Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Hüzur küçəsi», страница 8

Шрифт:

bilmirdi. Ümumiyyətlə Əli lap əvvəldən tərbiyəli, çalışqan və içinə qapalı sakit bir uşaq idi.. Lakin son zamanlarda Necatidə baş verən dəyişikliklər ona sirayət etmişdi. Artıq dərin düşünməyə başlamışdı.

Bir gün böyük qardaşı namaz qılanda onun oxumaqda olduğu kitabı götürdü. Kitabın adı "Gənclik rəhbəri" idi…

Arxa qabığındakı yazıları maraqla oxumağa başladı. Arxa qabıqda bunlar yazılmışdı:

143

"Ey bu Vətənin gəncləri! Firəngləri təqlid etməyə

çalışmayın! Gənclər, Avropanın sizə etdikləri hədsiz zülm və

ədavətdən sonra, hansı ağılla və məntiqlə onların pozğunluq və batil fikirlərinə tabe olursunuz? Yox! Yox!.... Səfeh bir formada təqlid edənlər, siz tabe olmursunuz, bəlkə də şüursuz bir şəkildə olaraq onların tərəfinə keçib öz-özünüzü və qardaşlarınız varından yox edirsiniz! Bilin və agah olun ki, siz əxlaqsızcasına tabe olduqca dəyərlərinizdən vaz keçirsiniz.

Çünki bu cür təqlid etməyiniz millətinizə qarşı ləkə və is-tehzadır".

Kitabın dili bir az ağır olsa da, Əli oxuduğu sözlərin nə

demək istədiyini çox gözəl anlamışdı … Deməli, əcnəbiləri, xaçpərəstləri təqlid etmək, onlara bənzəməyə çalışmaq, millətimizə lağ etmək mənasına gəlir. Öz-özünə:

– Elədir, deyə düşündü – Madam, biz müsəlman Türk-ləriyik. Öz dini və milli yaşayışımız varkən nə üçün pal-tarımızla və hərəkətlərimizlə xristianlara bənzəməyə çalışırıq. Bu, əlbəttə ki, millətimizə istehza etmək mənasına gəlir…

Sonra kitabın səhifələrini çevirməyə başladı …Gözləri bir yazıya ilişdi. Həmin yazının başlanğıcını dəfələrlə oxudu.

Burada da: "Cazibədar bir fitnə içində olan və amma hələ ağlını itirməyən bəzi gənclərlə bir söhbətdir" yazılmışdı. Əlini maraq bürüdü. Özü də yeniyetmə olduğu üçün “Gənclik rəhbəri"ni mənim rəhbərimdir – deyib kitabı sinəsinə sıxdı.

Necati, salam verəndən sonra da ondan kitabı oxumaq üçün icazə istədi. Necati qardaşının bu is-təyindən hədsiz dərəcədə sevindi. Artıq ona, yaşına görə çox da ağır sayılmayacaq ki-tablar gətirir, Əli də bunların ha-mısını bir nəfəsə oxuyub bitirirdi. Çox qısa bir müddətdən sonra Əli də

144

böyük qardaşı kimi ağabeyisi kimi namaz qılmağa başlamışdı. Evin içindəki mübarizədə böyük qardaşını dəs-təkləyirdi. Necati, Əlini hərdən universitetdən olan yoldaşları ilə həftəaşırı tərtib elədikləri yığıncaqlara aparır, qardaşını indidən əxlaqlı bir mühitdə həyata hazırlayırdı.

Lakin Əli heç də Necatiyə bənzəmirdi. Öyrəndiyi həqiqətlər qarşısında təmiz ruhu üsyan edir, bu sakit uşaq həqiqətləri anasının, atasının və bacılarının üzlərinə qarşı qorx-madan qışqırır, sürdükləri həyat tərzinin müsəlmanlıqla heç bir əlaqəsi olmadığını söyləyir, sonra da qəzəbindən bir otağa qapanaraq için – için ağlayırdı. Bir dəfə də bacıları ilə münaqişə etmiş, bədənlərini ən məhrəm yerlərinə kimi göstərən qısa paltarlarına görə ağzına gələni demişdi. Sonradan da, anasının qəzəblə üstünə gəlməsindən sonra bacılarının yataq otağına qaçıb, içəridən qapını kilidləyərək şkafda nə qədər qısa paltar, yubka varsa, hamısını qayçılamışdı. Təbii ki, bundan sonra olan yenə ona olmuşdu. Atası onu möhkəm döysə də, o, bu yolda döyülməyini özü üçün bir şərəf hesab edir, mübarizəsində qorxu nədir bilmirdi …

İman həqiqətlərinə vaqif olandan bəri o sakit, o səssiz Əli həyəcanlı və civə kimi bir yerdə dayana bilməyən uşağa çevrilmişdi. Öyrəndiyi həqiqətləri başqalarına da öyrətmək, namazın insana verdiyi rahatlıq və ləzzəti hamıya izah etmək istəyi ilə kiçik ürəyi yanırdı elə bil. Əvvəllər tənəf-füslərdə sakit – sakit bir küncdə oturmaqdan xoşlanan uşaq indi ətrafına topladığı sinif yoldaşları ilə bağçada söhbət edir, qardaşından və oxuduğu kitablardan öyrəndiklərini onlara danışırdı. Ədəbi bazasının böyük olması və natiqlik qabiliyyəti ona belə mövzularda ona üstünlük təmin edirdi.

Bildiklərini o qədər şirin və o qədər gözəl bir ifadəylə izah 145

edirdi ki, sinif yoldaşları arasında hörməti artmışdı. Artıq heç kim ona etiraz etmək istəmirdi. Bir neçə nəfər var idi ki, bir-iki belə eləməyə çalışmışdılar, amma dərhal gözəl, layiqli cavablarını almışdılar.

Beləcə Əlinin ətrafındakı dostları hər gün bir az da ço-xalır və bu dostları ona günü gündən daha çox bağlanırdılar.

Qısa bir müddətdən sonra Əli yoldaşlarını Cümə günləri günorta tənəffüslərində məktəbin yaxınlığında yerləşən məscidə aparmağa başladı. Bu Cümə namazları uşaqların elə

xoşuna gəlirdi ki, namazdan sonra məsciddən çıxmaq da istəmirdilər. Hətta aralarından artıq bir neçəsi, Əli kimi gündə

beş dəfə namaz qılmağa başlamışdı.

Yenə bir Cümə günü adəti üzrə Əli və yoldaşları, günorta tənəffüsündə məscidə getmişdilər. Sevinc və həyəcanla camaatın arasına qarışmışlardılar. Namazdan sonra yenə ey-ni rahatlıqla və sevinclə məscidin qapısından çıxırdılar ki, o əsnada məscidin qarşısından keçən tarix müəllimləri onları gördü. Bu, qısaboylu, şişman, qırx yaşını keçməsinə baxmayaraq hələ də çox açıq-saçıq geyinən və üzünə bir vedrə

dolusu makiyaj çəkən qadın müəllimə idi. Sinifdə şagirdlərə

rahat bir şəkildə solçuluğu təbliğ edən və tariximiz haqqında utanc verici uydurma hadisələr danışaraq Türk tarixini lə-kələməyə cürət edən bu qadından, çox əsəbi olduğuna görə

şagirdlər qorxub çəkinirdilər. Şagirdlərinin məsciddən çıxdıqlarını görəndə, müəllimənin sifəti göm-göy göyərdi və:

– Nə gəzirsiniz siz burada, hə? Nə gəzirsiniz burda dedim, axı sizə? – deyə küçənin ortasında dəli kimi qışqırıb bağırmağa başladı. Qəzəbindən tir-tir titrəyirdi. Bir az da qabağa gedib içlərindən ən balacasının – Kazım adlı uşağın qulağından tutub, qartal dırnağı kimi uzun və sərt dır-146

naqlarıyla yazıq uşağın qulağını dartmağa başladı… sonra da:

– Müəllimə, buraxın yoldaşımı… Bilyard salonundan yox, məsciddən gəlirik. – deyən Əlini şillə ilə vurdu:

– Sus, itoğlu! Mənə nağıl danışır. Gedin, bunun hesabını məktəbdə ödəyəcəksiniz.

Uşaqlar, günahkar kimi yox, başda Əli olmaqla başları dik, alnıaçıq bir şəkildə müəllimələrinin qarşısında məktəbə

gəldilər… Namaz məsələsi, bir azdan bütün məktəbi alt – üst eləmişdi… Müəllimlərin əksəriyyəti solçu və dinsiz idi…

Müdir muavini də pozğun fikirli bir solçuydu. Hamısı da, bu namaz məsələsinə görə uşaqların ailələrinə xəbərdarlıq məktubu göndərmək fikrində həmrəy idilər. Müdir bəy isə son dərəcə imanlı bir insan idi. O, müəllimlərin pis düşüncələrini təsdiq etmədi və:

– Uşaqlarla bir dəfə də mən söhbət edim. – deyərək sinfə

gəldi. Uşaqlara, bu hərəkətləri ilə əlaqədar ailələrinə xəbərdarlıq göndəriləcəyini bildirdi. Bu sözdən sonra Əli yerindən duraraq:

–Müdir bəy… Belə bir hərəkət ediləcəksə, lütfən yoldaşlarımın ailələrinə xəbərdarlıq göndərilməsin. Çünki yoldaşlarımı təşviq edərək məscidə aparan mənəm. Xəbərdarlıq məktubu lütfən təkcə mənim ailəmə göndərilsin!..

Müdir bəy Əlinin bu jestini çox bəyəndi. Amma bunu ona hiss etdirmək istəmədi. Bir az da xarakterini öyrənmək üçün soruşdu:

– Yaxşı, günahı tamamilə öz üstünə götürməklə və

ailənə xəbərdarlıq göndəriləcəyini bilə – bilə qorxmursan?

Əli böyük bir soyuqqanlılıqla:

147

-Yox, müəllim – dedi… – Üstəlik bu hərəkətimin hər hansı bir cinayət əməli təşkil etdiyini və ya edə biləcəyini də

zənn etmirəm. Bir müsəlman gəncinin Allaha ibadət etmək üçün məscidə getməsindən daha təbii nə ola bilər? Biz hər biri ayrı bir əxlaqsızlıq yuvası olan kinodan, teatrdan, bar-dan, kafedən və ya bilyard salonundan yox, məsciddən çıxırdıq. Əgər bu bir cinayət isə və bu cinayətə görə ailəmə

xəbərdarlıq göndəriləcəksə, mən günahımdan və göndəriləcək xəbərdalıqdan qorxmuram. Əksinə, bundan şərəf duyuram, müəllim.

Müdir Əlini onsuz da çox sevirdi. Çalışqanlığını və

ədəb-ərkanını digər yoldaşlarına hər zaman nümunə

göstərirdi. Lakin bu sözlərindən sonra ona hörməti daha da artdı. Onun əsəbiləşməyindən və sözlərindən zövq alırdı sanki:

– Yaxşı balam, yaxşı, – dedi… Mən səni bağışlayıram…

Əgər bir daha eyni hərəkəti təkrarlamayacağına dair söz versən, ailənə xəbərdarlıq göndərməyəcəyəm! …

Bu sözlər Əlinin əsəbiləşməyi üçün kifayət etmişdi.

Başını izzətlə bir az da dik tutub:

– Üzr istəyirəm, mən belə söz verə bilmərəm, – dedi. -

Yoldaşlarımı bilmirəm, lakin mən, hər cümə, sərbəst olduğum günorta vaxtı cümə namazına gedəcəyəm. Məni bağışlamağınıza

gəlincə

isə,

ancaq

günahkar

olan

bağışlanmalıdır. Mən isə, bir cinayət törətdiyimi xatırlamıram. Namaz qılan yox, müsəlman olduğu halda namaz qılmayan günahkardır, müdir bəy …

Müdir, partanın arxasından keçib Əlinin yanına gəldi.

Əlini mehribanlıqla Əlinin çiyninə qoyaraq: 148

– Bax Əli, – dedi. Əgər bu sözləri başqa bir müəlliminə

desəydin, sənin üçün heç də yaxşı olmazdı. Çünki bilməlisən ki, insan həyatda hər zaman mərd və cəsur ola bilmir. Əks halda bilməlisən ki, hər düzü hər yerdə demək olmaz.

Səninlə fəxr edirəm… İstədim ki, bunu biləsən. Bundan belə

hər cümə namazına, yoldaşlarınla birlikdə məscidə

gedəcəksən.

Ailənə

xəbərdarlıq

məktubu

göndərilməyəcək… ancaq söz ver, dualarında məni də

unutmayacaqsan yaxşı?…

Sinifdə uşaqlar gülüşməyə başladılar. Müdir gəldiyi kimi yenə sakit, ağayana bir tərzdə sinifdən çıxdı… Ondan sonrakı günlərdə uşaqlar, daha rahat bir şəkildə məscidə getməyə, hətta bəzən Cümə namazından da başqa günorta namazını qılmaq üçün məscidə qaçmağa başladılar. Müəllimlərin etirazlarına baxmayaraq, bu işdə qazanan, yenə

Əli və dostları olmuşdu.

Əli Necati üçün həyatda yeganə təsəlli qaynağı idi…

Necati, qardaşında olan bu mükəmməl imana baxaraq, onun çox yaxında özünü də ötüb keçəcəyinə inanırdı səmi-miqəlbdən. Ancaq Əlinin namza başlaması ilə evdə onsuz da mövcud olan gərginlik bir az da artmışdı. Anası, atası və bacısı, Əlini də özünə bənzətdiyi üçün Necatiyə hirslənirdilər.

Halbuki, Necatinin, ailəsinə son dərəcə böyük ehtiyacı var idi. Xüsusilə evlənməyi qərara aldığı bu günlərdə.

Necati, Bilalın tövsiyəsindən sonra dərhal Sevalı tapıb onunla danışmış və bir xeyli söz – söhbətdən sonra onu evlənmək üçün razı sala bilmişdi… İki gənc qərara gəmişdilər.

evdə söz salıb əgər ailələr də razı olsalar onda ailələr gö-rüşəcəkdi. Əvvəl "hə" şərti ilə gənclər öz arasında söz kəs-dilər… Elə söz kəsilən kimi Seval, bir xeyli vaxtdır həsrətində

149

olduğu hicabına qovuşdu. Və əşyalarını yığıb, qaldığı ya-taqxanadan çıxıb yerinə – yurduna, ata – anasının yanına getdi …

Sevalın anasını nə tam açıq, nə də tam bağlı saymaq olardı. Başına adət olduğu üçün bir hicabla daşıyır, küçəyə

uzun qollu paltarlar geyinib çıxırdı. Həmin bölgənin ən məşhur tacirlərindın biri olan atası isə, fikir cərəyanlarının tamamilə xaricində, sərvətini hər gün bir az da artırmaqdan başqa heç bir düşüncəsi olmayan, ancaq dünya həyatını düşünən bir insan idi. Bacısı Meral isə bu il doqquzuncu sinfə

keçmiş, şən, zarafatcıl, zəhlətökən bir qızdır… Ailəsi Sevalı birdən-birə əlində çamadanı və üstəgəl bu cür İslami paltarda qarşılarında görəndə, gözlərinə inana bilmədi. Bu xəbərsiz gəliş, hamı üçün bir sürpriz olmuşdu… Həsrətin yaratdığı bir həyəcan içində qucaqlaşandan və ağlaşandan sonra, ailəsinin sualları qarşısında Seval, örtünməyinin səbəblərini uzun-uzadı izah etdi. Qızının bu halından ən çox təsirlənən Sevalın atası olmuşdu… Sözünü:

– Atacan, həqiqi bir müsəlman olduğumu ancaq namaza başlayandan və Allahın əmr etdiyi şəkildə örtünəndən sonra anladım. İçimdəki rahatlığı və sevinci sizə təsvir edə bilmərəm. – cümlələri ilə bitirən Seval sözlərinin atasına bu cür təsir edəcəyini gözləmirdi. Onun sözlərindən sonra atası içindən gələn bir şövqlə oturduğu yerdən durdu və sevgiylə

qızının alnından öpdü.

– Sənin üçün çəkdiyim zəhmət halal olsun qızım, – dedi.

– Bu hərəkətin mənim başıma enən sərt bir yumruq oldu, amma mən buna layiqəm. Sizi mənəvi baxımdan layiqincə

yetişdirmədiyimi indi daha yaxşı başa düşürəm. Əslində

mən özüm nə idim ki, sizə bir şey verə bilim?! Allah Allah!…

150

Allah Allah!… Deməli, elə bir gün gələcəkmiş ki, övladımdan dinimin öyrənəcəyəmmiş?… Gör mən nə qədər qafil olmuşam, gör mən nə qədər cahil olmuşam…

Sevalın atasının bu sözləri deyəndən sonra qəfil vəziyyəti pisləşdi. Kresloda oturdu. Bədəninin bütün qanı üzündə toplanmışdı elə bil. Dirsəklərini dizinə söykədi, başını əllərinin arasına aldı. Və bir müddət hamının heyrətli baxışları arasında hərəkətsiz dayandı. Sonra qəfil bir hərəkətlə yerindən qalxdı… Otağın ortasında, əlləri cibində gəzişdi bir xeyli. Hiss olunurdu ki, özü ilə haqq – hesab çəkir. Nəhayət Sevala müraciətlə:

– Seval, – dedi. – Hal – hazırda məni necə alt-üst etdiyini deyə bilmərəm sənə… Bax, qızım, hamınız şahid olun, Allah da şahidim olsun ki and içirəm, bundan sonra nə içki içə-cəyəm, nə də siqaret çəkəcəyəm. Tövbə olsun içməyəcəyəm bundan sonra… Mənim balam artıq namaza da başlayacağam …

Seval, bu sözlərdən sonra yerindən sıçrayıb atasının boynuna sarıldı… Ata ilə qızı qucalaşdılar. Hər ikisi ağlayırdı. Bu mənzərə qarşısında, anası da gözyaşlarını saxlaya bilmirdi. O da getdi, qızını bağrına basdı… Həm qızının yanaqlarından öpür, həm də:

– Sevalım, ağıllı balam mənim… Mələk qızım!… – deyə

ard – arda düzdüyü sevgi dolu sözlərlə ona olan sevgisini ifadə edirdi. Sonra birdən ərinə döndü:

– Bax, bəy, – dedi… – Sən içkini, siqareti atıb, namaz qı-lacağına söz verdin, mən də sizin hamınızın qarşısında söz verirəm: Bundan sonra mən də Sevalın elədiyi kimi, başımı tamamilə örtəcək, plaş və qalın corab geyinəcəyəm… Bu axşam namazından sonra mən də namaza başlayacağam… Se-151

val qızımın sözləri çox xoşuma gəldi. Elədir də, bizimki mü-səlmanlıqdı ki?

Seval qulaqlarına inana bilmirdi… Ailəsi tərəfindən örtünməyinin və namaz qılmağının bu cür rəğbətlə qar-şılanacağını, üstəgəl, anasının və atasının da namaza başlayacağını, əsl müsəlman kimi yaşayacaqlarını heç düşünməmişdi. Lakin kiçik bir nüvənin içində böyük bir ağacı saxlayan Allah, nələrə qadir deyil axı?… İndi bütün işi- gücü, bacısı Meral a da eyni dərəcədə təsir etməkdən ibarət olacaqdı…

Anasının və atasının qollarının arasından ayrılıb, Ma-ralla da danışmaq üçün arxaya çevrildi. Lakin Meral artıq otaqda yox idi. Seval çölə səsləndi:

– Meral, haradasan, canım?

– Mən buradayam, bacıcan…

Seval qapını açıb dəhlizə çıxdı. Lakin çıxmağıyla yerində donub qalmağı bir oldu:

–Meral! …

Meral dəhlizdəki böyük güzgünün qarşısına keçib, bacısının bir az əvvəl çıxardığı plaşı geyinmiş, başına da yenə bacısının hicabını eynilə onun kimi gözəlcə örtüb bağlamışdı. Əlini heyrətlə ağzına aparan, qarışıqlıq içində

ona heyrətlə tamaşa edən bacısına aynadan baxaraq şən –

şən gülümsəyirdi… Sevalı nəsə deməyinə imkan vermədən:

– Necədir, bacıcan? – deyə soruşdu – Mənə də sənin kimi yaraşdı?

Seval bu qədər xoşbəxtlik içində sərxoş olmuşdu elə bil.

Əlləri ilə üzünü bağlayaraq sevincdən hıçqıra – hıçqıra ağlamağa başladı. Bir yandan da:

152

– De görüm, Meral, – deyirdi, – Zarafat etmirsən ki?

İnanım buna yəni? Amma necə ola bilər axı, Ya Rəbbim, necə ola bilər? …

Meral güzgünün qarşısından ayrılaraq qaça-qaça gəldi, bacısının boynunu qucaqladı və onun yaşlı yanaqlarından öpməyə başladı:

– Niyə olmasın axı, bacıcan? İnan ki, zarafat-zad deyil…

Mən qəti qərara gəlmişəm. Artıq mən də sənin kimi olacağam.

– Amma sən məktəbdə oxuyursan axı, Meral …

– Olsun da, nə olar? Hələlik gedib gələndə örtərəm, məktəbi bitirəndən sonra da heç açmaram. De görüm, bacıcan, indi artıq Allah məni də sevər, elə deyil?

– Əlbəttə, bacım mənim, əlbəttə… Bu gün mən nə qədər xoşbəxt oldum, İlahi, məni nə qədər xoşbəxt etdiniz…

O gecə səhərə yaxına kimi söhbət etdilər… Meral yatandan sonra Seval universitetdən yarımçıq çıxmağının və

evə qayıtmağının səbəbini uzun-uzadı ata-anasına başa saldı. Necatidən danışdı. Çox imanlı və tərbiyəli bir gənc olduğunu, onunla evlənib əxlaqlı bir yuva qurmaq istəyindən bəhs etdi. Atası "Bəli" deməkdə bir an belə olsun tərəddüd et-mədi:

– Madam ki səni bu yola, Allah yoluna qayıdışına o, səbəb olub; bir qızım yox, bütün sərvətim halal olsun ona. –

dedi. – Sabah tezdən yaz və bildir qəbul etdiyimizi, qızım.

Bir damcı da özünü sıxma. Madam ki, İstanbulda yaşamaq istəyirsiniz, oradan sizə gözəl bir ev alaram; mebellər də mənim boynuma, yaxşı qızım? Bəy özünü xilas edənə kimi sizə

hər ay dolanışığınız üçün pul da göndərərəm. Sənin bu cür 153

həm mədəni, həm də Allahını, Quranını bilən imanlı bir gəncə nəsib olmağın üçün hər şey edərəm.

Seval, müjdəli xəbəri elə ertəsi gün səhər – səhər məktubla Necatiyə bildirdi. Məktubu atası işə gedəndə öz əliylə poçta atdı. Artıq Seval üçün yeni, işıqlı bir həyat başlayırdı …

Necati evdəkilərin razılığını almaq üçün tələm-tələsik evə gəldi. Və axşam yeməyində məsələni ata – anasına açdı.

Atası onu bığaltı qımışaraq dinləyirdi. Necatinin gəlin bacı üçün "imanlı, başıbağlı gənc qız" – deməsi, ər-arvadın bir-birlərinə baxıb ələ salmaq məqsədi ilə gülüşmələrinə səbəb olmuşdu. Nəhayət atası o, sözünü bitirən kimi öz qərarını bir neçə cümlə ilə və sərt bir şəkildə bildirdi:

– Ali təhsilini bitirməmiş, işə başlamamış səni evlən-dirməyəcəyimi bilirsən. Bu bir … Mən mənə gəlin olacaq qızın, bu cür ev xidmətçisi kimi bir qız olmasını istəmirəm…

Ailəmizin şərəfini, sosial vəziyyətini düşünməliyik. Bu iki…

Bütün bu dediklərimə fikir verməyib evlənməyə cəhd elə-sən, məndən heç nə ala bilməyəcəksən. Qarşımıza, bizə uyğun, müasir biri çıxana kimi bu şərtlərimin heç biri dəyiş-məyəcək. Bu da üç!… Başa düşdün, cənab? Bir daha da bu barədə danışmaq istəmirəm bu evdə! …

Necatinin bütün dünyası bir anın içində alt-üst olmuşdu elə bil… Atasına bəlkə də çox şey deyə bilərdi elə həmin anda, amma əlində şərab qədəhi özündənrazı bir şəkildə danışan bu insanı daha çox görmək istəmirdi. Əsasən süfrədə həmişə içki olduğunu bildiyinə görə Necati daim evə

yeməkdən sonra gəlirdi. Bu axşam atasını heç yerə getmədən süfrə başında görmək və onunla danışmaq üçün tezdən gəlmişdi. Atasından son və qəti cavabı alandan sonra qətiy-154

yən səsini çıxarmadı. Boşqabındakı yeməyi də yemədi heç.

Süfrədən qalxdı …

Sağollaşmadan küçəyə çıxdı… Kadıköy sahilinə gələndə

gəmi artıq hazır idi. Düz yuxarıya, göyərtəyə çıxdı… Göyərtədə heç kimin olmamağı, onun dərdləri ilə baş-başa qalması baxımından çox məqsədəuyğun olmuşdu …

Sevalın məktubunu düşünürdü … "Atam deyir sizi maddi baxımdan heç bir korluq çəkməyə qoymayacağam… Bizə

alacağı evin bütün əşyalarını da alandan sonra, müntəzəm hər ay bizə pul göndərəcəyinə də vəd verib". – yazmışdı Seval… Amma Necati heç cür bu təklifi qəbul edə bilməzdi.

Qadın pulu ilə yaşayan bir kişinin vəziyyətinə düşmək istəmirdi. Məhəccərə daha möhkəm söykəndi. Çarəsiz, qərarsız və kədərli idi… Nə etməli olduğunu bilmirdi. Daha doğrusu necə etməli olduğunu… Gözlərini oynaşan köpüklü suladan ayırmadan uzun müddət dərdli-dərdli düşündü…

Gəmi körpüyə yan alarkən, istər-istəməz dodaqlarından, o anda yadına düşən Bodleirin bir şeiri süzüldü… Sanki dal-ğalara pıçıldayırmışcasına ağır-ağır, hüznlü hüznlü oxumaqda idi:

Dərdim!

Yetər, sakit ol, dincəl bir az artıq;

Axşam olsun deyirdin, bax oldu axşam

Qara örtük şəhəri qaranlıq;

Kiminə rahatlıq enər göydən, kiminə qəm.

Qov şəhərin o iyrənc qarışıqlığını getsin,

yesin qamçısını həzzin səfil qaranlıqda.

Ümumi acı meyvəsini peşmançılıq

Sən gəl dərdim

155

Ver əlini mənə, gəl belə.

Gəmi körpüyə yan almışdı. Ağır-ağır pilləkənlərdən enib kütlənin arasına qarışdı … Çölə, prospektə çıxandan sonra bir müddət hara gedəcəyinə dəqiq qərar verə bilmədi… Hərçənd bu günə kimi belə olanda dərhal Bilalın yanına gedirdi, onunla məsləhətləşirdi. Amma, Bilal da artıq evlənmişdi… İndi belə vaxtda onu evdə narahat etmək istəmirdi… Nazim həkimin yanına getmək istədi… Amma onunla da bu kimi məsələləri danışacaq qədər yaxın deyildi.

Nəticə etibarı ilə hər olur olsun deyərək, yenə də Bilalın yanına getməyi qərara aldı.

Hüzur küçəsinə elə təzəcə girmişdi ki yanıqlı bir azan səsi, sanki bütün mənliyini müşfiq bir ananın övladını bağrına basması kimi bağrına basdı… Bu, Bilalın səsi idi… Necati, şam azanını oxumaqda olan Bilalla məsciddə görüşməyin ən yaxşı variant olacağını düşünərək, tələsik addımlarla məscidə qaçdı. O qapıdan girəndə, Bilal da azanı bitirmiş, minarədən aşağıya enmişdi. Qapının ağzında əlində

ayaqqabılayrı ilə içəri girən Necatini gördü. İki yoldaş məhəbbətlə bir – birini qucaqladıqdan sonra bir yerdə namaza durdular. Namaz bitib, camaat dağılanda Necati:

– Bilal, səninlə mütləq danışmalıyam. Evə xəbər elə, gedib bir yerdə oturaq bəlkə?! – deyə soruşdu.

Bilal Necatinin xeyli dərdli olduğunu görürdü. Dostunun kürəyinə vurub:

– Dərdləşmək üçün bizim evdən daha yaxşı bir yer axta-rırsansa, aldanırsan – dedi – Ey adəm övladı, gəl, getdik…

Bir azdan iki yoldaş, yerdən salınan döşəkçələrin üstündə oturub danışırdılar. Necati, Sevaldan gələn məktubdan 156

bəhs etdi … Daha sonra da məsələni açdığı vaxt atasının davranışını və sərt dillə vermiş olduğu mənfi cavabı danışdı.

Nəhayət, ümidsiz bir halda Bilala baxıb:

– De görüm, qardaşım, – dedi. – Sən olsan belə vəziyyətdə nə edərsən? Mən atamı çox yaxşı tanıyıram. Olmaz deyibsə, vəssalam da, olmaz… Üstəlik üstünə gedəndə inadı daha da artacaq… Digər tərəfdən, Sevalın ailəsi məmnuniyyətlə qəbul etmiş vəziyyətdədir. Ancaq əvvəlcədən də

dediyim kimi mən qadın pulu ilə dolanan bir kişi vəziyyətinə düşmək istəmirəm. Necə deyirlər, yuxarıya tüpürürsən bığ, aşağıya tüpürürsən saqqal…

Bilal, Necatinin uzun – uzadı dinlədikdən sonra:

– Bax, Necati, – dedi. – Bu barədə məni bir yaşıdın kimi yox, bir qardaşın kimi görməlisən və sözlərimə çox əhəmiyyət verməlisən. Çünki, bu həyati bir məsələdir. Hiss-lərimizlə hərəkət etdiyimiz təqdirdə daim səhv nəticələrə gəlib çıxa bilərik. Sən hələ gələcəyini tam təmin etməmisən. Lakin buna baxmayaraq Seval kimi bir qızı qaçırmağın da doğru olmadığı şübhəsizdir. Maddi baxımdan yeganə istinad-gahın olan atandan kömək və dəstək ala bilmədiyin üçün, bir kapriz ucbatından Sevalın maddi dəstək təklifini rədd etməyin nə qədər məntiqsiz olduğunu düşün. Daha nə istəyirsən əziz qardaşım, sən belə bir dəstəyi göydə axtarırdın, yerdə tapmısan. Qadın pulu ilə yaşamaq narahatlığının müsəlmanlığa heç uyğun gəlmədiyini bilirsən? Mən sənə bu barədə ən gözəl nümunəsi İslamın Peyğəmbəri və biz müsəlmanların həyatının hər mərhələsində yeganə rəhbəri olan Rəsuli-Əkrəmdir. O da ilk dəfə evləndiyi Hz. Xədicə ilə evlənəndə heç nəyi olmayan, olduqca kasıb bir gənc idi. Hz. Xədicə anamız isə yaşca Peyğəmbərimizdən böyük, dul və zən-157

gin bir qadın idi… Buna baxmayaraq Peyğəmbərimiz, bunların heç birini özü üçün günah hesab eləmədi və həyatını tərəddüdsüz həqiqi bir fəzilət abidəsi olan Həzrəti Xədicə ana-mızla birləşdirdi… Bilmirəm, bu cür misaldan sonra eyni düşüncədə israr edə biləcəksənmi?

Necati ilk dəfə təbəssüm dolu bir çöhrə ilə:

– Sənin yanına gəlməkdə nə qədər doğru hərəkət etdiyimi indi daha yaxşı başa düşürəm Bilal, dedi … – Əgər misal Həzrəti Peyğmbərimizdirsə ondan sonra mən nə deyə

bilərəm artıq?

– Elə isə əziz qardaşım indi sən, ilk növbədə vəziyyəti Sevala məktubla başa sal… Ailənin sənə qarşı olan mənfi mü-nasibətini bildiyi üçün atanın rədd cavabı, yəqin ki, Sevalı sarsıtmayacaq. Ailəsinin sənə qarşı olan məhəbbətindən də

məncə istifadə etməlisən. Bu, sənin üçün ayrıca bir şansdır.

Məncə, bu ailə səni həqiqi bir övlad kimi bağrına basacaq.

Vəziyyətə uyğun olaraq bir maşına minib, Eskişehirə

gedib Sevalın atası ilə şəxsən özün görüşərsən. Söz, nişan və

başqa bu kimi rəsmi məsələlərə gəldikdə isə, onu sən bizim öhdəmizə burax. İstədiyin zaman anam və xanımım sənin üçün əllərindən gələni əsirgəməyəcəklər. Oldu?

–Yaxşı, Bilal qardaşım, razılaşdıq …

– Elə isə bu andan etibarən sifətini turşutmaq yoxdur artıq. Heç narahat olma… Sən qayınatanın dəstəyi ilə yuvanı qurub ailəni dolandırmağa başladıqdan bir müddət sonra, ata-anan istər istəməz səni axtaracaq və etdiklərindən peşman olacaqlar. Bəlkə də, duaların və əməllərin sayəsində Allah onlara da hidayət nəsib edər …

Necati bu sözlərdən sonra dərindən bir "ah" çəkdi və: 158

– Kaş, elə sən deyən kimi olaydı – dedi. – Amma heç ümidim yoxdur düzü.

– Allahdan ümid kəsilməz, Necati, bu bir an və saat məsələsidir… Bir də gördün sabah atan, anan və bacın imanda səni-məni keçdilər. Əncirin tumunda əncir ağacının proqramını gizlədən Qadiri-Mütləq olan Rəbbimiz nələrə qadir deyil axı?… Biz dua və səbir etməyi bilsək hər şey düzələcək.

Necati sevinc ilə yerindən qalxdı:

– Mənə yenidən yaşamaq gücü verdin, Bilal… Sənə olan minnətdarlığımı necə ödəyəcəyimi bilmirəm, düzü… Gec ol-du, mən gedim… Haqqını halal et, qardaşım. Dediklərini vaxt itirmədən eyni ilə tətbiq edəcəyəm… Hələlik, gecən xeyrə qalsın…

– Xeyrə qarşı, Necati… Səndən yaxşı xəbərlərini gözləyəcəyəm …

Aradan üç ay keçmişdi… Sevalla Necatinin bütün toy hazırlıqları tamamlanmış və nəhayət toy günü gəlib çatmışdı… Sevalın atası kürəkənini o qədər çox sevmişdi ki, heç bir sözündən çıxmır, hər şeyi onun istədiyi şəkildə et-mək üçün həvəs göstərirdi. Üç aydır davamlı şəkildə qıldığı namazr və oxuduğu dini əsərlər bu təmiz qəlbli insanı göz-ləniləndən də çox əsaslı bir şəkildə İslama bağlamışdı. Bu baxımdan Necatinin toy məclisinin kişilər üçün ayrı, qadınlar üçün ayrı keçirilməsini istəməsini də son dərəcə normal qarşıladı. Qadınlar üçün günortadan sonra salonda toy mə-rasiminin keçirilməsi, kişilər üçün də gecə bir ziyafət verilməsi qərara alındı.

Bu toy xəbəri Eskişehirdə günlərlə dedi-qodu mövzusu oldu. Xüsusilə zabit və məmur xanımlarının səsini kəsmək heç cür mümkün olmurdu. Pahh, belə də toy olar? .. Kişisiz 159

toy harda görülüb axı? Deyirlər, sonra caz və rəqs yerinə Quran və İlahilər oxunacaq, nitqlər ediləcək, dualar oxu-nacaqmış… Çalğı və əyləncə də olmayacaq toyda. O cür böyük tanınmış bir tacirin universitetdə oxuyan qızı üçün belə

də toy mərasimi keçirmək olar?

Bu dedi-qodular evdən evə, küçədən küçəyə, məhəllədən məhəlləyə və qəsəbədən qəsəbəyə yayılır, lakin ye-nə də hamıda görmək üçün böyük maraq və həyəcan oyanırdı. Hər şeyi dünya zövq və cazibəsinin aldadıcı çərçivəsi içində görməyə alışan bu yazıq, bomboş, qafil insanlar, hər nədənsə içində olduqları ən böyük geriliyi mədənilik, ən böyük ibtidailiyi isə "mədənilik" kimi görməyə və göstərməyə

alışmışdılar.

Necati bütün təkid və xahişlərə baxmayaraq, ailəsini toya gəlmələri üçün razı sala bilməmişdi. Atası ümumiyyətlə, yaxın belə gəlmək istəmirdi. İstəmədikləri biri ilə

evləndiyi üçün oğullarını heç cür bağışlaya bilmirdilər.

Üstəlik toyun İstanbulda yox Eskişehirdə, həm də musiqisiz, içkisiz, əyləncəsiz keçiriləcəyini öyrənəndə ümumiyyətlə

əsəblərini cilovlaya bilmədilər. Ancaq Əli və bacısı Zühal qardaşının toyunda iştirak etmək üçün can atırdılar. Bacı-qardaşın təkid və xahişlərindən sonra, ata-anası çox da müqavimət göstərmədilər və Zühalla Əli toydan iki gün əvvəl Eskişehirə yola düşdülər.

Necati Zühalın gəlişindən əvvəllər çox da məmnun olmamışdı. Bacısının həddindən artıq qısa olan yubkası, həddindən çox olan makiyajı və sərbəst hərəkətləri ilə, ətrafına qarşı düşəcəyi vəziyyətə görə kədərlənirdi. Lakin bir tərəfdən də, onun Sevalı yaxından tanımasını cani-dildən arzulayırdı…

160

İki gün içində Necatinin bu arzusu çox böyük nəticə

verdi… Zühal gələcək gəlinləri ilə elə hava limanında aranı düzəltmiş, eyni zamanda bu qısacıq təlaşlı zamanda onunla bir gəlin-baldız kimi yox, qırx illik dost kimi can-ciyər olmuşdu. Kimya fakültəsinin son kursunda oxuyan, mədəni, müasir, üstəlik son dərəcə gözəl bir gənc qız olan Sevalın hicaba duyduğu sevgiyə ilk başda maraqla tamaşa etmişdi. Lakin Sevalla və bacısı Meral la uzun-uzadı söhbətlərdən sonra hansı dövr və şərtlər altında olursa olsun, hicabın bütün mü-səlman qadınları və qızları üçün tətbiq edilməsi vacib olan lazımlı bir dini öhdəlik olduğunu da dərk etməyə

başladı… Artıq böyük qardaşının nəyə görə anasını, bacısı Nihalı və onun açıq-saçıq geyimini bu qədər tənqid etdiyini anlayır və onu haqlı sayırdı… Seval və Meral la birlikdə

keçirdiyi zaman ərzində Zühal get-gedə onların yanında kiçildiyini hiss edir, öz qısa paltarından utanırdı. Toyda geyəcəyi paltarın dekoltesini və qısalığını düşünəndə

yuxularını qarışdırırdı. Xeyr, xeyr! … Bu qədər gözəl həqiqətləri öyrənəndən sonra artıq o paltarları ge-yinmək olmazdı. Nəhayət qərara gəldi. Vəziyyəti hava limanında gördüyündən bəri özünə ən yaxın rəfiqə saydığı Sevalı toy günü günortadan sonra bir kənara çəkdi və:

– Gəlinbacı, – dedi. – Burada təmiz iş görən yaxşı bir geyim mağazası tanıyırsan?

– Əlbəttə var, Zühal… Xeyirdi, niyə soruşdun geyim mağazasını?

– Bilirsən… Özümə toy üçün normal uzun bir paltar almaq istəyirəm… Amma yanımda o qədər pulum yoxdur. Deyirəm, bəlkə paltarın pulunu siz verin, mən də sizə borclu 161

olum. Evdə, daxılda xeyli pulum var. Gedən kimi qay-taracağam.

– O nə sözdür, Zühal?! Pul məsələsi problem deyil am-ma, normal yaxalı, uzun bir paltar istəyirsənsə, demək olar ki, bunu heç bir mağazada tapa bilməyəcəksən. Bilirsən, yaxası-qolu bağlı da olsa, dəbdir deyə paltarlar qısa tikilir hər zaman.

– Yaxşı, bəs mən neyləyim, gəlinbacı? Heç vaxt o biabırçı donu geyinmərəm daha əynimə. Halbuki, necə böyük həvəslə tikdirmişdim… Amma indi, dinimin qətiyyən icazə

vermədiyi belə bir paltarı ölsəm də geymərəm… Düzdür, dediyiniz kimi mağazadakılar da qısa olar yəqin … Onda mən də əynimdəki bu idman qiyafətləri ilə gələrəm toya.

Seval, Zühaldakı bu dəyişiklikdən çox məmnun olmuşdu. Gülə – gülə:

– Əynindəki paltar da qısa deyil ki, Zühal? – deyə soruşdu.

Zühalın göz yaşları bu dəfə çarəsizlikdən axırdı:

– Elə demə – , deyə mızıldadı. – Bu paltarlarım da, o birilər də qısadır…İçində açmaq üçün astarı da yoxdur… Belə

olan halda mənim üçün bir yol qalır: o da toya gəlməmək! …

Və üzünü iki əli ilə tutub ağlamağa başladı. Seval rəhimdil bir bacı kimi Zühalın çiyinlərindən tutdu:

–Zühal, mənim bacım, bilirsən bu göz yaşlarının nə

böyük mənası var? İndi mənimlə gəl, ağlamağa ehtiyac yoxdur. – deyib, heç nə anlamayan Zühalın əlindən tutub öz otağına apardı. Otağının ortasında Zühalın əllərindən əlini çəkib küncdə üst-üstə qoyulan iki çamadana tərəf getdi. Çe-modanlardan birini aça-aça həm də danışırdı: 162

– Əşyalarımı və cehizlərimi, bir neçə gün əvvəl İstanbula yük kimi göndərdik. Təkcə geyimlərimin əşyalarımın olduğu bu iki çamadanı özümüzlə birlikdə aparacağıq… Elə

bilirəm, yaşca məndən kiçik olmağına baxmayaraq, boylu –

buxunlu olduğuna görə mənim paltarlarım əyninə olar.

Və çamadandan qolları manşetli və yaxası rəngli daşlarla bəzədilmiş bir kofta və uzun bir yubka çıxardı…

– Gəl, sil o gözəl yanaqlarının yaşını, bunları bir geyin görək, əyninə olacaq?

325,46 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
720 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают