Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Qar altındakı çiyələk», страница 3

Народное творчество
Шрифт:

– Mənə qızıl lazım deyil. Sizdə əl dəyirmanı var, onu mənə verin.

Cırtdanboy gördü ki, nə desə, onu fikirindən döndərə bilməyəcək. Kasıb qardaşı mağaraya çağırıb küncdəki dəyirman daşını göstərdi.

– Bu dəyirman daşı bizim ən qiymətli sərvətimizdir. Ondan ayrılmaq bizimçün çətindir. Amma sənin kökəndən çox xoşumuz gəldi, ona görə heç bir şey demirik, sənin olsun. Götür dəyirman daşını, get.

Dəyirman daşı çox möhkəm idi. Cırtdanboy söylədi:

– Onun qulpunu sağa fırlatsan, nə istəsən, üyüdüb verəcək. Amma sola fırlatsan, dayanacaq. Bunu etməsən, sonsuza qədər onu dayandıra bilməzsən.

Kasıb qardaş dəyirman daşını götürüb evə gətirdi.

Arvadı onun yolunu gözləyirdi. Kişini qapının astanasında görəndə qışqırıb dedi:

– Düyü tapa bildin? Gətirdinmi?

– Heç nə söyləmə, tez palaz gətir, yerə sal.

Arvad yeri döşədi, əri dəyirman daşını palazın üstünə qoyub fırlatdı.

– Bizə duzlu balıq ver!

Birdən palazın üstü əvvəlcə iri ağ düyülərlə doldu, sonra isə bir neçə balıq düşdü. Dəyirman daşı bir neçə dəfə fırlanıb dayandı, müxtəlif ləzzətli yeməklər peyda oldu.

Səhər açıldı kişi arvadına dedi:

– Artıq bəsdir, ay arvad, bu qədər sərgərdan gəzdik, dolandıq. Ey dəyirman, bizə yeni, yaxşı ev, bir dənə anbar, at saxlamaq üçün tövlə, tövlədə yan-yana bağlanmış yetmiş dörd at ver. Mənə də çoxlu kökələr ver; düyü kökəsi ver, bir də içki ver.

Kəndin bütün kasıblarını, qohum-əqrəbalarını qonaq çağırdı. Böyük qardaşını da yaddan çıxartmadı. Kəndin ən kasıb adamının qonaqlığına çağırılmaq hamını təəccübləndirdi. Böyük qardaşı ora gələndə gözlərinə inanmadı. Süfrədə hər cür naz-nemət vardı. Böyük qardaş düşündü: “Bu necə oldu? Dünən məndən borc düyü istəyən bu deyildi? Necə birdən-birə belə varlandı? Kəndin ən varlı adamına çevrilib qonaqlıq verir. Burda nə isə sirr var. Bu sərvət ona hardan gəlib? Ölsəm də, bunu öyrənməli, bu sirri hökmən almalıyam”.

Böyük qardaş yemək-içməklə məşğul olsa da, diqqətini ətrafdan çəkmirdi.

Qonaqları evə yola salanda kiçik qardaş onlara sovqat vermək istədi. Yavaşca yan otağa keçərək dəyirmanı fırladıb qonaqları üçün şirniyyat istədi. Böyük qardaş qapının arasından hər şeyi görürdü. Nəhayət, o arzusuna çatıb sirri öyrəndi:

– Ha-ha-ha, belə də bilirdim! Yoxsa lüt adamda pul nə gəzir ki, var-dövlət sahibi ola?!

Ev sahibləri qonaqları gülərüzlə yola salıb yatdılar. Ara sakitləşən kimi böyük qardaş dəyirmanı böyük bir torbaya salıb oğurladı. Hələ acgöz olduğu üçün qalan şirniyyatı da özü ilə götürdü. Böyük qardaş dəniz sahilinə çıxdı. Xoşbəxtlikdən orada bir qayıq dirəyə bağlanmışdı. Torbanı da qayığa qoyub oradan açıq dənizə çıxdı.

“Uzaq adaya üzüb gedim, dəyirman da yalnız mənə xidmət eləsin, məni varlandırsın!” – deyə düşündü. Qayıq xeyli üzmüşdü ki, böyük qardaş acdığını hiss etdi. Amma torbada olan şirniyyatdan yox, duzlu nə isə yemək istədi. Torbada yalnız bir kökə və şirniyyat qalmışdı.

“Kökəni duzlayıb yeyərəm. Gəlsənə dəyirman daşından bunun üçün duz istəyim” – deyə düşündü. Dəyirmanın qulpunu fırladıb bağıraraq duz istədi:

– Ey dəyirman, mənə duz ver. Dəyirmandan duz tökülməyə başladı, nə başladı: lap ağ su kimi aramsız axdı. Dəyirmandan tökülən duz bir göz qırpımında qayığın dibinə qədər doldu. Duz axını böyük qardaşın topuğuna çatanda dəyirmanı saxlamaq üçün əlləşdi. Elədiklərinin faydasız olduğunu görüb bağırmağa başladı.

Artıq gec idi. Duz dizə qədər gəlib çatsa da, dəyirman daşı dayanmaq bilmirdi. Qayığın kənarları suya batmışdı.

Бесплатный фрагмент закончился.

123,42 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
28 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают