Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Balaca qırmızı balıq», страница 3

Шрифт:

– Sizi çox yaxşı başa düşürəm. Amma nəticə etibari-lə bu seçim məsələsidir. Mən seçimimi açıq dənizlərə qovuşmaqdan yana istifadə edirəm, sizsə buralarda qa-lıb yaşamaqdan. Mənim sizə hörmətim sonsuzdur, am-ma artıq mənim getmək vaxtımdır. Bu gölməçədən çı-xıb suyun axdığı açıq dənizlərə çatmaq istəyirəm. Mə-sələ budur… Balaca Qara Balıq yolundan dönsə idi et-diyi işin heç bir əhəmiyyəti qalmazdı. Kimsə dənizlərin eşqi ilə yanıb-tutuşmazdı. Mütləq Balaca Qara Balığın geriyə dönməsinə mane olan səbəblər var. Bizim dəniz-lərə getməyimizə mane olan əngəlləri dağıtmağa gedi-rəm.

Balaca Qırmızı Balıq bir-bir yoldaşlarıyla halallaşıb yola düşdü və ilk dəfə özünü şəlalənin coşqun sularının ixtiyarına verdi. Artıq onun üçün geri dönüş yox idi. Yeni həyat bütün təhlükələri ilə onu gözləyirdi. Amma Balaca Qırmızı Balıq qərarlı idi və böyük bir əzmlə, ümidlə önünə baxırdı.

2

Balaca Qırmızı Balıq həyatında heç olmadığı qədər xoşbəxt və çılğın sularda heç üzmədiyi qədər sürətli üzürdü. Yolda gedərkən oyun oynayan bir qrup pisi balığına rast gəldi. Pisi balıqları Balaca Qırmızı Balığı görüncə onu dövrəyə alıb: "Kimsən, nəçisən? Buralarda nə işin var, hara gedirsən?", deyə soruşdular. Balaca Qırmızı Balıq əvvəl nə deyəcəyini bilmədi. Ancaq daha sonra özünü ələ alıb dedi:


– Salam, sevimli pisi balıqları! Mən gölməçədən gə-lirəm. Buralı deyiləm.

Daha sonra onlara, "Yeri gəlmişkən, mənim adım Balaca Qırmızı Balıqdır. Bəs sizinkilər?" deyə soruşdu. Onlar da, Çoxbilmiş, Xoşsöhbət, Uzunquyruq, Güləyən və Biləyən olaraq özlərini tanıtdılar. Daha sonra Bilə-yən, Balaca Qırmızı Balıqdan, gölməçəni tərk etməyinin səbəbini soruşdu. Balaca Qırmızı Balıq da olub keçəni izah etdi və son söz olaraq da, "Mən Balaca Qara Balı-ğın izi ilə gedirəm. Artıq mənim üçün geri dönüş müm-kün deyil", – dedi. Çoxbilmiş Pisi Balığı bir az düşünüb daha sonra "Sən Balaca Qara Balıqmı dedin?" – dedi. Balaca Qırmızı Balıq "Bəli, doğru eşitmisiniz. Balaca Qa-ra Balıq dedim", deyincə yekəbaş Pisi Balığı əsəbi şə-kildə: "Sənin cahil cəsarətli Balaca Qara Balıqla nə işin ola bilər", deyə reaksiya verdi. Balaca Qırmızı Balıq, ona cavab verərək: "Siz Balaca Qara Balıq haqqında nə bilirsiniz ki", deyə soruşdu. Çoxbilmiş Pisi Balığı dedi:

– Onun hekayəsini atalarımızdan duymuşam. Haq-qında yaxşı şeylər söyləmirdilər, bəzən nağıllardan atıl-mış axmaq balıq deyirdilər. Sənin ondan nümunə alma-ğın heç də yaxşı bir iş deyil.

Balaca Qırmızı Balıq gülümsəyərək ona dedi:

– Bax dostum, sən məlumatlı və həssas birisən. Hər kəsdən çox sən fərqində olmalısan ki, böyük düşünmə-yin sərhədi yoxdur. Bunun yaşı da olmur. Dünəni də yoxdur, bu günü də, sabahı da.

Çoxbilmiş Pisi Balığı onu məzəmmət etməyə başla-dı:

– Su hər yerdə bu su, göy hər yerdə bu göydür. Sə-nin dərdin nədir? Yaxşısı budur, evinə qayıt. Bu boş xə-yallara aldanıb həyatını məhv etmə. Deniz nədir? – Su-yun son dayanacağı… O qədər sənin kimi “Suyun so-nuna gedəcəyik”, – deyib gedənlər olub ki. Amma geri dönmədilər. Yaşadığın sular sənə bəs eləmirmi?

Balaca Qırmızı Balıq: “Haqlı görünə bilərsiniz, am-ma bu o demək deyil ki, mən haqsızam. Hər kəsin hə-yatdan bir gözləntisi var. Ümidləri var, arzuları var. Mənimsə tək istədiyim şey dənizi görmək, əngin sulara qovuşmaqdır. Başımda yığılmış cavabını tapa bilmədi-yim çox suallar var və bunların cavabı yalnız bu səfər-dədir. Səni anlayıram, bəs sən məni başa düşürsənmi?" – dedi və cavabını gözləmədən oradan uzaqlaşdı. Bu vaxt Biləyən Pisi Balığı onun arxasınca getdi. Yan-yana üzərkən Biləyən Pisi Balığı danışmağa başladı:



– Əziz dostum! Sənə atalarımızdan eşitdiyim bir sö-zü söyləmək istəyirəm. Bir zamanlar buralardan Balaca Qara Balıq keçmiş və keçərkən pisi balıqlarının əsil-nə-cabətinə “cahil”, “axmaq” demişdi. Bu səbəbdən pisi balıqları da o balığa nifrət edirlər. Amma, məncə də, onlar cahilmişlər. Qısası, bizimkilər o gündən bəri Bala-ca Qara Balığın izi ilə getmək istəyənləri yollarından döndərməyə and içdilər. Necə illərdir, əngin sulara çat-maq istəyən bir çox balığı tutduqları yoldan çəkindir-məyi bacarmışlar. Ancaq səni tutduğun bu yoldan dön-dərə bilmədikləri üçün çox sevindim. Bizi bu kiçik dün-yaya məhkum etmişlər. Taleyimizdə budur deyə təəs-süf ki, ömür boyu dözürük. Əslində, biz yaşayan ölülə-rik. Həyatda təkrarlanan vərdişlərimizdən kənara çıxa bilmirik. Səni təbrik edirəm. Tutduğun yolda xoşbəxt olmağını istəyirəm.

Balaca Qırmızı Balıq “Həyat belədir ya yatıb yuxu görürsən, ya da oyanıb yuxunun arxasından gedirsən. Mən yuxumun arxasınca gedirəm. Yenə də yaxşı dilək-lərin üçün təşəkkür edirəm. Əlvida, dostum", dedi və yoluna qaldığı yerdən davam etdi.

* * *

Balaca Qırmızı Balıq böyük bir şövq və ümidlə üz-məyə davam edirdi. Çox üzdükdən sonra yorğunluğu-nu almaq üçün çayın yan tərəflərindəki daşların arasına soxulub istirahət etmək istədi. Bu vaxt bir neçə xərçən-gin irəlidə toplaşdığını gördü. Daşların arasından çıxıb onlara doğru getdi. Xərçənglərin nə səbəbə toplaşdığı ilə maraqlanırdı. Yaxınlaşanda xərçənglərin böyük daş üzərində uzanıb özünü günəşə verən bir kərtənkələyə baxdıqlarını gördü. Birdən çayın kənarında oturan bala tısbağa əlinə bir daş götürüb kərtənkələyə doğru atdı. Daşın dəyməsi ilə kərtənkələ uzandığı yerdən sürüşüb suya düşdü. Xərçənglər bir ağızdan gülməyə başladılar və ona "Ədə, bu təlxək olmasa, biz necə edərdik. Bu heyvan lap komediyadır ki" – dedilər. Kərtənkələ güc bəla ilə sudan çıxıb yenidən daşın üzərində oturmağa çalışdı, amma suya düşərkən daş dəydiyi üçün ayağı qırılmış və başı yaralanmışdı. Xərçənglər ağrıları səbə-biylə ah-nalə çəkən kərtənkələnin halına gülürdülər. Balaca Qırmızı Balıq çaşıb qalmışdı, nə edəcəyini bil-mirdi. Xərçənglər daha sonra oradan uzaqlaşıb gedincə Balaca Qırmızı Balıq kərtənkələnin üzərində oturduğu daşın yanına gəldi və başını suyun üzərinə çıxarıb dedi:

Бесплатный фрагмент закончился.

93,56 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
46 стр. 13 иллюстраций
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают