Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Subay zadəgan», страница 3

Шрифт:

– Çox yaxşı, – dedi. Maşınla əlaqədar hər şeyi öyrənəcəksiniz. Geriyə doğru bir addım atdı, kiçik qapını sürətlə bağladı və açarı çevirdi. Ona doğru qaçıb dəstəkdən yapışdım, amma təpiklərimin, yumruqlarımın qarşısında dayanan möhkəm bir qapı idi.

– Ey! – deyə qışqırdım. Ey! Polkovnik! Çıxarın məni buradan!

Və birdən, səssizliyin ortasında, ürəyimi ağzıma gətirən bir səs eşitdim.

Qaldırıcının taqqıltısı və sızdıran silindrin səsləri idi. Polkovnik mühərriki işə salmışdı. Lampa, mühərriki araşdırmaq üçün dayandığım zaman qoyduğum yerdə idi. Yaydığı işıqda, qara tavanın yavaş-yavaş, titrəyərək üzərimə doğru gəldiyini gördüm. Bəlkə, ilk baxışda o qədər təhlükəli görünmürdü, amma yaxşı bilirdim ki, gücü, bir dəqiqədən az bir müddətdə məni şəkilsiz bir püre halına gətirə biləcək qədər çoxdur. Qışqıraraq qapıya atıldım və dırnaqlarımla kilidi parçalamağa çalışdım. Polkovnikə məni buraxması üçün yalvarırdım, amma mexanizmin mərhəmətsiz səs-küyü qışqırıqlarımı boğurdu. Tavan, başımın on-on beş santimetr üzərinə qədər enmişdi; əlimi qaldırdığımda sərt, nahamar səthini hiss edirdim. Birdən, ölümümün ağrısının, onu nə mövqedə qarşıladığıma görə olduqca dəyişəcəyi fikri ağılımdan bir ildırım kimi keçdi. Üzüüstə yatdığım təqdirdə ağırlıq onurğama çökəcəkdi; o qorxunc anı düşünmək belə məni dəliyə çevirməyə bəs edirdi. Bəlkə digər variant daha asan olardı; amma düşününcə, yerdə yatıb, üzərimə gələn qara kölgəyə baxacaq qədər qorxmaz ola biləcəkdimmi? Artıq dik dayana bilmirdim ki, gözüm, içimdəki ümid işığını canlandıran bir şeyə sataşdı. Əvvəl də söylədiyim kimi otağın döşəməsi və tavanı dəmirdən, divarları taxtadan idi. Ətrafıma son olaraq sürətli nəzər salanda, iki taxtanın arasından sızan və oradakı kiçik bir panel geriyə doğru çəkildikcə genişlənən, sarı, nazik bir işıq gördüm. Orada xilas olmamı təmin edəcək bir qapı olduğuna heç cür inana bilmirdim. Bir saniyə sonra o keçiddən sıyrılıb, yarı huşsuz halda digər tərəfdə yatırdım. Panel, arxamdan təkrar bağlanmışdı amma lampanın səsi və ondan sonra metal səthlərinin birləşməsindən çıxan səs, ölümdən necə xilas olduğumu izah edirdi.

Biləyimin sərt şəkildə çəkişdirilməsiylə özümə gəldim. Dar bir koridorda daş döşəmənin üstündə yatırdım və yanımda, sağ əliylə bir şam tutan, sol əliylə məni çəkişdirən bir qadın vardı. Axmaq kimi davranıb xəbərdarlığına qulaq asmadığım dostum idi.

– Gəl! Gəl! deyə qışqırırdı təngnəfəs. Hər an gələ bilərlər. Orada olmadığını görəcəklər. Çox az zamanımız var, dərhal gəlməlisən!

Bu dəfə xəbərdarlığına qarşı çıxmadım. Titrəyən qıçlarla ayağa qalxdım və arxasınca koridordan və pilləkəndən aşağıya qaçdım. Tam başqa bir koridora çatmışdıq ki, qaçan ayaqların səsləriylə iki adamın qışqırıqlarını eşitdik. Biri bizim olduğumuz mərtəbədən digərinə səslənir, o birisi də alt mərtəbədən cavab verirdi. Bələdçim durduğu yerdə dondu və dəli olmaq üzrəymiş kimi ətrafına baxdı. Sonra, pəncərəsindən ayın parıldadığı bir yataq otağına açılan qapını açdı.

– Bu yeganə şansındır, – dedi. Çox yüksəkdir, amma bəlkə də tullana bilərsən.

O, danışarkən keçidin o biri ucunda bir işıq göründü və bir əlində lampa, digər əlində bir qəssabın baltasına bənzəyən silahıyla Polkovnik Lisander Stark bizə doğru qaçmağa başladı. Otağının o biri ucuna qaçıb pəncərəni açdım və çölə baxdım. Ay işığında sükuta dalmış bağça nə qədər də dinc, sakit və şirin görünürdü. Yüksəklik on metrdən çox ola bilməzdi. Pəncərəyə dırmaşdım, amma məni təhdid edən adamla xilaskarım arasında nə danışıldığını eşitmədən tullanmaq istəmədim. Əgər ona pis davranacaq olsaydı, bütün təhlükələri gözə alıb ona köməyə qaçmağa qərar vermişdim. Bu düşüncə ağlımdan keçmiş idi ki, Polkovnik qapıda peyda oldu.

Qadını kənara itələyərək keçməyə çalışdı, amma o, qollarını adama dolayıb mane olmağa çalışdı.

– Fritz! Fritz! – deyə qışqırdı. – Keçən səfərdən sonra mənə verdiyin sözü unutma. Bir daha olmayacaq demişdin. Susacaq. Heç kəsə danışmayacaq.

– Havalanmış olmalısan Elis! – deyə qışqırdı qadından xilas olmağa çalışaraq. Hamımızın sonunu gətirəcəksən. O lap çox şey bilir. Burax da keçim deyirəm sənə. Qadını bir tərəfə itələyərək pəncərəyə qaçdı və böyük silahıyla mənə hücum etdi. Mən özümü boşluğa buraxmışdım və yalnız əllərimlə kandardan yapışırdım. Tam o anda baltanı endirdi. Yüngül bir ağrı hiss etdim, əllərim boşaldı və aşağıdakı bağçaya düşdüm. Çox sarsılmışdım, amma yıxılanda mənə heç nə olmamışdı Hələ təhlükədə olduğumun fərqindəydim, onun üçün ayağa qalxdım və bütün gücümlə kolların arasıyla qaçmağa başladım. Qaçarkən, birdən-birə şiddətli bir baş gicəllənməsi və ürək bulanması hiss etdim. Ağrıyla döyünən əlimə baxdım və ilk dəfə o zaman baş barmağımın olmadığını və yaramdan qan fışqırdığını gördüm. Dəsmalımı ətrafına bağlamaq üçün məşğul oldumsa da qulaqlarım qəflətən cingildəməyə başladı və dərhal huşsuz halda gül kollarının arasına yıxıldım.

Huşsuz halda nə qədər yatdığımı bilmirəm. Olduqca uzun müddət ola bilər, çünki geyimlərim çirkli və islaq, pencəyimin qolu yaralı əlimdən axan qanla qıpqırmızı olmuşdu. Ağrı, gecə yaşadığım bütün hadisələrin hər detalını bir saniyədə geri gətirdi. Qovanların hələ arxamda ola biləcəyini düşünərək dərhal ayağa qalxdım. Təəssüf ki, ətrafıma baxanda nə bir ev, nə də bir bağça görə bilirdim. Yaşadığım narahat anları sizə izah edə bilmərəm. Əsas yolun yanındakı ağacın dibində yatırdım. Azca aşağıda, yanına gedib baxdığımda əvvəlki gecə bura çatarkən enmiş olduğum stansiya olduğu ortaya çıxan uzun bir bina vardı. Əlimdəki iyrənc yara olmasa o saatlar boyunca yaşamış olduğum hər şeyin pis bir yuxu olduğunu düşünərdim.

Yarıhuşsuz bir halda stansiyaya girib səhər qatarını soruşdum. Bir saat içində Ridinqə biri çatacaqmış. Gecə getdiyim zaman xidmətdə olan adamın hələ orada olduğunu fərq etdim və ona Polkovnik Lisander Stark adını eşidib eşitmədiyini soruşdum. Ad ona yad idi. Əvvəlki gecə məni gözləyən arabanı fərq etmişdimi? Xeyr, fərq etməmişdi. Yaxınlarda bir polis bölməsi var idimi? Üç mil kənarda biri varmış. Zəif və xəstə halımla mənim üçün çox uzaq idi. Polisə hekayəmi danışmağı şəhərə dönənə qədər təxirə salmağa qərar verdim. Çatanda saat altını bir az keçirdi, onun üçün əvvəl yaramı sarıtdırmağa getdim, sonra da həkim, bura qədər mənə yoldaşlıq etdi. Nəticə çıxarmağı ixtiyarınıza buraxıram və nə tövsiyə etsəniz edəcəyimə dair söz verirəm.

Bu maraqlı hekayəni dinlədikdən sonra ikimiz də bir müddət səssizcə oturduq. Sonunda Şerlok Holms, kitabxanasına gedərək içinə qəzetdə tapdığı maraqlı yazıları yapışdırdığı kitabını çıxardı.

