Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Doğma evin astanasında», страница 3

Коллектив авторов
Шрифт:

Qızdırıcı qazanına doğru bir neçə addım atdım. Qazan yanmırdı. Qazanın önünə odun və kömür yığılmışdı. "Yandıracaqmış, sonra fikrindən daşınıb çıxıb gedib," dedim öz-özü-mə. Daxmaya üz tutdum, fənərin işığını dax-manın içinə saldım. Heç kim yox idi. Fənəri sağa-sola çevirib ətrafıma baxarkən birdən yan tərəfimdən can hayında inləyən, yalvaran, boğuq bir səs gəldi. Ürpərdim, geriyə çəkil-dim.

Abiii!

İşığı səsin gəldiyi tərəfə tutdum. Qaran-lıqda parlayan iki göz gördüm. Tir-tap yerə sərilmişdi Seyfəddin. Sol əlini irəli uzatmışdı, kömək istəyirdi. Çətinliklə “abi” – dedi yeni-dən. Sürünərək qapıya doğru gəlmək istəmiş, taqəti tükənib eləcə də qalmışdı. Bir az əvvəl ordan keçəndə necə fərq etməmişdim?

Seyfəddindən bir az qabaqda ilan kimi qıvrılmış bir elektrik kabeli vardı. Beynimdən vurulmuşa döndüm. Seyfəddini qucaqladım, sağa-sola çırpa-çırpa özümü çölə atdım. Yazıq uşağın cılız bədəni yarıcanlı, ikiqat çiynimdə yellənirdi. Əli, üzü, üst-başı kömür tozuna bu-lanmışdı. Kürəyimdən düşməsin deyə iki əlin-dən möhkəmcə tutmuşdum. Sağ əlində qəribə bir soyuqluq vardı, üzünün sağ tərəfi büzüş-müşdü. Nəsə demək istəyir, amma danışa bil-mir, inildəyirdi:

Abiii…

Sevəm nənə dizlərinə vura-vura gəldi:

Ay quzum, buna nə olub?

Avtomobilin qapısını açıb qoydum uşağı. Bir çuval kimi yıxıldı avtomobilə, başını tuta bilmirdi, kresloya aşdı Seyfəddin.

Sevəm nənə:

Cavan uşaqdı, ay Allah, sənə tapşırı-ram, deyə dualar tökdü arxamızdan. Sevəm nənənin çığırtısına toplaşan qonşuların arasın-dan sürətlə sürdüm avtomobili.

Haralıyıdı bu uşaq? Onu hansı çovğun sovurmuşdu buralara? Hardan gəlib hara ge-dirdi? Kimin kimsəsiydi o?.. Anası-atası kim idi..? Səhər sapsağ olan oğlanın indi yarıcanlı bədəni və bir də adı vardı: Seyfəddin! Aman Allah, avtomobilin arxasında can verən bu ye-niyetmə yaşayacaqmı? Tez-tez dönüb arxaya baxırdım. İki kilometrlik yol uzandıqca uza-nırdı. Səhvmi gedirdim? Xəstəxana hansı tə-rəfdə idi? Bu şəhər niyə bu qədər dəyişmiş-di?…

Xəstəxanaya nə vaxt çatdım? Seyfəddini necə qucaqlayıb xərəyə atdım? Sistemi kim taxdı? Xəstəxana niyə qaranlıq idi, yoxsa hələ zirzəmidə idimmi? Bilmirəm…

Nəfəsi tıncıxırdı, bir az sonra tənəffüs ci-hazına bağladılar. Gözlərini açdı bir ara, fikrə getdi, sonra sakitcə yumdu gözlərini. Yatmış-dımı?

Ayaqqabılarının biri qara, biri qəhvəyi idi, xəstəxanada fərq etdim. Boynunda qara iplə bağlanmış bir dua vardı. Əlləri, üzü, üst – başı kömür qarasıydı. Üzü… Allahım bir ya-nağı nə üçün belə kiçilmişdi!? Elə bil sağ ya-nağı zəifləmiş, qurumuşdu.

Həkim: "pencəyini çıxarın" dedi. Tibb bacıları pencəyini çıxaranda iç cibindən nim-daş bir pulqabı, pulqabının içindən də bir ne-çə kağız parçası və bir fotoşəkil düşdü. Sey-fəddinə bənzəyən bir gəncin yüngülcə gü-lümsəyən ağ-qara fotoşəkli idi. Uzaqlara ba-xırdı fotoşəkildəki gənc. Uzaqlara, çox uzaq-lara… Pulqabısını, rəsmi və üstündə ünvanlar, nömrələr yazılmış kağızları yığdım yerdən…

Sağ tərəfi iflic olub, dedi həkim, şok-dadı, özünə gələ bilər, amma çətin ki…

Nədənsə, birdən tərpəndi, gözlərini açdı Seyfəddin. Sağ əlinə, sağ ayağına baxdı, göz-ləri yaşardı, səssizcə ağladı. Sağ yanı işləmir-di, hiss etmişdi bunu.

Düzələcək, həkim elə söylədi, dedim, qorxma.

Abi, dedi, atam… atama xəbər ver.

Burdadımı atan, harda qalır? Eviniz hardadı?

Valilik yolunda, məktəbin qabağında, yaşıl bina… zirzəmidə…

Seyfəddin, Seyfəddin…

Eşitmədi. Ancaq bunları deyə bildi, nəfəsi kəsildi, gözləri yumuldu yenə. Otaqdan çıx-dım. Söylədiyi ünvanı düşünürdüm. Tərif et-diyi yerdə bir dənə məktəb vardı zatən, o bö-yük bina olmalı idi. Avtomobilə doğru get-dim. Arxamdan bir səs:

Bəyəfəndi, bəs bunun xərcləri…? Yaz-mağımız lazımdır axı, adı-soyadı nədir bu-nun?

Yalnız adı vardı bu uşağın, adından başqa heç bir şeyi yoxdu. …Öz adımı söylədim. Tibb bacısıya kimliyimi uzatdım, "sən qeyd elə, mən gəlirəm" dedim.

Kürəyimdə qara xəbərin tonlarla ağır yü-küylə Seyfəddinin tərif etdiyi yerə gəldim. Qarşıma çıxan adama nə deyəcəkdim? "Sey-fəddini elektrik vurdu, iflic oldu… Çətin!..” Necə deyəcəkdim? Mən nəyi idim bu insanla-rın? Az sonra qapısını döyəcəyim insanlar kim idi?..

Binaya girdim, işığı yandırdım, zirzəmiyə enən pillələrdən yavaş-yavaş aşağı endim. Üstdən sızan sular divarlarda kirəcləmiş, be-ton divarlar bəzi yerlərdə ağarmışdı. Aşağıda köhnə-külüş əşyalar, karton qutular, qırıq kreslolar, kürsülər… İşıq söndü, ayaqlarım nə-yəsə ilişdi, əlimi divara sürtə-sürtə irəlilədim. Bir az kənarda taxta qapının aralığından zəif bir işıq süzülürdü. Kandarda dayandım. Qa-pını döyməyə qorxurdum, bir neçə dəfə əlimi uzadıb geri çəkdim. Görəsən gerimi dönüm? Bəs uşaq oyanmasa!? Sonra bütün cəsarətimi toplayıb qapını döydüm.

İçəridən ayaq səsləri gəldi, qapı açıldı. Ki-çik bir qız açdı qapını. Qarşıdakı otağın qapısı da açıq idi və otağın qarşı divarı görünürdü. Qız çaşqın-çaşqın gözlərimə baxdı. Birdən itdi qızın gözləri. Əli, ayağı, üzü, bütün bədəni it-di qızın. Qapıda əriyib itən qızın hörüyü və lenti qaldı gözlərimin qarşısında. O anda bir qadın çıxıb gəldi otaqdan. Əsmər, zəif bir qa-dın. Əlləri tanış idi qadının, əlləri yorğun, əl-ləri möhtac… Mənə baxdı və əsmər, zəif əlləri iki yanına düşdü. Kiçik qız geriyə dönüb üzü-nü qorxuyla gizlətdi bu qadının ətəyində. İki günahkar kimiydik. Qadın da danışa bilmirdi, mən də. Otağın qarşı divarına sataşdı gözüm. Divarda, gövdəsi sədəf işləməli bir tar asıl-mışdı. Tarın yanında, ortasında ay – ulduz olan mavi, yaşıl, qırmızı rəngli bir bayraq və ağ-qara bir fotoşəkil… Seyfəddinin pulqabı-sındakı fotoşəkil! Qarşı otaqdan kişi səsi gəldi və az sonra üzünün bir tərəfi yaralı, bir gözü kor həmin tarzən göründü. O otaqdan çıxanda kiçik bir uşaq ağladı arxasınca.

Söyləyəcəklərim boğazıma düyünləndi. Kəkələdim, udqundum, danışa bilmədim.

Seyfəddin dedim, Seyfəddin yıxı-lıb… Yaralanıb… Qorxmayın, xəstəxanadadı…

Üzümdəki narahatlıqdan bir fəlakət sezdi qadın, iki əlini havaya açıb yalvardı:

Seyfəddin! Seyfəddin! Düz deginən, ay oğul! Nə olub?

Kişi söylədiklərimə inanmaq istəyirmiş kimi, qadına tərəf döndü:

Deyir heç nə yoxdu, qorxma, xəstəxa-nadadı. Tez elə, qıza xəbər ver, gəlsin uşaqla-rın yanında dursun.

Qadın:

Birini Qarabağda basdırdım, ay Allah! Bunu məhruma bağışla! deyib, sinəsinə dö-yə-döyə çıxdı.

İçəri girdik. İçəridəki uşaq dayanmadan ağlayırdı. Deməli, bu uşağa dərman alacaqdı tarzən. Lentli qız kiçik qardaşını ovutmağa ça-lışırdı. Bir alov qarsmışdı qızın sifətini, yan-mışdı üzü, üzü yox idi. Ata çarəsiz var-gəl edirdi otaqda…

Uzaqdımı, dedim, kaş ki avtomobillə aparaydım xalanı.

Yaxındı, qızımı burada ərə vermişəm, indi gələrlər.

O soyuq, o pərişan otağın divarları üstü-mə gəlirdi. Otaq sanki çökür, divarlar başıma aşırdı. Divarda fotoşəkildəki gənc uzaqlara dikmişdi gözlərini. O gənc birdən o şəkil çər-çivəsindən əllərini çıxardıb yanında asılmış ta-rı götürdü, tar acı-acı inləməyə başladı. Tarın səsi, ağlayan uşağın səsi, yıxılan divarların sə-si… Divardakı bayrağın rəngləri əridi, saraldı, soldu… O bayraq, sanki qandallanmış bir məhbus idi, tərpənə bilmirdi, sanki bir külək gözləyirdi. Tar havasında çox uzaqlardan gə-lən bir Qarabağ şikəstəsi vardı, eşidirdim…

Kişi heç nə soruşmur, mən heç nə deyə bilmirdim. Zaman dayanmışdı, saatlar don-muşdu, hər dəqiqə bir ilə dönmüşdü…

Dəhlizdən təlaşlı səslər gəlməyə başladı, qapı açıldı. Otağa əvvəl qadın, arxasınca iri gözləri olan dünyalar gözəli gənc bir qız girdi, yanında da zırpı, qırx-qırx beş yaşlarında bir adam… Bu yekəpər kişi bu qızın əri idi yəqin.

Бесплатный фрагмент закончился.

87,59 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
70 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают