Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Göyçək Fatmanın nağılı», страница 3

Народное творчество
Шрифт:

– Ye, irin, çirk yeyəsən.

Bir neçə gündən sonra padşah oğlunun toyu idi. Arvad qızını bəzədi ki, aparsın toya. Fatma dedi:

– Ay xanım, elə mən də sizinlə gəlim toya.

Arvad dedi:

– Az danış, ay ağzı yanmış, səni aparsam, abrım gedər, otur evdə.

Xülasə, arvad qızı ilə getdi toya. Fatma gəlib axurda quyladığı sarı inəyin sümüklərini çıxarıb dərdini ona danışdı. Fövri bir ağ at, bir dəst paltar hazır oldu. Fatma paltarı geyib, atı minib, birbaşa toy evinə yola düşdü. Toy yerinə yetişən kimi girdi məclisə. Bütün arvadlar, qızlar, gəlinlər Fatmanın paltarına, gözəlliyinə, uca boyuna mat qaldılar. Fatma dedi:

– Qızlar, icazə versəniz, mən bir az oynayacağam, tez çıxıb gedəcəyəm.

Fatma başladı oynamağa, bir cibi dolu idi gül ilə, bir cibi də dolu idi torpaq ilə. Gülləri səpdi qız-gəlinlərin başına, torpaqları da analığı və onun qızının gözlərinə səpdi.

Fatma qayıdıb çıxdı ağ atın üstünə, gəldi evə, məşğul oldu işləməyə. Elə ki arvadla qızı evə gəldilər, Fatma dedi:

– Həmişə toydan gələsiniz, deyin, görüm nə var, nə yox?

Arvad dedi:

– Vallah, bir on dörd gecəlik aya bənzər qız gəldi, oynadı, gülləri səpdi arvadların üstünə, torpağı da bizim üstümüzə, qayıdıb getdi.

İkinci gün yenə də arvad öz qızı ilə durdu toya getməyə, Fatma dedi:

– Qoyun mən də sizlə gəlim, oynayan qızı mən də görüm.

Arvad dedi:

– Ay ağzına yara çıxmış, lal qal, hər nə bəla başıma gəlir, sənin bədşumluğundan gəlir, otur aşağı!

Fatma narahat olub oturdu. Arvad ilə qızı toya getməkdə olsun. Fatma gəldi sarı inəyin axuruna tərəf, onun sümüyünü çıxarıb dedi:

– Səndən qırmızı at, bir dəst ağ paltar istəyirəm.

Dərhal hazır oldu. Fatma atı minib, paltarları geydi, birbaşa toy evinə sarı getdi. Padşah oğlunun qaravaşları ilə qapıçıları Fatmaya yol verdilər, o da toy məclisinə girdi. Arvadlar Fatmanın paltarına, xüsusən göyçəkliyinə tamaşa elədilər. Fatma elə oturmamış başladı oynamağa. Oynayanda bir dəstə gül qızlara verib bir sıxım torpaq atdı analığı ilə qızının gözünə. Sonra qayıdıb, qırmızı atı minib aradan çıxdı, gəldi evə. Elə ki arvadla qızı gəldilər evə, Fatma dedi:

– Bu gün toyda nə oldu, nə olmadı?

Arvad dedi:

– Dünənki qız bir dəst ağ paltar geyib gəldi toya, oynayıb, bizim gözümüzə torpaq, o birilərin üstünə gül səpdi, qayıdıb getdi.

Üçüncü gün yenə də arvadla qızı toya getdilər. Fatma yenə də sarı inəyin axuruna gedib mətləbini istədi. Bu səfər bir göy dəmir at hazır oldu, üstündə qızıl yəhər, üzəngiləri isə gümüşdən. Fatma bir dəst əlvan paltar, bir cüt qızıl başmaq geyindi, bir cibinə qızıl pul, bir cibinə kül tökdü. Qalxdı atın belinə, toya sarı at çapdı. Yetişdi, qızlar gördülər ki, bir qız girdi içəri. Fatma öz ürəyi istədiyi havayla başladı oynamağa. Cibindən bir sıxma qızıl çıxarıb səpdi qızların tərəfinə, bir sıxma kül də səpdi arvad ilə qızının gözünə. Sonra qayıdıb qalxdı göy dəmir atın belinə. Ayağını üzəngiyə qoyanda başmağının bir tayı düşdü hovuzun suyuna.

Бесплатный фрагмент закончился.

61,71 ₽
Возрастное ограничение:
12+
Дата выхода на Литрес:
15 декабря 2022
Объем:
19 стр. 1 иллюстрация
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают