Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Dekameron», страница 12

Шрифт:

Sultan, Ambrociolonun söylədiyi bu əhvalatı eşidib məsələni başa düşsə də, Sikuranonun bu işi nə məqsədlə təşkil etdiyini, Bernaboya nə üçün sual verdiyini, məsələni hara yönəltdiyini bilmirdi. Sikurano ona dedi: «hökmdarım, siz o gözəl təbiətli qadının bu oynaşla və əri ilə necə fəxr edə biləcəyini aydın görürsünüz: oynaşı yalan xəbərlə onu rüsvay edir, onun yaxşı adını böhtanla ləkələyir, həm də ərini müflis edir, əri də uzun illərdən bəri sınaqdan çıxmış həqiqətə deyil, yad bir adamın yalanına inanıb, arvadını öldürtdürür, canavarlara yedirir. Bundan başqa, həmin oynaşın və ərin ona olan rəğbəti, məhəbbəti elədir ki, onlar uzun zaman o qadınla bir yerdə olduqları halda, onu tanımırlar. İndi siz onların nəyə layiq olduqlarını çox gözəl fəhm etdiyinizdən, mənə xüsusi mərhəmət göstərib, o yalançını cəzalandırmağa, o yalana uyan adamı əfv etməyə razılıq versəniz, mən o qadını sizin hüzurunuza təqdim edərəm».

Sultan bu məsələdə mərhəmət göstərib, Sikuranonun xahişini yerinə yetirmək məqsədi ilə dedi ki, mən razıyam, qadını çağır gəlsin. Bernabo arvadının öldüyünə qəti əmin olduğundan, bu sözə heyrət etdi, Ambrociolo ondan da artıq heyrətə düşərək, qadının gəlməsini gözlədi: o, başına bir iş gələcəyini duyur, aldığı pulu geri qaytarmaqdan daha böyük bir müsibətə düşəcəyindən qorxurdu, həm də xanımın bura gəlməsi ilə daha nəyə ümid edəcəyini və nədən qorxacağını bilmirdi. Sultan öz razılığını bildirəndə, Sikurano onun qarşısında diz çökdü, daha kişi kimi görünmək istəmədiyindən, kişi səsi ilə deyil, öz səsi ilə dedi: «hökmdarım, altı il kişi sifətində dünyanı avara-avara dolaşan, bu xain Ambrociolo tərəfindən cinayət-karcasına yalandan təhqir edilən, bu amansız ərim tərəfindən öz xidmətçisinin əli ilə öldürülüb canavarlara yem edilən o biçarə, o bədbəxt Cinevra mənəm». Paltarını cırıb, döşünü göstərdi, kim olduğunu sultana və orada olan adamlara bildirdi. Sonra Ambro-cioloya sarı dönüb, acıqlı-acıqlı soruşdu: «Sən lovğalana-lovğalana demisən ki, mənimlə yatmısan. Axı sən nə vaxt mənimlə yatdın?» Ambrociolo onu tanıdı; xəcalətdən sanki dili tutuldu, heç bir söz demədi. Sultan həmişə Sikuranonun kişi olduğunu zənn etdiyindən, buna çox təəccübləndi, gördüyü, eşitdiyi şeyin həqiqət olduğuna inanmadı, ona elə gəldi ki, bu, yuxudur. Nəhayət, onun təəccübü keçib getdi, bunun həqiqət olduğuna qəti inandı, bu vaxta qədər Sikurano deyilən qadının həyat tərzini, mərdliyini, əxlaqını çox-çox təriflədi. Əmr etdi ki, Cinevraya yaxşı qadın paltarı versinlər, yanına da bir neçə qadın gətirsinlər. Cinevra qadınlar içərisində olmağı ondan xahiş etmişdi. Sultan Bernabonu da layiq olduğu ölüm cəzasından xilas etdi. Bernabo Cinevranı tanıyıb ayaqlarına düşdü, ağlaya-ağlaya əfv edilməsini xahiş elədi. Bernabo bağışlanmağa layiq olmasa da, Cinevra məmnuniyyətlə onun günahlarından keçdi, onu ayağa qaldırıb, mehribanca qucaqladı. Sonra sultan əmr etdi ki, Ambrociolonu dərhal şəhərin hündür bir yerində, gün altında payaya bağlasınlar, bədəninə bal sürtsünlər, ölməyincə payadan açmasınlar. Sultanın əmri yerinə yetirildi. Sonra, o buyruq verdi ki, Ambroci-olonun var-yoxu Cinevraya verilsin. Bu şeylərin də qiyməti on min dublondan çox idi ki, az deyildi. Sultan gözəl bir şənlik düzəltdirdi. Şənlikdə Bernaboya, madonna Cinevranın əri kimi, madonna Cinevraya da mərd qadın kimi hörmət göstərdi, ona qiymətli şeylər, qızıl və gümüş qablar, həm də pul bağışladı, bu şeylərin də qiyməti on min dublondan az deyildi. Sərəncam verdi ki, gəmi hazırlasınlar. Şənlik qurtarandan sonra Bernabo ilə madonna Cinevraya, onların arzusunu nəzərə alaraq, Genuyaya qayıtmağa icazə verdi. Bernabo arvadı ilə çox dövlətli bir adam kimi, böyük sevinclə Genuyaya gələndə, onları, xüsusilə hamının ölmüş bildiyi madonna Cinevranı çox hörmətlə qarşıladılar, ona, bütün ömrü boyu, əxlaq sahibi olan ağıllı bir qadın kimi hörmət elədilər. Ambrociolo da payaya bağlan-dığı, bədəninə bal sürtüldüyü gündə böyük əzab içində ölmüşdü: o ölkədə çoxlu mal çibini, böyənək olur, bunlar onun qanını sormuş, ətini də tamam yemişdilər, sümükləri damarlarından asıla qalmışdı; ona uzun zaman əl vurmadılar: ağara-ağara qalan bu sümüklər onun etdiyi alçaqlığın şahidi idi. Bu qayda ilə yalançı, aldatdığı adamın ayaqları altına düşmüş oldu.

ONUNCU HEKAYƏ

Monakolu Paqanino messer Riççyardo da Kinzikanın arvadını götürüb qaçır. Messer Riççyardo onun yerini tapır, arvadının dalınca gedir, Paqanino ilu dostlaşaraq, xahiş edir ki, arvadını ona qaytarsın, Paqanino razılaşır, deyir ki, arpad getmək istəyirsə, getsin. Amma arvad getmək istəmir, messer Riççyardo öləndən sonra Paqaninonun arvadı olur

Bu hörmətli məclisdə hamı, xüsusilə Dioneo, kraliçanın söylədiyi gözəl hekayəni bəyəndi. İndi Dioneo öz hekayəsini danışacaqdı. O, hekayə söyləyəni xeyli təriflədikdən sonra sözə başladı: – Gözəl xanımlar, kraliçanın hekayəsində bir məsələ məni öz fikrimi dəyişib, başqa bir şey söyləməyə vadar etdi, bu da Bernabonun və başqala-rının (Bernabo bu işdən sağ-salamat qurtarsa da) ağılsızlığıdır: heç demə başqaları da, Bernabo kimi bir şeyə inanırlar və təsəvvür edirlər ki, onlar səfərə çıxanda muxtəlif qadınlarla uzun zaman əylənirkən, evdə qalan arvadları əllərini qoyunlarına qoyub otururlar; sanki biz, bu qadınların arasında doğulduğumuz və böyüdüyümüz halda, onların necə düşgün olduqlarını bilmirik. Bu hekayəni söyləməklə, belə adamların axmaqlığını, həm də özlərini təbiətdən quvvətli hesab edən şəxslərin daha axmaq olduqlarını sizə göstərə-cəyəm. Bu adamlar ağla sığmayan uydurmalarla özlərini inandırırlar ki, onlar bacardıqlarından artıq iş tuta bilərlər, başqalarını da, – onlar öz təbiətləri etibarı ilə buna qabil olmasalar da, – özlərinə oxşatmağa çalışırlar.

Bəli, biri varmış, biri yoxmuş, Pizada bir hakim varmış, adı da Riççyardo da Kinzika imiş. O, bəddən çox ağıldan qüvvətli imiş. Elə güman edirmiş ki, alacağı arvad onun məşğuliyyəti ilə kifayətlənə-cəkdir. Riççyardo çox varlı olduğundan, özünə gözəl, cavan bir qız axtarırdı, əslində o, başqalarına məsləhət verdiyi kimi, özünə də məsləhət verə bilsəydi, gərək nə gözəl, nə də cavan qız alaydı. Nəha-yət, o belə bir qız tapa bildi: messer Lotto Qvalandi Bartolomeya adlı qızını ona verdi. Bartolomeya Pizada ən gözəl, ən çazibədar qızlar-dan sayılırdı, əslində, Pizada bu çür kərtəngələ kimi çevik qızlar az deyildi. Messer Riççyardo gözəl və təntənəli toy eləyib qızı evinə kətirdi. Nikah xatirinə ilk gecəni onunla bir təhər yaxınlıq elədi; burası da var ki, o az qalmışdı bu birçə dəfə yaxınlığı ilə çıxılmaz vəziyyətdə qalsın. O, arıq, sısqa, süst bir adam olduğundan, ertəsi gün səhər qırmızı şərabla, bədən möhkəmləndirən dava-dərmanla, ədviyyə ilə və başqa vasitələrlə özünü qüvvəyə gətirməli oldu. Çənab hakim əvvəlkindən daha artıq öz canının qeydinə qalaraq, arvadına, savad öyrənən uşaqlara yarayan və yəqin ki, vaxtilə Ravennada tərtib edilən bir təqvim öyrətməyə başladı; çünki onun sübut etdiyi məsələlərdə elə bir gün yox idi ki, o günə bir deyil, bir neçə bayram düşməmiş olsun. Ər ilə arvad da, bu bayramlara öz hörmətlərini göstərərək, müxtəlif səbəblərə görə belə günlərdə yaxınlıq etməkdən çəkinməli idi. Cənab hakim bu bayramlara böyük və kiçik pəhrizləri, müqəddəs həvvarilərin və minlərlə başqa müqəddəs şəxslərin ərəfə-lərini, çümələri, şənbələri, İsanın doğulduğu günü, bütün böyük pəhrizi, ayın mərhələlərini və bir çox başqa şeyləri əlavə edirdi, bəlkə də o elə düşünürdü ki, öz mülki işlərini yerinə yetirirkən, bəzən yol verdiyi feriyalara arvadla da yataqda əməl etmək lazımdır. Cənab hakim bu xətti-hərəkəti uzun zaman davam etdirdi, həmişə də arvadını diqqətlə qoruyurdu ki, birdən bir başqası ona, o, bayram günlərini öyrətdiyi kimi, iş günlərinin də olduğunu başa salar.

İstilər düşəndə messer Riççyardo Monte Nero yaxınlığında olan gözəl malikanələrindən birində əylənmək arzusuna düşdü. Oranın havası yaxşı olduğundan, bir neçə gün bu malikanədə qalmaq istədi. Gedəndə gözəl arvadını da özü ilə apardı. Bir gün o, arvadını əylən-dirmək üçün, ona balıq tutmağı göstərmək istədi. Onlar iki qayıqda balıq ovuna baxmağa getdilər: messer Riççyardo balıqçılarla bir qayığa, arvadı da qadınlarla başqa qayığa minmişdi. Bu əylənçə onları çox maraqlandırırdı, onlar özləri də hiss etmədən, sahildən bir neçə mil üzaqlaşdılar; bütün diqqətləri balıq ovunda idi. Birdən Paqanino da Marenin gəmisi göründü, – Paqanino məşhur dəniz qulduru idi. O, qayıqları körüb, gəmisini onlara sarı yönəltdi. Qadın-lar minən qayığı bərk sürüb sahilə çatdıra bilmədilər, Paqanino özünü onlara yetirdi. Qayıqda gözəl bir qadın görüb, ayrı heç nəyə əl vurmadan, Riççyardonun gözü qabağında arvadı öz gəmisinə qoyub apardı. Riççyardo bu zaman sahildə durmuşdu. Cənab hakim o qədər qısqanc idi ki, öz arvadını havaya da qısqanırdı, bunu görəndə onun nə hala düşdüyünü heç soruşmaq lazım deyil. Pizada və başqa yer-lərdə dəniz quldurlarının cinayətkar işlərindən o, çox şikayətləndi, ancaq bunun heç bir nəticəsi olmadı: o bilmirdi arvadını kim qaçır-mışdır və onu hara aparmışlar. Paqanino gözəl qadını görüb, onu ələ keçirməsindən razı qaldı, arvadı olmadığından, bu qərara gəldi ki, qadını həmişə öz yanında saxlasın. Qadın bərk ağladığından, ona nəzakətlə təsəlli verməyə başladı. hava qaralandan sonra təqvim Paqaninonun qurşağından yerə düşdü, bütün bayramlar, feriyalar yadından çıxdı, o, qadına işlə təsəlli verməyə başladı, – ona elə gəlirdi ki, gündüz söylənən sözlərin köməyi az olmuşdur. Elə də təsəlli verdi ki, Monakoya gəlib çatana kimi hakim də, qanunlar da qadının yadından çıxdı. O, Paqanino ilə çox ləzzətli həyat sürməyə başladı, – dünyada heç belə ləzzətli həyat olmazdı. Paqanino qadını Monakoya gətirdikdən sonra ona gecə-gündüz təsəlli verməkdən başqa, onu öz arvadı kimi hörmətlə saxladı.

Bir qədərdən sonra messer Riççyardoya arvadının harada olduğu xəbəri çatdı. O elə güman etdi ki, bu məsələ üçün lazım olan işləri heç kəs onun kimi yaxşı eləyə bilməz. Qərara gəldi ki, özü onun dalınca getsin: arvadını geri almaq üçün nə qədər pul istəsələr, ver-məyə hazırdı. Belə bir arzu ilə gəmiyə minib, Monakoya getdi, orada arvadını gördü, arvadı da onu gördü. Qadın axşam bunu Paqaninoya dedi, sonra da öz rəyini söylədi. Səhər messer Riççyardo Paqaninonu gördü, onunla tanış oldu, az vaxtda onunla dost oldu. Paqanino da özünu elə göstərdi ki, guya onu tanımır, gözlədi ki, görsün bu işin axırı hara çıxacaq. Bir gün messer Riççyardoya elə gəldi ki, daha vaxt çatmışdır; o bacardığı qədər dostçasına, çox mehribanlıqla buraya gəlməsinin səbəbini açıb ona dedi, xahiş etdi ki, nə istəyirsən al, ancaq arvadı geri qaytar. Paqanino bu sözün qabağında gülə-gülə dedi: «Messere, xoş kəlmisiniz! Sizə qısaca cavab vermək üçün deməliyəm: doğrudur, mənim yanımda cavan bir qadın yaşayır, bilmirəm o sizinmi arvadınızdır, ya başqasının, çünki mən sizi tanı-mıram, onu da ancaq mənim yanımda yaşayandan bəri tanıyıram. Deyirsiniz ki, onun ərisiniz, onda mən sizi onunla görüşdürərəm, siz mənə yaxşı və hörmətli bir adam kimi görünürsünüz, mən əminəm ki, o sizi tanıyacaq. O desə ki, məsələ siz deyən kimidir, sizinlə getmək istəsə, sizin xatiriniz üçün mən buna etiraz etmərəm, siz də bunun əvəzində mənə lazım bildiyiniz qədər pul verərsiniz. Amma məsələ siz deyən kimi olmasa, onu mənim əlimdən almaq istəsəniz, onda pis iş tutmuş olarsınız, çünki mən cavan oğlanam, mənim də əlimdə başqaları kimi arvad ola bilər. Xüsusilə beləsi: ömrümdə belə gözəl arvad görməmişəm». Messer Riççyardo onun cavabında dedi: «Buna söz ola bilməz, məni onunla görüşdürsən, özün görəcəksən, o dərhal yüyürüb boynumu qucaqlayacaq, buna görə xahiş edirəm ki, dediyin kimi də elə, məni onunla görüşdür». Paqanino «onda gedək» deyib, Riççyardonu öz evinə apardı. Zala girib tapşırdı ki, qadını çağırsınlar. Qadın geyimli-keçimli, bərli-bəzəkli, öz otağından çıxıb, messer Riççyardo və Paqanino olan zala gəldi, lakin o, messer Riççyardoya elə münasibət köstərdi ki, Paqanino ilə özgə bir adam kəlsəydi, ona da belə münasibət köstərmiş olardı. hakim el zənn edirdi ki, arvadı onu böyük sevinclə qarşılayacaqdır lakin belə soyuqluğu görüb çox təəccub elədi, ürəynndə dedi: «Bəlkə də o, əlimdən çıxandan bəri, bu uzun müddətdə çəkdiyim dərd, qəm-qüssə məni elə dəyişmişdir ki, o məni tanıya bilmir». Buna görə də dedi: «Arvad, səni balıq tutmağa aparmağım mənə çox baha oturdu, çünki sən əlimdən çıxandan sonra çəkdiyim dərdi heç kəs ömründə çəkməmişdir, sən mənimlə elə danışırsan ki, elə bil məni tanımırsan. Görmürsən ki, mən sənin ərin messer Riççyardoyam? Gəlmişəm ki, evində olduğumuz bu ləyaqətli adama istədiyi qədər pul verim, yenə də sənə sahib olub aparım. Bu adam da, verəcəyim pulun qabağında, iltifat göstərib, səni mənə qaytarır». Qadın azca gülümsəyərək dedi: «Messere, siz bunu mənə deyirsinizmi? Əməlli baxın, yəqin siz məni kimə isə oxşadırsınız, mən sizi tanımıram, sizi heç görməmişəm də». Messer Riççyardo dedi: «Bir fikirləş gör nə danışırsan, mənə yaxşı-yaxşı bax, olmuş şeyləri yadına salmaq istəsən, görərsən ki, doğru-dan da mən sənin ərin Riççyardo da Kinzikayam». Qadın dedi: «Messere, məni bağışlayın, deyirsiniz ki, mənə yaxşı-yaxşı baxın, sizə çox baxmaq bəlkə də mənim üçün abırsızlıq olardı, əslində, mən sizə çox diqqətlə baxmışam, əmin olmuşam ki, indiyə qədər sizi heç görməmişəm». Messer Riççyardo elə zənn etdi ki, arvadı Paqani-nodan qorxduğu üçün belə eləyir, onun yanında messerin arvadı olduğunu boynuna almaq istəmir. Buna görə, bir az sonra Paqani-nodan xahiş etdi ki, qadınla təklikdə, ayrı bir otaqda danışmağa icazə versin. Paqanino buna ancaq bir şərtlə razı oldu, dedi ki, arvad istəməsə, onu öpməyin. Qadına da əmr etdi ki, onunla bərabər otağa get, gör o sənə nə demək istəyir, istədiyin kimi də ona cavab ver. Qadınla messer Riççyardo ayrı bir otağa getdilər. Hər ikisi oturduq-dan sonra messer Riççyardo danışmağa başladı: «Mənim qəlbim, mənim çanım-çiyərim, mənim ümidim, doğrudanmı sən ərin Riççyardonu tanımırsan? Axı o səni öz canından çox istəyir. Axı bu necə ola bilər? Yoxsa mən çox dəyişmişəm? Gözümün nuru, mənim əzizim, bir azca mənə bax!» Onun arvadı gülməyə başladı, onu daha danışmağa qoymayıb dedi; «Siz çox yaxşı başa düşürsünüz ki, mənim hafizəm o qədər də zəif deyil ki, sizi tanımayam, mənim ərim messer Riççyardo da Kinzika olduğunuzu bilməyəm. Amma mən sizinlə yaşayanda siz göstərdiniz ki, məni çox pis tanıyırsınız; siz həmişə özünüzü çox ağıllı bir adam kimi göstərmək istəyirsiniz; siz ağıllı adam olsaydınız, gərək başa düşəydiniz ki, mən cavan, təra-vətli, sağlam arvadam, cavan arvadın da, – bunu utandığından deməsə də, – yeməkdən, paltardan başqa ayrı bir şeyə də ehtiyacı var. Onun bu ehtiyaclarını necə ödəyirdiniz, – bunu özünüz bilirsiniz. Sizin üçün qanunla məşğul olmaq arvadla məşğul olmaqdan xoş idisə, onda kərək məni almayaydınız. Əslində, siz mənə heç hakim kimi də görünmürdünüz. Mən sizi müqəddəs işlərin, bayramların carçısı kimi təsəvvur edirdim, çünki siz bunları, həm də pəhrizləri, ərəfələri çox yaxşı bilirdiniz. O adam ki mənim xırdaca əkin yerimi becərməli idi, ona verdiyiniz bayram günlərini öz malikanələrinizdə işləyən rəncbərlərə versəydiniz, heç məhsulunuz olmazdı, bircə dən də əldə etməzdiniz. Allah mənim cavanlığımı nəzərə alıb, mənə rəhm elədi: bu adama rast gəldim. Mən bu otaqda yaşayıram; burada bayram nə olduğunu bilmirlər (mən o bayramları deyirəm ki, siz arvadlara deyil, allaha daha artıq itaətkarlıq köstərib, onlara riayət edirdiniz), nə cümə, nə şənbə, nə ərəfə, nə dörd pəhriz, nə uzun zaman davam edən böyük pəhriz bu qapıdan içəri girməmişdir, burada geçə-gündüz işləyib yun didirlər. Eləki bu işə girişdik, daha dayanmadıq. O vaxtdan bəri axşam olan kimi ibadət zəngləri çalınır. Buna görə, nə qədər ki cavanam, bu adamın yanında qalıb, onunda işləmək istəyirəm, bayramları, indulgensiyaları, pəhrizləri qoçalanda yerinə yetirərəm. Siz mümgün qədər tez çıxıb gedin, allah köməyiniz olsun, gedin, mənsiz nə qədər istəyirsinizsə bayram edin». Messer Riççyardo bu sözləri eşidib yaman kədərləndi, sonra arvadının susduğunu görüb dedi: «Ah, mənim çanım-ciyərim, bu nə sözdür danışırsan? Ata-ananın, öz namusunun sənə dəxli yoxdurmu? Sən burada bu adamın məşuqəsi olmağı, böyük bir günah içində yaşa-mağı Pizaya qayıdıb mönim arvadım olmaqdan üstün tutursan? Bu adam səndən doyandan sonra səni böyük rüsvayçılıqla qovacaq, amma Pizada həmişə mənim əzizim olacaqsan, mən ölsəm də, evimin sahibi olacaqsan. Sən bu dəlicəsinə, biabırçı ehtirasa uyub, öz namusunu, səni öz çanından artıq istəyən adamı yaddan çıxara-caqsan? Sən mənim ümidimsən, mənə daha belə sözləri demə, mənimlə getməyə razı ol. Bundan sonra sənin arzunu nəzərə alıb, o məsələdə səy göstərəçəyəm. Buna görə, mənim əzizim, fikrini dəyiş, gəl mənimlə gedək. O vaxtdan ki, səni mənim əlimdən alıblar, mən heç özümü yaxşı hiss etməmişəm». Bu sözün qabağında arvadı ona belə cavab verdi: «Qoy heç kəs mənim namusumun fikrini çəkməsin (indi də ki, heç lazım deyil). Mən özüm öz namusumun qeydinə qalaram. Atam-anam məni sənə verəndə mənim namusumun fikrini çəkməli idilər. Onda mənim namusumun fikrini çəkməmişlər, indi mən də onların namusunun fikrini çəkmək istəmirəm. İndi mən böyük günah içində olsam da, bir gün bəlaya düşsəm də, siz bundan ötrü həyəcan keçirməyin. Sizə bir şey də deyim: burada mən elə zənn edirəm ki, Paqaninonun arvadıyam, amma Pizada elə bilirdim ki, sizin məşuqənizəm. Orada sizin ulduzunuzla mənim ulduzum ancaq ayın mərhələləri əsasında, həndəsi hesablama üzrə bir-biri ilə toq-quşurdu, amma burada Paqanino bütün gecəni məni öz ağuşunda saxlayır, basıb əzir, dişləyir, özü də necə becərir! Siz də durub deyirsiniz ki, səy edəcəyəm. Nə ilə? Səy edəcəksiniz ki, toppuzu üç götürümə qaldırasınız? Bilirəm axı, məndən sonra yaxşı at minən olmusunuz! Çıxın gedin, öz başınızı dolandırmağa çalışın. Mənə elə gəlir ki, bu dünyada siz təcrübə keçirən bir kirayənişin kimi yaşayır-sınız, çünki sizi çox ölgün, çox sısqa görürəm. Sizə bir şey deyim: bu adam məni atıb getsə (amma deyəsən o, belə fikirdə deyil, mən getməsəm, o məni atmaz), sizin yanınıza qayıtmaq fikrində deyiləm, çünki sizi sıxsalar, bircə cam da şirə çıxmaz. Bir dəfə sizin yanınızda olmaqla mən böyük ziyana düşdüm, onun yanından getsəm, başqa bir yerdə özümə qida axtaracağam. Buna görə, bir də sizə deyirəm: burada nə bayram var, nə bayram axşamı, bunun üçün mən burada qalmaq fikrindəyəm, siz də mümgün qədər tez çıxıb gedin, yoxsa çığır-bağır salaram ki, məni zorlamaq istəyirsiniz». Messer Riççyar-do gördü ki, iş pisdir; o, ancaq indi anladı ki, axmaq iş tutmuşdur: bədəncə zəif olduğu halda, özünə cavan qız almışdır. Qəmgin və pərişan halda otaqdan çıxdı, Paqaninoya da çox söz dedi, ancaq bunun heç bir nəticəsi olmadı. Axırda əlacsız qalıb Pizaya qayıtdı, dərddən elə sərsəm hala düşdü ki, şəhərdə ona salam verən, ya ondan bir şey soruşan adama o ancaq belə deyirdi: «Murdar dəlik bayram-lara riayət etmək istəmir». Az sonra messer Riççyardo öldü. Paqa-nino bunu eşidib, qadını özünə qanuni arvad elədi, – o bilirdi ki, Bartolomeya onu çox istəyir. Onlar nə bayramlara, nə bayram axşamlarına riayət edir, nə də pəhriz saxlayırdılar, gücləri çatan qədər işləyir, xoş həyat keçirirdilər. Buna görə, mənim əziz xanım-larım, mənə elə gəlir ki, Bernabo Ambrociolo ilə mübahisə edərkən, keçiyə minib enişə doğru gedirdi.

