaz xala, axlımı itirmişəm neçə gündür özümdə deyiləm. Atama daha nə yalanlar deyəcəyimi bilmirəm hər zəng etdiyində, kimə nə deyib deməyəcəyimi şaşırıram. Demişəm Aylınlayıq yanında qalmışıq darıxır deyə, hər dəfə telefona çagır dediyində yüz yalan uydururam qalıram çətin vəziyyətdə. Solmaz ah çəkdi – Ramizə: ahh oğlum nələr çəkmisən sən burda tək başına. Olanları sən dediyində mən az qala dəli olacaaqdım, Allah bağışlamış qızımızı bizə. Gəl oğlum gedək biraz yemək ye sən, rəngində solmuş burda pərişan olmusan. Ramiz getmək istəməsədə, Solmazla əri əl çəkmədilər zorla apardılar.

Бесплатный фрагмент закончился.

488 ₽
Возрастное ограничение:
18+
Дата выхода на Литрес:
16 августа 2021
Объем:
411 стр. 2 иллюстрации
ISBN:
9785005517326
Правообладатель:
Издательские решения
Формат скачивания:
epub, fb2, fb3, ios.epub, mobi, pdf, txt, zip

С этой книгой читают

Эксклюзив
Черновик
4,7
131
Хит продаж
Черновик
4,9
478