Читать книгу: «Günahsız günahkar. Roman. Hissə – 4», страница 3

Шрифт:

Xalası – Nicata: oğlum səndə get daha gəlmə, mən bilirəm hamınıza yükəm, bəlayam. Nicatın ürəyi sızladı bu sözü eşidib, – xalasına: xala mənim canımsan sən. Anamdan qalma tək qanım – canımsan, demə belə, nə olar üzmə məni günahsızam. Sən dünyanın ən gözəl xalasısan, anasısan. Mənim xalamsan canımsan, üzünü xalasının dizlərinə tutdu ki, ağladığını hiss etməsin. Ancaq xalası çox hissiyatçıl idi gözməsədə, Nicatın gözlərinə əliylə toxundu, anladı ağladığını. Xalası – Nicata: oğlum ağlama, mənim evlatlarımsınız ikinizdə. Mənim belə olmağım sizə mane olur, əlinizə – ayağınıza dolaşıram bilirəm. Mən dedim Bahar xanımada, sənədə deyirəm, mən bu evdə hər şeyin yerini bilirəm. Narahat olmayın, mən özüm – özümə qulluq edə bilərəm, siz öz işinizə, həyatınıza davam edin. Bir ananın evlatlarına arzuladığı ancaq xöşbəxtlikləridir, incimirəm sizdən. Gedin məni düşünməyin, Nicat xalasına baxdı yaş süzülən gözləriylə. Hardan biləydi ki, qızı ölüm ayağında idi.

Nicat ayağa qalxdı, – xalasına: xalacan məni bilirsən sən, mənə bir gündə baxmayan atam olan o alcağı baxıram. Sən mənə analıq etmisən, nə düşünürsən mənim haqqımda düşün, mən səni tək qoymaram ölsəmdə, bunu məndən istəmə. Sən nə desəndə, mən sənin oğlun sayılıram. Anasını hansı qeyrətli oğul tək qoyar? mənim kitabımda elə şey yazılmadı. İçdən çıxıb gələcəm mən, üzündən öpdü xalasının getdi. Xalası Nicatın ardınca elə ağladı ki, Nicatda gedərkən eşitdi xalasının ağlaşını. Çox pis oldu, getdi dönmədən. Baharın ürəyi parçalandı olara baxıb.

Nicat evə gəlib, uşağı qucağına alıb öpüb oxşadı, aslan parcam qurban olum sənə mən. Uşaqda Nicata öyrənmişdi, başını çiyninə qoyub baxdı. Cansu – Nicata: anasını istəyir Nicat bəy Sərdar. Nicat uşağın üzündən öpüb, – Cansuya: hazırlaş zəhmət olmasa, Sərdarın paltarını götür gedirik, başqa yerdə qalacaqsınız Sərdarla. Xalama heç bir şey haqda, bir söz deməyəcəksiniz. Sərdarla orda qalıb, onada qulluq edəcəksiniz, axşam bizdə Aylınla ora gələcəyik. Dediyim kimi, sən sadəcə Sərdarın dayəsisən, heçnə bilmirsən, danışdıqmı?

Cansu mehribanlıqla – Nicata: narahat olmayın Nicat bəy, mən indi hazırlayaram Sərdar bəyin hər şeyini. Nicat qucağında uşaqla atasının otağına gəldi, atası uşağı çox istəyirdi. Nicata uşağı özünə verməsini işarə etdi, Nicat uşağı atasının quşağına verdi. Atası uşağı götürüb öpüb gülümsədi, gəldinmi babaya? uşaqda şirin – şirin baxırdı. Nicat dərindən nəfəs alıb, – uşağa: babanla salamatlaş gedirik aslanım. Atası təcüblə baxdı, – Nicata: gedirlərmi burdan? Nicat yavaş səslə – atasına: hə gedillər. Atası üzüldü, uşağa baxdı kövrəldi – Nicata: niyə gedirlər? xoşlarınamı gəlmədi burası? Nicat sıxıldı – atasına: yox getmələri lazımdır. Atası üzgün baxışlarla baxırdı – Nicata: nə vaxt qayıdacaqlar? Nicat əsəbləşdi özündən asılı olmadı. Bilmirəm nə vaxt qayıdacaqlar, sənə hesabmı verəcəklər? atası incidi Nicatın belə kobut davranışından. Anladım oğlum, mən kiməm ki? sadəcə çox alışdım Aylın xanıma, oğluna, o üzdən soruşdum. Nicat əlini üzünə çəkib baxdı, – atasına: getmələri gərəkmiş, anladınmı? bu qədər. Uşağı qucağından alıb otaqdan çıxdı, atasının gözləri yaşardı. Nicatında atasını belə kobutlaması, ürəyinə toxundu.

Cansu gəldi uşağın veşini yığıb, – Nicata: hazırıq Nicat bəy. Nicat dayənin əlindən çantanı götürüb, gedəyin, evdən çıxıb getdilər. Atası gözləri yaşlı qalmışdı baxa yatağında. Vaxdında öz doğma oğlunu bir dəfədə olsa axtarmamışdı, həyatdamı deyilmi, yadların uşaqlarında mərhəmət axrtarırdı.

Aylın dayanmadan telefonla danışırdı, Nazlıçün donur axtarmalarını xaiş edirdi hər kəsdən. Ramizdə Dilqəmə heçnə yedirə bilməmişdi. Dilqəm uşaq kimi dizlərini qucaqlayıb oturmuşdu büzüşüb, qorxurdu! Nazlını itirəcəyini düşünürdü. Düşündükçə axlı şaşırdı, həyəcanlanırdı sıxılırdı.

Aylın telefonu söndürüb gəldi, Dilqəmin yanında əyləşdi, baxdı hecnə yeməmişdi. Aylın – Dilqəmə: dostum sən güclü olmalısan, Nazlının hər kəsdən çox sənə ehtiyacı var. Ramiz dərindən nəfəs alıb baxırdı Dilqəmə. Aylın Ramizin gətirdiyi şeylərdən götürüb, Dilqəmə yedirməkçün əlində tutub, Nazlının xətrinə ye, aç ağzını. Dilqəm yemədi, Aylın Ramizə baxdı, Ramiz bilmirdi nə etsin. Aylın – Dilqəmə: yediyin hər tikə, Nazlının sağalmasıçün Allaha etdiyimiz dilək sayılsın, nə olar ye. Dilqəm Aylına baxdı üzgün baxışlarla, hər şeydən möcüzələr axtarırdı uşaq kimi. Dilqəm Aylının verdiyi yeməyi əlindən yedi, zorla çeynədi. Yazıq o qədər üzgün – yorğundu ki, yeməyidə çeynəməyə halı yox idi, ancaq sevgilisin sağalmasıçün yeyirdi çarəsiz. Ramiz Aylına baxdı, Aylın gərçəkdəndə hər şeyi bacarırdı. Ramiz Aylını nə desədə çox sevirdi, ürəyi azda olsa rahatladı qardaşı yediyində.

Nicat dayəylə uşağı xalası evinə gətirdi. İçəri girəndə, dayəyə bir daha xatırlatdı, anlaşdıq unutmuruq. Cansu – Nicata: tamam Nicat bəy narahat olmayın. Nicatın gəldiyini görüb, Bahar gəldi qabaqlarına. Bahar uşağı görüb sevindi, – uşağa: aman kim gəlmişş. Uşağı Nicatdan alıb, qucaqlayıb öpdüb ağladı yavaş səslə, içinə salıb. Nicat – Bahara: Bahar xala bu Sərdarın yeni dayəsidir. Cansu artıq burda qalacaq Nazlı dönənə kimi, gündüzlər həm xalama, həmdə Sərdara baxacaq. Axşamlarıda Aylınla mən bura gələcəm, qalacağıq burda birlikdə. Baha şad oldu, – Nicata: düşüncəli oğlum mənim, yaxşı etdin gətirdin. Xalanı ancaq Aylınla uşaq sakitləşdirə bilərlər, düz düşünmüsən, dayəyə baxdı. Xoş gəldin, dayə tez özünü təqdim etdi, Cansu mən. Bahar razılıqla buyuru gəlin, Cansu mən səni tanış edərəm hər şeylə. Nict xalasının yanına getmədi, – Bahara: Bahar xala sən bir təhər düz – qoş, idarə et biz gəlncə. Axşam mənədə deyərsən nə dediyini xalama, mən getməliyəm axşam görüşərik. Bahar – Nicata: get oğlum, məndə Cansunu evlə – xalanla tanış edim, zəng edəcəm, Nicat getdi.

Bahar – Cansuya: buyurun keçin, içəri keçdilər

Bahar uşağı gətirib Afət xanımı qucağına qoydu. Afət elə fikirə dalmışdı ki, qucağına uşağı qoyduğunda anladı, Sərdarın gəldiyinə sevindi, uşağı qucaqladı öpdü. Afət – uşağa: gəldinmi mənim balam? Aylın gəldimi? görməyən gözləriylə baxaraq, cavab gözlədi. Canasu dilləndi – Afətə: Afət xanım, Aylın xanım axşam gələcək işdən sonra. Afət baxdı yad səsə şüphə ilə, – dayəyə: siz kimsiniz? Canasu mehribanlıqla – Afətə: mən Sərdar bəyin dayəsiyəm Afət xanım, adım cansudur. Afət – Cansuya: anladım, Cansu xoş gəldin, – Afətə: xoş gününüz olsun Afət xanım. Bahar tez – Afətə: nənəsinə bax kim gəlmişşş, şirin bala gəlmiş, elə deyilmi? ohh qurban olaram özünə. Afətin başını qatmağa çalışdı, Afət çox istəyirdi Sərdarı, – uşağa: canım balam mənim darıxmışdım, xoş gəldin. Anası qoxulu balam mənim, uşağı oxşadı öpdü. Cansunun gözləri yaşardı bir anda, olanlardan xəbərdardı. Bahar – Cansuya: gedək Sərdarın otağını hazırlayaq, Afət xanım artıq burda qalacaqlar Aylınla Sərdar.

Afət qulaqlarına inanmadı, – Bahara: doğurdanmı? Bahar uşağa baxıb ürəyi göynəsədə, gülümsədi. Nicat dedi Aylınla işdən çıxıb gələcəklər axşam, bundan sonra burda qalacaqlar getməyəçəklər. Afət elə sevindi ki, uşağı özünə sıxıb, ohh quzum mənimm, – uşağa: nənəyə gəldin sən? xoş gəldin balam. Yazıq qadın uşağı qucaqlayıb ağladı Nazlını xatırlayıb, göz yaşlarına qərq olmuşdu. Bahar Cansuya işarə etdi ki, özüylə gəlsin, getdilər.

Nicat iş yerinədə çatıb xəstəxanaya gəldi. Aylın – Nicata: oğlum necədir? Nicat Aylına yaxınaşıb, etdiklərini Aylının qulağına pıçıltı ilə söylədi. Ramizin əsəbinə toxunurdu, Nicatın belə yaxınlaşması Aylına. Nicat sözünü bitirib Aylına baxdı, Aylın Nicata güvənirdi. Nicatın boynuna sarılıb təşəkkür etmək istəyərdi, ancaq Ramizin dəliləşəcəyindən ehtiyat edirdi. Nicata təşəkkür etdi, çox sağol dostum, içim rahatladı azaçıqda olsa. Nicat – Aylına: mən bir neçə telefon edim Nazlıya donur barəsində. Aylın dərindən nəfəs alıb – Nicata: məndə bildiyim hər kəsə etdim, hər yerdən zəng gözləyirəm ümidlə. Nicat – Aylına: inşallah tapılacaq, sıxma o gözəl ürəyini. Nicat Aylının üzündən öpüb, getdi zəng etsin sakit bir yerdə. Ramiz gördü Nicatın Aylını öpməsini.

Aylın gəlib Dilqəmin yanında əyləşdi. Dilqəm çox yazıq olmuşdu, Aylına baxdı üzgün baxışlarla. Artıq səsidə zəyifləmişdi yazığın, – Aylına: sağalacaq, elə deyilmi? Aylının ürəyi ağrıyırdı, zor tuturdu özünü. Dilqəmin saçlarını mehribanlıqla sığalladı, alnından öpdü, – Dilqəmə: baxsana saçlarında daranmamış. Nazlı sevgilisini belə görmək istəməz, elə deyilmi? əliylə sığallayıb, Dilqəmin saçlarına düzəliş verərək başını qatmağa çalışdı. Artıq verəcək cavabıda yox idi Aylının. Dilqəm təkrarladı, – Aylına: Aylın sağalacamı Nazlım? Aylın sancılarla dolu ürəyinin ağrısını hiss edirdi, o halıylada calışdı gülümsəməyə. Aylın – Dilqəmə: əlbətddə sağalacaq dostum, bax biz burda zənglər gözləyirik. Heç şüphən olmasın bizim canımızdı o, sağalacaq və dönəcək yanına işə, hər şey yaxşı olacaq. Dilqəm uşaq kimi Aylına qısıldı, çarə axtarırdı küçələrdə anasız qalmış qorxmuş uşaq kimi. Ramiz pis oldu Dilqəmin bu halına, kənara baxıb öz – özünə: belə həyaatın mən … … pis söz dedi, əsəbindən.

Nicat xəstəxananın həyətində bir kənarda dayanıb telefonla danışırdı. Nazlıçün donur axtarmalarını xayiş edirdi kimdənsə, puldan narahat olmayın ödəniləcək nə qədər desəniz. Çox sağolun, zənginizi gözləyirəm. Telefonu cibibinə qoyub döndüyündə, kimsə burnundan vurdu yumuruqla, az qaldı yıxılsın. Əliylə burnunu tutub baxdı, vuran Ramiz idi onu, Nicatın burnu qanadı. Ramiz yaxınlaşdı – Nicata: bir daha Aylını öpərsən, sənin o… ağzını dağıdaram, duydun məni?

Nicatın ağzından bir yumuruqda vurdu. Nicat çox mədəni idi, xəstəxana həyətində istəmirdi Ramizi vursun,. Özünü saxlayırdı zorlada olsa, – Ramizə: bura bax mədənyyətsiz, əl – qolla danışma inan səni pis günə qoyaram. Ramiz yenə durmadı, – Nicata: nə edərsən hə? nə edərsən? gəlib Nicatla baş – başa dayanıb, sinəsəndən tutub onu itələdi. Nicat -Ramizə: mənə bax get… başımdan, səninlə oynamağa vaxtım yoxdur. Döyülmək istəyirsən? başqa günə qalsın, səni yaxşı yumşaldım problem deyil. Ramiz yenə Nicata hücum etdi ki vursun, bu dəfə Nicat cəld tərpənib, Ramizə elə gəldi ki yumuruqlarıyla, Ramiz yerə yıxıldı. Nicat ətrafa göz gəzdiridi ki, görən oldumu? Ramiz qalxmağa çalışarkən, qarnından birdə təpiklə vurub yıxdı. Nicat – Ramizə: dedimmi sənə yetər? yerə yıxılıb qarnını tutmuş Ramizə bir iki tutarlı təpik vurdu, üstündən addımlayıb keçib getdi. Ramizə yaxşı ilişdirmişdi Nicat, yerindən qalxmağa çətinlik çəkirdi. Kənardan keçən bir qadın görüb, qaçaraq gəlib – Ramizə: ayy nə oldu sizə? qalxmağa yardım etdi Ramizə. Həkim çağırım dayanın burda, Ramiz qoymadı, qadına təşəkkür etdi, gərək yox narahat olmayın sağolun, böyrünü tutub getdi.

Nicat gəldi, ağzının – burnunun qanını yuyub. Aylın görməsin deyə, əliylə dodağının partlamış yerini tuturdu. Aylın Dilqəmi qucaqlayıb oturmuşdu, Nicata zəng gəldi, Aylın baxdı Nicat tərəfə. Nicat telefona cavab verən an unutdu ağzını tutumadı, Aylının gözündən qaçmadı yaralanmış dodağı. Anladı o an Ramizdə yox idi ətrafda, öz – özünə: ay mən sənin… xasiyyətinə… olsun Ramiz. Dilqəm Aylının pis sözlər işlətməsinə alışmamışdı, Aylının Ramizin ardınca dediyi pis sözlərə görə təcüblə baxdı. Aylın – Dilqəmə: sənin o qardaşın məni çürütdü dostum, çürütdü, yedi ömrümü məhv etdi. Aylın əsəbləşdi baxdı, Nicat telefonu cibinə qoyub ağzına əlini tutub dayandı kənarda. Aylına yaxınlaşmadı ki, görüb üzülməsin. Aylın bunu anlamışdı artıq, Nicata üzülürdü, yazıq səhərdən ora – bura qaçır, hamıya yardım etməyə çalışırdı. Ramizində üstəlik onu vurmasına Aylın çox əsəbləşdi.

Ayağa qalxdı Nicatı sələd, i Nicat Aylına baxdı. Aylın işarə etdi, gəlsənə yanıma. Nicat Aylına yaxınlaşdı, buyur canım. Aylın Nicatın əlini ağzından çəkdi, yarasını görüb üzünü turşutdu offf, – Aylına: sən üzülmə boş şeydi. Aylın bir kəlmədə demədi Nicata getdi. Nicat anladı Aylın Ramizə gedirdi, tez ardınca gedib qolundan tutub saxladı. Nicat – Aylına: burax yeri deyil canım, Aylın əsəblə qolunu çəkib dartınsada, Nicat buraxmadı. Canım dedim yeri deyil, xayiş edirəm nə olar Aylın dur. Nicat yalvarışlı baxışlarla Aylına baxdı, Aylın Nicatın üz ifadəsindən anlayırdı onu artıq. Sakitləşməyə çalışdı, öz – özünə: biz burda nə haydayıq, sən bunun etdiyinə bax. Nicat Aylını çəkib özünə tərəf qucaqladı, – Aylına: sən boş ver onu canım baxıb gülümsədi. O tərəfdən Ramiz gəlirdi, ona görə Aylını dartıb qucaqlayaraq, Ramizə qandırırdı ki, sən heç kimsən. Aylın Nicatın qanamış dodağına toxunub – Niçata: acıtır bilirəm deməsəndə. Nicat gülümsəməyə çalışdı, – Aylına: acımır canım, gəl Dilqəmi tək qoymayaq. Aylının çiyinlərindən qolunu salıb özünə çəkdi, mehribanlıqla sıxaraq apardı Aylını. Gedərkəndə acıq verici baxışlarla dönüb Ramizə baxdı. Ramiz yerində dayanıb nifrətlə baxırdı, Aylın Ramizi görmədi, getdi Nicatla.

Aylınla, Nicat Nazlının yanına gəldilər. Aylın Nazlının saçlarını sığallayıb, – Nazlıya: sən anan üçün narahat olma, biz qalacağıq yanında sən sağalınca. Nazlının gözlərindən yaş süzülürdü, danışa bilmirdi. Aylın Nazlının alnından öpüb çıxdı, dözə bilmirdi onun ağlamasına. Nicat gəlib Nazlının yanında əyləşib, qucaqlayıb bağrına basdı. Nazlıda göz yaşlarında boğulurdu danışa bilmirdi, titrək səslə – Niçata: səndə bir xaişim var Niçat anladı nə deyəcəkdi Nazlı, suusss demə heçnə, tamammı? demə canım sağalacaqsan inan mənə. Bax sağalacaqsan və anana dönəcəksən inan mənə. Hər kəsi bir kənara qoy, düşün toparla özünü bütün gücünlə, tək bir anançün qalib gələcəksən. Sağalacaqsan bacım, anlaşdıqmı? Nazlının saçlarını, üzünü, sığallayıb gözlərinin yaşını silib baxdı üzünə. Anlaşdıqmı canımın – canı gözəl bacım? Nazlı Nicatın sözlərindən güc almağa çalışırdı, ən azından anasıçün, sevdikləriçün. Başıyla tamam deyə razılığını bildirib, Nicata sarılıb uşaq kimi dayandı səəsiz.

Nicatın ürəyinin qalanıda param – parça olmuşdu artıq. Özünü Nazlının yanında güclü – inamlı göstərməyə çalışırdı, ancaq içindən yanıb qovrulurdu. Nicat özü də çox qorxurdu! Nazlını itirə biləcəyindən, axlına belə gətirmək istəmirdi. Nicatda Nazlını qucaqlayıb bərk – bərk özünə sıxıb tutmuşdu. Ürəyində olan qorxunu – umutsuzluğu, gözlərindən Nazlının oxuya biləcəyindən çox qorxurdu. İndi Nazlının yanında ancaq cəsarətli və inamlı durmalıydılar. Nicat – Nazlıya: duydunmu Aylının dediyini? xalamla yaşayacağıq sən sağalıb çıxana kimi. Nazlı titrək səslə – Nicata: mən gəldiyimdədə qalın getməyin. Nicatın ürəyi sızladı, qollarında Nazlının nexə titrədiyini hiss edirdi. Nicat – Nazlıya: tamam canımın – canı söz, getməyəcəyik. Böyük bir ailə olaraq birlikdə yaşaycağıq, bax mən söz verdim indidən, səndə sözünü tutacaqsan. Nazlı Nicatı bərk – bərk qucaqlayıb, tamam söz qardaşım. Nicat dərindən nəfəs alıb – Nazlıya: canım bircəcik bacım, yaşarmış gözlərini yumdu.

Axşam olmuşdu, Aylınla Nicat xalası gilə gəlmişdilər, Aylınla xalası xeylik dərtləşmişdilər. Cansu uşağı gətirib gəldi. Aylın oğlunu götürüb, opüb qucaqlayıb qoxladı, oxxx cənnət qoxulum nənəyə gəldinmi sən? ay mənim şirin oğlum. Xalası – Nicata: Nicat oğlum, Nicat xalasına, buyur xalacan. Sən dedinmi mənim sənə dediklərimi? qızının adını çəkmədi anası. Nicat anladı, – xalasına: mesaj yazdım xalacan, işimiz çox idi görə bilmədim.

Aylın anladı nədən gedirdi söhbət, tez başqa söz qatdı ortaya ki, Nicatı xalası çoxda sıxışdırmasın. Aylın – uşağa: oğlum sən nənəyə get mən yeməyə baxım, gətirib uşağı öpüb, Afətin qucağına verdi. Afətdə uşağı çox istəyirdi, dediyini unutdu bir anda uşağı qucaqlayıb oxşadı, anası qoxulum. Aylın baxdı Afətin sözünə, gülümsədi. Aylın – Nicata: mənə yardım et masanı hazırlayaq. Cansu Aylına demək istəyirdi ki, mən yardım edərəm, Aylın barmağını dodaqlarına qoyub, suss deyə işarə etdi. Cansu anladı, sən oğlumla qal çoxda yormasın nənəsini, Cansu, baş üstə Aylın xanım.

Nicatla Aylın mətbəxtdə gəldilər. Aylın dərindən – dərindən nəfəs aldı, özünü çox zor tutmuşdu anası hiss etməsin deyə. Yavaş sələ – Nicata: xalan çox həssasdır görməsədə, içimə saldım anlamasın səsimdən. Danışığımda çox cətin oldu vallahi, içim yanır, – Aylına: mənidə qurtardın söhbəti dəyişib, çox sağol. Aylın əllərini üzünə çəkib baxdı – Nicata: rahat olmayacaq heç birimizə bilirik. Acaq xalan bunu bilməməlidir, nə olur olsun. Nicat yorulmuşdu, çox zor ayaqda dururdu. Aylın – Nicata: sən get biraz yat mən yemək hazırlaınca, Niçat razı olmadı getmədi. Nicat – Aylına: birlikdə yatarıq canım, Aylın Nicata baxdığında, Nicat tez sözünə düzəliş verdi, yəni hamı birlikdə yatarıq dedim canım. Bağışla heç nə danışıram özüm bilmirəm, – Nicata: mənim qədər səndə tərssən, bilirsənmi? Nicat anladı Aylın nə demək istədi. Gülümsəyib, – Aylına: həmdə çox oxşarıq xasiyyətimizdən, istərsən bir denə canım bax alınırmı. Aylın Nicata qəhvə hazırlayıb masaya qoydu. Nicatın qolundan tutub otuzdurdu, əyləş ayaqda zor durursan. Nicat doğurdanda çox yorulmuşdu, bütün günü ortalıqlarda ayaqda qalmışdı. Nicat Aylına qarşı gəlmədi əyləşdi, – Nicata: qəhvəni iç, yemək hazır olunca oturduğun yerdə yatmayasan. Nicat qəhvəni götürüb içdi, əllərinə sağlıq canım yeri varmış. Aylın yemək hazırlamağa başladı, – Aylına: tez bir zamanda tapılsaydı donur. Aylın pıçaqla nə isə kəsirdi, Nicatın dediyi söz bitən kimi barmağını kəsdi. Offf bir sən əksikdin indi. Nicat gördü Aylın barmağını kəsdi, tez qalxıb gəlib – Aylına: baxım çoxmu kəsdin?

Aylın- Nicata: sən əyləş kiçik bir şeydi, Niçat əl çəkmədi, baxım dedim. Aylının əlini zorla dartıb barmağına baxdı, qan axırdı. Nicat tez Aylının kəsilmiş yarasını ağzına tutub, barmağını sordu. Aylın – Nicata: ayyy nə edirsən, fuu vanpir, Nicat ağzında Aylının barmağını çıxarıb baxdı, – Aylına: bax qan kəsdi. Öz cibindən əl dəsmalını çıxarıb, cırıb barmağını sarıdı. Aylın barmağını sarıyan Nicata baxırdı, Nicat barmağını sarıyırdı Aylına baxmırdı. Birdən Aylının özünə baxdığını görüb, barmağına düyüm vurub, başını qaşıyıb baxdı. Nicat – Aylına: biraz böyük oldu deyəsən, Aylın baxıb başını narazılıqla sirkələyib, işinə davam etdi. Barmağını dəsmalı ilə çox sarımışdı, qan axmasın deyə. Aylın zarafatla – Nicata: yaxşıdı çox kəsmədim, vallahi əlimi gipisləyərdin, çox sağol yardımınçün. İndi isə sən əyləş qəhvəni iç, Nicat getmədi. Aylının əlindən pıçağı ehtiyatla götürüb – Aylına: sən pıçaqla ehtiyatsızlıq edirsən, ver mən doğrayım. Aylın anladı Nicatın sözündən, bir dəfə özlərində Nicat barmağını kəsmişdi çörəyə dilim çəkərkən və Aylın əlindən alımışdı pıçağı. Nicatın qoluna dirsəyi ilə vurub, sözü nə üçün dediyini anladığını işarə etdi. Nicat işiylə məşğul olaraq, Aylına baxmadan gülümsədi. Aylın – Nicata: inşallah tapılaçaq donur mən inanıram. Nicat dərindən nəfəs alıb – Aylına: inşallah canım inşallah, köməkli yemək hazırlamaqla məşğul oldular.

Anası zorla Dilqəmi evə gətirmişdi, Dilqəm yemirdi yemək. Ramizə baxdı anası üzgün baxışlarla. Ramiz – Dilqəmə: sənə Aylın nə dedi? hər yediyin tikə Nazlının sağlığıçün ilac olacaq demədimi? üzmə bizi ye bir tikə. Bax yeməsən indi Nazlıya mesaj yazıb deyəcəm. Dilqəm halsız – halsız əlinə qaşığı götürüb yeməyə çalışdı, boğazından zorla keçirdi yediyi. Anasın ürəyi göynəyirdi oğlunu belə halda gördüyündə, öz – özünə: Allahım nə olur sən qıyma yardım et bizə. Yazıq arvad çox kövrəlmişdi, əliylə ağzını tutdu, oğlunun qarşısında ağlamasın deyə. Dilqəm elə – belədə üzülmüşdü dərtdən, anası – olara: mən bir çaylara baxım, tez qalxıb getdi. Ramiz anladı niyə getdi anası, Dilqəmə baxıb dərindən nəfəs alıb, düşündü. Ramizin o aradada axlından çıxmırdı, Nicatın özünə acıqla Aylını qucaqlamasıda, gözlərini qıyıb baxdı nifrətlə. «Həyat çox qəribədir, insanlar həyatdanda qəribədirlə. Bəzən, nə qədər dərtləri olsada, başqa bir şeylərdə düşünüb, ondan problem yarada bilirdilər. Çıxılmaz vəziyyətdə olduqlarında belə, qisas almaq düşüncələridə keçirdi beyinlərindən, Ramizin kimi». Hər kəs həyətına davam edirdi, baxmayaraq xəstəsi və ya öləni olsa belə. Həyatın acımasız qanunlarından biridə budur, insan dözür baxmayaraq nəqədər yansada – acısada. Yer üzündə insandan dözümlüsü yoxdur demişlər, doğurdanda elədir ki var.

Ramiz yeməyini qarışdıra – qarışdıra gözlərini bir nöqtəyə zilləyib, fikirə getmişdi. Dilqəm – Ramizə: nə fikirləşirsən qardaşım? Nazlıya donur tapılacaq, elə deyilmi? Ramiz fikirdən ayıldı, – Dilqəmə: əlbətddə qardaşım, şüphən olmasın. İnşallah tapılacaq yaxında, hər yerə xəbərdarlıq edilmiş. İnşallah tez bir zamanda tapılacaq inan mənə, yeməyini ye ki, Nazlıya dəstək ola bil. Sonra yanında özündən gedib yıxılma. Dilqəm yeməyini yedi çətində olsa, Nazlı axlından bir anda olsa çıxmırdı.

Anası əlində boş siniylə gəldi, Ramiz baxdı ki, boş siniylə gəldi anası. Yazıq arvad əlindədə elə tutmuşdu ki sinini, sanki çaylar filan vardı. Anası o qədər şaşmışdı fikirdən, əlindəki sinin boş olduğunu anlamamışdı hələdə. Ramiz tez ayağa qalxıb, gəlib anasının alnından öpüb, sinini əlindən götürdü. Anası siniyə baxıb anladı nə etdiyini ağladı, Ramiz anasını özünə sıxıb tutdu qucaqlayıb. Dilqəm anasına baxdı üzüldü dahada, anasıda dərtdən başını itirmişdi. Qalxıb anasına yaxınlaşıb, Ramizdən alıb qucaqlayıb – anasına: canım anamız, bərk – bərk qucaqlayıb anasını bağrına basdı. Anası elə pis olmuşdu ki, orda Nazlının anasından olanları gizlətməkdən, burdada oğlunu pərişan görməsi. Nazlınında xəstəliyə dücar olması evini yıxmışdı. Oğlunu quçaqlayıb ağladı, yazıqın ürəyi dolu idi, hönkürərək elə ağlayırdı oğlunun saçlrına sığal çəkə – çəkə. Ramiz pis oldu, kənara gedib gözlərini yumub dayandı. Dilqəmində gözlərindən axan yaş, anasının boynuna damcılayırdı.

Aylın Nicatla masanı hazırlamışdılar, hər kəs masa ətrafına əyləşib yeməklərini yeməyə çalışırdılar. Kimsənin iştahı yox idi, Cansuda əyləşmişdi Aylın gilnən masa arxasında. Cansu oları darda qoymamışdı, Sərdarın yanında qalmışdı. Aylın Nicata baxdı, Nicat zorla yeməyini yeyirdi, gözləri bağlanırdı yorğunluqdan. Aylın Nicata işarə etdi ki, qalxsın yatsın. Nicat bu dəfə Aylının sözünə qarşı gəlmədi, masadan qalxıb – hamıya: sizə nuş olsun mən biraz yatacam, xalasının üzündən öpüb getdi. Xalası – Nicata: Allah rahatlıq versin oğlum. Aylın-xalasına: Nicat çox yorulur, hər işə özü qaçır məni qoymur. Xalası dərindən nəfəs alıb – Aylına: əsil kişi qadının qayğısına qalmalıdı qızım. Nicatdan mən çox razıyam, – xalasına: məndə anam. Allah ondan razı olsun, bu arada Cansuda sağ olsun yardımcımız oldu gəlib. Cansu çox mədəni və yerini bilən qadın idi, – Aylına: bu mənim işimdir Aylın xanım. Mən uşaqları sevirəm, alışdım artıq heç yorulmuram olardan, manejdə oturmuş uşağa baxıb gülümsədi. Uşaq əlindəki oyuncaqla oynayırdı, Aylın oğluna baxıb gülümsədi. Afət xanım özü yeməyini yeyirdi, Aylın Afətə baxıb bir anlıq üzüldü, xəbəri yox idi olanlardan yazığın. Bircəcik qızına küsmüdü, özünü tərk edib gedən sanırdı. Aylında çox yorğun idi, Cansu – Aylına: Aylın xanım siz Sərdarı aparın yatdırın, mən masanı toplayaram sonra. Aylın-Cansuya: yox canım mən o qədərdə yorğun deyiləm, təşəkkür edirəm çox sağol. Afət Cansunun danışığından anlamışdı, yaxşı insan olduğunu. Yeməyini bitirib ağzını sildi dəsmalla, – Aylına: əllrinizə sağlıq qıızım, dadlı olmuş. Aylın – Afətə: nuş olsun anam, mən indi çaylarımızıda gətirim. Ayağa qallxmaq istəyirdi Cansu qoymadı, əyləşin Aylın xanım mən gətirərəm indi, ayağa qalxıb getdi mətbəxtdə.

Aylın Cansunun ardınca razıl baxışlarla baxdı. Manejdə oturub özünə baxan oğlunu qalxıb götürüb öpdü, oxx doymuram qoxuna sənin. Təkrar – təkrar öpdü oğlunu bağrına basdı. Afət gülümsədi, Aylının oğlunu öpməsinə. Afət – Aylına: sən qoxur Sərdar, bilirsənmi? Aylın oğlunu qoxlayıb – Afətə: gərçəkdənmi oğlum mən qoxursan? Baxım. Uşağı qoxlayıb boynundan öpərək, güldürdü. Afət – Aylına: sənin qoxunu birinci gəldiyin gündən hiss etdim qızım, gətirdiyin güllər kimi qoxurdun. Sanki yad bir qoxu deyildi mənimçün. Hətta səni görməmişdim, adını çəkdiklərində uşaqlar, sənə qarşı ürəyimdə qəribə hiss oyandı. Səni tezliklə gözmək istədiyimi ismarlamışdım uşaqlarla, sözümü yerə salmadın gəldin, çox sağol qızım. Səni mənə Allahım yetirdi şükürlər olsun, sənin varlılığınla qürur duyuram harda olursan ol. Mən hiss edirəm səni, bilirəm ki səndə məni unutmursan. Çarəsiz tərk etdin bir ildən çox görə bilmədim, ancaq səsini duymağım hər gün mənə yetirdi. Hüzur tapırdım səninlə danışdıqdan sonra, Aylın Afətə baxdı.

Cansu çayları gətirdi sinidə masaya qoydu. Bir – bir çayları paylayıb – Aylına: Nicat bəyin çayını otağına götürərsinizmi Aylın xanım? Aylın fikirdən ayıldı. Afətin dediyi sözündən fikirə dalmışdı bir anlıq. Ncatın yatmış olduğunuda unutdu, – Cansuya: apararam əlbətddə, uşağı manejinə otuzdurub, çayı götürüb getdi.

Nicatın otağına gəlib, qapını açıb içəri keçdi, hələdə fikirli idi, nədənsə o söz Aylını fikirə daldırmışdı. Gəlib Nicatın yatdığını görüb, əlində çayla dayanıb baxdı. Öz – özünə: Allah – Allah yatan adamada çay nə idi? dönüb getmək istəyirdi, Nicat – Aylına: ver canım zəhmət çəkmisən, icərəm. Aylın – Nicata: sən yatmamısanmı? Nicat yerində oturub, əllərini üzünə cəkib, dərindən nəfəs alıb baxd. Nicat – Aylına: bacarmıram yata, Nazlının dərdi Nicatı üzmüşdü, pərişan etmişdi. Aylın anlayırdı Nicatı, yaxınlaşıb çayı verdi. Niçat çayı götürüb təşəkkür etdi – Aylına: əllərinə sağlıq çanım.

Aylın Nicatın yanında əyləşib fikirli – fikirli baxdı. Nicat – Aylına: canını sıxan başqa bir şeymi var? Aylın çiyinlərini çəkib, bilmirəm deyə işarə etdi. Xalan bir söz dedi, əslində adi bir sözdü, ancaq nədən mənə bu qədər təsir etdi bilmirəm. Nicat çayını kənara qoyub, – Aylına: nə dedi xalam sənə? Aylın Nicata baxdı üzgün baxışlarla. Oğlum mən qoxur dedi, məni birinci gördüyü gündən mənim qoxumu hiss etmiş. Mənə yad biri deyildin, mənə tanış qoxuydu sanki, öz evladı filan kimi dedi. Niçat gülmsəməyə çalışdı üzgündə olsa, Aylını özünə tərəf çəkib quçaqladı. Xalam səni həqiqətən çox sevdi, səni hamı çox istəyir, sənin çox gözəl ürəyin var, sevməmək mümkün deyil. Aylının fikiri elə qarışmışdı ki, heç özüdə bilmirdi nədən belə olmuşdu. Afət xanımın dediyi söz, onu bu qədər təcübləndirməliydimi ki? Afət bu sözü əvəldəndə Aylına demişdi. Aylın – Nicata: mən xalanla hər gün əlaqə saxladım buralardan getsəmdə. Nicat təcüblə baxdı – Aylına: xalamla hər gün əlaqəmi saxladın? bəs niyə demədi xalam bizə bir söz?

Aylın – Nicata: mən xayiş etmişdim kimsə bilməsin. Nicat öz – özünə: vay dostum xalamdan yaxşı kəşviyatçı çıxarmış, o qədər vaxtda ağzından söz qaçırmamış. Ona görəmi sən olmayanda rahat – rahat dayanırdı? arayın tapın demədən. Aylın dərindən nəfəs alıb – Nicata: xalan başqa insandır, əvəzssizdir. Nicat Aylını bərk – bərk özünə sıxıb qucaqladı, – Aylına: səndə əvəzsizsən canım mənim çün. Qucaqlaşıb dayandılar, çox yorğun idilər, ikisidə biri – birinə söykənib dayanırdılar zorla, Nazlıya gələn bədbəxtçilik məhv etmişdi yazıqları.

Səhər açılmışdı, Nicat gözlərini açıb baxdı, üz -üzə özüylə yanında yatmış Aylını görüb xatırladı. Axşam qucaqlaşıb yuxuya getdiklərini, Aylının yatışını seyr edərək gülümsədi. Aylın yatırdı oyanmamışdı, Nicat çox istəyirdi Aylını öpüşləri ilə oyatsın. Ancaq bu gizli sirr idi ürəyindən keçən, burnunu üzünə, saçlarına yaxınlaşdırıb qoxladı. Axlı gedirdi sarılıb sevişərək, heç buraxmazdı özünün ixtiyarında olsaydı. Aylında gözlərini açıb baxdı Nicata, – Aylına: sabahın xeyir canım. Aylın Nicata baxdı düşündü, birdən yerindən qalxdı səksənib, oğlum deyib tələsik otaqdan çıxdı. Nicat ağzını açıb bir kəlmə deməyə imkan tapmadı.

Aylın həyəcanla gəldi otağa, oğlunun mışıl – mışıl yatdığını görüb dərindən nəfəs aldı. Aylının yerində Cansu yatmışdı, yaxınlaşıb Cansunun üstünü örtdü ehtiyatla. Cansunu oyatmamaqçün ehtiyatla otaqdan çıxrdı, qapıda Nicatla üz – üzə oldular. Aylın Nicatın sinəsinə əlini qoyub, geri çəkdi ehtiyatla – Nicata: sus yatsınlar. Cansu yanında yatmış oğlumun, yazığıda çox yorduq. Nicat Aylının sinəsinə dayamış əlinə baxıb gülümsədi. Aylın əlini tez sinəsindən çəkib getdi. Nicatda gülümsəyərək, Aylının ardınca getdi.

Ramiz şirkətə gəlib işləri yönəltirdi, Dilqəm Nazlıyla xəstaxanada olurdu. Ramiz gəlib yerində əyləşib, telefonunu açarlarını masaya qoydu, əllərini üzünə çəkib düşündü. Telefonunu götürüb kiməsə zəng edib, gözlədi.

Aylın Nicatla evdən çıxırdılar, Nicat maşının qapısını açıb Aylının əyləşməsini gözlədi. Aylının telefonuna zəng gəlirdi. Aylın telefonunu çıxarıb baxdı, üzünün ifadəsi dəyişdi. Nicat anladı kimdir deyə – Aylına: nə istəyir səhər – səhər? onsuzda kefimiz yoxdur. Aylın Ramizə cavab verdi alo, maşına əyləşdi, Niçat qapını örtüb gəlib sükan arxasında əyləşdi. Aylın biraz qulaq asıb – Ramizə: bağışla gələ bilmərəm, bilirsən məndə öz şirkətimdə çalışmalıyam. Nicat maşını işə salıb qaza basdı, – Ramizə: bizimdə durumumuz eynidir bilirsən. Nazlı bizimçündə candır, qandır, bizdə sizin kimi qaça – qova çalışırıq, birtəhər yola ver işini. Aylın telefonu söndürüb – Nicata: Ramiz idi, – Aylına: bildim o olanı, nə istəyirdi? Aylın dərindən nəfəs alıb – Nicata: yardım istəyirdi. Mənim şirkətə gəlib çalışmamı xayiş edirdi, qalanını eşitdin nə dedim. Nicat maşını idarə edə – edə – Aylına: ondan uzaq olmağa çalış canım, manyakdır o manyak. Dinc dayanmır, qaşınır ki qaşınır. Nicatın əsəbləndiyini görü, b Aylın yan şüşədən dışarı baxdı susaraq. Nicat maşının sürəətini artırdı, getdilər.

Aylının etiraz etməsinə Ramiz çox əsəbləşdi, telefonu masaya atdı, gəlməzsən əlbətdə o… yanında olduqca gəlməzsən. Nicatın ardınca pis sözlər işlətdi, qapı döyüldü içəri yanlarında çalışan qız girdi. Ramiz bəy bir saatdan yeni işi imzalamaqçün gələcəklər. Ramiz tək başına qalmışdı, – qıza: anladım, gəldiklərində xəbər et mənə. Qız – Ramizə: baş üstə Ramiz bəy, çıxdı otaqdan. Ramiz öz – özünə: deyinirdi, … işin ortasına mən… olsun. Əlləriylə başını tutub dayandı, masaya dirsəklənib.

Axşam işdən çıxıb hamı gəlmişdilər Nazlının yanına, Nazlını xəstəliyi üstünləməyə başlayırdı, hər kəs pərişandı. Aylın bir yerdə dayana bilmrdi, karidorda oyana – buyana gəzir düşünürdü, düşündükcədə az qalırdı dəli olsun. Aylın öz – özünə: Allahım nə olar mənim ömrümdən kəs sən, o qıza qıyma. Ramzə zəng gəldi, telefona cavab verdi alo, biraz qulaq asdı üzünün ifadəsi dəyişdi. Gərçəkdənmi? bir dəqiqə, bu dəqiq məlumatdırmı? ay Allahıma çox şükürlər olsun, dönüb Ayına tərəf baxdı.

Aylın fikirli olduğundan Ramizə fikir vermədi. Ramiz telefonda deyilən suala cavab verdi, yox – yox pul prablemimiz yoxdur, narahat olmayın. Biz o zaman həkimədə xəbər verək indi. Baxın biz hətta dediyiniz pulun iki qatını ödəyəcəyik, tamam o zaman anlaşıdıq, telefonu söndürüb Aylına tərəf gəldi. Aylın qəmgin – fikirli Ramizə baxdı bir anlıq dayanıb. Ramiz – Aylına: şad xəbərim var canım, Aylın dərindən nəfəs alıb Ramizə baxdı. Ramiz – Aylına: soruşmayacaqsanmı nə xəbərdi? Aylın çiyinlərini çəkib – Ramizə: bu dəqiqə mənə Nazlıdan başqa heçnə maraqlı deyil. Ramizin gözlərində, uzun zamandan bəri görsənməyən sevinc dolu parıltı görünürdü. Bunu Aylında hiss etdi, ancaq axlına gəlmədi Ramiz nəyçün belə şad idi. Ramiz Aylını qucaqlayıb, Nazlıçün donur tapılmış canım. Aylın birinci baxa qaldı, bun çox inanmaq istədi. Beynində bütün günü dolaşıb qalmış fikirlərinin sehrinə düşüb, Ramizin dediyi sözü səhvən anlamış olmasını istəmirdi. Ramiz elə sevinmişdi ki, – Aylına: sən sevinmədinmi? nədir bu baxışlar?

488 ₽
Возрастное ограничение:
18+
Дата выхода на Литрес:
16 августа 2021
Объем:
481 стр. 2 иллюстрации
ISBN:
9785005517357
Правообладатель:
Издательские решения
Формат скачивания:
epub, fb2, fb3, ios.epub, mobi, pdf, txt, zip

С этой книгой читают

Эксклюзив
Черновик
4,7
131
Хит продаж
Черновик
4,9
478