– Burada sizə maraqlı gələcək elan var, – dedi. Təxmini olaraq bir il əvvəl bütün qəzetlərdə verilmişdi. Dinləyin: “İtkin. Cənab Jeremiah Haylinq. İyirmi altı yaşında, hidravlika mühəndisi. Gecə saat onda evini tərk etdikdən sonra bir daha xəbər alına bilməmişdir. Üzərində qara… və s. , və s…” Aha! Aydındır ki, Polkovnik, maşınını daha əvvəl də təmir etdirib.

– Aman Tanrım! – deyə qışqırdı xəstəm. Bu, qızın dediklərini də açıqlayır.

– Çox haqlısınız. Polkovnikin, heç kimsənin onun kiçik oyununu pozmasına icazə verməyəcək, soyuqqanlı və mərhəmətsiz bir adam olduğu açıq-aşkar ortadadır. İndi saniyələrin belə əhəmiyyəti var. Özünüzü yaxşı hiss edirsinizsə əvvəl Skotland Yarda gedək sonra da Eyforda səfər hazırlıqlarına başlaya bilərik.

Təxminən üç saat sonra, hamımız, Ridinqdən çıxıb kiçik Berkşir qəsəbəsinə gedən qatarda birlikdə idik. Yəni Şerlok Holms, hidravlika mühəndisi, Skotland Yarddan müfəttiş Bradstrit, bir sıravi polis və mən. Bradstrit, kreslosunun üstünə ətrafı əhatə edən bir xəritə açmış və Eyfordu çevrələyən bir halqa çəkməklə məşğul idi.

– Deməli, bu halqa, qəsəbənin ətrafındakı on millik sahəni əhatə edir. Axtardığımız yer halqanın xəttinə yaxın bir yerlərdə ola bilər. Düşünürəm on mil demişdiniz, elə deyilmi cənab?

– Bir saat davam edən ağır səfər idi.

– Və sizi huşsuz haldaykən o qədər yolu geri qaytardıqlarını düşünürsünüz, eləmi?

– Elə olmalıdır. Həm də qaldırılıb harasa aparıldığıma dair qarışıq bir şeylər də xatırlayıram.

– Mən başa düşmürəm, – dedim, səni bağçada huşsuz halda tapdıqlarında niyə öldürməyiblər? Bəlkə də, qadının Polkovnikə yalvarması işə yarayıb.

– Bunun o qədər də mümkün olacağını düşünmürəm. Polkovnikin üzü qədər duyğusuz bir sifəti daha əvvəl heç görməmişdim.

– Tezliklə çözəcəyik onsuz da, – dedi Bradstrit. – Mən dairəni bura çəkdim. Kaş ki, izində olduğumuz insanları tam olaraq hansı nöqtədə axtarmaq lazım gəldiyini bilsəydik.

– O nöqtəni tapa biləcəyimi düşünürəm, – Holms sakitcə dilləndi.

– Doğrudanmı? – deyə soruşdu müfəttiş. Ehtimallarınız var demək! Baxaq görək sizə kim qoşulacaq. – Məncə cənubdadır, deyirəm çünki oranın torpaqları daha çox boşdur.

– Məncə şərqdədir, – dedi xəstəm.

– Mən də qərb deyirəm, – dedi, – sıravi polis. Oralarda çox səssiz kiçik kənd var.

– Və mən də şimal deyirəm, – dedim. – Çünki orada təpələr yoxdur və dostumuz, arabanın təpəyə çıxdığını xatırlamadığını söyləyir.

– Elə isə baxaq, – deyə müfəttiş gülərək dilləndi; çox əla, dörd fərqli fikir. Kompası aramızda bölüşdük. Siz səsinizi kimə verirsiniz bu vəziyyətdə?

– Hamınız yanılırsınız.

– Amma hamımızın yanılması mümkün deyil.

– Amma elədir, – dedi Holms. Məncə buradır. Barmağını çevrənin mərkəzinə qoydu. Bax, onları burada tapacağıq.

– Yaxşı on millik səfər nə oldu? – deyə soruşdu Haserley tərəddüd içində.

– Beş irəli, beş geri. İşdə bu qədər sadədir. Arabaya mindiyiniz zaman atın yorğun olmadığını özünüz söylədiniz. On mil o pis yollarda qaçmış olsaydı necə yorğun olmaya bilərdi?

– Həqiqətən də çox mümkün görünən bir hiylədir, – deyə fikrini ifadə etdi, Bradstrit fikirli şəkildə. Və bu günahkarların işi mövzusunda da heç bir şübhə yoxdur.

– Əlbəttə. Şübhəsiz ki, bu adamlar böyük fırıldaqçılardır. Maşını, gümüş yerinə başqa xəlitələr meydana gətirmək üçün istifadə edirlər.

– Bir müddətdir fırıldaqçı bir şəbəkənin iş başında olduğunu bilirdik, – dedi müfəttiş.

– Ölkə içinə heç olmasa min ədəd saxta pul paylayıblar. Ridinqə qədər izlərinə düşə bilmişdik, amma izlərini böyük bir ustalıqla silmiş olduqları üçün təəssüf ki, daha irəli gedə bilməmişdik. Bu da işlərinin əhli olduqlarını göstərir. Amma indi, əlimizə keçən bu gözəl fürsət sayəsində onları sıxışdırmağı bacaracağımızı düşünürəm.

Amma müfəttiş yanılmışdı, çünki bu cinayətkarların qanunun əllərinə düşməyə niyyətləri yox idi. Eyford stansiyasına girdiyimiz zaman, bir ağac kötüyünün arxasından yüksələn və ətrafı örtən böyük bir tüstü buludu gözümüzə dəydi.

– Yanğınmı baş verib? – deyə soruşdu Bradstrit qatar bizi arxada qoyaraq yoluna davam edərkən.

– Bəli, cənab! – dedi stansiya müdiri.

– Nə vaxt başlayıb?

– Gecə baş verdiyini eşitdim, cənab, amma getdikcə artır. Bütün ev alovlar içində qalıb.

– Kimin evidir?

– Doktor. Bexerin.

Mühəndis dostumuz söhbətə qarışdı:

– Lütfən, deyin görüm bu Doktor Bexer uzun, iti burunlu arıq bir alman idi?

Stansiya müdiri şən şəkildə gülməyə başladı:

– Xeyr cənab, Doktor Bexer ingilisdir və kənddə ondan daha böyük göbəkli adam yoxdur. Amma onunla qalan bir cənab var; deyəsən, xəstəsidir. O xaricidir və hətta yaxşı bişmiş bir bifşsteks ona ziyan edər. Stansiya müdiri söhbətini bitirmədən hamımız yanğının olduğu istiqamətə doğru qaçmağa başlamışdıq. Yol kiçik bir təpəyə çıxırdı və önümüzdə, hər pəncərəsindən və qapısından alovlar fışqıran ağ bir bina dayanırdı. Bağçasında üç xilasetmə arabası alovlarla boğuşurdu.

– Baxın, buradır! – deyə Haserley həyəcanla qışqırdı. Bura çınqıllı yoldur və bunlar da arasına yıxıldığım gül kolları. İkinci mərtəbədəki bu pəncərədən tullanmışdım.

– Heç olmasa onlardan intiqamınızı almısınız. Şübhəsiz ki, qaz lampanız presdə əzilərkən taxta divarları alovlandırıb. O vaxt bunu fərq edə bilməyəcək qədər həyəcanla sizi qovmaqla məşğul idilər. Hər halda çoxdan qaçıb gediblər amma siz yenə də köhnə dostlarınıza bir baxsanız yaxşı olar.

Və Holmsun təxmini doğru çıxdı. Getmişdilər. O gündən bəri nə o gözəl qadından, nə uğursuz almandan, nə də sırtıq ingilisdən bir xəbər çıxmadı. O səhər bir əkinçi, içində bir neçə insan və bir neçə böyük sandıq olan və sürətlə Ridinqə doğru yol alan bir araba görmüş, amma bu qaçaqlarla əlaqədar öyrənə biləcəyimiz son şey oldu. Holmsun müdhiş zəkası belə onların harada olduqlarına dair bir ipucu tapılmasını təmin edə bilmədi. Yanğınsöndürənlər, içəridə tapdıqları qəribə şeylərə bir xeyli çaşmışdılar və ikinci mərtəbədəki pəncərənin kənarında qopmuş insan “baş barmağı” tapmaları təəccüblərini daha da artırmışdı. Axşama doğru, səyləri nəhayət nəticə verdi və alovları məğlub etdilər. Amma dam çökmüşdü və bütün ev elə bir xarabaya dönmüşdü ki, yeni tanışımız dostumuza o qədər baha başa gələn maşından, əzilmiş bir neçə silindr və dəmir boruların xaricində heç bir şey qalmamışdı. Çoxlu nikel və qalay tapılsa da pullardan əsər yox idi. Haqqında danışılan bu böyük qutuların izahı aydındır ki, burada yatırdı. Hidravlik mühəndisimizin şüurunu itirdiyi nöqtədən özünə gəldiyi nöqtəyə necə gəldiyi sualı, bağçadakı yumşaq torpaqda olan izlər olmasa, sonsuza qədər cavabsız qalardı. Biri çox kiçik, digəri də çox böyük ayaqlı iki adam tərəfindən aparılmışdı. Böyük ehtimalla, daha az cəsarətli və təcavüzkar olan səssiz ingilis, qadınla birlikdə huşsuz adamı təhlükədən uzaqlaşdırmışdı.

Бесплатный фрагмент закончился.

156,26 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
112 стр. 5 иллюстраций
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают