Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Kopenhagen trilogiyası», страница 5

Шрифт:

XIII BÖLÜM

Peter əmi nənəni öldürmüşdü. Ən azından valideynlərim və Rozalia xalanın dediyi bu idi. O və Aqnete xala onu Milad bayramı ərəfəsində evindən götürmüşdü, həmin gün isə güclü qar çovğunu var imiş. Onların üçü də ən azından taksinin gəlməsi üçün on beş dəqiqə gözləməli olmuşdular. Və öz möhtəşəm sağlıq durumuna rəğmən evə qayıtmaq üçün maşın tutmağa pul ödəmək Peter əmimin də ağlına gəlməmişdi. Artıq axşam nənəm sətəlcəm olmuşdu və xalamgil onun yerini qonaq otağında açdıqları divanda düzəltmişdilər. Bu otaq əlbəttə ki, hər Milad bayramında isidilirdi. – “Amma bilirsən”, – anam deyir, – “ilin cəmi üç günü isidilən otaq necə nəmişlik ola bilər?” Nənə bütün bayram günlərini orada yatdı və biz onu hər birimiz ziyarət etdik. Və o, öləcəyindən tamamilə əmin idi. Bizlər isə buna inanmırdıq. O, ağ, uzun boynu olan gecə xalatında idi, arıq, damarları çıxan əlləri isə – bu əllər anamınkına bənzəyirdi – dayanmadan yorğan üzərində boş yerə nəsə önəmli bir şey axtarışında idi. İndi ki, eynəyi əynində deyildi burnunun uzun və iti, gözlərinin dərin mavi, olduğunu görmək mümkün idi. Ağzının isə gülmədiyi anlarda ciddi, dəyişməz bir ifadəsi vardı. O, dayanmadan öz dəfn mərasimindən və Kəndli bankının qalmaqallı dəyişiklikləri vaxtı itirdiyi beş yüz krondan danışırdı. Anam və xalam ürəkdən gülür və deyirdilər: – “Ana, vaxtı gələndə sənin gözəl bir dəfn mərasimin olacaq.”Məncə onu ciddiyə alan yeganə adam mən idim. Onun 67 yaşı vardı, hər halda mənim düşüncəmə görə həmin tarixə çox zaman qalmamalı idi. Bizoxunacaq himnlə bağlı razılığa gəldik. “Kilsə zəngi, amma böyük şəhərlər üçün yox, sənin atıldığın kiçik şəhərlər üçün və ya əgər sən əlini Allahın şumladığı əraziyə qoysan, onda geriyə çevrilib baxma.” Sonuncu əlbəttə ki, dəfn mərasimində oxunacaq bir himn deyildi amma nənəmlə mən həmin nəğmənin çox böyük pərəstişkarı idik və mən onu ziyarət etdiyimdə biz tez-tez məhz onu oxuyardıq. Mənim tərəfdən eyni zamanda bu nəğməyə bir qədər kin də qatılmışdı. Atam bu himnə bu misrasına görə başqa himnlərdən daha çox nifrət edirdi: “Əgər hönkürtülər səsi boğursa, o zaman qızıl məhsul haqqında düşün. Onun fikrincə bu kilsə tərəfdən işçi sinfin alçaldılması demək idi.

Elə istəyirdim ki, nənəm üçün özüm bir himn yazam, amma bacarmırdım. Bir neçə dəfə sınamışdım, amma onların hamısı köhnə himn kimi səslənirdi və belədə kədərlənib bu işin başını buraxmalı oldum. Milad bayramının ikinci günündən sonra dəhşətli bir şey baş verdi. Üç bacı nənəmin çarpayısının aşağısında oturmuşdular, Peter əmim də otaqda idi, qəfildən qapının zəngi çalındı, xalam uşaqlarından biri qapını açdı və “içi boş ayaq” xəstə yatdığı çarpayıya yaxınlaşdı. Rozalia xalam əllərini üzünə apardı və hönkürtü ilə ağladı. “İçi boş ayaq” isə yerində çevrilib onun üstünə çımxırdı: “Ya bu dəqiqə ulamağını dayandırırsan, ya da lənətə gələsən, sənin bütün sümüklərini indi sındıracağam. Peter əmim qabağa keçib içkili kişinin qolundan yapışdı, sonra biz uşaqların üstünə qışqırıb otaqdan çıxartdılar. Otaqdan dəhşətli bağırtı, qadınların çığırtılarının səsi gəlirdi və bütün bunların ortasında nənənin sakit, hökmran səsi onun xarakterinin qalan tərbiyəli yönünü göstərməyə səy edirdi. Sonra qəfildən ortaya sakitlik çökdü və biz sonradan öyrəndik ki, Peter əmim onu sürükləyib çölə tullayıbmış. Onu daha öncə həmin evə heç zaman buraxmazdılar. Bizim küçəmizdəki evdə də eyni şey idi. Kişilər ya içirdi, ya da içən kişilərə çox dərin və hiddətli bir nifrət duyurdu. Nənəmin durumu pisləşəndə və həkim deyəndə ki, çox güman bu böhranı arxada qoya bilməyəcək, mənə daha onu ziyarət etməyə icazə vermədilər. Anam gecə-gündüz onun yanında idi və evə qızarmış gözlərlə və ruhdan salan xəbərlərlə gəlirdi. Nənəm öləndə də heç mənə onu görməyə icazə vermədilər, amma Edvinə verdilər. O dedi ki, öləndən sonra da nənəm sağ vaxtlarındakı kimi görünürmüş. Amma dəfn mərasimində iştirak etdim. Mən bazar günü kilsədə anamın və Rozalia xalamın yanında əyləşdim və artıq mərasim başladığında məni gic gülmək tutdu. Bu elə dəhşətli idi ki, cib dəsmalımı üzümə, burnuma tutdum ki, bəlkə mənim də sadəcə başqaları kimi ağladığımı düşünələr. Xoşbəxtlikdən mənim də yanağımdan yaşlar axırdı. Onun ölümü münasibəti ilə heç bir şey duymadığıma görə dəhşətə gəlmişdim. Mən nənəmi həqiqətən də sevirdim. Və bizim onun üçün birlikdə oxuduğumuz nəğmələr onun üçün oxundu. O zaman niyə yas saxlaya bilmirdim ona görə? Dəfn mərasimindən uzun zaman sonra mənim yorğanımı nənəmin yorğanı ilə əvəz etdilər. Anama miras qalan yeganə şey bu idi. Axşam vaxtı, yorğanı üzərimə çəkdiyimdə nənəmə məxsus xüsusi təmiz döşəkağının iyini içimə çəkdim. Onda ilk dəfə ağladım və ilk dəfə nəyin baş verdiyini başa düşdüm. Ah, nənə, sən bir daha mənim necə oxuduğumu eşitməyəcək-sən. Sən bir daha heç zaman mənim çörəyimin üzərinə kərə yağı çəkməyəcəksən. Və həyatın haqqında mənə danışmağı unutduqlarını heç zaman bir daha aşkar edə bilməyəcəksən. Uzun müddət yatmazdan öncə xeyli ağlayırdım, çünki nənəmin iyi yorğana hopmuşdu və hələ də gəlirdi.

XIV BÖLÜM

“Bax, bu büzücünü vaxtında çatdır ha, Allah köməyin olsun!” – anam ağır maşını mənə tərəf tolazlayıb dedi. Ayaq barmaqlarıma düşəcəkdi, güclə hoppanıb yayındım. O, indi çamaşırxanada buxar borusunun yanında dayanıb və mən bilirəm ki, ayın bu günündə o, yarıdəli kimidir. Amma mən dəhşətli vəziyyətdəyəm. O, maşının icarəsini ödəməyim üçün mənə 10 öre pul verdi. Keçən dəfə qiymət 5 öre də qalxmışdı, ona görə söz vermişdim ki, qalan 5 öreni də növbəti dəfə ödəyəcəyəm. Belədə bu dəfə onlara 20 öre verməliydim, mənimsə üstümdə cəmi 10 öre vardı. – “Ana, mən qorxa-qorxa dedim, qiymət qalxırsa, mən nə edə bilərəm?”, – o başını qaldırır və nəm saçlarını geri atır, – “sənə nə deyilir onu elə!” O, hədələyici tonla dedi. Mən çamaşırxanadan küçəyə çıxıram, boz səmaya baxıram, sanki səmadan kömək gözləyirəm. Axşam idi, zibil yeşiklərinin yanında hər zaman orada olan dəstə yenə yığışmışdı. Kaş onlardan biri də mən olardım. Kaş mən də Rut kimi olardım. O, o qədər balacadır ki, izdihamın içində itib-batır. – “Salam Tove”, – o xoşbəxtliklə qışqırır, çünki məni tərk etdiyi haqqında heç bir fikri yoxdur. – “Salam”, – mən cavab verirəm, qəfildən ümid hiss edirəm. Yaxınlaşıb Ruta işarə edirəm ki, arxamca gəlsin. Sonra tapşırığımı ona izah edirəm və o deyir: – “Mən də səninlə gəlirəm. Mən həll edəcəyəm problemsiz. 10 öreni mənə ver, bu heç nədən daha yaxşıdır.” Böyüklərin davranışı üzərində çox baş sındırmayan Rut üçün hər şey birbaşadır. Böyüklərin davranışı heç mənim də vecimə deyil, amma məsələ anam olduqda onun proqnozlaşdırıla bilinməyən şəxsiyyətini mən artıq qəbul etmişəm. Sundevedsqata küçəsinin başında qaçmağa hazır şəkildə bir küncdə gözləyirəm. Həmin ərəfədə Rut mağazaya dürtülür, maşını piştaxtanın üzərinə tullayır sonra mənə tərəf götürülür. Tam Amerikavay küçəsinə kimi qaçırıq, təngnəfəs oluruq. Sonra köhnə günlərdə olduğu kimi bir-birimizə qoşulub gülürük. – “Qancıq arxamca bağırırdı”, – Rut nəfəs almaqda çətinlik çəkərək dedi, – “bunun qiyməti on beş öredir! O arxamca qışqırdı, amma iri qarnı ilə maşının yanından kifayət qədər tez ötüb keçə bilmədi. Aman Allahım, bu necə də gülməli idi.” Şəffaf göz yaşları onun gözəl, balaca üzündə şırnaq izləri buraxırdı və mən özümü xoşbəxt, minnətdar hiss edirdim. Biz evə gedəndə Rut məndən soruşur ki, niyə onların zibil qabının yanına yığışan dostlarına qoşulmaq istəmirəm. – “Onlar elə əyləncəlidirlər ki, o böyük qızlar”, – o deyir. SOnlar çox əntiqə zaman keçirdir. Əgər Rut orada olmaq üçün kifayət qədər böyükdürsə, mən də orada ola bilərəm. Yenidən evə yetişdiyimizdə gördük ki, yalnız Minna və Qrete hələ də zibil yeşikləri olan küncdədirlər. Rut bu Minnada nə tapıb, başa düşə bilmirəm. Qrete ön binada boşanmış ana ilə yaşayır və xalam kimi o da dərzi işləyirdi. O, yeddinci sinifdədir və mən onu heç də yaxşı tanımıram. Əynində sinəsinin iki qabarıq yerini aşkar edən toxunma bluza var, bu qabarıqlar təəssüf ki, məndə çatışmır. Güləndə ağzının əyri olduğunu görmək olur. Künc demək olar qaranlıqdır və zibil qabları üfunət iyi verir. İki böyük qız onların üzərində oturub və Minna qonaqpərvərliklə yanında Ruta yer edir. Mənsə dirək kimi dayanmışam və nə deyəcəyimlə bağlı düşünə bilmirəm. Bu mənim illərdir səbrsizliklə gözlədiyim bir inkişaf idi, amma indi əmin deyiləm, bu böyük işdirmi? – “Qerda tezliklə doğacaq”, – Qreta dabanlarını zibil qablarına döyəcləyərək deyir. – “O da Gözəl Lüdviq kimi gecikmiş olacaq”, – Minna ümidlə dillənir. – “İçkili vəziyyətdə təməli qoyulan uşaqların başına gələn məhz bu olur. Cəhənnəmə ki!”, – Rut deyir. O zaman bizlərdən çoxumuz gərək ləngiyərək doğulardıq. Onlar hər zaman belə danışırlar, hər zaman da başqaları haqqında çirkin və iyrənc sözlər demək üçün əsas tapırlar. Mənə maraqlıdır, görəsən mən də arxamı çevirən kimi mənim haqqımda belə danışırlar? İrişərək seksdən, içib sekslə məşğul olmaqdan, qeyd edilməyən bağlantılardan danışırlar. Qreta ilə Minna deyir ki, onlar konfirmasiya olandan sonra öz bakirəliklərini heç bir saat da artıq saxlamayacaqlar. Həm də yaşları on səkkizi keçməmiş çalışacaqlar ki, uşağa qalmasınlar. Bütün bunları daha öncə də Rutdan eşitmişdim və zibil yeşikləri yığılan küncdə gedən söhbətlər son dərəcə darıxdırıcı və cansıxıcı gəlirdi. Bu söhbətlər məni sıxır və məcbur edir ki, belə ortamdan, küçədən, hündür binalardan uzaq duram. Bilmirəm, başqa küçələr, məhəllələr, başqa insanlar, binalar da mövcuddurmu? İndiyə kimi yalnız baqqaldan üç kilo kartof almaq lazım gələndə Vesterbroqata küçəsində olmuşam. Oradakı kişi həmişə mənə konfet verərdi. Sonradan həmin kişi çevrildi oldu “Cənab X”. Gündüz vaxtı səssiz-səmirsiz balaca dükanına baxardı, axşamlar isə polisi aldadıb şəhərin poçt idarələrinə soxulardı. Onu tutmaq üçün polisə illər lazım oldu. Rut qəfildən “Tovenin oğlan dostu var” deyəndə düşüncələrim haradasa çox uzaqlarda idi. Hər iki qız şaqqanaq çəkib güldü. – “Bu lənətə gəlmiş yalandır”, – Minna dedi, – “o, belə davranmaq üçün həddindən artıq müqəddəsdir.” – “Əgər yalandırsa, lənətə gəlim!”, – Rut gülərək sözünün üstündə durdu. Gülüşündə bədxahlıq yox idi. Onun kim olduğunu da bilirəm. O, qıvrımsaç Çarlzdır. “Oh, ha ha!” Onlar gülüş səslərini ikiqat artırdı və aralarında ən hündürdən gülən elə mən oldum. Bunu ona görə etdim ki, Rut sadəcə olaraq bizi əyləndirmək istəyirdi və mənə elə gəlirdi ki, burada gülməli, əylənməli heç nə yoxdur.

Qerda küçə boyu başını aşağı əyib yırğalana-yırğalana gedir, gülüş səsləri dayanır. Əlindəki toxuma səbətdə bir-birinə dəyib cingildəyən pivələr qalaqlanıb. Qısa saçı əvvəlkindən daha qaradır və üzündə qəhvəyi ləkələr əmələ gəlib. Cəld arzu edirəm ki, normal düşüncəli, gözəl, balaca uşağı olsun. Ona qız arzulayıram, qızıl saçı olsun, arxadan da hörükləri sallansın. Bəlkə də Qerda Tin Snouta aşiq idi, çünki heç kim qadının qəlbini bilə bilməzdi. Bəlkə də o, özü gündüz hər nə qədər deyib-gülsə, şənlənsə də, hər gün yatmaq üçün ağlayırmış. Zibil yeşiyi küncündə durduğunda və 14 yaşında olarkən başına nə iş gələcəyini qışqırarkən də! Mən bu ənənəni davam etdirmək istəmirəm. Mən bunu sevdiyim kişi ilə görüşənə kimi etmək istəmirəm. Amma hələ nə bir kişi, nə bir oğlan mənim tərəfə baxıb. Mən cibi pulla oynayan, işdən çıxan kimi evə gələn, “içki içməyən” sevgili istəmirəm. Mən yaşlı ev sahibəsi olmaq istəyirəm, atam-anam tədricən məhz bu yolu gedir. Atam hər zaman mənim məktəbi bitirdikdən sonra “təqaüdü olacaq sabit bir işə” sahib olmağımdan danışır. Amma bu söhbət də mənə bacarıqlı fəhlənin söhbəti kimi dəhşətli gəlir. Nə zaman ki, gələcəyim barədə düşünürəm, elə məqam olmur ki, divara dirənim. Buna görə də mən uşaqlığımı bacardığım qədər çox uzatmaq istəyirəm. Mən uşaqlığımdan kənarda özümə bir həyat düşünə bilmirəm və anam məni pəncərədən çağırdı. Bu zaman qiymətli küncümü-zibil qablarının yanını tərk edib qalxıram yuxarı. – “Hə, çox gözəl, apardın çatdırdın?”, – o soruşur. – “Hə”, – mən deyirəm. O gülür, sanki onun mənə verdiyi ağır bir tapşırığı yerinə yetirmişdim.

