Читать книгу: «Günahsız günahkar. Roman. Hissə – 2», страница 3

Шрифт:

Rəyisə iş yerində Tahir gəlib yazılı bir kağız verib tez getdi, Rəyis kağızı açıb oxudu dərindən nəfəs alıb, kinli baxışlarla baxdı.

Günorta olmuşdu Sərdar Aylına məşqə aid olmayan şeyləri etməyə məcbur edirdi, əllərində daşlar saxlatdırırdı. Aylın daşları zorla tuturdu, qolları ağrıyırdı. Aylın – Sərdara: bular nəyə gərəkdir anlamıram, mənim üstümdə bir tapanca birdə kamera olmayacaqmı, daşlamı gedəcəm ora? – Aylına: hər şey ola bilər hazırlıqlı olmalısan. Silahla qorunma qabilyətin sıfırdır sənin, sən əjdadların kimi bu dəfə düşmənlərinə bəlkə daş atacaqsan? qollarının güclü olsun ki atdığın daş dəyməsədə, yaxınlarına çatsın. Başqa narazılığınmı var? – Sərdara: mənim qollarımın dərdini çəkinçə get öz qolunun dərdinə qal,

Sərdar duydu Aylının dediyini, gözlərini qıyıb Aylına şüphəli baxışlarla baxıb anladı, demək qolunun acıdığından xəbəri vardı Aylının. Sərdar necə əsəbləşdisə, bir anlıq kənara baxıb özünü ələ almağa çalışdı. Aylının özünü səhərə kimi bilərəkdən qarşısında elə vəziyyətdə qoymasına çox əsəbləşsədə, kinlə güldü. Sərdar – Aylına: qoy daşları yerə gəl bura, Aylın daşları yerə qoyub qollarını ova – ova gəldi, – Aylına: nə oldu qollarınmı acıdı? Aylın Sərdara tərs – tərs baxdı. Sərdar – Aylın: gəl, yerdəki güləş döşəyinin üstünə çağırdı, Aylın yaxınlaşdı. Sərdar – Aylına: dediyim kimi silahla davranman sıfır olduğuçün, əllə özünü müdafiyə etməli olsan qalib gələ bilərsən. Aylına xəbərdarlıq etmədən qəfil tutub fırlayıb atdı dökcəyə. Sərdar – Aylına: sonra deməzlərmi bunu yaxşı hazırlamayıblar? məşqi ilə yeri – yerində məşğul olmayıblar ayıbdır, Aylın yaxşıca caxılmışdı. Yerdən qalxmağa çətinlik çəkdi, dizi üstə durub – Sərdara: öncə adam kimi anlatsaydın, götürüb yerə mitil kimi çaxınca. Sərdar – Aylına: nə oldu? canınmı acıdı Aylın xanım, mən sənə anlatıram adam kimi, ancaq sən anlamırsan nə edim? Aylına əlini uzatdı baxdı. Aylın biraz baxıb, Sərdarın əlindən tutub qalxan kimi, Sərdar yenə pryoma salıb atdı Aylını yerə çaxdı. Aylın artıq anlamışdı Sərdarın özünü cəzalandırdığını, – Sərdara: düşmənlərinə yazığın gəlir deyəsən. Gedincə məni şikəst edib qarşılarına göndərmək istəyirsən, mənə etdiyin pul təklifindən sonra niyədə olmasın ki? sən bunuda edərsən satqın. Sərdar kinlə gülümsəyərək, – Aylına: sən kimsən ki? sənin qiymətində olsun satılası. Sənin kimi dəyərsizdən ötəri inan heç kim adını ləkələməz.

Aylın Sərdarın yanından keçib getmək istəyirdi, Sərdar imkan vermədi. Kobutça geri itələdi bir əli ilə, – Aylına: hara gedirsən? sənə icazə verdimmi mən. Aylın özündən Sərdarın əlini kənara itələyib – Sərdara: bu dəqiqədən məşqim bitdi, səinin kimi heyvanla məşq edib düşmənimin qarşısına gedincə, mərdcə qarşılarına çıxıb vurulmağı üstün tuturam. Sərdar bir əli ilə Aylının boynunun ardından tutub özünə çəkdi, – Aylına: fərz et düşmənin qarşısındasan. Aylını yenə fırlayıb atdı döşəkcəyə, bu dəfə gərçəkdən pis çaxıldı yerə, qaldı düşdüyü kimi. Yarasında ağrı hiss etdi, əli ilə qarnını tutub ayağa qalxmağa çalışdı bacarmadı, çox cətinliklədə olsa bir təhər qalxıb Sərdara baxdı. Birdən Sərdarın ağrıyan qolundan tutub burdu ardına, Sərdarın canı acıdı öfuldadı. Ayğını ayaqlarına dolaşdıraraq, Sərdarı yıxdı özü qarışıq yerə. Sərdar qolunu tutub ardına buraraq -Sərdara: necədir heyvan xoşuna gəlirmi? Aylın elə əsəbləşmişdi ki, az qalırdı Sərdarı vursun. Sərdar gülməyə başladı, – Sərdara: öz biabırçılığınamı gülürsən? bu neçəncidir qarşımda qoyun kimi çarəsiz qaldığın? Sərdar üzünü yerə qoyub gülürdü. Birdən Aylının əlindən qolunu çıxarıb Aylını üstündən aşırıb, əllərini başının üstə bətk – bərk tutub üstünə qapandı. Sərdar – Aylına: qoyunu olanın oyunu olar demişlər, duydunmu? özünü o dəqiqə bir şey hesab etmə, ğ. Aylının yarası çox acıyırdı -Sərdara: düş üstümdən burax əllərimi vəhşi, səninlə artıq məşq etməyəcəm. Burax eşitmirsənmi? Aylın dartınsada Sərdarın əllərinən çıxa bilmədi, tərslkdən dartındıqcada yaralanmış yeri sanki yeni vurulmuş pıçaq yarası kimi acıyırdı. Sərdar Aylını incitməyə başladı, məşğul olmayacaqsan deyirsən? bəklə artıq mənim səninlə başqa çürə məşğul olmamı istəyirsən? problem deyil mən razı. Aylının dodaqlarından öpdü, Aylın başını – üzünü nə qədər çəksədə, Sərdar acığa tutub öpürdü buraxmadan. Aylın – Sərdara: vəhşi burax dedim öpmə məni iyrənc, Sərdar Aylını öpdükcə qulaqları heç nə duymurdu. Aylın çapalasada Sərdarın qollarından çıxa bilmirdi. Aylın təkrar – təkrar bağırdı! burax dedim sənə.

