Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Meqrenin qəlyanı», страница 2

Шрифт:

– Siz prokuraturadan gələn adamları gözləmirsiniz?

– Onlar gələnəcən mütləq qayıdacağam. Xahiş edirəm qalın, onları işlə tanış edin…

Divarın dalında yenə qışqırdılar, təxmin etmək çətin deyildi: madam Tramble uşaqlarıyla mübarizə aparırdı.

– Onun neçə uşağı var?

– Beş… Üç oğlan, iki qız… Oğlanlardan biri bu qış plevrit olmuşdu, indi kənddədir, babasıgildə… Onun bu yaxınlarda on dörd yaşı olacaq…

– Gedək, Lüka?

Meqre indi madam Trambleni görməyi və “belə şey ancaq mənim başıma gələ bilərdi” sözlərini eşitməyi heç istəmirdi.

Meqre bir-birinin dalınca açılan və pıçıltı eşidilən qapıların yanından keçə-keçə ağır-ağır pilləkanları düşürdü. Meqre istədi ki, tindəki bara girib şərab içsin, amma ora prokurorluqdan gələcək məmurları maraqla gözləyən adamlarla dolu idi və o, Batinol küçəsinə getməyi üstün tutdu, orda hələ heç kim gecəki hadisədən xəbərdar deyildi.

– Nə içəcəksən?

– Sən “Ekselsior”dakı adamla maraqlan… Yəqin ki, orda çox şey öyrənə bilməyəcəksən, çünki belə hadisəni onun törətdiyi kimi törətmək, bu… Ey, taksi!..

Mühasibatlıqda daha pisdir. Metroda bişmək və ya dayanacaqda avtobus gözləmək üçün çox isti idi.

– De-Dam küçəsində görüşərik… Ya da, yaxşısı nahardan sonra sahil küçəsində…

Yazıqları öldürmürlər, lənət şeytana! Öldürəndə də tək-tək yox, dəstə-dəstə, müharibə və ya qırğın törət-məklə öldürürlər. Əgər yazıq biri intihar etmək istəsə, çətin ki, bunun üçün pnevmatik silah tapar və özünü əynində alt paltarı, çarpayıda oturub pəncəsini qaşıyanda vurar.

Əgər Tramble Kantaldan olmasaydı, hansısa çoxiş-lədilən xarici adlardan birini daşısaydı, onda fikirləşmək olardı ki, o, hansısa təxribat qrupunun üzvüdür…

Amma o öldürülməli adama da oxşamırdı. Siması uyğun deyil, tapmaca da elə bundadır! Bəs quruluş? Bu mənzil, arvad, beş uşaq, əynində alt paltarı olan ər, “f-r-r-f-r-r” səsiylə uçan güllə…

Taksinin üstü açıq idi və Meqre hərdənbir çiyinlərini çəkə-çəkə qəlyanını tüstülədirdi. Bir anlıq madam Meqreni fikirləşdi. “Yazıq!” deyəcək və köks ötürəcək. Kişi öləndə qadın qadının halına acıyır.

– Yox, nömrəni bilmirəm… Hə, Santye küçəsi… “Kuvrer və Belşas”…

Yəqin ki, gözəgəlimli bina olar. Min səkkiz yüz neçənci ildəsə tikilmiş ticarət evi…

O başa düşə bilmirdi və bu da onu hirsləndirirdi. Hirslənirdi, çünki anlaşılmazlıqlara dözə bilmirdi…

Santye küçəsi adamlarla və maşınlarla dolu idi. Sürücü piyadalardan ünvanı soruşmaq üçün maşını saxladı və həmin dəqiqə Meqre evlərdən birinin qabağında qızılı hərflərlə yazılmış “Kuvrer və Belşas” sözlərini gördü.

– Məni gözləyin. Tez qayıdacağam.

Əslində heç bilmirdi tez qayıdacaq, ya gec, isti onu lap çaşdırmışdı. Demək olar bütün iş yoldaşlarının məzuniyyətdə olduğu vaxtda və günü rahat kabinetində keçirtmək planının baş tutmadığı halda necə də çaşdır-mayaydı!

İkinci mərtəbə.

– Müsyö Kuvrer ilə görüşə bilərəm?

– Şəxsi məsələdir?

– Olduqca.

– Çox təəssüf, müsyö Kuvrer beş ildir ki, vəfat edib.

– Bəs müsyö Belşas?

– Müsyö Belşas Normandiyaya gedib. İstəsəniz, müsyö Movr ilə danışa bilərsiniz.

– O kimdir?

– Firmanın inanılmış adamıdır. O indi bankdadır, tezliklə qayıdacaq…

– Bəs müsyö Tramble burdadır?

Deyəsən başa düşmədi.

– Kim dediniz?

– Müsyö Tramble… Moris Tramble…

– Elə adamı tanımıram.

– Sizin kassir…

– Bizim kassirin adı Majindir, Qaston Majin…

“Demək belə…” – Meqre öz-özlüyündə fikirləşdi.

– Müsyö Movru gözləyəcəksiniz?

– Hə, gərək gözləyim.

Oturub qalantereya mallarının və karton qutuların iyini çəkmək. Xoşbəxtlikdən, bu çox uzun çəkmədi.

Müsyö Movr altmış yaşlarında, başdan-ayağacan qara geyinmiş biri idi.

– Siz mənimlə danışmaq istəyirsiniz?

– Meqre, axtarış polisinin komissarı…

Əgər bu sözləri təsir göstərmək üçün demişdisə, onda Meqre səhv etmişdi.

– Necə kömək edə bilərəm?

– Səhv etmirəmsə, Tramble adlı biri sizdə kassir işləyir.

– İşləyib… Çoxdan… Bir dəqiqə… Bu, biz Kambre-də şöbə açanda olub… Hə… Yeddi il əvvəl… Bəlkə də bir az çox, o burdan baharın ortalarında çıxmışdı… – Müsyö Movr pensnesini düzəltdi. – Bir sözlə, müsyö Tramble yeddi ildir ki, burda işləmir.

– O vaxtdan onu daha görməmisiniz?

– Şəxsən mən, yox.

– Siz ondan işçi kimi razı idiniz?

– Sözsüz… Mən onu çox yaxşı tanıyırdım, çünki o bura məndən bir neçə il sonra gəlmişdi… O çox vicdanlı adam idi… Əgər yaddaşım məni aldatmırsa, o burdan üzrlü səbəblərə görə, qanunlara riayət edərək ayrılmışdı… Hə, hə, ailə vəziyyətinə görə. Ərizəsində yazmışdı ki, vətəninə qayıtmaq istəyir: Overniyə, ya da Kantala, indi dəqiq xatırlamıram…

– Onun hesabları düz olurdu?

Müsyö Movr bir az dala çəkildi, elə bil onu təhqir eləmişdilər.

– Bağışlayın, bizdə elə şeylər olmur.

– Bəs heç eşitməmişdiniz ki, müsyö Tramblenin sevgilisi var və ya hansısa pis işlərlə məşğuldur?

– Yox, müsyö, heç vaxt. Mən əminəm ki, o elə adamlardan deyildi.

Qısa və aydın. Meqre başa düşmək istəmir ki, hətta axtarış polis komissarının səlahiyyətlərini də aşır… Amma Meqre təslim olmurdu:

– Qəribədir… İş orasındadılr ki, dünənki günəcən müsyö Tramble hər gün səhər evdən çıxıb bura işə gəlirdi və hər ay maaşını arvadına verirdi…

– Bağışlayın, amma bu ola bilməz.

Ona birmənalı olaraq qapını göstərirdilər.

– Deməli o nümunəvi işçi idi?

– Gözəl işçi idi.

– Davranışlarında da qəribə heç nə yox idi?

– Yox, müsyö, yox. Xahiş edirəm bağışlayasınız, iki alıcı məni gözləyir və…

Uf! Yaman bürküdür! De-Dam küçəsindəki otaqlardakı kimi. Yenə də təmiz hava udmaq, həmin taksini və imkan tapıb qonşu bistroda bir stəkan mineral su içən, indi də bığlarını silən sürücünü görmək necə də xoş idi.

– Hara sürüm, müsyö Meqre? – Bütün sürücülər onu tanıyırdılar, bunun özü də xoş idi.

– De-Dam küçəsinə, dostum…

Belə, deməli yeddi il bu Moris Tramble hər gün evdən çıxıb öz işinə gedirdi və yeddi il dalbadal…

– Yolda hardasa saxlayarsınız, bir şey içmək istəyirəm…

Madam Tramble və indi De-Dam küçəsindəki evdə qurdalanan prokuraturadan gəlmiş cənablarla görüşməzdən qabaq…

“Yazıqları…”

Bəs o necə yazıq idi, sual budur, bu.

II. Qara ciyəri xəstə qatil və sarıköynək aşiqi

– Sənə nə olub, Meqre? Yatmamısan?

Hardasa gecə saat üç olardı. Meqre isə hələ də yata bilmirdi, çarpayıda o yandan bu yana fırlanırdı, Reşar Lenuar bulvarına baxan hər iki pəncərənin açıq olmağına baxayaraq, onu tər basmışdı. Bir neçə dəfə yuxuya getsə də yenə ayılmış və Tramble haqqında, özü demişkən, bu yazıq haqqında fikirləşməyə başlamışdı. Nəsə çatışmırdı – dumanlı şəkildə görülən yuxulardakı kimi. Meqre təzədən başlanğıca qayıdırdı. Səhər doqquzun yarısı. DeDam küçəsindəki mənzildə Moris Tramble geyinib qurtarıb. Yanında madam Tramble – indi Meqre bilirdi ki, onun adı Jülyettadır, yəni ona heç yaraşmayan ad – peyda olur, uşaqları sakitləşdirmək üçün qışqırır, amma səs daha da çoxalır.

“O səs-küyü sevmirdi, cənab komissar…”

Nə üçün bu sözlər Meqreni orda eşitdiyi başqa sözlərdən daha çox düşündürürdü? Nə üçün onun yarıyuxulu yaddaşına yenə və yenə qayıdırdı? Səs-küyə dayana bilməyə-bilməyə De-Dam kimi çoxadamlı, səs-küylü küçədə beş davakar, qaraqışqırıqçı uşaqla və onları sakitləşdirə bilməyən Jülyetta ilə yaşamaq.

“O geyinir… Yaxşı, sonra… Jülyettanın dediyinə görə bir gündən bir üzünü qırxır… Bir fincan südlü kofe içir və iki kökə yeyir… Küçəyə çıxır, Batinol bulvarına gedir və Vilyer stansiyasında metroya minir…”

“Kuvrer və Belşas” firmasından qayıdandan sonra günün qalanını Meqre öz kabinetində keçirtdi. Axşam qəzetləri artıq polisin xahişi ilə Moris Tramblenin şəkilini birinci səhifədə çap etmişdilər.

Briqadir Lüka isə onlar üçün təsvir olunmuş qatilə, yəni Jozef Dambuaya oxşayan bütün şəkilləri yığıb “Ekselsior” mehmanxanasına getmişdi.

Mehmanxana sahibi şəkillərə baxandan sonra başını yellədi:

– Düzdür, onu az görmüşəm, amma o belələrindən deyildi.

Lüka xeyli hövsələ göstərəndən sonra öyrəndi ki, sahib pnevmatik silahlı kirayənişinin qətiyyən cinayətkara oxşamadığını, əksinə, çox yazıq və zərərsiz görkəmə malik olduğunu demək istəyirmiş.

– O gəlib həftəlik nömrə istəyəndə elə bildim ki, gecə gözətçisidir…

Qeyri-müəyyən simalı, orta yaşlı adam. Onu az adam görmüşdü, səhər tezdən gedib gecə gəlirdi.

– Özüylə əşya götürmüşdü?

– Balaca çamadanı var idi, futbolçulardakı kimi.

Bığları da var idi. Sahibin deməyinə görə – kürən, gecə xidmətçisinin deməyinə görə – boz. Düzdür, onu günün başqa vaxtında görmüşdü.

– Çox pis geyinmişdi. Yox, çirkli deyildi, köhnə idi. Portmanatı da köhnə idi, pulu da az…

Beşinci mərtəbənin xadiməsinin dedikləri:

– Mən onu görməmişəm, çünki bu otağı o birilərdən sonra yığışdırmışam, 42-ciylə 43-cüdən sonra. Amma mənə inana bilərsiniz, bilinir ki, o subaydır.

Lüka bu otaqdakı hər şeyi diqqətlə yoxladı, otağın hər metrini gözdən keçirtdi. Balışın üstündə üç dənə tük gördü: ikisi saçdan, biri bığdan. Ayaqyolundan demək olar ki, qurtarmış odekolon qabı, komodun üstündən isə dişlərinin yarısı sınmış daraq tapdı.

Qurtardı. Kasıbyana tapıntı. Amma laboratoriyada bəzi şeyləri öyrənə bildilər. Bir neçə saat tükləri və darağı yoxlayan ekspertlərin rəyincə qatil qırx altı-qırx səkkiz yaş arasında idi. O kürən idi, amma saçları ağarmağa başlamışdı. Qara ciyəri xəstə idi.

Amma Meqre çarpayıda fırlananda bunları fikirləş-mirdi.

“O geyinir, səhər yeməyini yeyir, şlyapasını götürüb küçəyə çıxır… Batinol bulvarındakı metroya gedir…”

Əlbəttə ki, yeddi ildir heç kimin onu orda görmədiyi Santye küçəsində yerləşən “Kuvrer və Belşas” firmasının kontoruna yox, tamam başqa yerə…

Nə üçün Meqre fikirləşirdi ki, Tramble “Kuvrer və Belşas” firmasında işləyəndə metroyla getmək onun üçün daha rahat idi? Çox sadə. Port-de-Şampre – Pre-Sen-Jerve xətti birbaşadır, keçidsizdir. Tramble düz Santye küçəsinə çıxırdı.

Bu yerdə Meqre xatırladı ki, dünən ötəri gördüyü və əməlli-başlı baxmağa imkan tapmadığı Fransina, Tramblenin qızı, bir ilə yaxındır ki, Reomür küçəsindəki standart qiymətlər mağazasında işləyir. Reomür kü-çəsilə Santye küçəsi kəsişir. O da eyni metro xəttindədir.

– Sən yatmırsan? – deyə madam Meqre soruşdu.

– Mən bir şeyi aydınlaşdırmalıyam – dedi. – Bəlkə sən bilirsən… Deyəsən bütün standart qiymətlər mağazaları eyni trestə məxsusdur və vahid sistemlə işləyir. Sən deyəsən belə mağazalara getmisən…

– Səni nə maraqlandırır?

– Onlar saat neçədə açılır?

– Doqquzda…

– Dəqiq bilirsən?

Deyəsən cavab ona ləzzət elədi və Meqre yatma-mışdan qabaq hansısa mahnını dodaqaltı zümzümə elədi.

– Anası heç nə demədi?

Səhər ona on beş dəqiqə işləmişdi, Meqre kabinetində oturub təzəcə qayıtmış, heç şlyapasını da çıxartmağa macal tapmamış Lükaya qulaq asırdı.

– Mən ona başa saldım ki, siz daha nələrisə öyrənmək istəyirsiniz və belə ağır dəqiqələrdə onu daha çox narahat etməməkçün qızı ilə görüşməyi məqsədəuyğun saymısınız.

– Bəs qız?

– Tapşırdığınız kimi biz avtobusla gəldik. Mənə elə gəldi ki, o bir az həyəcanlanırdı. Elə hey sizin onu nə üçün çağırdığınızı öyrənməyə çalışırdı.

– De ki, gəlsin.

– Orda sizi görmək istəyən yaşlı cənab da var.

– Sonra… De ki, gözləsin… Kimdir ki?

– Luvr küçəsindən bir ticarətçidir… Sizə nəsə demək istəyir, şəxsən sizə…

Yenə də bürkü idi. Senanın üstündə buxarlanma-dan yaranmış nazik duman qatı sezilirdi.

320,49 ₽
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
29 октября 2022
Дата перевода:
2019
Объем:
100 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Автор

С этой книгой читают

Новинка
Черновик
4,9
178