Hekayəni eşidəndə hamı gülməkdən uğunub getdi, məç lisdə elə adam olmadı ki, gülməkdən onun rəngi ağarmasın; bütün xanımlar bir ağızdan dedi ki, Dioneo doğru deyir, Bernabo axmaq adammış. Hekayə qurtarandan və gülüş kəsildikdən sonra kraliça gördü ki, daha gecdir. Hamı öz hekayəsini söyləmiş, onun hakimiyyət dövrü qurtarmışdır, qoyulan qayda-qanuna riayət edərək, çələngi öz başın-dan götürdü, Neifilanın başına qoyub, gülərüzlə dedi: «Əziz rəfiqəm, qoy indi sənin hakimiyyətin bu kiçik xalq üzərində bərqərar olsun!» Sonra yenə də oturdu, Neifila aldığı bu hörmətli vəzifədən bir az qızardı, aprel ya may ayında təzə düşmüş şeh səhər tezdən necə rəng alırsa, onun da üzü elə şəfəqləndi, bir az aşağı dikilmiş gözləri dan ulduzu kimi parıldadı. Hamı fərəhlə onu tərifləyib, öz ixlaskarlığını bildirdikdən sonra, kraliça ürəkləndi, belini bir az düzəldərək dedi: «Siz məndən əvvəlki kraliçaların idarə tərzini bəyənmişdiniz, indi mən də kraliça olmaqla, onların iş üsulundan kənara çıxmayaraq, buna riayət edib, bir neçə sözlə öz rəyimi sizə bildirmək istəyirəm; əgər bəyənsəniz, biz bu qayda ilə hərəkət edərik. Sizə məlumdur ki, sabah cümədir, o biri gün də şənbədir: bu günlər, yemək çəhətdən, çoxlarının xoşuna gəlmir. Bunu da deməliyəm ki, çümə gününü xüsusi qeyd etmək lazımdır, çünki bu gün bizim niçatımız üçün ölən adam əzab çəkmişdir. Buna görə, mən bu gün hekayə söyləməyi deyil, allaha dua etməyi daha ləyaqətli iş hesab edərdim. Bir də ki, şənbə günü qadınlar, adətən, başlarını yuyurlar, bir həftə ərzində yığılan tozdan-çirkdən özlərini təmizləyirlər; həm də, ümumi qay-daya görə, Məryəm ananın şərəfinə pəhriz saxlanılır, bazar günü də heç kəs iş görmür, hamı istirahət edir. Lakin biz, qoyulan qayda-qanunu tamamilə yerinə yetirmək imkanında deyilik, buna görə elə güman edirəm ki, bu gün hekayə söyləməkdən çəkinməklə yaxşı iş tutmuş olarıq. Bir də ki, görd gündür biz burdayıq, əgər başqa adamların bura gəlməsini istəmiriksə, onda ayrı yerə getməyi mən daha düzgün hesab edirəm: həra gedəcəyimizi də düşünmüşəm, bu barədə tədbir görmüşəm. Biz bazar günü günorta yuxusundan sonra ora yığışanda, – çünki bu gün bizim söylədiyimiz hekayələrin və söhbətlərin mövzusu çox geniş olmuşdur, – əvvəla sizin üçün fikirləşməyə vaxt olar, həm də danışacağınız hekayələri daha yaxşı düşunüb seçər, qəza-qədərin işrindən birini nəql edə bilərsiniz, məsələn, zənnimcə, elə adamlardan danışmaq olar ki, bacarıqlı olduqların dan, çox arzu etdikləri bir şeyi əldə edirlər, ya da əllərin-dən çıxan bir şeyi geri qaytarırlar. Qoy bu barədə hamı fikirləşsin, elə hekayə danışsın ki, bunun məclisimizə xeyri olsun, ya da heç olmasa gülməli olsun. Dioneoya da verilən imtiyazı həmişə saxlamaq lazımdır». Kraliçanın nitqini və təklifini hamı alqışladı, dedilər ki, belə də olmalıdır. Kraliça bu danışıqdan sonra öz yavərini çağırt-dırdı, axşam süfrəsini harada açacağını, yeni hakimiyyət dövründə nə edəcəyini ona müfəssəl izah etdi. Sonra bütün məclislə bərabər yerindən qalxıb hamıya icazə verdi ki, kim nə etmək istəyirsə eləsin. Xanımlar və kişilər bağa getdilər, burada bir qədər gəzdikdən sonra, axşam yeməyinin vaxtı çatanda, gedib gülə-gülə, məmnuniyyətlə yemək yedilər. Süfrə yığışandan sonra kraliçanın arzusu ilə, Yemi-liya rəqs təşkil etdi, hamı Pampineyanın oxuduğu mahnını təkrar edə-edə oynaıaqa başladı:

 
Hansı qadın mənim tək nəğmə oxuya bilər,
Bütün arzum-diləyim yerinə yetib əgər?
 
 
Gəl ey Amur, gəl mənim hər səadət bulağım,
Yetdiyim arzuların bir sənsən səbəbkarı!
Gəl bir nəğmə oxuyaq, gəl bir nəğmə oxuyaq,
Olmasın bu nəğmələr bir acı könül ahı;
Mən bunları sanıram bir sevinc qanadları;
Mən bu şənlik, bu oyun içində parlayaraq,
Yanıram, bu alışan odda-alovda ancaq
Birçə səni tuturam allah ilə bərabər.
 
 
Alovuna, oduna büründüyüm o ilk gün
Gətirdin göz önünə bir gənci ki, sən
Amur, onda mən
Bir ülviyyət, çəsarət, quvvət ramzini gördüm.
Bu ülviyyət tacıdır, bunları özgədə mən
Tapmaram heç bir zaman, axtarmaram heç nahaq.
Məın əsir eləyib, hökmdarım, o hər vaxt,
Saninlə oxuyuram onun haqda nəğmələr.
 
 
Fəqət yüksək nəşəmi bunda tapıram ki, mən
O, mənə çox əzizdir, mən də ona çox əziz.
Ulu tanrım, mən sənə çox təşəkkür edirəm, –
Ayırmadın könlümü bu gözəl istəyindən!
Məkim o sevgilimə sədaqətim, şübhəsiz,
Bu dünyada ona da, mənə də olar həmdəm.
Bunu o böyük allah görür hər yerdə, hər dəm.
Öz gözəl dünyasında o bizi qəbul edər.
 

Bu mahnıdan sonra daha bir çox mahnı oxudular, bir neçə dəfə oynadılar, müxtəlif musiqi alətlərində çaldılar. Kraliça istirahət vaxtının çatdığını bildirəndə, hər kəs, əlində məşəl, öz otağına getdi. O biri iki gün də kraliçanın dediyi işlərlə məşğul olub, bazar gününü səbirsizliklə gözləməyə başladılar.

Бесплатный фрагмент закончился.

260 ₽
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
18 октября 2022
ISBN:
978-9952-8125-9-7
Правообладатель:
JekaPrint

С этой книгой читают

Новинка
Черновик
4,9
163