Bu vaxtı Tahir gəldi zala, olanları görüb tez qaçıb gəlib Sərdarı Aylının üstündən zorla çəkdi. Tahir – Sərdara: dəlimi olmusan? nə edirsən dostum, – Tahirə: qardaşım qarışma çıx. Tahir Sərdarı dinləmədi tutub zorla dartaraq, – Aylına: qalx get otağına. Aylın qalxmağa çalışsada bacarmadı qarnını tutub qaldı yerdə. Tahir Sərdarı kənara itələyib bağırdı! qardaşım sakit ol dedim, gəlib Aylını yerdən qalxmağa yardım etdi. Aylın əlini qarnına tutub zorla qalxdı, Tahir – Aylına: yaxşısanmı? – Tahirə: bu heyvan məni ağacdan düşmüş almaya döndərdi yerə çaxıb. Mənə yardım et otağa gedim, Tahirin boynundan yapışdı ki yıxılmasın, Sərdar qarşısına gəlib – Aylına: bitmədi məşqimiz. Tahir əli ilə sinəsindən geri itələyib – Sərdara: qardaşım nə olar bəsdir sakit olun, nə edirsiniz siz? yaxşıdı bir – birinizi silahla vurmamısınız indiyə kimi. Sərdar – Aylına: mən dedimsə bitmədi, bitmədi demək, bağırdı! Aylın qolunu Tahirin boynundan götürüb zorla ayaq üstə dayanıb – Sərdara: bitmədi nə gözləyirsən? qarşındayam vur bitsin. Tahir ortaya girdi, bəsdirin nə olub sizə? Sərdar – Tahirə: sən qarışma qardaşım çəkil önümdən, bunun cəzasını verəcəm mən indi. Tahir Sərdara imkan vermirdi Aylına yaxınlaşsın. Aylın masaya tərəf baxdıb nə fikirləşdisə, özünü zorla masaya çatdırıb tapancanı götürdü, çaxmağı çəkdi. Silahın çaqqıltısına Tahir dönüb baxdı Aylına.

Sərdar əsəblə – Aylına: əlinə silahı aldınsa atəş açacaqsan, eşidirsən? Sərdar düşünürdü ki, Aylına etdiklərinə görə silahı özünə tərəf doğrulldacaq. Tahirdə həyəcanlanmışdı, Aylının Sərdara atəş açacağından çox qorxurdu! ançaq ikisinində düşündükləri kimi olmadı. Aylın slahı öz başına dayayıb əsəblə – Sərdara: səninlə keçdiyim məşqim bura qədərdir, son dediyini edirəm, silahı əlimə aldımsa atəş açacam. Bir anlıq Tahirlə Sərdar baxa qaldılar Aylına, Sərdar hünər edib Aylının özünə silah sıxa biləcəyinə inanmadı, gözlərini qıyıb baxdı. Aylın əsəblə bir daha təkrarlayaraq – Sərdara: bitdi məşqimiz, barmağını tətiyə basdı. Tahir səksəndi Aylının tətiyi basamasından qorxdu! özünü vurdu düşündü, ancaq tapancada kurşun olmadığından atəş açılmadı. Aylın əsəbindən təkrar – təkrar basdı tətiyi, Sərdarın özünə baxığını görüb, tapancanı masaya atıb zaldan çox çətinliklə cçıxdı getdi. Tahir Sərdarın qolundan tutumuşdu ki, Aylının ardınca gedərək incitməsin. Tahir – Sərdara: gördünmü nəyə məcbur etdin qızı? yetər dostum etmə günahdır. Sərdar dərindən – dərindən nəfəs almağa başladı, sanki nəfəs almağı unutmuşdu.

Sadiq qucağında küçüklə anasının yanına gəlidi, ana sabah gedəkmi Aylının yanına? – Sadiqə: Aylının ad günü olacaq bu yaxınlarda, o günü gedərik oğlum. Sadiq – anasına: nə vaxdı onun ad günü? bir həfədəndir oğlum az qaldı. Sadiq – küçüyə: bir həftə səbir edərsənmi dostum? Sadiqin küçüyün adından danışmasını anası çox yaxşı başa düşürdü. Anası yaxınlaşıb küçüyün başını tumarlayıb – Sadiqə: dostunuda apararıq Aylına, doğum günündə ən böyük hədiyyə olar bunu görməsi. Az qaldı oğlum səbir edin gedəcəyik inşallah, mətbəxtdə getdi. Sadiq – kücüyə: 100 – ə dözən, 101 – ə də dözər dostum, bir həftə nədir ki? küçüyü sığallaya – sığallaya divana əyləşdi.

Aylın oatağına çatıb qapını açıb içəri keçdi, yaralandığı yeri çox incidirdi gözləri qaralırdı, özünü toparlayıb yatağına çatmaqçün bir addım atmışdı yetişə bilmədi, qapının önündə yıxıldı qald.

Tahir Sərdarı çox çətinliklədə olsa sakitləşdirə bilmişdi, – Sərdara: qızın biraz qabağa yaralandığını bilmirsənmi? götürüb yerə çaxmaqda nə deməkdir? Allahım sən mənə səbir ver, nələr olur qardaşım. Sərdar – Tahirə: ona buda azdı qardaşım sən onu tanımıran hələ, Tahir Sərdara deyə bilmirdi Aylın əslində düşündüyün kimi pis biri deyildi, sənin həyatının qarşılığında canından keçmyə hazır idi. Tahir – Sərdara: mən bir baxım halı yaxşı görsənmirdi, getdi. Sərdar masaya yaxınlaşıb, Aylının özünü vurmaq istədiyi tapancanı əlinə götürüb əsəblə baxdı.

Tahir Aylının otağına tərəf gəlirdi, qapının yarımçıq açıq olduğun görüb Aylını səslədi çatınça, Aylın gələ bilərəmmi? qapıya çatdığıında Aylının yıxılıb qaldığını görüb tez yanına çökərək üzünü şillələyib səslədi, Aylın məni eşidirsənmi?

Aylına evə həkimini çağırmışdılar, həkim yoxlayıb – Aylına: əzmişsiniz sağalmamış yaranızı, yaranın içəridən qanama ehtimalı var xəstəxanaya aparılmalısan mütləq. Aylın – həkimə: yox bir şeyim yaxşıyam mən, həkim – Sərdara: siz deyin bəlkə sizə qulaq asar. Ən azından xəstəxanada bir neçə saatlıq kantrolumuz altında qalması gərəkdir. Aylın – həkimiə: o kimdir ki məni ona şikayət edirsiz? Tahir dərindən nəfəs alıb xayiş edici baxışlarla baxdı ki, yenə davalaşmasınlar. Sərdar həkimin qulağına nə isə pıçıldayaraq dedi, Aylın duymadı, həkim başıyla razılığını bildirib – Aylına: tamam Aylın xanım öz qərarınızdır mən borcumu yerinə yetirdim. Çantasından iynə götürüb hazırlamağa başladı. Aylın – həkimə: o iynə kimədir? həkim – Aylına: sizədir Aylın xanım, bu iynə mütləq vurulmalıdır içəridən qanamanız filan vardırsa. Aylın artıq bir söz demədi, həkim Aylının qoluna iynəni vurdu baxıb gülümsədi, – Aylına: düzü indiyə kimi bunu etmək axlıma gəlməmişdi. Aylın vurulan iynənin təsirindən hiss etdi ki keyləşir, ətrafdakıları yaxşı görmürdü, qollarını bir – birinə dolayıb özünə baxan Sərdara baxdığında anladı, həkimə nə dediyini. Aylın – Sərdara: ax səni s, satqın sözünü tam deyə bilmədi, iynənin təsirindən gözlərini yumdu, Sərdar – Aylına: yox sənin nazınla oynayacaqdım. Tahirdə anladı həkimin Aylına vurduğu iynəni, başını narazılıqla sirkləyib – olara: ikinizədə oyandığında gözünə görünməməyi məsləhət görürəm. Həkim – Sərdara: gətirin ardımca xəstəxanaya, bir neçə saat vaxtımız var yoxlamaqçün, tez getdi çantasını götürüb. Sərdarın Aylınla qırğında olduqlarına görə, Tahir – Sərdara: mən götürərəm dostum. Sərdar əliylə işarə etdi ki özü götürəcək toxunmasın, Tahir anladı yaxınlaşmadı Aylına. Sərdar yaxınlaşıb Aylını yatağından qucağına aldıb, – Aylına: başımın pis bəlası, dərindən nəfəs alıb otaqdan çıxdı qucağında Aylınla, ardınca Tahirdə çıxdı.

Aylını xəstəxanaya gizlincə gətirib yoxlayıb müayinə etmişdilər, həkim – Sərdara: çox şükür içəridən qanamısı yoxdur, ancaq bilirsiniz özünü qorumasa təkrar xəstəxanada yatmalı olacaq. Bunuda Aylın xanıma anltamağın qeyri mümkün olduğunu sizdə anlayırsınız. Sərdar – həkimə: indi onu evə apara bilərəmmi? həkim – Sərdara: bilərsiz, ancaq yazdığım ilacları mütləq işlətməlidir. Tahir – Sərdara: necə içirdəçəksən ilaclarını, iynə vuraraqmı? həkimlə Sərdar Tahirə baxdılar. Tahir – Sərdara: dostum çıxış yolu axtarıram mənə heç elə baxma. Sərdar – həkimə: mən onu burdan aparım oyanınca, gerisini düşünərik evdə,

Həkimlə Sərdar və Tahir gəldilər Aylını yoxlayan otağın qarşısına. Həkim – olara: gətirdiyimiz arxa qapıdanda aparın görən olmasın. Sərdar qapını açıb içəri girdiyində Aylını yataqda görməyib dönüb – həkimə: otağı səhvmi saldıq? həkim təcüblə otağa girib baxdı Aylın yox idi. Dönüb – Sərdara: yox səhv salmadıqda, Sərdara baxdı şüphəli baxışlarla. Sərdar anladı nə olduğunu -Tahirə: tapmaq lazımdır onu görən olunca cəld ol, tez qaçdılar Aylını axtarmağa.

Sərdarla, Tahir xəstəxanadan çıxıb ətrafa baxdılar Aylını görmədilər, Tahir – Sərdara: dostum onun ayaqqabıları yox idi hara gedər ayaqlağın? Sərdar dərindən nəfəs alıb diqqətə ətrafa göz gəzdirdi. Sərdara – Tahirə: kimin haqqında danışırsan qardaşım? ondan nə desən gözlənilir. Manyak hara getdi görəsən? – Sərdara: atana nə deyəcəyik indi? off Aylın başımıza oyun açma nə olar.

Axşam olurdu, Tahirlə Sərdar oturmuşdular üzgün, Aylını tapa bilmədiklrinə görə nə deyəcəklərini düşünürdülər. Sərdar – Tahirə: bir tərəfdən yaxşı oldu qardaşım onun getməsi. Atama deyərik qorxub qaçıb bilmirik, Tahir üzülürdü, Aylın getsə əvəzinə dostu gedəcəkdi yerinə, çox çətin vəziyyətdə qalmışdı ortalıqda. Tahir – Sərdara: dostum Aylının əvəzinə mən gedərəm. Sərdar Tahirə baxdı təcüblə – Tahirə: səni ora gedincə yaşatmazlar, bunu bilirsənmi? dəli olma axlımı çaşdırma səndə.

Qapı açıldı atası işdən gəldi salamlaşdı ikisiylədə, axşamınız xeyir necəsiniz? Aylını görməyib – Sərdara: Aylın hanı? Sərdar çatan kimi atasının Aylını soruşmasından biraz tutuldu. Sərdar ayağa qalxıb – atasına: ata bu gün məşqdən sonra, sözü ağzında yarımçıq qaldı Aylının gəldiyini görüb. Aylın gəlib – rəyisə: axşamınız xeyir yoldaş rəyis. Rəyis Aylını görüb şad oldu, axşamın xeyir qızım, məndə səni Sərdardan oruşurdum görməyincə. Aylın gülümsəyərək, – rəyisə: bu gün biraz məşqdə yorulduq ikimizdə, dincəlirdim otağımdaydım, rəyis – olara: çox gözəl. Qızım necə gedir məşqiniz? oğlum səni incitmədən, acılamadan, hazırlaşdırırmı? Aylın – rəyisə: düzü deməkdə biraz çətinlik çəkirəm, bilirsiniz əvəlcədən oğlunuzla olan münasibətimizi. Tahir narahat oldu, Aylın indi deyəcəkdi olanları. Aylın – rəyisə: bunu bilmənizi istəyirəm, oğlunuzla qürur duya bilərsiniz yoldaş rəyis, sizin sözünüzü yerə salmadan bütün gücü ilə məni öyrətməyə çalışır. Sərdar Aylına baxdı, Tahir rahat nəfəs aldı ki, Aylın olanları demədi əksinə təriflərdi Sərdarın özünə bu gün etdiklərinə baxmayaraq. Tahir Sərdara baxdı narazı baxışlarla. Atası sevindi, Sərdara yaxınlaşıb çiyninə əlini vuraraq – Sərdara: mən oğlumda yanılmadım heç bir zaman. Rəyis – Aylına: gördünmü qızım? deyirdin oğlum mənə oxşamır, bax necədə mənə çəkmiş, əyləşdi gülümsəyib. Sərdara bu sözlər pis təsir etmişdi, Aylın Sərdarı atasının qarşısında satmadı və atasıda gərçək olanları bilmədən fəxr etdi özüylə, Aylın – olara: mən axşam yeməyinizi gətirim, mətbəxtdə getdi. Tahir Sərdara baxırdı altdan – altdan, Sərdar – olara: məndə yardım edim, getdi mətbəxtdə. Sərdarın gedişindən Tahir narahat olsada, atası hələdə oturduğu yedən baxaraq qürur duydu oğlu ilə. Oğlunun ardınca baxıb -Tahirə: Aylın bu evə gələndən çox şey dəyişdi. Tahirin gözü mətbəxt tərəfdə qalmışdı, başını qaşıyıb baxdı rəyisə.

Sərdar mətbəxtdə gəlib – Aylına: niyə gərçəkləri demədin atama, qorxdunmu məndən? Aylın Sərdara fikir vermədən hazırladığı yeməklərdən qablara çəkirdi. Sərdarın qarşısına pıçaqla çörəyi qoydu ki dilimləsin, Sərdar bir anlıq gözlərini yumub özünü toparlamağa çaışdı ki, Aylınla davalaşmasın. Aylın boş qabları və çənkəl qaşıqları götürüb siniyə qoydu. Sərdar dərindən nəfəs alıb pıçağı əlinə götürüb Aylına baxdı tərs – tərs, sakitcə çörəyə dilim çəkməyə başladı. Aylın çörək dilimlərini yığmaqçün qabda qoydu qarşısına, Sərdar dilimlədiyi çörəkləri qaba yığaraq – Aylına: sualıma cavab ver dedim. Aylın – Sərdara: nə deməyimi gözləyirdin? məşqə daxil olmayan idman növlərinlə məni yerə çaxmalarınımı? zor edərək öpmlərinimi? yoxsa gecə otağıma gəlib qolunu altımda qoyub əzdirdiyinimi? yaramı əzib xəstəxanalıq etdiyinimi? de bu etdiklərinin hansı qürur vericıdir atana. Tahirlə oturub söhbət edən atasını göstərib – Sərdara: səndən fərqli olaraq mən atanın üzülməsini istəmirəm, o səndən fəxir edəcək sözlər duymaq istəyir. Bu etdiyin pisliklərini bildiyində – duyduğunda səncə necə olardı onun halı? sən onun tək varlığısan. Yazıq kişinin bu həyatda səndən başqa fəxir edəcəyi başqa kimisə varmı? əlbətddə yoxdur. Ancaq sən belə şeyləri anlamassan, mənim silaha olan davranışım sıfır olduğu kimi, təssüflər olsun sənində belə şeyləri qavraman sıfırdır. Aylın əsblə Sərdarın əlinə yemək dolu sinini verib, – Sərdara: indi isə yeməkləri apar atan acdır işdən gəlib yazıqdır, səndə mənim kimi sıx dişinə səbir et atanın xətrinə az qalıb. Sərdar sinini götürüb biraz Aylına baxıb çıxdı mətbəxtdən, Aylında başqa sinini götürməyə çalışdı yarası acıdı. Bir anlıq dayanıb alnını qoluna qoyub öz – özünə: Allahım sən yardım et.

Sərdarın gözü mətbəxtdə idi görürdü onu, Aylın sinini qaldırıb gütürdü çətində olsa, gətirib masaya yaxınlaşdığında sinini saxlamaqda çətinlik çəkdi. Sərdar tez tutdu əlindən götürdü sinini masaya qoydu, Aylının gözləri qaralırdı bunu Tahirdə anladı. Tez Ayağa qalxıb bəhanə ilə – Aylına: Aylın xanım sən gəl əyləş, biz yardım edək gerisinə. Aylının qolundan tutub otuzdurdu, rəyis oların Aylına qarşı hörmətinə baxıb razılıqla başını sirkələyərək əllərini bi – birinə sürtüb, ohh yeməklrin çox gözəl qoxur qızım. Mən artıq bu yeməklərin dadına öyrəndim, Sərdar bir anlıq atasının dediyi sözləri baxdı. Sonrada canı acıyaraq dişinə sıxıb bildirmədən oturan Aylınada baxıdı, dərindən nəfəs alıb yeməklərdən çəkib birinci atasının qarşısına qoydu. Atası qaşığı götürüb iştahla yeməyə başladı, mmm əllərinə sağlıq qızım çox gözəl olmuş. Rəyis – Tahirə – Sərdara: sizdə əyləşin yeyin çox dadlı olmuş. Aylın – rəyisə: nuş olsun yoldaş rəyis, Sərdarla Tahirdə əyləşib, qaşıqlarını götürüb yeməkdən yedilər. Tahir – Aylına: gərçəkdən çox dadlıdır əllərinə sağlıq, rəyis – Tahirə: gördünmü oğlum? dadmasan bilməzdin qızımın hazırladıqlarının tamını. Buyurun yeyin nuş olsun yeməyinə davam etdi. Sərdar atasının necə iştahla yeməsinə baxıb, özü haqda düz olmayanları duyaraq fəxr etməsindən xəcalət çəkdi. Tahir işarə etdi ki artıq – əksik söz işlədib atasını üzməsin, Sərdar altdan – altdan Ayına baxdı. Aylınında özü səbəb olub necə canı acııdığını hiss edirdi, üzgün – üzgün çarəsiz yeməyini yedi.

Beləcə günlər keçirdi səhər acılmışdı, Sərdar Aylının yarasını zədələyəndən sonra Aylınla məşğul olmurdu, təlim keçmirdi. Divanda əyləşib jurnala baxırdı, Aylın duş alıb mətbəxt tərəfə gedirdi. Sərdar – Aylına: sabahın xeyir deməkdə yoxmu? Aylın dönüb Sərdara baxdı, sənin olduğun yerdə hansı sabahım xeyirli oldu ki? xatırlamıramda. Sərdar gözünü jurnaldan çəkmədən – Aylına: neçə günlərdir məşq etmirik, uşaqlıq etməyi bir kənara qoy artıq. Aylın – Sərdara: Sərdar bəy əlində tutuduğun uşaqlara ait jurnalı oxudumağından görünür uşaq kimdir, məncə sənin yaşından keçib uşaq jurnalıyla maraqlanası. Sərdara acıq verdi, Sərdar Aylına baxıb yalandan gülümsəyən kimi göstərdi özünü. Sərdar – Aylına: hardan bildin mən nə oxuyuram? -Sərdara: o jurnal mən gələndən var burda, görünür kiçiklik yadıgarındı. Sərdar Aylını süzdü heyif çıxacaq baxışlarıyla, – Aylına: səni böyük qarşısında necə davranmaq lazımdır deyə necə tərbiyələndirə bilərəm? xəstaxanalıqda oldun yenə axıllanmadın sən. Aylın – Sərdara: sən hələ uşaqlıq illərindən çıxda, başqalarının dərdinə qalma. Aylın Sərdara acıq verib getdi mətbəxtdə.

Sərdar jurnalı masaya atıb qalxıb gəldi yanına, yaxınlaşıb – Aylına: mənim 18 + jurnallarımda var, birlikdə oxuyaq istəyirsənsə daha maraqlı olar. Aylın – Sərdara: sən uşaq kimi hələdə jurnallarlamı maraqlanırsan? Sərdar Aylının özündən heyif çıxmaq istədiyini yaxşı anlayırdı. Aylın – Sərdara: qəhvə, çay? – Aylına: çayı uşaqlar içsin, mənə zəhmət deyilsə qəhvə, ancaq ehtiyatlı ol yandırma özünü. Aylın Sərdara baxdı, – Aylına: qəhvəni süzərkən deyirəm, zala gətir orda içərik səninlə böyük qız, getdi. Aylın artıq Sərdara fikir vermirdi əvəlki kimi əsəbləşmirdi, özünü ələ ala bilirdi işin xətrinə. Aylın balaca siniyə iki fincan qəhvə süzüb gətidi zala masaya qoydu.

Sərdar ciddi duraraq gəlib tapancanı götürüb yaxınlaşdı – Aylına: səndən son dəfə bu günlük təlimlə məşğul olmağını xayiş edirəm. Dediklərimi diqqətlə dinləyərək, son dəfə göstərdiklərimi yaddaşında saxlamanı istəyirəm əbədi olaraq. Aylının ardına keçib dayandı arxasında, Aylın Sərdarın bu hərəkətinə hər zaman çox əsəb olurdu, özünü zorla sakit saxlamağa çalışdı. Sərdar arxadan silahı Aylının əlinə verib, özüdə əllərinin üstündən tutdu, arxadan Aylına o qədər yaxın dayanmışdı ki, bütün bədəni ilə qucaqlamışdı. Arxadan ağzını yaxınlaşıb qulağına pıçıltıyla – Aylına: sən düz atəş aça bilmirsən, hər atdığın mərmin yan keçir. Aylının əlindəki silahla mişenə tuşlamağı göstərdi, barmağını tətikdə olan Aylının barmağının üstünə qoyub sıxdı, silahdan atəş açıldı. Aylın gözlərini yummuşdu səsdən, silahda Sərdarında əli olduğuna görə, atılan mərmi düz dəymişdi həmişəki kimi mişenin başından. Sərdar Aylının qulağına təkrar pıçıldadı, birdə gözü açıq düşmənınə baxaraq atəş açaq. Aylının saçlarını qoxladı üzünü sürtdü, Aylın əsəbləşdi Sərdarın hərəkətinə, bu dəfə silahı mişenə tuşlayıb, gözünü yummadan atəş açdı. Ancaq yenə yan keçdi dəymədi mərmi. Sərdar pıçıltılı səslə – Aylına: həyəcanlısan çox ona görə yan keçir, nədir səni bu qədər həyəcanlandıran? fikrin orda olsun məndə deyil. Aylının əllərindən təkrar tutub silahı mişenə yönləndib – Aylına: fərqi olmamalıdır düşməninin hansı tərəfində olaması. Silahı qaldırdığın an dəqiq atəş açmalısan, Sərdar Aylının barmağının üstündən öz barmağı ilə basaraq, təkrar atəş açdırdı. Sərdarın indiyə qədər bir mərmisi yan keçməmişdi mişendən, yenədə duz ünvanına yetişmişdi. Aylını özünə tərəf çevirdi gözlərinə diqqətlə baxaraq, – Aylına: heç vaxtdı qarşında olana həyəcanlı olduğunu hiss etdirmə. Əks halda hər şeyini itirərsən bir göz qırpımında, yəni həyatını deyirəm. Aylın Sərdarın özünə belə yaxın durmasından əsəb olurdu, əlindəki silahı aşağıda tutub baxırdı üzünə çəkinmədən.

Aylın bəzən özünü zor tuturdu Sərdarı vurmamaqçün, Sərdarda bunu çox gözəl anlayırdı. Aylın – Sərdara: çox alçaq hərəkətlərin var bunu bilirsənmi? səni tanıdığımdan bir dəfədə olsun mərəfət, qanacaq görmədim səndən. Hardandır səndə mənə qarşı bu qədər nifrət, pislik? – Aylına: səninlə bu son məşqimiz idi dediyim kimi, bundan sonra gərçəkdən mənə maraqlı olmayacaq, dediklərimi və göstərdiklərimi qavramasanda. Sərdar – Aylına: sualının cavabınıda verim, sənə qarşı nifrətim pisliklərim sən qarşıma çıxdığın gündən yarandı. Mən heç sevmirəm soyuq qəhvəni, yaxınlaşıb masadan qəhvə fincanının birini götürüb içdi. Aylın əlini üzünə çəkib Sərdara baxdı, – Aylına: gəl iç hələ soyumamış. Aylın silahı masaya qoydu qəhvəsini içmədən getdi. Sərdar ardınca – Aylına: mən qəhvəni tək içməyə xoşlayıram, anladığınçün təşəkkürlər, kinlə gülümsədi. Aylın cavab vermədən çıxdı zaldan, Aylın çıxan kimi Sərdarın üzünü ciddi ifadə aldı, qəhvəsini içərək nə isə düşündü.

Axşam olmuşdu rəyis işdən gəlmişdi, Aylın Sərdardan çox icimişdi bunu rəyisdə anlamışdı. Oğlunun yenə Aylını incitdiyini çox gözəl bilirdi çarəsiz susurdu, bilirdi ki soruşsada deməyəcəkdilər. Sərdarında kefi yox idi, yeməyini qarışdıra – qarışdıra fikirə dalmışdı. Rəyisdə iştahsız yeyirdi yeməyini, Aylın onun sözlü olduğunu anlamışdı. Yemək bitdikdə Aylın – rəyisə: nə vaxt gedirəm? Sərdar anlamadı Aylına baxdı Rəyis dərindən nəfəs alıb biraz baxıb yavaş səslə, – Aylına: sabah qızım. Aylın sevindi, ayağa qalxıb siniyə masadakıları toplayaraq – rəyisə: hər zaman şad xəbər olasınız yoldaş rəyis, bitsin bu iş çox uzandı sıxıldım. Sərdar – atasına: sabahmı? atası bilirdi oğlunun ən yaralı yerinə toxuncaqdı bu xəbər. Atası – Sərdara: hə oğlum, sabah axşama o alcaqların görüş yerində olmalıyıq olardan öncə. Xəbər aldım ki sabah bu işlə əlaqədar olan bütün şərəfsizlər bir yerə toplaşıb çox böyük işlərini həll edəcəklər. Aylını sabah səhərin gözü açılmamışdan aparmalıyıq ora, hec kim görməsin şüphələnməsin. Sərdar – atasına: ata hələ hazır deyil, düzgün mişenə atəş aça bilmir bu. Orda özünü qoruya bilməz, bizimdə ona yardıma yetişə bilməyəcəyimizi ikimizdə yaxşı bilirik.

Aylın – rəyisə: mən sizə çəkib sübüt qoyacam bundan heç şüphəniz olmasın, kameranı özümün olduğu yerdə bir tərəfdə gizlədəcəm. İşdi birdən məni görsələr təslim olaram kamera əllərinə keçməsin, çəkən kimi sizə xəbər verəcəm, o aradada siz çatarsız danışdığımız kimi. Sərdar – atasına: bu nə danışır? nə təslim olması? səni ora subut əldə etməyə göndəririk dəli təslim olmaqçün deyil, bağırdı! Aylına. Ata bax indidən bizə bu qulaq asamır, – Aylına: sən getməyəcəksən heç yerə, naladınmı məni? rəyis qalmışdı oğluyla Aylının ortasında çarəsiz. Aylın – Sərdara: mənim canımın dəyəri olamdığını sən yaxşı bilirsən, indi qarşıma keçib mənə nə isə olacağından narahat olan kimi göstərmə özünü. Sərdar bağırdı! – Aylına: suss danışma, burda qərarları biz veririk anladınmı? sənin orda ölmənə göz yuma bilmərik, qanun belə tələb edir mən deyil. Atası dərindən nəfəs alıb – olara: o zaman bu söhbət burda bitmişdir, ayağa qalxdı – Aylına: heç yerə getmirsən qızım. Sərdar atasınıda anlayırdı, neçə illərdi o şərəfsizlərə görə boşa qanlar tökülürdü. Sərdar – atasına: ata icazə ver bunun əvəzinə mən gedim, mən bunun kimi deyiləm hammısını birdən həll edərik bitər bu iş. Atası dərindən nəfəs alaraq üzgün baxışlarla baxdıb -Sərdara: səni ora çatmağa qoymazlar oğlum. Bunu bilirik ikimizdə, sən çoxdan başqaları tərəfindən izlənirsən, ətrafımız satqınlarla doludu xəbərsizik.

Tək Aylının işimizlə əlaqəsi olmadığına inanmışlar, – Sərdara: Aylını xəstaxanaya apardığın günüdə izləmişlər, həkimdən maraqlanmışlar nə üçün qızı gətirdiyinizi xəstəxanaya. Həkimdə danışdığımız kimi çox şükür aldadaraq inandıra bilmiş oları. Aylın hamilə olduğuçün özündən keçinərək, sən tərəfindən xəstaxanaya çatrırdığını demiş. Sənin izin alaraq evdə Aylınla vaxt keçirdiyini düşünürlər. Aylın – rəyisə: kimlərdir onlar, niyə tutmursuz oları? rəyis çarəsiz baxışlrla baxaraq – Aylına: qızım oları tutsaq izlərini itirərik. Olar bizi izlədikləri kimi, bizdə oları izləyirik özlərindən xəbərsiz, sizi sevgili kimi anlamışlar bəxdimizə. Aylın utanıb kənra baxdı, atası – Sərdara: sən getməyəcəksən oğlum anladınmı? bu mənim qisasımdır bir nəfərdən illər qabağa alacağım, bu dəfə özüm gedəcəm. Sərdar nə isə demək istədi, atası əli ilə işarə edərək – Sərdara: bəlkə mənim getməyimdən şübhələnməzlər, otağına getdi. Sərdar atasının ardınca, sən özünü vurdurmaq istəyirsənsə açıq de, atası cavab vermədən getdi, Sərdar çox pis oldu. Aylın Sərdarın atasız yaşaya bilməyəcəyini çox yaxşı anlayırdı. tək varlığı atasıydı bu həyatda, Aylın sinini götürüb səssizCə getdi mətbəxtdə.

GeCə saat 2:00 olurdu, Aylın yavaş səslə telefonla Tahirlə danışırdı otağında. Aylın – Tahirə: rəyis dedi ki sənin hər şeydən xəbərin var, sənə nə ediləcəklərini mən çatdırım, oların telefonlarının başqaları tərəfindən dinlənə bilər. Vaxtımız çox azdır indi mənə qulaq as, dediklərimi hazırla iki saatdan mən evdən çıxaçam gizlin arxa qapıdan. Evə yaxınlaşma, mən sənə gələcəm dayandığın yerə. Evində izləndiyini dedi rəyis, tapşırdı ki məni gedəcəyim yerə sən yerləşdirəcəksən. Sonra səhər açıldıqdan sonra evə gələrək məlumatlandıracaqsan hər şeyin hazır olduğunu. Analdınmı məni? Sərdarda izlənilir, onada zəng və ya mesaj filan yollamırsan bu iş bitincə. Biraz qulaq asıb – Tahirə: tamam o zaman iki saatdan görüşərik, telefonu söndürüb dərindən nəfəs aldı. Tahiri aldada bildiyinə görə sevindi, öz – özünə: bağışla yoldaş rəyis sizi ölümə göndərə bilmərəm. Siz hələ nəvələrinizlə oynayacaqsınız, oğlunuz -umudunuz var. Yastığının altında saxladığı rəsimləri götürüb baxaraq, bilirəm görürsünüz olanları, sizdə anasınız məni anlayarsınız, analar qızlarını daha yaxşı anlayırlar. Əriniz burda oğlunuza lazımdır, bəlkə bundan sonra oğlunuzu tərbiyələndirə bilər, gülümsədi. Şəkilə baxıb öz anasının rəsmi ilə yanaşı tutaraq – olara: bütün dünyada analar eynidilər, qurban olaram mən sizə. Rəsimləri öpüb öz – anasına: bağışla ana özün görürsən bunu etməyə məcburam. Mən səni çox istəyirəm bilirsən, qızma mənə tamammı? rəsimi öpüb bağrına sıxdı.

Ramiz yata bilmirdi yerində dönə – çevrilə qalmışdı, ürəyində qəribə bir narahatçılıq vardı. Yerindən qalxıb işığı yandırıb saata baxdı, saat 5:00 olurdu. Qalxıb otaqdan çıxıb mətbəxtdə gəldi, bir bakal su içdib əyləşdi öz – özünə: anamamı bir şey olmuş? niyə mən bu qədər narahatam axı? qalxıb otağına qayıtdı, telefonunu götürüb baxdı. Öz – özünə: Aylında yatır yəqin indi zəng edib narahat etməyim, telefonu yerinə qoyub ofuldayıb yatağına uzandı. İnşallah hər şey yaxşıdır, gözünü yuma bilmədi narahatçılığından.

Sadiqdə yuxudan küçüyün ulayan səsinə oyandı, nə oldu buna? tez yerindən qalxıb gəlib küçüyə baxdı, kücük qorxmuş kimi görünürdü yazıq – yazıq ətrafa baxırdı. Sadiq gülümsəyərək, – küçüyə: dostum sən nədən qorxdun? gəl baxım kim qorxuzmuş səni, küçüyü qucağına aldı qucaqladı. Sən təklikdənmi qorxdun? gedək mənimlə yataq qorxma, küçüyü aparıb otağına getdi. Gətirib yatağına qoydu tumarladı -küçüyə: qorxma mənimlə yatacaqsan, küçük yenə zingildəməyə başladı. Sadiq yerində oturub – küçüyə: nə oldu sənə, bu nə səslərdi? qorxaq olma bu qədər, gəl dostum gəl. Qucağına aldı küçüyü, sığallayıb sakitləşdirdi. Küçük Sadiqə burnunu qısıb sakit dayansada, nədən isə narahat olduğu hiss olunurdu. Sadiq – küçüyə: xəstələndinmi sən? səhərə az qalıb həkimə aparacam səni, öpüdü küçüyün başından. Küçük Sadiqin qucağında zingiltili səslər çixararaq baxırdı, Sadiq küçüyü sığallayaraq sakitləşdirməyə çalışdı.

Aylın Tahirlə dağılmış – baxımsız qalmış bir tikinti yerinə gəldilər. Tahir çox yavaş danışırdı – Aylına: sən mənim başıma açdığın oyun nədir? Sərdar bilərsə partlayıcı haqda məni yaşatmaz, bilirsənmi? – Tahirə: dostunun məndən zəhləsi ketdiyini yaxşı bilirsən. Narahat olma bilməz, dostunun ölməsinimi istəyirsən sən? yada atasınınmı? Tahir yavaş səslə – Aylına: Allah qorusun istəmirəm heç kimin ölməsini. Aylın -Tahirə: o zaman danışmadan qur cihazları hər tərəfə. Elə et ki lazım olsa burdan bir nəfərdə sağ çıxmasın. Tahir şüphəli baxışlarla baxaraq – Alına: bu son variantımızdır Allah etməsin, səni görərlərsə istifadə edəcəksən bunu danışdıq səninlə dostum. Tahirin özünə dostum deməsindən Aylının xoşu gəldi, yazıq – yazıq çarəsiz baxan -Tahirə: söz verdim dostum narahat olma, gərək olmayacağına məndə inanıram. Aylın gülümsəyərək, – Tahirə: mənə bir şey olmaz qorxma, əğər dediyimiz son variantımıza ehtiyac olarsa, mən sübüt olaraq vidyo çəkəcəm və özüm çıxdıqdan sonra partladacam. Tahir- Aylına: burdan necə çıxacaqsan ki? -Tahirə: hər tərəf dağılmış görürsən, bir tərəfdən yol tapıb çıxaram. Məni bir aydı buna demi hazırlaşdırırdı dostun yerə çırparaq? Tahiirin baxdığını görüb, tamam zarafat edirəm. Aylın – Tahirə: dostum hava işıqlanacaq birazdan cəld ol, Tahir gətirdiyi partlayış cihazını aparıb getdi.

Aylın ətafa baxdıb gizlənəcək yer axtardı, Tahir cihazları quraşdırırdı. Aylında bir yer tapdı özünə gizlənməyə, öz – özünə: burası mənə görədir, dağılmız daş qırığlarını yığırdı gətirib anbara. Tahirdə gəldi cihazları yerləşdirib – Aylına: hər şeyi cəld etməliyik dostum. Bura o şərəfsizlər gəlmədən öncə qorumalarını göndərəcəklər, buranın hər yerini baxışdan keçirəcəklər və sonra olara xəbər verəcəklər. Əmin olmadan gəlməzlər bura o şərəfsizlər, səni görsələr həm planımızda batar, həmdə öldürəllər səni və sonrasınıda bilirsəndə?

488 ₽
Возрастное ограничение:
18+
Дата выхода на Литрес:
16 августа 2021
Объем:
411 стр. 2 иллюстрации
ISBN:
9785005517326
Правообладатель:
Издательские решения
Формат скачивания:
epub, fb2, fb3, ios.epub, mobi, pdf, txt, zip

С этой книгой читают

Эксклюзив
Черновик
4,7
131
Хит продаж
Черновик
4,9
478