XV BÖLÜM

Hərçənd imtahanlarda 30 illik müharibənin nə qədər davam etdiyini bilmirəm, amma yenə də xanım Matiasen mənə deyir ki, evdə ali məktəbə getməyim üçün icazə alım. Mən heç zaman belə zarafatları başa düşə bilməyəcəyəm. Xanım Matiasen bildirir ki, mən intelligentəm və təhsilimə davam etməliyəm. Elə mən də bunu etmək istəyirəm, amma bilirəm ki, bunun öhdəsindən gələ bilmərəm. Çox da ümid etmədən hər halda atama deyirəm və o, əsəbi, qəribə tərzdə, nifrətlə cavab verir ki, qadınların oxumağı həm iyrənc, həm də uğursuz olur. Bir dəfə o, mənə Florens Naytinqeyl haqqında inşa yazmağa yardım edirdi. Ancaq onun haqqında yalnız böyük ayaqlarının və pis nəfəsinin oluğunu söyləyə bildi. Belə olduqda atamın yerinə gedib xanım Mollerupdan soruşdum. Bunu saymasaq atam mənim yazı işlərimin çoxunu yazmışdı və xanım Matiasendən xeyli yaxşı qiymət almışdı. Aşkara çıxmayacaqdı, ancaq bir gün atam Amerika haqqında inşasını belə bitirdi:

– Amerika azadlıq ölkəsi adlandırılıb. Əvvəllər azad olmaq özün olmaq demək idi. İndi isə yemək almağa pulun yoxdursa və acından ölürsənsə, bu azadlıqdır. – “Bu cəfəngiyyatla nə demək istəyirsən?”, – mənim sinif rəhbərim dedi. Biz bütün səylərimizə rəğmən yalnız “B” ala bildik. Mən təhsilimi davam etdirə bilmirəm və yalnız qısa bir müddət də uşaq qala bilərəm. Məktəbi bitirməli, konfirmasiya olmalı və çox işi olan bir evdə işə düzəlməli idim. Gələcək bədheybətdir, üzərimə yıxılacaq bu nəhəng bədheybət məni altında əzəcək. Parça-parça olmuş uşaqlığım ətrafımda dövr edir. Elə bir yerdə yırtığı yamayıram ki, dərhal başqa bir yerdən cırılır. Bu durum məni zəif və qıcıqlı edir. Anamla danışıram, udquna-udquna deyir: Yaxşı, yaxşı. Gözlə gör yad adamların arasına düşəndə necə olacaqsan. Onların böyük dərd-kədəri Edvindir. Valideynlərimizlə kəllə-kəlləyə gələndən sonra onunla çox yaxınlaşmışıq. Onun haqqında heç bir dərin, ağrılı hissim yoxdur, bu səbəbdən hansı mövzuda istəsə qorxusuz-hürküsüz mənə ürəyini aça bilər. Amma atam hər zaman onun nəsə böyük bir şey olacağına inanırdı, çünki uşaq vaxtı çox böyük istedad sahibi idi. O gitarada çala, oxuya bilirdi, bundan əlavə sinifdəki tamaşalarda hər zaman şahzadə o olardı. Məktəbimizdəki, sinfimizdəki qızların ondan ötrü ürəyi gedirdi və onunla eyni məktəbə getdiyimizdən müəllimlər hər zaman heyranlıqla mənə deyərdi: O gözəl, ağıllı oğlan sənin qardaşındır? Eyni zamanda onun işçi sinfinin Danimarka gənclər təşkilatına üzv olması, canını və qanını partiya yolunda əsirgəməməsi atama fəxarət hissi verirdi. Atam hər zaman deyirdi ki, əlinə bel götürməyən heç bir hökümət nazirinə hörmət etmir. Ona görə kim bilir o, Edvin üçün hansı gələcəyi düşünmüşdü? İndi bütün bu xəyallar məhv olmuşdu. Edvin həmin qızıl günü gözləyir ki, müdir özü olsun və yanına gələnləri özü istədiyi kimi buynuzlasın. Eyni zamanda o, 18 yaşının tamam olmasını gözləyir, çünki məhz bu yaşdan sonra evdən ayrıla, ayrıca ev kirayə götürə və rahatca istədiklərini orada edə bilər. Elə bir yerdə yaşamaq istəyir ki, qızlarını rahat ziyarətə çağıra bilsin, çünki anam bu məsələlərdə həddən artıq barışmaz mövqe tutur. Onun gözlərində bütün cavan qızlar yalnız evlənmək niyyətində olan, bacarıqlı işçi tərəfindən dəstək görmək istəyən, başqasının hesabına həyat sürmək istəyən düşmənlər idi. – “Və indi, o, pul qazanmağa hazırlaşanda”, – o, acı-acı atama deyir, – “və pulun bir hissəsini geri qaytarmaq iqtidarında olanda evdən qaçır, əlbəttə ki qaçır. Yüz faiz hansısa qızdır bu fikri onun beyninə yeridən.” O, belə şeyləri ancaq yatağa girəndən, mənim yatdığımı düşünəndən sonra edir. Edvini tamamilə və yaxşı başa düşürəm, çünki bu yaşanılası ev deyil. Və mən də 18 yaşıma çatdığımda evdən köçməyə hazırlaşıram. Amma eyni zamanda başa düşürəm ki, atam məyus olub. Təzəlikcə, atamla Edvin dalaşdığında Edvin dedi ki, Stauninq içki içir və evə qızlar gətirir. Atamın üzü qıpqırmızı oldu və ona möhkəm bir şapalaq ilişdirdi, qardaşım tappıltı ilə döşəməyə sərildi. Daha öncə heç zaman atamın Edvini vurduğunu görməmişdim. O, məni də heç zaman vurmayıb. Bir dəfə axşam valideynlərim uzanıb nəyisə yerlərində müzakirə etdiklərində atam dedi ki, gərək Edvinə qız dostunu evə dəvət etməyə icazə versinlər. – “Onun qız dostu yoxdur, daimi olan biri yoxdur”, – anam qısa və quru cavab verdi. – “Yox varıdı, atam cavab verdi. Yoxsa hər axşam evdən çıxıb harasa getməzdi. Bu yolla sən özün onu evdən didərgin salırsan.” Hər zaman olduğu kimi çox nadir hallarda atam nəyəsə belə israr edirdi və anam belə hallarda hər zaman təslim olurdu. Beləliklə Edvinə dedilər ki, Sulvayqı növbəti axşam evə qəhvə içməyə dəvət etsin. Mən Sulvayq haqqında çox bilirəm, amma heç zaman onunla görüşməmişəm. Bilirəm ki, onunla qardaşım bir-birini sevir və qardaşımın 18 yaşı olanda, müstəqil işə sahib olanda evlənməyə hazırlaşırlar. Həm də bilirəm ki, qardaşım onun evini ziyarət edir və onun valideynləri qardaşımı çox sevir. O, qardaşımla Folkets Hüsdə rəqs gecəsində tanış olub. O, Enqhavevayda yaşayır və qardaşım kimi onun da 17 yaşı var. Atası velosiped təmir edir və Vesterborqata küçəsində emalatxanası var. Özü isə təlim görmüş gözəllik salonu ustasıdır və çoxlu pul qazanır.

Axşam gəlib çatdı və biz hamımız narahatlıqla anamın hərəkətlərini izləyirdik. Mən ona kömək etdim və biz sahib olduğumuz yeganə ağ örtüyü masaya sərdik. Edvin isə boş-boşuna ona baxırdı ki, anam da ona baxsın və o gülsün. Əynində konfirmasiyasına geyindiyi kostyumu vardı, həm qolları, həm də balaqları ona qısa idi. Atamın əynində ən yaxşı bazar günü kostyumu idi və o, divanın lap qırağında oturmuşdu. Elə bil qonaq özü idi, elə hey qalstuku ilə oynayırdı. Bir dolu boşqab qaymaqlı peçenyeni masanın ortasına qoydum. Sonra qapının zəngi çalındı və qardaşım yerindən elə götürüldü ki qapıya tərəf, az qala yıxılacaqdı. Girişdən uca gülüş səsləri eşidildi, anam dodaqlarını bir-birinə sıxdı və artıq üzərində işləməyə başladığı toxuduğu şeyi əlinə aldı. “Salam”, – o, qısaca dedi və başını da qaldırmadan əlini Sulvayqa uzatdı, – “otur, zəhmət olmasa.” Bu sözləri elə dedi ki, “çıx get cəhənnəmə!” desə, bundan yaxşı olardı. Amma deyəsən Sulvayq evdə olan gərgin atmosferdən xəbərsiz idi. Gülə-gülə əyləşdi və məncə o, çox gözəl idi. Qısa saçı başında çələng kimi qalırdı, dərin batıqları olan çəhrayı yanaqları vardı və tünd-mavi gözlərində elə bir ifadə vardı ki, sanki hər zaman gülür. Bizim necə sakit olmağımıza diqqət yetirməmişdi deyəsən, şən, nəşəli və özündən əmin danışırdı, elə bil əmrlər verməyə öyrəşmişdi artıq. İşi haqqında, valideynləri haqqında, Edvin haqqında danışdı. Sonra bizim evi ziyarət etməyin onu xoşbəxt etdiyini bildirdi. Anam boyun əyməyən, iradəli duruşla oturmuşdu, toxumağına davam edirdi. Elə bil iş sifarişi götürmüşdü, onu edirdi. Nəhayət ki, deyəsən Edvinin qonağı bu durumu başa düşdü, çünki dedi: – “Bu çox qəribədir, doğrudan da. Çünki bilirsən də, Edvinlə mən ailə qurmağa hazırlaşırıq və sən mənim qaynanam olacaqsan”, və bu sözlərə ürəkdən güldü. Amma heç kim onunla gülmədi. Qəfildən anam göz yaşlarına qərq oldu. Bu son dərəcə utandırıcı idi və bizlərdən heç birimiz nə edəcəyimizi bilmədik. Toxumağına davam edərək ağlayırdı, onun göz yaşları ilə bağlı heç bir təsirli, riqqətə gətirən məqam yox idi. – “Alfrida!”, – atam heyranlıqla dilləndi. Atam heç zaman onu adı ilə çağırmazdı. Mən ümidsizliklə qəhvədandan yapışdım. – “Bir fincan da qəhvə istərdinmi?”, – Sulvayqdan soruşdum və cavabını gözləmədən ona bir dolu fincan tökdüm. Düşündüm, yəqin bunun bizim ailəmiz üçün tam normal bir davranış olduğunu sanacaq. – “Çox sağ ol”, – o dedi və mənə güldü. Bir anlıq hər kəs səssiz oldu. Qardaşım qaranlıq üz ifadəsi ilə başını aşağı salıb masa örtüyünə baxdı. Sulvayq qəhvəsinə qaymaq və şəkər qatmaqla məşğul idi. Başını bükmüş anamın göz yaşları yanaqlarından sel olub axırdı. Və qəfildən Edvin stulunu kəskin hərəkətlə arxaya çəkdi, stul arxadakı bufetə çırpıldı. – “Gəl, Sulvayq”, – o dedi, – “mən bilirdim o, hər şeyi məhv edəcək. Biz gedirik. Ana, bəsdir gözünün qorasını axıtdın! İstəsən də, istəməsən də mən Sulvayqla evlənəcəyəm! Xudahafiz!”Sulvayqın əlindən tutdu, ona sağollaşmağa imkan verməyib qapıya tərəf tələsdi. Qapı onların arxasınca möhkəm çırpıldı. Yalnız onda anam eynəyini çıxardıb gözlərini quruladı. – “Görürsən də!”, – o, məzəmmət dolu səs tonu ilə atama dedi, – “görürsən, təkidlə şəyird olma istəməsinin nəticəsi nə oldu?! Bu qız heç vaxt belə qızıl mədənini əldən buraxmaz!” Atam yorğun-yorğun divana çökdü, qalstkunu boşaltdı, köynəyinin ən üst düyməsini açdı. – “Məsələ belə deyil”, – o dedi, – “amma sən oğlunu məhz bu duruma sürükləyirsən.”

Edvin ondan sonra heç bir qız dostunu evə gətirmədi. Və yalnız o evlənəndən sonra biz onun arvadını görə bildik. O, Sulvayqla evlənməmişdi.

Бесплатный фрагмент закончился.

225,93 ₽
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
20 октября 2022
Переводчик:
Правообладатель:
Alatoran yayınları / Алаторан

С этой книгой читают