promo_banner

Реклама

Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Sirlər xəzinəsi», страница 2

Шрифт:

– Zülmün gücünə bax ki, ondan quşlar da xəbər tutmuşdur. Gör bəşər zülmü hansı vəziyyətə çatdırıb ki, toyuqların bağrını çalağanlar didirlər. Fağırlara, yazıqlara güclülər zülm edirlər. Ey dünyanın düşgünü, qəflətdə olan, bixəbər canım, başıma gör hələ mən nə qədər döyməliyəm.

Mən nə vaxta kimi elləri soydurub soyacağam? Necə olub ki, qiyaməti, məhşəri yaddan çıxarmışam? Nə vaxtacan bu qədər əliuzunluq edəcəyəm? Öz başıma açdığım oyun çox qorxuludur. Bu mülkü Tanrı mənə bəxş edib ki, yaramazlığı qovum. Yadigarı qoruyum. Heyhat, indi üstüm bəzək, içimsə təzək kimidir. Üstüm qızıl, içim misdir. Mənim bu dünyada zövqüm, əyləncəm zülm oldu. O dünyada mənim başıma bu qəm-kədər kül tökməzmi? Mənim barsız və miskin ömrümün mükafatı cəhənnəmdir. Bu sitəm mənim sümüyümü də yandıracaq. Nə vaxtacan, ömrüm uzunu həm xalqımın qanını, həm də üzümün suyunu tökməliyəm? Qiyamət günü məhşərdə yaxamdan yapışaraq cavab istəyəcəklər. Ey soyğunçu, bunu qan! Qoy peşmanlıq həyası yanmasam, məni boğsun. Bu qüssəni qanmasam, qoy bağrım daşa dönsün. Məhşər gününə qədər bu peşmanlıq, bu həya, bu iztirab, bu kədər mənim yol yoldaşım olacaq. Deyin görüm, mənim çiynimdəki yük qədər kimin yükü var? Dünyada kim mənim kimi bu qədər zavallı ola bilər?

Ucu-bucağı bilinməyən vilayətimdə hər şey mənim itaətimdədir. Mən bundan artıq öz aqibətimdən daha nə istəyə bilərəm?

Şahın halı, əhvalı o qədər dəyişdi ki, naləsindən atının polad nalı da yumşaldı.

Şah ordugaha dönən kimi işləri təzələyib nizama saldı. Onun həssas nəvazişləri vilayəti bürüdü. Bundan sonra onu əli qələmli, adil bir şah kimi gördülər. O, fərman verib ürəklə zülmün yolunu kəsdi. Şahın ədaləti hər yana car çəkdi, cövrü-cəfanı4 boğaraq sülh və azadlığa meydan verdi. O, axır nəfəsinə kimi səadəti qorudu.

Zəmanədə nə qədər çevriliş və inqilab olsa da, Nuşirəvan öləndən sonra da onun haqq səsi qaldı. Pul sikkələrinin üzərində xoş günlərin birində onun adı ilə yanaşı “adil”5 sözünü gördülər. Dünyada ondan ancaq parlaq xatirə qaldı.

Sən də bu hadisədən nəticə çıxar, Nuşirəvan kimi ol. Könül qırma, əksinə könüllərdə ədalət mülkü qur. Nə qədər xalqın qanını töksən, ömrünün mükafatı cəhənnəm olacaq. Qiyamət günü yaxandan yapışıb cavab istəyəcəklər. Sənə soyğunçu deyəcəklər. Çalış, öz nurunu Günəş kimi ətrafındakılara payla. Öz nifrətini soyuqqanlıqla məhv et. Hər şeydən üstün olan Allaha itaət et!

Haqqını yaxşılıq etməklə tapacaqsan.

SÜLEYMAN PEYĞƏMBƏRLƏ QOCA ƏKİNÇİNİN HEKAYƏTİ

Günlərin bir günündə Süleyman peyğəmbərin diləyi qanad açdı. Onun nəfəsi bir çırağa yetişdi. O, təntənəylə, calalla çöl tərəfə istiqamət alaraq öz taxtını göyün mina taxtına qaldırdı. Süleyman peyğəmbər çöldə bir əkinçi gördü. Bundan onun nəfəsi təzələndi. Əkinçinin həvəsi onda sevinc oyatdı. Zəhmətkeş əkinçi evindən gətirdiyi ovuc-ovuc dəni səxavət mədəni olan torpağa səpmişdi. Dən səpilən yerlər xırda-xırda göyərmişdi. Orada hər dəndən bir neçə sünbül boy atmışdı. Əkinçi bu dənlərin sirrini bir-bir açdı. Süleyman dilə gələndə sanki quşlar danışırdı:

– Ey qoca, bir az mərdanə davran, gözü tox ol! Əkdiyini biçib yesən bəsindir, bu qədər tər tökmə! Quş deyilsən ki! Dəni boş yerə çölə səpmə. Mənimlə bu yerdə gəl boşuna mübahisə etmə. Əlindəki belin hanı? Səhranı gəl az cırmaqla. Nə suyun var, nə də arxın. Hədər yerə arpanı zay edirsən.

Bir düşün: susuz torpağa biz nə qədər dən səpsək, zəhmətdən başqa nə görə bilərik? Sən dəni külə döndərən bu susuz çöllərdə canını yandırmaqla nə qazana bilərsən? İxtiyar qoca Süleyman peyğəmbərə cavab verdi:

– Gəl mənim sözümdən incimə. Mən torpağın, suyun faydasından heç nə gözləmirəm. Mən tarlanın suyu var, ya yoxdur bilmirəm. Əkmək mənim işim-peşəmdir, onu yetişdirmək Tanrının işidir. Alnımdan axan tər mənim suyumdur. Belimlə, külüngümlə, bu dırnaqlarla, bu əllərlə əkib becərirəm. Sənin kimi mən səltənət, mülk dərdi çəkmirəm. Bu əkin bütün ömrüm boyunca mənə yetər. Xoş müjdələr verənim məni muştuluqlayıb: bu torpaqda hər dənim yeddi yüz dən olacaq. Mən bu taxılı şeytanla şərikli əkməmişəm. Yəqin ki, bu əkin birə yeddi yüz halal dən verəcək. Hər şeydən əvvəl, mənə sağlam toxum gərəkdir. Qoy sünbüllərin düyünü qönçətək açılsın. Bu dünyada nə qədər götür-qoy etsələr də, hər bədənə yaraşan münasib don biçərlər. Qardaş, hər eşşək İsa yükünü çəkə bilməz! Hər baş dövlətin işlərini qavraya bilməz. Kərgədan eşqə düşsə, fil boynunu parçalaya bilər. Qarışqa ölü bir çəyirtkəni zorla çəkib aparar. Ümmanlar yüz nəhri içib nuş etsə, səs çıxarmaz. Arx isə bircə seldən coşaraq hay-haray salacaq. Heç kəs bu göy qübbə altında gizlənə bilməz. Hər kəs şöhrətə, ada öz mərdliyi ilə çatar. Mərd olan kəslər hər dərddən məgər şikayət edərlərmi? Tanrı sirrini hər kəs saxlamağa qadirdirmi? Ya da cingildəyən saz kimi hamı naz çəkə bilirmi? Naz çəkməkdən söz açma. Yalnız gözəllər nazlanarlar.

109,48 ₽
Возрастное ограничение:
12+
Дата выхода на Литрес:
15 декабря 2022
Объем:
32 стр. 1 иллюстрация
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают

Эксклюзив
Черновик
4,7
184
Хит продаж
Черновик
4,9
506