Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Subay zadəgan», страница 2

Шрифт:

Təklif etdiyi pulu və mənim üçün nə qədər faydalı olacağını düşündüm. – Xeyr imtina etmirəm, – dedim, istəklərinizi məmnuniyyətlə yerinə yetirəcəyəm. Amma məndən nə gözlədiyiniz mövzusunda bir az da məlumat almaq istəyərəm.

– Təbii ki, sizdən istədiyim gizlilik marağınızı oyandırmış olması çox təbiidir. Hər detalı təqdim etmədən sizdən bir şey tələb etmək istəmirəm. Axşam üstü kimsəni gözləmirsiniz deyilmi?

– Qətiyyən, gözləmirəm!

– Elə isə izah edim. Gilli torpağın nə qədər qiymətli olduğunu və İngiltərədə yalnız bir-iki yerdə olduğunu bilirsiniz hər halda.

– Eşitmişəm.

– Bir müddət əvvəl Ridinqə yaxın bir yerdə, kiçik, çox kiçik, bir yer almışam. Bəxtimdən ərazimdə gilli torpaq qaynağının olduğunu fərq etdim. Ancaq, etdiyim araşdırmada bu qaynağın olduqca kiçik olduğunu və sağında solunda olan çox böyük iki qaynağı birləşdirdiyini gördüm. Heyif ki, bu iki qaynaq, qonşularımın torpaqlarında idi. Bu yaxşı insanlar, az qala qızıl mədəni qədər qiymətli bu şeyin torpaqlarında olduğundan tamamilə xəbərsiz idi. Təbii olaraq, onlar gerçək dəyərini kəşf etmədən torpaqlarını satın almaq istədim, amma çox təəssüf ki, bunun üçün lazımi pulum yox idi. Nəysə, bir neçə dostuma sirrimi açdım və onlar da öz kiçik qaynağımızı gizlicə işlədərək, qonşuların ərazisini satın ala bilmək üçün lazım olan pulu qazana biləcəyimizi söylədilər. İndi bir müddətdən bəri bunu edirik və işlərimizdə bizə köməkçi olsun deyə hidravlik bir pres maşını qurmuşuq. Bu maşın, daha əvvəl də söylədiyim kimi, xarab oldu və indi sizin köməyinizə ehtiyac duyuruq. Sirrimizi diqqətlə qoruyuruq. Kiçik evimizə hidravlik mühəndislərinin girib çıxdığı öyrənilsə böyük bir maraq yaranacaq, hətta bir araşdırma belə başlaya bilər. Başa düşürsünüzmü, belə bir şey bütün planlarımızı pozar. Elə bunun üçün, bu gecə Eyforda getdiyinizi kimsəyə söyləməyəcəyinizə dair söz verməyinizi istədim. Kifayət qədər aydın oldumu?

– Sizi çox yaxşı anladım, – dedim. Anlaya bilmədiyim tək nöqtə, gilli torpağı çıxarmaq üçün hidravlik bir pres maşınına niyə ehtiyac duymağınızdır. Bildiyim qədəriylə bir çuxurdan çınqıl daşı çıxarmaq üçün necə kürək istifadə edilirsə, gilli torpaq üçün də eyni üsul istifadə edilir.

– Ah! – dedi qəti əhəmiyyət vermədən, biz öz üsullarımızdan istifadə edirik. Torpağı kiçik kərpiclər halına gətiririk, beləcə nə olduqlarını bildirmədən onları apara bilirik. Amma bu əhəmiyyətsiz bir detaldır. Sizə hər şeyi izah etdim cənab Haserley və sizə güvəndiyimi göstərdim. Ayağa qalxdı. Elə isə sizi saat on ikiyə iyirmi dəqiqə qalmış Eyfordda gözləyəcəyəm, – dedi.

– Orada olacağımdan narahat olmayın cənab.

– Və heç kimə tək söz etmək yoxdur. – Mənə uzun, sual dolu baxışlarla baxdı və əlimi soyuq və zəif bir şəkildə sıxdıqdan sonra tələsik otağımdan çıxdı.

Nə isə, hər şeyi sakit başla təkrar düşündüyüm zaman, mənə təklif edilən bu ani işə, sizin də anlayacağınız kimi olduqca çaşdım. Bir tərəfdən çox məmnun idim, çünki təklif edilən pul, normalda xidmətlərim qarşılığında alacağım miqdarın az qala on qatı idi. Üstəlik bu sifarişin arxasını da gətirə bilərdi. Digər yandan, müştərinin üzü və davranışları məndə çox mənfi bir təəssürat yaratmışdı. Gilli torpaqla əlaqədar şərhi də mənim gecə yarısı oraya getməyimi tələb edəcək bir şey deyilmiş kimi görünürdü, bir də birinə bir şey danışaram deyə şişirdilmiş bir qorxusu vardı. Nə isə bütün qorxularımı bir tərəfə atdım, axşam yeməyimi erkəndən yedim, Paddinqtona getdim və yola düşdüm.

Ridinqə çatanda həm avtomobil həm də stansiya dəyişdirmək məcburiyyətində qaldım, amma Eyforda gedən son qatara çatdım və saat on biri azacıq keçmiş, kiçik, işıqlandırılmamış stansiyaya çatdım. Orada enən tək yolçu mən idim və platformanın üzərində, əlində lampası yarı yuxulu bir qapıçıdan başqa heç kəs yox idi. Kiçik qapıdan çölə çıxanda, səhərki qonağımı küçənin qarşısındakı kölgədə məni gözləyən gördüm. Heç bir söz demədən qolumdan tutub qapısı açıq dayanan bir arabanın içinə soxdu. İki tərəfdəki pəncərələri qaldırdı, taxtaya bir neçə dəfə vurdu və sürətlə yola düşdük.

– Tək atlı? – deyə müdaxilə etdi Holms.

– Bəli. Yalnız bir.

– Rəngini görə bildinizmi?

– Bəli, arabaya minəndə yanlardakı işığından gördüm. Şabalıdı idi.

– At yorğun idimi, yoxsa istirahət etmişdi?

– İstirahət etmiş və qıvraq idi.

– Təşəkkür edirəm. Sözünüzü kəsmək məcburiyyətində qaldığım üçün təəssüf edirəm. Lütfən bu son dərəcə maraqlı hekayənizi danışmağa davam edin.

Yola çıxdıqdan sonra ən az bir saat boyunca getdik. Polkovnik Lisander Stark mənə yalnız yeddi mil demişdi, amma getdiyimiz sürəti və müddəti hesablayanda ən az on iki mil olduğuna mərc gələrəm. Bütün yol boyunca yanımda səssizcə oturdu. Hərdən bir ona doğru göz ucuyla baxdığımda, məni böyük bir diqqətlə araşdırdığını fərq etdim. Oraların yolları çox yaxşı deyil yəqin, çünki qorxunc bir şəkildə silkələnirdik. Çölə baxıb olduğumuz yerlə əlaqədar bir şeylər görmək istədimsə də pəncərələr görünməz şüşələrlə örtülmüş olduğu üçün görə bildiyim tək şey, yanından arada bir keçdiyimiz işıqların solğun parlaqlığı idi. Arada bir səfərin monoton havasını pozmaq üçün bir neçə söz sərf etdimsə də polkovnik tək hecalı cavablarla kifayətlənirdi və söhbət başlamadan bitirdi. Nəhayət ki, xaraba yol, yerini düz çınqıl daşlı bir yola çıxdı və araba dayandı. Polkovnik Lisander Stark dərhal çölə atıldı. Arxasınca enəndə məni tez, açıq bir qapıdan içəri itələdi. Arabadan enmiş və dərhal bir dəhlizə girmişdik, beləcə evin önünə aid ən kiçik bir şey də görə bilməmişdim. Qapıdan içəriyə addım atar-atmaz qapı arxamca sürətli bir şəkildə bağlandı və uzaqlaşan arabanın müəyyən təkər səslərini eşitdim.

Evin içi zülmət qaranlıq idi və polkovnik, donquldanaraq kibrit axtarmaq üçün əl havasına fırlanırdı. Birdən dəhlizin o biri başında bir qapı açıldı və, altından bir işıq haləsi düşdü. Başının üzərinə qaldırmış olduğu bir qaz lampası tutan və bizə maraqlı gözlərlə baxan bir qadın göründü.

Gözəl olduğunu görə bilirdim və üzərinə vuran işığın köməyiylə, üzərində bahalı paltar olduğunu da anladım. Bilmədiyim bir dildə, qulağıma bir sual kimi gələn nə isə dedi və polkovnik tək hecalıq bir mırıltıyla cavab verəndə qadın elə çaşdı ki, az qala lampanı əlindən salacaqdı. Polkovnik Lisander Stark, yanına gedib qulağına bir şey pıçıldadı və sonra onu gəldiyi otağının içinə doğru itələyib əlində lampayla təkrar mənə döndü.

– Bu otaqda bir neçə dəqiqə gözləməyinizi xahiş edəcəyəm, – dedi, başqa bir qapını açaraq.

Ortasında, üzərində bir çox almanca kitab olan, yumru bir masası olan kiçik, səssiz və sadə döşənilmiş bir otaq idi. Polkovnik Lisander Stark lampanı qapının yanında dayanan bir tumbanın üzərinə qoydu.

– Sizi çox gözlətməyəcəyəm, – dedi və qaranlıqda itdi.

Masanın üzərindəki kitablara bir nəzər saldım və almanca məlumatsızlığıma baxmayaraq, ikisinin elmi kitablar, digərlərinin isə şeir kitabları olduğunu anlaya bildim. Mənzərəylə maraqlanıb çölünü görə bilmək üçün pəncərəyə getdim, amma görə bildiyim tək şey möhkəmcə bağlanmış, palıd qapı oldu.

Tam mənasıyla səssiz bir ev idi. Dəhlizdə bir yerdə, yüksək səslə taqqıldayan köhnə saatın səsini eşidə bilirdim, amma ondan başqa heç bir səs yox idi. Narahat olmağa başladım. Bu Almanlar kim idi və bu qəribə, gözdən iraq yerdə niyə yaşayırdılar? Bura haradır? Eyforddan on millik uzaqlıqdaydım; tək bildiyim bu idi. Şimaldamı, cənubdamı, şərqdəmi, qərbdəmi bu mövzuda heç bir fikrim yox idi. Amma o mövzuya gəlincə, Ridinq və böyük ehtimalla digər böyük qəsəbələr də on millik yaxınlıqda olardı, yəni bura bəlkə də sandığım qədər gizli bir yer deyildi. Yenə də səssizliyi göz önünə alanda şəhər kənarında olduğumuz dəqiq idi. Otağının içində, aşağı-yuxarı vurnuxur, əhvalımı düzəltmək üçün öz özüm üçün mahnı zümzümə edir və min şillinqin haqqım olduğunu düşünürdüm. Birdən-birə, əvvəldən səssizliyi pozan heç bir işarə olmadan otağının qapısı yavaşca açıldı. Daha əvvəl görmüş olduğum qadın, arxasınca dəhlizin qaranlığı, maraqlı və gözəl üzündə lampanın sarı işığı əks olunmuş halda qapıda göründü. Qorxudan üzü ağappaq idi. Görünüşü içimi ürpərtdi. Titrəyən barmağıyla səssiz olmağım üçün işarə etdi. Və arxasındakı alaqaranlığa qorxaqorxa nəzər salıb xarab ingiliscəylə bir neçə söz pıçıldadı.

– Sizin yerinizdə olsam gedərdim, – dedi sakitləşməyə çalışaraq; gedərdim burada qalmazdım. Burada edə biləcəyiniz bir şey yox idi.

– Amma xanım, – dedim, – hələ vəzifəmi tamamlamamışam. Maşını görmədən getməyim mümkün deyil.

– Gözləməyiniz yaxşı deyil, – deyə davam etdi. – Qapıdan çıxa bilərsiniz, kimsə mane olmaz. Gülümsəyib başımı yellədiyimi görüncə utancaqlığını üzərindən atıb əllərini qaldırıb bir addım irəli atıldı.

– Tanrı eşqinə, – deyə pıçıldadı, – çox gec olmadan get buradan!

Amma mən doğuşdan bir az inadkaram, yoluma bir maneə çıxanda, bir işi bitirməyə daha da həvəslənərəm. Alacağım pulu, yorucu səfərimi və ətrafda heç də xoş keçməyəcək olan gecəni düşündüm; Bütün bunlara boş yerə dözürdüm? Mənə verilən vəzifəni yerinə yetirmədən və pulumu almamış niyə qaçmalıyam? Bu qadını heç tanımırdım, bəlkə də bir az narahat idi. Söylədikləri, məni etiraf edə bilməyəcəyim qədər sarsıtmış olsa da cəsarətlə başımı yelləməyə davam edib olduğum yerdə qalmağa qərarlı olduğumu ifadə etdim.

Tam, istəyini təkrar edəcəkdi ki yuxarıda bir qapı bağlandı və nərdivanda ayaq səsləri eşidildi. Bir anlıq, qulağını səslərə verdi, əllərini çarəsizlik içində qaldırdı və eynilə gəldiyi kimi səssiz bir şəkildə çəkilib getdi.

Yeni gələnlər Polkovnik Liysander Stark və mənə cənab Ferqyuson olaraq təqdim edilən qısaboylu, kök bir adam idi.

– Şəxsi katibim və köməkçimdir, – dedi Polkovnik. Bu arada, bu qapını bağlamamışdım? Ümid edirəm küləkləmədi.

– Xeyr, əksinə, – dedim, otaq mənə bir az havasız gəldiyi üçün özüm açdım.

Mənə şübhəylə baxıb:

– Elə isə işimizə başlasaq daha yaxşı olacaq, – dedi.

– Cənab Ferqyuson ilə birgə sizi maşına aparacağıq.

– Papağımı qoysam yaxşı olar.

– Yox, yox! Maşın evin içindədir.

– Nə? Gilli torpağı evin içindənmi çıxardırsınız?

– Xeyr, xeyr, burada yalnız presləyirik. Bunları boş verək, sizdən istədiyimiz tək şey maşını araşdırıb bizə nasazlığın harada olduğunu söyləmənizdir.

Polkovnik, lampayla birlikdə ən qabaqda, mən və kök köməkçi arxasınca, birlikdə üst mərtəbəyə çıxdıq. Koridorları, keçidləri, dar nərdivanları və kiçik alçaq qapılarıyla labirint kimi bir ev idi. Üst mərtəbədə heç bir yerdə xalça ya da mebel yox idi, divar kağızları tökülürdü və nəmişlik divarlarda yaşıl şəkillər meydana gətirmişdi. Hər şeyi təbii qarşılayırmış kimi görünməyə çalışdımsa da qadının xəbərdarlıqlarını unutmamışdım. Söylədiklərini ciddi hesab etməmişdim, amma gözüm yenə də bu iki adamın üzərində idi. Ferqyuson, sakit adama bənzəyirdi. Söylədiyi bir neçə sözdən, heç olmasa mənim kimi İngilis olduğunu anladım. Nəhayət, Polkovnik Lisander Stark, kilidini açdığı kiçik bir qapının qarşısında dayandı.

Qapı eyni anda üçümüzün sığa bilməyəcəyi qədər kiçik, kvadrat formasında bir otağa açılırdı. Ferqyuson çöldə gözləyərkən Polkovnik məni içəriyə dartdı.

– Hazırda hidravlik presin içindəyik, – dedi. Və biri mexanizmi bu anda işlədəsi olsa, düşünürəm bu bizim üçün çox da xoş bir təcrübə olmaz. Bu kiçik otağının tavanı, əslində enən bir porşenin ucunu meydana gətirir və enəndə üzərində dayandığımız bu metal döşəməyə tonlarla güc tətbiq edərək presləmə əməliyyatını tamamlayır. Çöldə gücü qarşılayıb mütəxəssislik sahənizə girdiyi üçün anlaya biləcəyiniz şəkildə onu çatdıran və qat-qat artıran kiçik hidravliklik texnika var.

Maşın işləyir amma, zaman-zaman ilişir və nədənsə gücündən düşür. Maşını araşdırıb vəziyyətini necə düzəldəcəyimizi izah etsəniz sevinərik.

Lampanı əlindən aldım və maşını diqqətlicə nəzərdən keçirdim. Böyük, inanılmaz dərəcədə təzyiq tətbiq edə biləcək tutumda bir maşın idi. Çölə çıxıb, idarə düymələrindən birini çevirdiyimdə çıxan səsdən, silindrlərdən birində kiçik bir sızıntı olduğunu dərhal anladım. Etdiyim araşdırmalar nəticəsində porşenin başındakı rezin lentin xarab olub funksiyasını yerinə yetirə bilməz hala gəlmiş olduğunu gördüm. Güc itkisinin səbəbi yəqin ki, bu idi. Söylədiklərimi diqqətlə dinləyib, nasazlığın necə aradan qaldıracağına dair məntiqli suallar yönəldən yoldaşlarıma bunları göstərdim. Lazım olan izahı verdikdən sonra öz marağımı aradan qaldırmaq üçün maşının ana parçasının yerləşdiyi otağa girdim. Gilli torpaqla bağlı hekayənin uydurma olduğunu anlamamaq üçün kor olmaq lazım idi; bu cür güclü bir mexanizmi, elə axmaq bir əməliyyat üçün istifadə etmək çox məntiqsiz olardı. Divarlar taxta idi, amma, döşəmə böyük bir dəmir parçasından ibarət idi. Döşəməni daha yaxından araşdırdığımda, bütün döşəməni örtən nazik metal toz qatı olduğunu fərq etdim. Dayanıb metal tozun olduğunu yaxşıca anlamaq üçün tozu qarışdırırdım ki arxamdan öz-özünə Almanca nə isə zümzümə edən Polkovnikin səsini eşitdim. Rəngi ağarmış halda mənə baxırdı.

– Nə edirsən orada? – deyə sərt şəkildə soruşdu.

Mənə danışdığı axmaq hekayəyə inandığım üçün əsəbiləşmişdim.

– Heyranlıqla, gilli torpağın keyfiyyətini seyr edirdim, dedim. – Düşünürəm nə üçün istifadə etdiyinizi bilsəm, maşınınızla əlaqədar bilmək istədiyiniz hər şeyə daha asan cavab verə bilərdim.

Sözlər ağzımdan çıxdığı anda o qədər sərt danışdığıma peşman oldum. Polkovnikin üzü sərtləşdi və boz gözlərində uğursuz bir parıltı meydana gəldi.

156,26 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
112 стр. 5 иллюстраций
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают