Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Əcaib canlı», страница 2

Коллектив авторов
Шрифт:

olunması ötən vaxtdan asılıdır.

Müşavirlər kapitan Qorsidə baxdılar. O, əvvəl tutuldu, sonra şüaatan keşikçiyə dedi:

– Onu gözdən qoyma!

Sonra insanın gözlərinin içinə baxdı.

– Sizin niyyətiniz bizə aydındır. Siz imkan-dan istifadə edib öz təhlükəsizliyinizi təmin et-13

mək fikrindəsiniz. Sizi xəbərdar edirəm: bir dənə

də artıq hərəkətə yol verməyin, onda hər şey sizin üçün yaxşı olar.

İnsanın bu yalana inanıb-inanmaması məlum deyildi. O nə bircə baxışı, nə də bir hərəkəti ilə şüaatanın bir qədər əvvəl onun iki sələfini yandırdığı yerdə döşəmənin əriməsini gördüyü-nü hiss etdirmədi. O, maraqla ən yaxın qapıya yaxınlaşdı, ona göz qoyan ikinci keşikçiyə diqqətlə baxdı və irəli addımladı. Onun ardınca keşikçi gedir, onun arxasınca güc ekranı hərəkət edir və nəhayət, müşavirlər irəliləyirdilər. İneş

qapıdan üçüncü keçdi. Bu zalda heyvan model-ləri qoyulmuşdu. Növbəti zal, İneşin özlüyündə

qeyd etdiyi kimi, "sivil" dövrü təmsil edirdi. Burada eyni bir dövrün çoxlu aparatı qoyulmuşdu.

Onların hamısı xeyli yüksək inkişaf səviyyəsin-dən xəbər verirdi. Gznyalılar birinci dəfə buradan keçəndə İneş "Atom enerjisi" deyə düşündü… Bunu başqaları da başa düşdülər. Kapitan Qorsid İneşin arxa tərəfindən insana müraciət et-di:

– Heç nəyə əl vurma. Bircə səhv addım atan kimi keşikçi səni yandıracaq.

Dirildilmiş sakitcə zalın ortasında dayandı.

Daxilindəki narahat maraq hissinə baxmayaraq, 14

İneş onun soyuqqanlılığına valeh idi. O, taleyinin necə olacagını bilməmiş deyildi, amma bununla belə, onların qarşısında nə haqdasa dərin fikrə

gedərək dayanmışdı. Nəhayət, o dilləndi:

– Buradan o yana getməyə ehtiyac yoxdur.

Bəlkə, siz mən doğulan vaxtdan bu maşının ixtira olunduğu vaxta qədər keçən müddəti müəyyənləşdirə biləsiniz. Üstündəki yazıdan çıxış etsək, bu aparat partlayan atomları sayır. Onların sayı son həddə çatanda müəyyən enerji ayrılır.

Dövrlər elə hesablanıb ki, zəncirvari reaksiyanın qarşısını almaq mümkün olsun. Mənim dövrüm-də atom reaksiyasının ləngidilməsi üçün minlərcə müxtəlif kobud qurğu var idi, amma belə bir aparat yaratmaq üçün atom erasının başlanğıcın-dan iki min il vaxt lazım olmuşdu. Siz nisbi hesablama apara bilərsinizmi?

Müşavirlər sual dolu nəzərlərlə Viidə baxdılar. Mühəndis çaşqınlıq içində idi. Nəhayət, o dilləndi:

– Doqquz min il əvvəl atom partlayışlarının qarşısının alınmasının çoxlu üsulunu bilirdik.

Amma – yavaşca əlavə etdi, – bunun üçün atomlan sayan cihaz haqda heç nə eşitməmişəm.

– Amma onlar bütün bunlara baxmayaraq, məhv oldular, – astronom Şiiri yavaşca dedi.

15

Araya sükut çökdü. Onu kapitan Qorsid pozdu.

– Onu öldürün! – O, yaxınlıqdakı keşikçiyə

əmr etdi.

Həmin andaca alov bürümüş keşikçi yerə sərildi. Özü də keşikçi yox, keşikçilər! Hamısı eyni bir zamanda mavi alovla məhv edilmişdi. Alov güc ekranını yaladı, geri çəkildi, daha kəskin irəli atıldı və get-gedə daha da güclənərək yenə də

geri çəkildi. İneş alov pərdəsi arxasında insanın ən uzaq qapıya tərəf çəkildiyini gördü. Atomları sayan aparat mavi ildırımlara bürünərək gərgin-likdən işıq saçırdı.

– Bütün çıxışları bağlayın! – kapitan Qorsid mikrofona qışqırdı. – Şüaatanlı keşikçilər qoyun!

Döyüş raketlərini yaxına gətirin, vəhşini ağır si-lahlardan vurun!

Kimsə dilləndi:

– Fikir nəzarəti. Nəsə fikri məsafədən idarə

etmək sistemidir. Niyə biz buna baş qoşduq!

Onlar geri çəkildilər. Mavi alov tavana qədər qalxır, güc ekranından keçməyə səy edirdi. İneş

sonuncu dəfə aparata baxdı. Yəqin ki, o, hələ də

atomlan saymaqda davam edirdi, çünki onun ətrafında mavi cəhənnəm burulğanları tüğyan edirdi.

16

Başqa müşavirlərlə birgə İneş də dirildici olan zala qayıtdı. Burada ikinci güc ekranı arxasında gizləndilər. Onlar fərdi qondolalarına gi-rəndən sonra rahat nəfəs aldılar, qondolada bi-nadan çıxıb tələsik ulduz uçağına qalxdılar. Nəhəng gəmi yüksəklərə qalxandan sonra ondan atom bombası aralandı. Muzey və bütövlükdə

şəhər oda qərq oldu.

– Bu varlıqların nədən məhv olduqlarını biz eləcə də bilmədik, – uzaqda partlayış səsi eşidi-ləndə Yoal İneşin qulağına pıçıldadı.

Partlayışdan sonra üçüncü gün üfüqdə sol-ğun sarı günəş göründü. Onların bu planetdə olduqları səkkizinci gün idi. İneş o birilərlə birgə

başqa şəhərdə yerə endi. O, istənilən diriltmə

cəhdlərinə qarşı çıxmağa qərar verdi.

– Bir meteoroloq kimi, – o dedi, – mən bildi-rirəm ki, bu şəhər yaşayış üçün tam təhlükəsizdir və gznyalılar tərəfindən məskunlaşdırılmaq üçün tam yararlıdır. Bir daha risk etməyə lüzum gör-mürəm. Bu varlıqlar öz sinir sistemlərinin sirrini aça biliblər və biz yol verə bilmərik ki…

Onun sözünü kəsdilər. Bioloq Xamar istehza ilə dedi:

17

– Onlar bu qədər çox bilirdilərsə, bəs nə

üçün başqa ulduz sisteminə köçüb xilas olmayıb-lar?

– Güman ki, – İneş cavab verdi, – onlar bizim planetli ulduzları müəyyənləşdirmək meto-dumuzu tapa bilməmişdilər.

O, tutqun baxışla dostlarını süzdü.

– Biz hamımız bilirik ki, bu unikal təsadüfi kəşf olub. Məsələ müdriklikdə deyil, bizim, sadəcə, bəxtimiz gətirib.

Üzlərin ifadəsindən başa düşdü ki, onlar onunla razılaşmırlar. İneş yaxınlaşmaqda olan fəlakətin qarşısını ala bilmək iqtidarında olmadığını hiss etdi. Bu böyük xalqın ölümü necə qarşıla-dığını təsəvvür etdi. Görünür, ölüm onları tez haqlamışdı, lakin bununla belə, onlar nə baş verdiyini anlamışdılar. Açıq sahələrdə, gözəl evlərin bağlarında həddən artıq çox skelet var idi. Sanki, kişilər xalqlarının məhvini açıq havada qarşılamaq üçün arvadları ilə birgə çölə çıxmışdılar.

İneş müşavirlərə çox-çox illər əvvəl bu varlıqların ölümün gözünə sakitcə baxdıqları sonuncu günü təsvir etməyə çalışdı. Lakin onun canlan-dırmaq istədiyi obrazlı səhnələr onlara çatmadı.

Müşavirlər bir neçə qat güc ekranı arxasındakı 18

kreslolarda hərəkətə gəldilər, kapitan Qorsid isə

soruşdu:

– İneş, deyə bilərsinizmi, sizdə belə emosional reaksiyaya nə səbəb olmuşdu?

Sual İneşi susmağa vadar etdi. O, bunun emosiya olduğunu düşünmürdü. O, tədricən onun bütün varlığına hopmuş əhvalın təbiəti barədə düşünməmişdi də. Və yalnız indi bunun fərqinə vardı.

– Nə? – o, yavaşdan dedi. – Bilirəm. Bu, üçüncü dirildilmiş idi. O, orada, uzaqdakı qapının yanında dayanıb biz qaçana qədər bizə baxırdı. Maraqla baxırdı. Onun cəsarəti, təmkini, bizi məharətlə aldatması, – bütün bunlar da…

– Onun ölümü ilə nəticələndi, – Xamar dedi.

Hamı güldü.

– Qulaq as, İneş! – kapitanın köməkçisi Meyard mehribancasına müraciət etdi. – Yoxsa demək istəyirsiniz ki, bu varlıqlar bizdən qoçaq-dırlar və hətta bütün ehtiyat tədbirlərini gördük-dən sonra belə biz özümüz diriltdiyimiz bir vəh-şidən qorxmalıyıq?

İneş susdu. O, özünü axmaq vəziyyətdə hiss edirdi. Özündə emosiyalann ola bilməsini aşkar-laması onu tamamilə pis hala salmışdı. Bundan 19

başqa, inadkar görünmək istəmirdi. Bununla be-lə, o, son cəhd etdi.

– Demək istəyirəm ki, – o, hirslə deyindi, –

bu xalqın başına nə gəldiyini aşkarlamaq cəhdi bir o qədər də vacib deyil.

Kapitan Qorsid bioloqa işarə etdi.

– Diriltməyə başlayın! – O əmr etdi və İneşə

müraciətlə dedi:

– Məgər biz hər şeyi tam aydınlaşdırmadan Gzneyaya qayıdıb kütləvi köçə başlamaga qərar verə bilərikmi? Təsəvvür edin ki, biz nəyisə sonadək aydınlaşdırmamışıq. Yox, dostum, bu, mümkün deyil.

Dəlil köhnə dəlil idi. Amma İneş indi onunla, nədənsə, dərhal razılaşdı. O, yenə nəsə əlavə

etmək istəyirdi, amma hər şeyi unutdu, çünki dördüncü adam dirildicidə qalxdı.

O oturdu və yoxa çıxdı.

Dəhşət və heyrət dolu tam sükut bərqərar ol-du. Kapitan Qorsid boğuq səslə dedi:

– O, buradan gedə bilməzdi. Biz bunu bilirik. O, buralardadır.

İneşin yanındakı gzneyalılar kreslolarından durub energetik qapağın altındakı başlığa boyla-nırdılar. Keşikçilər şüaatanın qısqaclarını aşağı salıb dayanmışdılar. İneş gözünün ucuyla müda-20

fiə ekranına xidmət edən texniklərdən birinin yaxınlaşıb Viidin qulağına nəsə pıçıldadığını gördü və o, dərhal onunla getdi. Geri qayıdanda o, xeyli tutulmuşdu.

– Mənə bildirdilər ki, – Viid dedi, – dirildilmiş yoxa çıxanda cihazların mili on vahid qalx-mışdı. Bu, nüvədaxili proseslər səviyyəsidir.

– İlk geneyalı naminə! – Şüri pıçıldadı. – Bizim həmişə qorxduğumuz şey baş verib.

– Uçaqdakı bütün lokatorları məhv edin! –

kapitan Qorsid mikrofona qışqırırdı. – Hamısını məhv edin, eşidirsiniz? – Sonra hirslə astronoma tərəf döndü. – Şüri, onlar, deyəsən, məni başa düşmədilər. İşçilərinə tapşır, cəld hərəkət etsinlər! Bütün lokatorlar və dirildicilər dərhal məhv edilməlidir.

– Tez olun, tez! – Şüri də qışqırdı.

Deyilənlər edildikdən sonra hər ikisi dərin-dən nəfəs aldı. Üzlərində tutqun təbəssüm göründü. Hamıda agır bir məmnunluq var idi. Kapitanın köməkçisi Meyard dedi:

– Hər halda, o, bizim Geynanı tapa bilməyəcək. Planetli ulduzların müəyyənləşdirilməsi ki-mi bir sistem bizim sirrimiz olaraq qalacaq. Biz intiqamdan qorxmaya bilərik… – O duruxdu və

yavaş-yavaş sözünü yekunlaşdırdı. – Mən nə de-21

yirəm belə?.. Biz ki, heç nə etməmişik. Bu planetin əhalisinin başına gələnlərdə məgər bizim gü-nahımız var?

Amma İneş onun nə üçün belə deməsini ba-şa düşürdü. Belə anlarda onlarda günahkarlıq hissi baş qaldırırdı. Gzneyalıların məhv etdikləri bütün varlıqların kabusların; ilk dəfə yerə enən-də onları ilhamlandıran rəhmsiz iradə; onlara mane ola biləcək hər şeyi bu yerdə tam məhv etmək; keçdikləri hər bir yerdə onlardan sonra qalan lal dəhşət və nifrətin tükənməz zülməti, sakit planetlərin əhalisini məhvedici radiasiya ilə şüa-landıranda yaratdıqları məhşər günü – Meyar-dın sözləri arxasında bunlar dayanırdı.

– Hər halda, mən onun qaçmasına inana bilmirəm, – kapitan Qorsid dilləndi. – O, buradadır, binadadır, gözləyir ki, mühafizə ekranlarını götürək, o da çıxıb gedə bilsin. Qoy gözləsin. Biz bunu etməyəcəyik.

Yenə də araya sükut çökdü. Onlar energetik mühafizənin tavanına baxır və ümidlə gözləyirdilər. Orada yalnız dəmir dayaqlar üzərindəki dirildici par-par yanırdı. Bu aparatdan başqa orada heç nə – nə bir kənar parıltı, nə bir kölgə var idi. Günəşin sarı şüaları hər yerə nüfuz edir, 22

meydançanı elə gur işığa tuturdu ki, onlardan gizlənmək mümkün deyildi.

–Keşikçi! – kapitan Qorsid əmr etdi. – Dirildicini məhv edin.

Güman edirəm ki, onu nəzərdən keçirmək üçün qayıdacaq, odur ki, risk etməyə dəyməz.

Aparat ağ alovda itdi. Onunla birlikdə öldürücü enerjinin ikiayaqlı varlığı görünməyə vadar edə-cəyinə inanan İneşin son ümidləri də puç oldu.

Daha ümid yeri qalmamışdı.

– Axı o, hara yoxa çıxa bilərdi? – Yoal soruşdu. İneş tarixçiyə tərəf dönüb bu məsələni onunla müzakirə etmək istəyirdi.

Dönəndə gördü ki, əcaib canlı bir qədər aralıda ağacın altında dayanıb, diqqətlə onları nəzərdən keçirir. Görünür, o, elə bu məqamda görünmüşdü, çünki müşavirlərin hamısı eyni zamanda ağızlarını açıb geri çəkildi. Texniklərdən biri olduqca cəld tərpənərək əcaib varlıqla gzneyalılar arasında güc ekranını yaratdı. Varlıq yavaş-yavaş yaxınlaşdı. O, incə görünürdü və başını azca arxaya verərək irəliləyirdi. Gözləri, sanki, içəridən odla işıqlandırılırmış kimi parlayırdı. O, ekrana yaxınlaşıb əlini irəli uzatdı və barmaqlarını ona toxundurdu. Rənglər dalğası ona keçdi: rənglər daha parlaq olub dərhal başdan-ayağa 23

123,42 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
90 стр. 1 иллюстрация
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают