Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Nazim Hikmətlə 3 il yarım», страница 2

Шрифт:

vaxt-bivaxt danışmışdı, dəqiq bilmirəm, ya şahmat, ya da dama oynamağı xoşlayarmışlar… Badam gözlü, qaraşın, ucaboy Emin bəy cəhrayi rəngli şapkasını sağ qaşının üstünə basıb, kameranın qapısının ağzında, qaynayan quru lobyanın rəngli suyunu süzürdü…

– Sənə bir xəbər deyəcəyəm, amma… – deyib içəri girdim.

– De görək…

– Məndən eşitməmisən.

– Yaxşı.

– Nazim Hikmət gəlir.

– Doğrudan?

– Vallah.

Ayağa qalxdı. Şapkasını geri itələyib dedi:

– Düz deyirsən?

– Yalan deyənin atasına lənət. Bayaq prokurorluğun sənədlərindən oxudum. Sinir iltihabından əziyyət çəkirmiş…

Emin bəy həyəcandan bir az özünü itirdi:

– Ey qoca, Nazim.

Və onunla İstanbul həbsxanasındakı günlərini xatırladı. Bütün bunları vaxt-bivaxt dinləmiş, az qala əzbərləmişdim. İstəyirdim ki, Emin bəy söhbətini tez bitirsin, gedib başqalarını da “müjdə”ləyim.

Çox keçməmiş, haradasa bir-iki saat içində xəbər həbsxananı başına götürmüşdü: “prokurorluğun bir sənədində yazılıb ki, Nazim Hikmət gəlir”.

Necati dedi:

– Ayə sənin dilində söz qalmırmış ki…

Və beləcə söhbətə başladıq:

– Şeirlərimizi oxuyarıq.

– Yox əşi, biz yazan guya şeirdi?

– Səninkilər yenə yaxşıdır.

– Sənin şeirlərin də pis deyil.

– Mən heç məktəbə də getməmişəm.

– Mən də orta məktəbi bitirə bilmədim.

– Sən yenə çox oxumusan, əski əlifbanı bilirsən… Bəs mən?

– Dözümsüzdü…

– …

– …

– Heç onun şeir oxumağına qulaq asmısan?

– Asmışam. O şeir oxuyanda insanın üzü dalğalanır. “Həm də bilirsənmi, o ağlayan uşağı qucağına götürsə, uşaq kiriyər”.

– Mən də belə bir hadisə eşitmişəm: Guya çayxanaya girib, özü də belə babat bir çayxanaya, təbii ki cibiştanı da pulla ləbaləb… Yaxınlaşıb ən kasıb adama və deyib: “… bax, bu mənim pullarım, sən də

çıxart pullarını görək!”

6

O adam da çaşqın halda çıxardıb cibindəki qəpik-quruşunu. “Sənin pulun niyə azdır?” – deyib Nazim. Həmin adam boynunu büküb susub. Nazim deyib: “Gətir pullarımızı bir yerə qoyub, sonra dədə malı kimi bölək”. Pullarını bir yerə qoyub, sonra da bölüblər”.

– …

* * *

Həftələr keçdi. Havalar soyumuşdu. Bu səhər hava yenə tutqun idi… Nəcati hövlnak içəri girib dedi:

– Bir az əvvəl Nazim Hikməti gətirdilər.

Həmişəki kimi dəftərxanada cinayət hadisələri sıralanmış qeydiyyat dəftərlərinin içində itib-batmışdım. Bircə onu bilirəm ki, qələm əlimdən düşdü…

– Həbsxana rəisinin yanına apardılar, ona sənin haqqında danışdım. “Gəl, yəqin indilərdə çıxar”, –

Necati dedi.

Qolumdan tutub dartdı. Elə həyəcanlıydım ki, elə bil yer-göy başıma fırlanırdı. Beynimdə

“Simavna Kadısı oğlu”ndan4, “Benerci”dən5, “Cakonda”dan6 misralar dolaşır…

Necati onun həbsxana idarəsinin beton dəhlizdəki əşyalarını göstərdi: dama-dama bir çula bürmələdiyi yataq dəsti, meşini köhnəlmiş iki çamadan, bir çanta… Deməli, o da bizim kimi sadə

insandı, şeirdən başqa şeylər, fani nəsnələr haqqında da düşünür, onun da yataq dəsti, çamadanı, çantası var.

Ancaq hər halda o fövqəlbəşərdi, dahidi! Elə bil, o günə qədər dahi görmüşdüm, yaxud da, dahilər necə olur, bu barədə müəyyən fikirlərə malik idim…

Hər necəsə, rəisin otağından indilərdə çıxacaq adamın “Başında iri, qara bir papaq”7 olacaqdı,

“xeyr, bu papaq deyil, dərisi yunlu bir qoyunun qarnını yarıb – keçirib başına”. Ya da “sükanın yanında bardaş qurub oturub”.8

Və hökmən:

Baxmır

Qayığı

Qucan

Sulara

Baxmır,

Çartlayıb

Yarılan

sulara!

Bir az sonra otaqdan çıxacaq həmin bu adam, mütləq “türkmənistanlı bir budda heykəli”9dir. Öz əzəmətli görkəmi ilə sükanın yanında bardaş qurub, çatlayıb yarılan sulara baxmağa belə hövsələsi daralan, mərmər bir budda heykəlidir”.

Sonra qəfildən Nəcatinin tez-tez xatırlatdığı sözləri yadıma saldım:

– Narahat edilməkdən zəhləsi gedir, mir-mitilini yığıb…

Rəisin otağının qapısı qəfil cırıldadı və açıldı. Nəfəsimi boğub diqqət kəsilmişəm. Canımda bir heykəl sükutu vardı, heykəl kimi susurdum…

Qəfil üz-üzə gəldik, sonra göz-gözə… “mavi-mavi gülürdü”. Bu gülüş bir uşaq gülüşünü xatırladırdı… Saf, təmiz və mehriban…

4 “Simavne Kadısı Oğlu Şeyx Bədrəddin Dastanı” – Nazim Hikmətin 1936-cı ildə yayımlanan mənzum əsəri 5 “Benerci özünü niyə öldürdü?” – N.Hikmətin 1987-ci ildə nəşr olunan poeması 6 “Cokonda və Şi-Ya-U” – N.Hikmətin 1924-cü ildə yazdığı poema 7 Şairin “Bəhri-Xəzər” şeirinin misraları xatırlanır.

8 Eyni şeirdən misralar

9 “Bəhri-Xəzər” şeirindən misralar

7

Bir an təəccüblə ayaq saxladı. Deyəsən, neyləmək lazım gəldiyini düşündü, yaxud tanış bir sima axtardı. Sonra, deyəsən, Necatini gördü, ona sarı gəlmək istəyəndə, Necati özü ona tərəf yüyürdü, sonra məni tanış elədi.

Əl sıxdıq. Ayaqlarını fərəqətdə dayanmış əsgər kimi birləşdirərək, rəsmi tədbirdə ciddi olmağa çalışan adam görkəmi alıb dedi:

– Mən Nazim Hikmətəm.

Bütün danışdıqlarım o qədər sürətlə baş verirdi ki… Ağıllı baxışları koridordakıların üzlərində

gəzindi. Dəhlizdə xeyli adam vardı. Onu əvvəllər başqa həbsxanalardan tanıyanlar, heç olmasa adını eşidənlər… Nazim bu bir yığın insan arasında tanışlarını gördükcə onlara sarı gəlir, qucaqlaşır, uzun illər bir-birindən ayrı qalan ata-oğul, doğma qardaş kimi həyəcanla öpüşürdülər…

– …

– …

– …Ay mənim, əziz qardaşım. Sən, deməli, burdasan hə?

– …Sən də burdasan, hə, Vasfi. Sənin apelyasiya məhkəmən necə oldu? İşinə xitam verdimi apelyasiya məhkəməsi? Olmaya qərarı təsdiq elədi? Bu hadisələr bizi Cankırı həbsxanasına köçürtdüklərindən sonra oldu? Can, can, ürəyim ağrıdı. Halbuki səni zorla təhrik eləyirdilər… Canın sağ

olsun. Vəziyyətin necədir? Evdən kömək edirlərmi? Deməli, rəis səni Müvəqqəti Saxlanılma Məntəqəsinə yazıb? Yaxşı, yaxşı, olsun…”

Üstü-başı yaman gündə bir başqa adama tərəf getdi. İri və yalın ayaqlarını beton döşəməyə bərk-bərk basan, iyirmi dörd yaşlı həmin adam adəmbaba10 “Dəli Rəmzi”ydi. İkinci bölüyün yuxarı mərtəbəsində adəmbabalara ayrılan 72-ci kameranın it kökündə yaşayan “mal”larından idi. Bu kameranın çərçivələri və bütün taxtadan olan hissələri sındırılıb çıxardılmış, tən ortada, betonun üstündə yandırılmışdı. Alovun istisinə qızınıb, işığında zər atmışdılar. Şüşələri tamamilə qırıq pəncərələrdən səhərə qədər yağış, qar və ayaz dolan kamerada cır-cındır içində adəmbabalar bir-birini qucaqlayıb isinməyə çalışırlar. Dəli Rəmzi bu kamerada dəli olub…

“… Bəs sonra necə oldu, Rəmzi? Deməli, otuz il hə? Niyə axı? Adam öldürmüşdün? Həbsxanada heç adam öldürərlərmi, ay Rəmzi? Necə? Sifarişlə? Deməli, sifarişlə öldürdün, hə? Belə iş görərlər, heç dəyərmi belə bir addım atmağa? Adam yeddi liradan ötrü başqasını öldürər? Eh… Cahillik eləmisən, amma cəzanı ikiqat artırıblar? Yaxşı görək, elə şey olmaz… Əlbəttə, sən də insansan… Özünə niyə zülm eləyirsən?”

Rəmzi qaşla göz arasında Nazimin qulağına nəsə pıçıldayırdı. Necati məni dirsəyi ilə dürtdü.

Aydındı, Rəmzi siqaretpulu istəyirdi. Nazim, “sonra verərəm, indi xırdam yoxdu” – dedi.

O tərəfdə başı kürk gödəkcəsinin içində itib-batmış bir həbsxana “lotu”suna yaxınlaşır, kef-əhval soruşub, corab toxuyan maşının hələ də qalıb qalmadığını, İstanbul həbsxanasındakı laz filankəslə neçə

arşınsa ip mübahisəsinin axırının necə olduğunu xəbər alır. Halbuki o “lotu” bu hadisəni çoxdan yadından çıxarmışdı.....

Elə bu vaxt Sarıyerli Emin bəy gəldi.

– Pəh, Emin bəy, böyüyüm, ustadım… ay mənim, əzizim…

Bir-birilərini bərk-bərk qucaqladılar.

– Deməli, Emin bəy, sən də burdasan? Səni niyə gətiriblər bura? Sən ki fağır adamsan, nə bıçağın var, nə heroin tapılar üstündə.. Hə? Doğrudan, sənin işində məhkəmə hökmü necə oldu? Yeddi il yarım, hə? Apelyasiya məhkəməsinin qərarıdır? Ay dədə vay… Halbuki yüngülləşdirici səbəblər vardı… Nə isə, Allah qapını açsın… Şey də burda imiş, adı nədi o, Ertoğrul… Burdadı hə? Ay səni donuz… Dama oynamağı elə öyrənmişəm ki, Emin bəy, burda onu hökmən udacağam… Dimitri də burdadı… Ətirsatan Dimitri… Hə… De ki ta bütün tanış-bilişlər burdadır ki… Yaxşı, di hələlik…

Yanımda dayanan, əslən əyalət adamı olan nəzarətçi yoldaşına dedi ki, “Nə urvatlı adamdı e…”

Bu vaxt Sarıyelli Əmin bəy soruşdu:

10 Adəmbaba – türk arqo deyimi. Pulsuz, ac və çox səfil bir vəziyyətdə məhkum-luq həyatı sürən şəxsə deyilir.

8

– Ustad, yenə rəsm çəkirsən?

– Emin bəy, xeyli irəliləyiş var… Bir bax…

Dəhlizin küncündəki əşyalarının yanına getdi. Bu vaxt nəzarətçilər və baş nəzarətçi əşyalarını axtarmağa başlamışdılar. Nazim Hikmət çamadanı yoxlanandan sonra o biri çantalarının axtarılmasına əhəmiyyət vermədi. Çamadanını bizə tərəf çəkib açdı, içində kağızlar, dəftərlər, qələmlər, yağlı, sulu boyalar, fırçalar, rəsmlər, portretlər… Müxtəlif kəndli portretləri vardı… Cırılmış rentgen lövhələri üzərində bit darağı ilə oyulmuş rəsmlər…

O, bütün bunlar haqda hamıya uzun-uzadı danışır, biz də, nəzarətçi də, hətta baş nəzarətçi də, diqqətlə dinləyirik. Bir də baxdıq ki, katib gəlib çıxdı, sonra da rəis…

Nazim Hikmət rəsmi mərasimdəymiş kimi özünü quru aparmağa çalışan, amma heç cür bunu bacarmayan həminki tövrü ilə onlara tərəf çevrilib, hər şeyi təzədən danışır, tez-tez “ustadım, ustadım”

164,22 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
28 октября 2022
Объем:
80 стр. 1 иллюстрация
ISBN:
978-995-255-790-9
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают