Читать книгу: «Günahsız günahkar. Roman. Hissə – 2», страница 2

Шрифт:

Beləcə günlər kemirdi, məşq edirdilər hər gün Aylınla, bəzən zəng gəldiyində Aylın tez otağa qaçırdıvə ordan danışırdı hamı ilə ki, xəstəxanada olan bilsinlər özünü. Bəzəndə çox zəng gəlib işləri yarımçıq qaldığında Sərdar əsəbləşirdi Aylına. Məcbur dözürdülər işin xətrinə biri – birilərinin kobut rəftarına, yeməyi Aylın hazırlayırdı hər gün. Evi mətbəxtdi səliqəli saxlayırdı, Sərdar divanın üstünə paltarını atıb getdikdə, Aylın paltarlarını gətirib üstünə atırdı ki, səliqəsizlik etməsin. Sərdar istəməyə – istəməyə gedib atırdi paltarını maşına yumaqçün. Məşqlərdə Aylın çox səhvlər edirdi və bununda heyfini Sərdar Aylından çıxırdı, acılayıb bağıraraq. Bəzəndə Aylın əlindəki silahı atıb gedirdi Sərdarın özünü səsləməsinə baxmayaraq, gəlib otğında qapını bağlayıb otururdu. Sərdarda ardınca gəlib qapını bağlı gördüyündə çiyni ilə vurub açırdı qapını, gəlib Aylının qolundan tutub aparırdı darta – darta kobutluqla canını acıtaraq. Rəyis oğlunun kobut davrandığını çox gözəl bilirdi, ancaq Aylının hər şeyi dəqiq öyrənməsiçün susurdu.

Bir gün səhər qapının zəngi basıldı, Sərdar gedib qapını açdı gələn dostu Tahir idi. Qucaqlaşıb görüşdülər – Sərdara: dostum darıxdım sənsiz. Sərdar -Tahirə: gəl qardaşım, atam başıma bəla salaraq üzümü gün işığınada həsrət qoydu. Gəldib Sərdarla divanda əyləşdilər, Tahir Aylından xəbardar idi, – Sərdara: dostum sənin əvəzinə çox qorxuram inan, o qız çox təhlükəlidir. Baxsana sonunda işdəndə ona görə izinli oldun, artıq bir – birimizi normalada görmürük, sənsiz bütün işlər tökülüb başımdan aşağı. Bu bir aya o qız səni bir təhər edər, mən o gecə səhəri zor açdım, vallahi deməyədə çəkindim toletə getməyə istəyirəm. Sərdar dostunun o halını xatırlayıb güldü, qəh – qəhə çəkib. Tahirin dizinə əlini vurub -Tahirə: qardaşım o anını xatırlatma mənədə, – Sərdara: vallahi əllərim açılan kimi zəncirdən buraxılan it kimi qaçdım, Aylın gəldi.

Tahiri gördüyündə tanıyıb – Tahrə: oo, mən kimi görürəm salam, Tahir tez ayağa qalxdı – Aylına: salam, mən dostumu ziyarətə gəldim. Dedim bir baxım necədir, başına yenə nə oyunlar açırsan, çox şükür sağdır – salamtdır. Aylın – Sərdara: nə oldu? danışmışdıq mənim burda olduğumu kimsə bilməyəcəkdi. Sərdar – Aylına: Tahir mənim qardaşım sayılır, yəni bu evin üzvü, anladınmı? sənə görə qardaşımdanmı keçməliyəm? Tahir – Aylına: xanım məndən narahat olmayın, biz gərçəkdən Sərdarla qardaş kimiyik. Bu işdə mənimdə payım var, o şərəfsizlər mənimdə qardaşımı vurdular qətlə yetirdilər, biz əlimizdən gələni edəçəyik o şərəfsizin tutulmasıçün.

Aylın – Tahirə: üzüldüm başınız sağolsun, inşallah bu dəfə planınız baş tutacaq mütləq, haq olan yerini tapacaq və cəzalandırılacaqlar. Məndə əlimdən gələni edəcəm ki günahsızların qanı yerdə qalmasın. Tahır dərindən nəfəs alıb – Aylına: çox sağolun sizin etdiyiniz böyük cəsarətdir, hər qadın qız bu işə razı olmazdı. Düzü Sərdar dediyində inanmadım sizin bu işə razı olduğunuza, sonradan düşündüm niyədə olmasın ki? İkimizidə səhərə qədər əli – qolu bağlı saxla bacardınsa, bunuda başarasan. Bunu təkrar bilməni istəyirəm, Aylın xanım razılaşdığınız iş çox təhlükəlidir. Aylın – Tahirə: bu şərəfsiz kimdirsə kökünə sonunda son qoymalıdır. Sərdar – Tahirə: qardaşım əyləş, Tahir əyləşdi, bu Aylın xanım dediyin kəs pul təklifini duyduğunda qulaqları kar oldu, gerisini duymadı. Bunun xəbəri yoxdur hələ odun parçasıyla rol getdiyi obraza bənzər deyil bu iş. Qarşılarına gələcək şərəfsizlər küçə banditlərindən dəfələrlə çox qəddardırlar, bir göz qırpımında öləcəyini ciddiliyə almır. Aylın – Sərdara: mənə pul lazımdır doğrudur, mənim andım var valideyinlərimin borcunu ödəməkçün, səndə bunu bilirsən. Bəs nədən dostunun yanında başqa cürə ifadə edərək, niyə səhf məlumatlandırırsan? mən pul düşkünü deyiləm. Atanın dediyi qədər pulun iki qatınıda almayacam, yerinə yetirəcəyim işin qarşılığında borcumu ödəsin, qalanı uğrumda belə deyil. Mən sadəcə bu dünyadan rahat getmək istəyirəm anamın yanına, gözləri yaşardı. Aylın gözlərini uşaq kimi qoluna silib getdi mətbəxtdə,

Tahir çox pis oldu – Sərdara: niyə qızı acıladın? görmürsənmi halını? Sərdarada toxundu Aylının bu sözləri. Dərindən nəfəs alıb -Tahirə: qardaşım məndə onun gedib orda gəbərməsini istəmirəm, dəfələrlə dedim bundan betər acıladım alçaltdım, yenə əl çəkmədi dediyindən tərs keçi. Masaya barmağını əsəblə vuraraq – Tahirə: silah səsinə qulaqlarını tutursa, sən de ora gedib nə… edəcək? Tahirdə üzüldü duyduqlarından, çarəsiz baxa qaldı. Sərdar – Tahrə: bilə – bilə onu ölümə hazırlaşdırıram vicdan əzabı çəkirəm qardaşım, anlayırsanmı? nəqədər ondan xoşum gəlməsədə fikir məni öldürür, yuxuda yata bilmirəm rahat.

Biraz vaxtdan Aylın gəldi əlində sinidə iki qəhvə fincanı ilə, Tahirlə Sərdar bir – birinə baxdılar təcüblə. Aylın gətirib qəhvələrini qarşılarına qoyub – Tahirə: mənə düşmənlərimin qarşısında kövrək olmaq qəti qadağandır. Tahir Sərdara baxdı ki, Aylın bu sözü özlərinəmi deyirdi? Aylın keçib əyləşib – olara: hər şeyə hazırıqlı olmalıyam, elə deyilmi Sərdar bəy? Sərdar Aylına baxıb nə demək istədiyini anlamağa çalışırdı, ancaq fikrini toplaya bilmədi. Aylın – Tahirə: sənin bacın varmı? – Aylına: hə var məndən kiçikdir, Aylın bir anlıq fikirə dalaraq – Tahirə: mənimdə dostumun bacısı var adı Nərgizdi. Mənədə bacı sayılır, çox şıltaqdı balaca uşaq kimi, hər dəfə boynumuza sarılıb gəzməkçün şirin dilini işə saldığında adamı avtomotik gipnoz edir, yox demək qeyri mümkün olur. Sərdar diqqətlə Aylına baxıb onu anlamağa çalışırdı, Tahir – Aylına: ayy demə, bacıların hanmısı belədirlərmiş? mən elə bilirdim təkcə mənim bacım şıltaqdır. Sərdar bizə gəldiyində ondan yapışır ki aparın gəzməyə. Aylın Sərdara baxıb – Tahirə: dostundan nə isə xayiş etməkdə mümkünmüşmü? Sərdar gözlərini qıyıb – Aylına: sən nə etməyə çalışırsan? Aylın – Sərdara: sayəndə artıq özümü aktyor sanıram. Rol gedirəm görmürsənmi? Tahir bilirdi Sərdarla Aylın itlə – pişik kimi yola getmirdilər, davasız qeyri mümkündür yan – yana oturmalarıda. Tahir qəhvəsini götürüb içərək – Aylına: mənim dostum çox gözəl ürəklidir Aylın xanım, o sadəcə işində çox ciddidir, sən bacarıb çoxda şəxsi qəbul etmə xayiş edirəm. Sərdarla Aylın sanki Tahiri duymurdular, gözlərini qırpmadan bir – birinə baxırdılar nifrət dolu baxışlarla. Aylın kinlə gözünü çəkmədən gülümsəyib, – Tahirə: gərək yox tərifinə dostunun. Səndə gözünün şahidi oldun şövbədə nə qədər ciddi olduğunun, ayağa qalxıb Sərdara tərs – tərs baxıb getdi.

Tahir- Sərdara: dostum ömründə heç etmədiyini etməyə çalışdın, onuda üzümüzə – gözümüzə bulaşdırdıq damğa kimi qaldı alnımıza yapışıb bəçərəsizliyimiz. Sərdar -Tahirə: az qalıb, işimiz bitdiyində artıq bunu görməyəcəyik sən narahat olma. İşimiz bitincədə mən ondan o heyifimizi elə alacam ki, özünün alnında – yaddaşında qalacaq dediyin o damğa, min peşman olacaq mənimlə dirəşdiyinə. Tahir qəhvə fincanını masaya qoyub – Sərdara: dostum məsləhətim axlındakıları unut, lazım olan təlimini keç yandırma özünü, Sərdar Tahirə baxdı. Tahir – Sərdara: deyirəm çox dərinə getmə bilmədən o qarışıq özündə batarsan, Sərdar üzünü turşudub -Tahirə: onunlamı bataram? sən Allah qardaşım zarafatını belə etmə. O düşüncəsiz başdan xarabla məni tay tutma, Allah onu düşmənimədə qismət etməsin bu həyatda, çox demirəm başqası üç günə axılını yerindən oynadar bunula. Mənim bunun kimiləri ilə həyatım keçdi, alışıq olduğumdan dözürəm çətində olsa atamın xətrinə. Tahir dərindən nəfəs alıb diqqətlə dostuna baxdı şüphəli baxışlarla. Sərdarında əsəbləri pozulmuşdu, Aylın haqda elə desədə başqa nədən isə narahat olduğu hiss olunurdu, Tahir başını narazılıqla sirkələyərək kənara baxdı.

Sadiq tanışları ilə restoranda oturub söhbət edirdilər, birdən gözü kənarda əyləşən qızların birisinə sataşdı, qız Sadiqə şaşqın baxışlarla baxırdı. Sadiq qızı tanıyıb nifrətlə baxdı ona, yanındakı tanış oğlanlarda baxdılar qıza tərəf, dostları – Sadiqə: qardaşım bu o qız deyilmi? səni atıb gedən, ay səni vijdansız necə baxır utanmadan. Bir – birilərinin arasında qızın dalınca deyindilər, Sadiq çox əsəbləşdi qızı görüb qalxıb çıxdı restorandan. Dostları anladılar Sadiqin nə səbəbdən masanı tərk etdiyini, üzüldülər qıza nifrətlə baxdılar.

Sadiq dışarı çıxıb bir kənarda dayanıb dərindən nəfəs alaraq nifrətlə baxdı, az vaxtdan arxadan Sadiq canım deyən səs duydu, qızın səsindən tanıdı dönmədən – qıza: canımmı? güldü kinlə. Bir dəfə axtarmadın qansız – vijdansız, hansı candan danışırsan? qız gəlib arxadan Sadiqin belinə sarılıb, üzünü kürəyinə qoydu. Məni zorla apardılar buralardan, mən səndən ayrılmazdım bilirsən bunu, qız ağlayırdı Sadiqi arxadan qucaqlayıb, çox zəng etdim sənə zəngim çatmadı. Agladı içini çəkə – çəkə, bu gün döndük şəhərə sənə gələcəkdim, rəfiqəm sənin artiıq yeridiyini dedi çox sevindim. Mən sənə bütün olanları anlatmaqçün mütləq gələcəkdim evinə rəfiqəmlə, bu üzdən burda görüşmüşdük. Qismətə bax burda qarşılaşdıq səninlə, Sadiqi bərk – bərk qucaqlayıb kürəyindən öpərək üzünü qısıb tutdu. Sadiq – qıza: indi necə oldu ki valideyinlərin sənin mənimlə görüşməyinə icazə verdilərmi? yəqin sağaldığıma görədir elədrmi? – Sadiqə: atam rəhmətə getdikdən sonra hər şey dəyişdi. Sadiqin qızın əllərini belindən açaraq dönüb qızın qolundan tutub əsəblə – qıza: sən məni sevsəydin mütləq bir yolunu tapacaqdın. Gərçəkdən sevən sevdiyiçün nələr etməz ki? orda sənin əllərini bağlayaraqmı saxlamışdılar? qaçıb gələrdin. Sevsəydin məni tək qoymazdın, rəfiqən burda deyildimi? onunla bir söz göndərərdin, olanlardan xəbərdar edərdin məni. Sən vəfasız heç birini etmədin, sənə olan nifrətimi, əsəbimi, başqa günahsız insanlardan çıxırdım. Sən səbəb olub anamı – atamı qırdım kobutladım, sən məhv etdin məni elə vəziyyətimdə atıb getməyinlə, imansız yalançı. İndi gəlib qarşımda yalandan göz yaşlarını axıtma xeyri yoxdur, mən yoxam artıq get kimləri çox sevirsən olara. Qız ağlayaraq – Sadiqə: inan canım mən belə olmasını istəməzdim, atam məni zorla apardı niyə inanmırsan axı? Sadiq qıza nifrətlə baxaraq, get birdə qarşıma çıxma. Sənin getdiyin o gündən bitdi hər şey, Sadiq qızın qolunu koburca buraxıb, yanından çiyninə bilərəkdən qolunu vuraraq itələyib keçib getdi. Qız çiynini tutub baxdı Sadiqin ardınca çarəsiz baxışlarla.

Sərdara zəng gəldi, ayağa qalxıb gedib mətbəxtdə danışdı kiminləsə, Aylın gəldi – Tahirə: bir daha qardaşını itirmək istəmirsənsə mənimlə razılaşacaqsan, Tahir Aylına baxdı şüphəli baxışlarla. Aylını üzünün ciddiliyindən anladı nə isə demək istəyirdi özünə. Aylın keçib əyləşib mətbəxt tərəfə baxıb – Tahirə: indi sənə deyəcəklərim orda telefonla danışan qardaşına aitdir. Tahir narahat oldu – Aylına: anlat səni dinləyirəm, – Tahirə: anlatacam, söz ver aramızda qalacaq dediklərim, – Aylına: tamam söz verirəm anlat. Bu sənin axıllı qardaşın mənə təlim keçib öyrətsədə, gizlincə hər kəsdən xəbərsiz o şərəfsizlərin qarşısına özü gedəcək. Tahir – Aylına: nəə? onu ora heç çatınca yaşatmazlar bunu özü çox gözəl bilir, buda hardan çıxdı indi? – Tahirə: ikimizdə bilirik heç mənimdə ordan sağ çıxmam mümkün deyil. Anasını o şərəfsizin vurdurduğundan xəbərdaram, – Aylına: bu ailə sirridir sən hardan bilirsən? – Tahirə: mənim nəyi hardan bildiyimimi müzükirə edəcəyik? yoxsa mənim deyəcəklrimlə razılaşaraq qardaşının həyatdda qalmasıçün yardımmı edəcəksən. Tahir mətbəxtdə telefonla danışan Sərdara baxıb biraz düşündü, – Aylına: mən nə edə bilərəm de razıyam hər şeyə. Aylın mətbəxt tərəfə baxıb -Tahirə: sənin işin partlayıcı ciharları zərərləşdirməkdir elə deyilmi? Tahir Aylına şüphəli baxışlarla baxaraq, hə elədir. Ancaq bunun söhbətə nə dəxli var ki? -Tahirə: çox dəxli var Tahir bəy, sən məni anladın. Tahir başını narazılıqla sirkələyərək, yox deyə işarə etdi. Aylın – Tahirə: yaxşı – yaxşı düşün sən, onuda deyim bu axıllı qardaşının oların qarşısına nə vaxt gedəcəyi bəlli olmaz, cibindən kağı çıxarıb Tahirin yanına qoydu. Burda telefon nömrəm yazılıb az vaxtımız var yaxşı bilirsən özün, düşünüb düzgün qərar verərək zəng edəcəyinə əminəm. Birdə bunu deyim aramızda qalacaq bu verdiyin söz, and olaraq günahsız qanı tökülmüş qardaşının ruhuna bağışlamanı istəyirəm.

Sərdarın gəldiyinin görüb ayağa qalxıb – Tahirə: mən biraz dincəlim, qardaşınla rastaşdığım gündən çox yoruldur beynim. Tahir tez kağızı götürüb cibinə qoydu, Sərdar Aylının – ardınca: get biraz məşğul ol silahla davranmağı, beyni yorulubmuş bunun. Aylın cavab vermədən getdi otağına. Sərdar keçib əyləşdiyində Tahirin üzünün rənginin qaçdığını görüb – Tahirə: qardaşım ruh görmüşlər kimi rəngin qaçmış sənin. Mən olmayan o arada nə oldu? – Sərdara: heç nə dostum yox birşeyim, sadəcə Aylını qayıtmayacam öləcəm filan dedi ürəyimə toxundu. Sərdar Aylının ardınca, qorxaq dedimmi sənə görə deyil bu iş? indi niyə camaatın hisləriylə oynayırsan? Allahım sən mənə səbir ver. Sərdar xəbərsiz idi az öncə öz canı qarşılığında qorxaq dediyi Aylın, onun həyatda qalmasıçün dostunu secim qarşısında qoymuşdu. Tahir Sərdara şüphəli baxışlarla baxaraq həyəcan keçirirdi içində, çarəsiz qalmışdı ortalıqda. Ayın onu gərcəkdəndə çətin seçim – sınaq qarşısında qoymuşdu, ya Aylının dediyi ilə razılaşaraq qardaşının canını qurtaracaqdı, yada, Tahiri tər basdı oturduğu yerdə.

Günlər kecdikcə Sərdar Aylını tanıyırdı yaxından, anlayırdı ki Aylın tam başqa bir insandır. Həyatda özünü yandıraraq, başqalarıçün öz ölümünə düşünmədən imza atan biri idi. Hər gün Aylını acılayıb kobut davransada, axşam evə atası gəldiyində sanki heç bir şey olmamış kimi davrana bilirdi, zarafatları ilə atasının üzünü güldürə bilirdi. Sərdar bu evdə gülüş səsi eşitməmişdi özünü qandığından, qapının yanında dayanıb baxırdı olara.

Aylın nədən söhbət edirdisə atası gülməkdən yaşarmış gözlərini silirdi əlləri ilə. Aylın kənarda dayanıb özlərinə baxan Sərdarı görsədə, görməməzliyinə salırdı məhəlqoymurdu çalışıb, Aylının bu evdə olması hər şeyi dəyişmişdi. Atası – Sərdara: gəlsənə oğlum orda niyə durmusan? Sərdar gəlib əyləşdi. Sərdar – Aylına: sən atamı güldürə bilirsənsə gərçəkdən aktiyorluğa layiqsən bravo, əl çaldı. Atası dərindən nəfəs alıb – Aylına: Allah səni güldürsün qızım, oğlum mülayim təşəkkür edə bilmir nə edək, onunda adından sənə minnətdarlığımızı bildirirəm. Bu evə sən gələndən sonra güldüm, danışdım, həmdə normal yeməklər yedik ağzımın dadadı dəyişdi. Başqa vaxtdı hər kəs öz otağına gedər yatar, və səhər oyanıb ətrafa atılmış paltarlarımızı geyinib tələsik işimizə gedərdik. Sən bu evə başqa istilik gətirdin qızım, artıq dışarda yemək yeməyə istəmirəm dadsız gəlir hər şey, evdə qadının – qızın olması böyük xöşbəxtlikdir. Allah səni bizə çox görməsin, evimizi özümüzü dəyişdin gəlişin ilə, rəyis ayağa qalxdığında Aylında hörmət əlaməty ilə qalxdı yerindən. Gecəniz xeyirə Allah rahatlıq versin hamımıza, getdi. Aylında Sərdarda – rəyisə: gecən xeyirə dedilər.

Aylında getmək istəyisdi – Aylına: otur biraz söhbət edək. Aylın Sərdara baxdı düşündü yenə acılayacaq özünü, – Sərdara: acılanmaq normam tamamlanmayıb yəqin bu gün. Buyurun Sərdar bəy nə istəyirsiniz? Sərdar ciddi baxaraq – Aylına: səni istəyirəm. Aylın anladı, bilirdi Sərdarın tərbiyəsiz rəftarını, özünü sındırmadı – Sərdara: mənimi? Aylın əyləşdi. Aylın – Sərdara: sözünü de eşidirəm, – Aylına: guya sözüm olduğunda dinlədin elə çox məni, Aylın Sərdara baxıb nə demək istədiyini anlamağa çalışdı. Sərdar – Aylına: mənim sənə son dəfə təklifin olacaq qısaca, sənin dayına olan borc pulunu qoydum yatağının yanına. Səhərə kimi vaxtın var yaxşı – yaxşı düşün, əvəzində səndən heç bir şey istəmirəm, sadəçə atam oyanınca evi tərk etməyini istəyirəm pulu qəbul edərək. Aylın sakit susaraq Sərdara baxdı, Sərdarda Aylına baxırdı və təklifini qəbul edib etməyəcəyini gözlərindən oxumağa çalışırdı. Aylın – Sərdara: atanın qədrini bil, o səni çox istəyir sən onun tək varlığısan, onu heç vaxtı qırma – üzmə, sən onun həyatda yaşamasıçün səbəb olan tək varlığısan. Bu sözləri Sadiqədə demişdim, o da sənin kimi mənə pul təklif etmişdi evini tərk etməyimçün, mən bir şərtlə o evi tərk edəcəyimə söz verdim ona. Sonunda razılaşdı şərtimlə, gerisini özün yaxşı bilirsən deməyə ehtiyac yoxdur, mənə artıq atanın dediyi o pulun bir hissəsidə lazım deyil. Məndən sonra öz evimizi dayımın adına borcum qarşılığı yazmalarını xayiş etdim yaxın tanışlarımızdan. Sərdar birinci dəfə idi ki Aylının qarşısında susaraq baxa qalırdı. Aylın ayağa qalxıb – Sərdara: gərçəkdən yorulmuşam, mənim tək bir istəyim var, tezliklə bu həyatdan valideyinlərimin yanına getmək, başqa heç bir şey. Sərdar qalmışdı baxa, Aylının dediklərini bu günə qədər heç ciddiliyə almamışdı. Aylın – Sərdara: gecən xeyrə getdi otağına, Sərdar baxıb düşünürdü, üzünü ciddi ifadə aldı.

Aylın gəlib yatağına qoyulmuş bükülü pul paçkasına toxunmadan uzanıb yatdı üzü divara tərəf, qapı döyülmədən açıldı Sərdara gəldi otağa. Aylının üzünü çevirib pula heç toxunmadan yatdığını görüb – Aylına: o zaman sən işdən kənarlaşdırıldın Aylın xanım, anladınmı? bu gecəni burda qalmağa izin verirəm sənə, səhər açıldıqda evi tərk edəcəksən. Aylın yatdığı yerdən heç dönüb baxmadı, cavabda qaytarmadı Sərdara, otaqdan çıxıb qapını bərk vurub getdi əsəblə, Aylın öz – özünə: pulun batsın.

Sərdar əsəblə gəlib yerinə əsəbləşib uzandı öz – özünə: gedəcəksən bir daha gözüm görməyəcək səni. Qapı döyülmədən içəri Aylın girərək, gətirib pulu Sərdarın üstə atdı. Ayın – Sərdara: atanın başını aşağı etmə, götür zibilini öz oğlunun satqın olduğunu bilsəmin yazıq kişi. Məni nə sən, nədə başqası pulla satın ala bilməzlər anladınmı? bilmədilərdə bu günə qədər. Qapınıda döymdən niyə girdim deyə elə baxırsansa deyim, məsəl var atı – atın yanına bağlasalar rəngi keçməsədə, pis vərdişləri keçərmiş. Aylın dönüb otaqdan getmək istədikdə, Sərdar cəld qalxıb qapının önünü kəsdi ki Aylın otaqdan çıxmasın. Aylın – Sərdara: çəkil önümdən, Sərdar çəkilmədi – Aylına: nə dedin? bir dah təkrar etsənə, kimdir satqın? Aylının üstünə – üstünə yeriməyə başladı əsəblə. Aylın geri gedə – gedə gəlib yatağa çatınça dayandı, Sərdar elə əsəbləşmişdi ki Aylının özünə dediyi sözdən, gözləri qızarmışdı. Aylın Sərdarın sinəsinə əlini tutub saxladı ki özünə hədsiz yaxınlaşmasın, Sərdar Aylının əlinə baxıb – Aylına: sən kimə satqın deyirsən? bağırdı! – Sərdara: sənə deyirəm satqın. Sərdar əsəbləşib Aylının üzünə şillə vurdu, əlləri ilə üzündən tutudu, qapı açıldı içəri atası girdi. Sərdarın Aylını vurduğunu anladı dodağı qanamışdı, gəlib oğlunu zorla kənara çəkib – Sərdara: sən nə edirsən dəlimi olmusan? bağırdı! oğluna. Sərdar yenə Aylına hücum çəkmək istəyirdi, atası tutub divara qıstayıb -Sərdara: özünə gəl vurdurtma mənə yetər dedim. Sərdar atasına bağırdı! vur niyə dayanmısan? sən mənim şərəfimdən vurdun ata eşidirsən? şərəfimdən – namusumdan vurdun. İşə gətirib bunu soxduğun gündən hər yerimdən vuruldum mən, bağırdı! Atası oğlunun yaxasından buraxdı, dönüb Aylına baxdığında yerə dağılmış pulları gördü. Rəyis – Aylına: bu nədir? Aylın dodağının qanını silib – rəyisə: mənim sınmamış qürurumdur, çıxdı otaqdan. Atası şüphəli – şüphəli oğluna baxdı əsəblə. Sərdar divara söykənib, əsəbindən başının ardı ilə təkrar – təkrar divara vurdu.

Səhər açılmışdı, ağır bir gecə ötmüşdü hər kəs üçün, bazar günü olduğundan rəyisin iş günü deyildi, Sərdara gəldi. Tahirin atasıyla oturub söhbət etdiyini görüb gəlib dostuyla görüşdüb əyləşdi sakitcə, axşam olanlardan Tahir xəbərdar idi. Aylında gəlib – Tahirə: sabahın xeyir, Tahirə baxdı ki anlasın o dəfə dedikləri ilə razıydımı? Tahirin baxışlarından razı olduğunu anladı, – Aylına: sabahın xeyir Aylın xanım. Aylın heçnə olmamış kimi mətbəxtdə getdi, rəyis axşam oğlunun etdiklərindən çox üzgün idi, Aylının qarşısında xəcalət çəkirdi. Sərdar – Tahirə: necəsən qardaşım? – Sərdara: məni boş ver sən pərişan görsənirsən, yaxşısanmı? Sərdar axşam atasının acılamasından sonra, Aylının ardınça pis söz deməməməkçün özünü zor tuturdu. Tahir Sərdarın çiyninə əlini qoyub, sənə vallahidə medal düşür, rəyis -Tahirə: əsil medal Aylına düşür, qardaşınla baş edə bildiyinə görə. Sərdar öz – ozünə: inşallah ölümündən sonra verərsən medalını, atası duydu dediyini, Sərdara nə isə demək istəyirdi Aylın gəldi qəhvə dolu sini ilə. Sinini masaya ortalığa qoyub – rəyisə: yoldaş rəyis sizdən izin ala bilərəmmi şəhərə çıxmağımçün? rəyis Aylına baxdı. Aylın – rəyisə: məni kimsə tanımayacaq narahat olmayın, mən uzaqdan dayımı və Ramizi görmək istəyirəm. Rəyis axşam olanlardan sonra Aylına dahada çox sayğı duyurdu, pulu qəbul edərək işini tərk etmədiyinə görə. Tamam qızım haqqın var çıxa bilərsən izin verirəm, Aylın – rəyisə: məni Tahirin aparıb gətirməsini xayiş etsəm, rəyisin xoşuna gəldi bu fikir. Əlbətddə qızım aparar – gətirər, Tahir Sərdarın Aylına tərs – tərs baxdığını görsədə rəyisin sözündən çıxa bilməzdi. Həmdə Aylının fikrini anladı nəyçün özüylə şəhərə çıxmaq istəyirdi. Tahir – Aylına: əlimi – qolumu bağlamayacağına söz verirsənsə razıyam zarafat etdi, rəyisi birdən gülmək tutudu, xatırladı Tahirin necə toletə qaçmasını. Rəyis gözlərini silib gülərək, – Tahirə: apar oğlum qızı maşınla dediyi yerə, ancaq birinci toletə get sonra sənə problem olmasın, yenə güldü qəh – qəhə çəkib. Tahirdə rəyisə baxıb gülümsədi, Sərdarla Aylın yenə bir – birinin gözlərinin içinə baxırdılar nifrətlə. Aylın – Tahirə: sən qəhvəni içincə mən hazırlanıb gəlirəm, getdi. Sərdarda qalxıb getdi, rəyis başıyla Tahirə işarə etdi ki getsin ardınca oğlunun. Tahir anladı, tez qalxıb getdi Sərdarın ardınca,

Sərdar Aylının otağına gəldi ardınca, Aylın Sərdara fikir vermədən əynini dəyişməküçün paltarlarını götürüb yatağına qoydu. Sərdar – Aylına: indi səni Tahir aparacaq və bir daha bura dönərsənsə məndən incimə, duydunmu? Aylın cavab qaytarmadan əynindəki koftasını çıxarıb, yatağına qoymuş başqa koftasını geyindi. Sərdar Aylının özündən çəkinmədən qarşısında koftasını çıxarıb dəyişməsinə təcüblə baxırdı. Aylın şalvarınıda çıxarmaq çün kəmərini açırdı, qapını döyüb içəri Tahir girdi. Aylının şalvarını çıxaracağını görüb tez üzünü çevirib – Sərdara: dostum gəl atan çağırır. Sərdar qollarını bir – birinə keçirib nifrətlə gülümsəyərək, Aylına baxdı. Baxışları ilə anlatırdı ki, nə edəcəksən? qarşınmda şalvarınıda çıxaracaqsanmı? Aylın Sərdarın fikrini anladı, ona acığa gərçəkdəndə şalvarını çıxardı. Sərdar pərt olsada bildirmədi baxmağa davam etdi. Tahir Sərdarı otaqdan çıxarmaqçün döndüyündə, Aylını şalvarsız görüb üzünü qolu ilə tutdu. Zorla Sərdarın qolundan tutub dartaraq – Sərdara: dostum gəl qız əynini dəyişsin rahat. Aylın o biri şalvarını geyindi, Tahirin qolundan dartmağına baxmayaraq, Sərdar Aylına baxa – baxa zorla otaqdan gedirdi. Aylın şalvarının kəmərini bağlayıb pencəyinidə geyindi, Tahir zorla Sərdarı otaqdan çıxarıb qapını örtüb – Sərdara: ikinizdə başqa – başqa manyaklarsınız vallahidə. Çox çətinliklə zorla dartaraq – Sərdara: bir – birinizə acığa nələr edirsiniz siz? gəl atan görsə yaxşı olmayacaq ayıbdır. Sərdar acığından güldü, əlini qılçına vuraraq dayanıb gülməyə başladı. Tahir başını narazılıqla sirkələyərək – Sərdara: vallahi sonunda axlını oynatdın səndə, Sərdarın qolundan buraxmadan dartıb apardı.

Beləcə günorta olurdu, Tahir maşını saxlamışdı gözdən qıraq yerdə Aylınla söhbət edirdilər, – Aylına: sənin dediyini təşkil edəcəm, ancaq bir şərtim var. Aylın – Tahirə: səni dinləyirəm de şərtini, Tahir dərindən nəfəs alıb – Aylına: səndə mənə söz verəcəksən, bilərəkdən özünə qəst etməyəcəksən danışdıqmı? ananın ruhuna and et, mənə vicdan əzabı çəkdirməyəcəksən. Sənə bir şey olmasını istəmirəm bilirsən, -Tahirə: and edirəm anamın ruhuna dediyini edəcəm, Tahir rahat nəfəs alıb – Aylına: o zaman gedək dayını gör uzaqdanda olsa. Aylın – Tahirə: yox gedək evə darıxdım qardaşınçün, Tahir təcüblə – Aylına: oları görmək istəmirsənmi? Aylın yalandan gülümsəyərək, – Tahirə: dostuma soz verdim. Anamın ruhuna and etdim, əlini Tahirə uzatdı dost olmaqçün. Tahir Aylının əlini sıxaraq zarafatla – Aylına: ən azından artıq toletə rahat gedə bilərəm, dost olduq çox şadam gülümsədi. Aylın – Tahirə: artıq gərək qalmadı dayımı görməyimə, sübut əldə edib dönəcəm hər kəsə, Tahir Aylına inandı. Maşını işə salıb – Aylına: verdiyin sözə inandım dostum, ancaq biraz qabaq Sərdarçün darıxdığını deməyinə əsla inanmadım, gülümsəyərək maşının qazına basaraq uzaqlaşdılar.

Gəlib evə çatdılar, Tahir Aylınla evə gəldi ki, Sərdar Aylına dönmə demişdi birdən yenə davalaşardılar. Sərdar zalda məşq edirdi çəkinirdi əynində tək mayka ilə. Tahir zala gəlib – Sərdara: dostum darıxmadın ki Aylınsız? Sərdar dayanmadan çəkinərək – Tahirə: qardaşım onun gəlmədiyini desən, indi sənin alnından öpəcəm. Tahir – Sərdara: alınmayacaq dostum məni alnımdan öpməyin, Sərdar çəkindiyi yerdən dayanıb Tahirə baxdı tərs – tərs, – Sərdara: sakit ol atan evdədir bilirsən. Sərdar dərindən nəfəs alıb oturdu yerdə, Aylın gəldi zala. Sərdar Aylını görüb əsəbləşdi – Aylına: demək qayıtdın hə? Aylın – Tahirə: dostum telefonunu məndə unutmusan, gətirib Tahirin telefonunu verib getdi. Sərdar – Tahirə: dostummu dedi o? – Sərdara: qardaşım sənə düşməndir mənə deyil, mənim onunla nə işim var? Sərdar ayağa qalxıb – Tahirə: o elə şeytandı bax. Bir neçə saata özüylə apararaq sənidə şaşdırdı, qardaşım anlayıram səndən incimirəm, səblə getdi zaldan. Tahirdə tez ardınca getdi ki yenə Aylınla davalaşacağından ehtiyat edirdi.

Aylının otağına gəldi qapını döymədən, Aylın telefonla kimə isə mesaj yazırdı. Sərdarı gördüyündə tez telefonu cibinə qoydu, Sərdarın gözündən qaçmadı bu – Aylına: hazırlaş təlimə başlayırıq birazdan, otaqdan çıxdı. Tahir qapının yanında dayanmışdı, Sərdarın davasız çıxdığını görüb pərt qaldı baxa, tez ardınca getdi.

Gecə olmuşdu, rəyis – Aylına: gecən xeyirə qızım Allah rahatlıq versin, Aylında – rəyisə: sizədə yoldaş rəyis, getdi. Aylında otağına gəlib yerinə uzanıb yatdı, çox yorğun idi.

Aylın yatdıqdan sonra Sərdar çox ehtiyatla qapını açıb otağına girdi, barmaqlarının ucunda gəlib Aylının telefonunu axtardı. Sərdar Aylının kimə mesaj yazdığını öyrənmək istəyirdi, istəyi Aylında bir səhv tutub işdən kənarlaşdırmağa bəhanə əldə etməyə çalışırdı. Nəyəsə əli toxundu səs etdi, tez çarpayının yanında döşəməyə uzandı ki Aylın oyansa görməsin. Aylın səsə yerindən çevrilib yanındaki işığı yandırıb baxdı. Sərdar dodağını dişlədi ki, Aylın bircə ayağa qalxmasın tapdalanacaqdı, Aylın işığı söndürüb geri yatdı. Sərdar biraz gözləyib eytiyatla qalxdı baxdı, telefonu Aylının əlinin yanında yatağında idı. Çarpayının o tərəfinə keçib telefonu götürməyə əlini uzatmışdı, Aylın çevrilib qolunun üstündə yatdı. Sərdar qolunu darta blmədi Aylının altından oyanar deyə, əli qalmışdı Aylının altlnda. Başını qolunun üstünə qoyub pıçıltıyla, off 5 saniyə dönməsən dünya dağılardı, tərs keçi.

Gecədən xeylik keçmişdi, Aylın Sərdarın qolunun üstə necə yatmışdısa çevrilməmişdi, elədə qalmışdı Sərdarın əli altında, qolunu hiss etmirdi. Çarəsiz dizləri üstə çökərək çarpayının qırağına başını qoyub baxırdı, Aylın elə yatırdı ki, Sərdar pıçıltılı səslə öz – özünə: adama Allah rahatlıq versin deyilərkən bu qədərdə rahatlıq olarmışmı? dön o tərəfə tərs keçi bəsdi yatdın bir tərəfində. Bu azmış kimi Aylın yerində qurcalanıb Sərdarın qolunun kökünə kimi altında qoydu. Sərdar gözlərini yumub qolunun ağrısına səs etmədən dözməyə çalışdı gözlərini yumub.

Səhərə yaxın idi, Sərdar Aylının yanında başını qolunun üstə qoyub baxa qalmışdı. Aylın səhərə kimi onun qolunun üstə yatmışdı, axır ki Sərdarın qolu üstündən döndü, o bir böyrü üstə yatdı. Sərdar o biri əliylə altda qalan qolunu götürdü yataqdan, zorla ayağa qalxdı sakitcə qolunu tutub otaqdan çıxdı ehtyatla. Sərdar otaqdan çıxdığında Aylın gözlərini açıb baxdı, bütün gecəni bilərəkdən yatmışdı qolunun üstündə qisas almaqçün, öz – özünə: bu sənə dərs olsun heyvan. Telefonunu yerindən götürüb baxdı, demək məndə səhv axtarırsan? sən Sərdarsansa məndə Aylınam, səni tərbiyələndirəcəm gedincə.

Aylın saata baxdı 9:00 olurdu Sərdar hələdə qalxmamışdı yerindən, Aylın öz – özünə: əlbətdə yatarsan, gecə başqasının çarpayısının yanında səhərə qədər dizi üstə oyaq qalarsansa. Məni səhər 6: 00 tamamda oyadırdın insafsız, indi sənidə oyadım gör necədir yuxusuz qalmaq, qalxıb getdi Sərdarı oyandırmağa.

Qapını döydü içəri girdi, Sərdar gözləri yumulu qolunu tutub uzanmışdı, ancaq yatmamışdı qolunun ağrısından. Aylın – Sərdara: Sərdar bəy qalxın təlimə geçikirik, Sərdar gözlərini açmadı. Aylın biraz baxdı Sərdarın heç veçinə deyil, öz – özünə: rəyisə deyim Tahiri göndərsin o səndən min dəfə yaxşıdır, otaqdan çıxdı.

Sərdar gözlərini açıb qolunun ağrısından üzünü turşudub ofuldadı, yerindən qalxıb Aylının ardınca, başımın bəlası nə vaxt gedərsən rədd olub evimdən.

Aylın zalda oturmuşdu Sərdar gəldi qolunu tutub – Aylına: niyə oturursan? qalx məşqə başla, Aylın ayağa qalxıb masaya yaxın gəldi. Sərdar masadan Aylının heç vaxt görmədiyi kiçik mikrafonu götürüb, Aylının köynəyinin yaxasına taxdı, qolunun ağrısından zorla əlini çalışdırırdı. Bunu Aylında hiss edirdi, – Aylına: bununla sənlə əlaqə yaradacaqlar, anladınmı? Aylın cavab vermədi. Sərdar yenə başqa balaca cihazı götürüb – Aylına: buda kiçik kameradır, üstündə olacaq və canlı görüntünü bizə ötürəcək. Ondan əlavə kamerayada çəkəcəksən, üstündəki kamerada problem olsa sübut əldə etməkçün, masadan başqa kiçik kameranı götürüb – Ayllna: bundanda belə istifadə edəcəksən. Sərdarın qolu çox incidirdi hiss olunurdu, Aylına izah etməyə başladı necə çalışdırmaq gərəkir deyə, Aylın sakitcə diqqətlə baxırdı Sərdarın göstərdiklərinə. Sərdar kameranı masaya qoyub – Aylına: götür silahı atəş aç mişenə, Aylın tapancanı götürüb mişenə doğru tuşlayıb tətiyi basamağa çalışdı, alınmadı. Sərdar əsəblə silahı Aylının əlindən alıb bağırdı! – Aylına: dəli silahı yoxlamadan hara nişan alırsan? Sərdar silahı hazrladı Aylına verdi, yanında dayanıb baxdı mişenə tərəf.

Aylın tapancayla mişenə bir neçə dəfə atəş açdı, heç biri dəymədi yan keçdi kurşunlar, Sərdar Aylına tərs – tərs baxdı. Aylın bir söz demədən mişenə tərəf baxıb, dərindən nəfəs aldı. Sərdar – Aylına: bravo düşmənlərinin qarşısına heç ayağından belə vurub qorunma şansın olmadan gedirsən, mənim sənə öyrətdiklərimi niyə qavramırsan sən? bu qədərmi küt beyinsən? Aylın yenə susdu cavab vermədən, üzgün baxışlarla baxdı kənara. Sərdarın canı acıyırdı qolunu ağrısından, – Aylına: təkrar mən sənə öyrətdiyim kimi nişan al dəqiqi atəş et. Aylın təkrar silahı qaldırıb mişenə nişan alıb atəş açdı, bu dəfə sağ qolundan vura bildi. Sərdar başını narazılıqla sirkələyib – Aylına: sənə gəlib Tahirdə öyrətsə xeyri yoxdur, bilirsənmi niyə? ona görə ki sən, sözünün ardını demədən zaldan çıxıb getdi əsəblə. Aylın mişenə tərəf baxıb silahı qaldırıb nişan aldı, biraz baxıb atəş açmadan silahı göturub masanın üstə qoydu, yerdən dizlərini qucaqlayıb oturdu. Aylın başını dizlərinə qoyub öz – özünə: nə olar Allahım səndən son dəfə istədiyimi duy, məni qoyma ortalıqlarda biçarə. Aylın gərçəkdəndə çox yorulmuşdu Sərdarın acı sözlərindən, hər şeydən.

488 ₽
Возрастное ограничение:
18+
Дата выхода на Литрес:
16 августа 2021
Объем:
411 стр. 2 иллюстрации
ISBN:
9785005517326
Правообладатель:
Издательские решения
Формат скачивания:
epub, fb2, fb3, ios.epub, mobi, pdf, txt, zip

С этой книгой читают

Эксклюзив
Черновик
4,7
131
Хит продаж
Черновик
4,9
478