Читать книгу: «Günahsız günahkar. Roman. Hissə – 1», страница 2

Шрифт:

Kamil atasınada danışmışdı olanlar haqda. Anası çayları gətirib masaya qoydu, – arvadına: çox sağol Solmaz xanım əllərinə sağlıq. Arvadı ərinin zarafatçıl və özünə qarşı çox hörmətçil olduğunu bilirdi, – ərinə zarafatla: nuş olsun Nadir bəy, qızı anasına çayları paylamağa kömək etdi. Anası – qızına: çox sağol qızım əyləş, Nərgiz yaxında olacaq imtahanlarına hazırlaşırdı, qardaşından özünə kömək etməsini xayiş etdi. Bacısı – Kamilə: qardaşım mənə kömək edərsənmi? – Nərgizə: edəcəm ancaq sonra indi yox, biraz işim var həll edim yardım edəcəm söz. Nərgiz uşaq kimi şıltaq idi, – qardaşına: sən demişdin imtahanlarımı yüksək balla qazansam məni istədiyim yerə aparacaqsan, elə deyilmi? Kamil fikirli idi – bacısına: hə aparacam, sən hələ qazan yüksək balını. Nərgiz gülümsəyərək, ana bax sizdə eşitdiniz qardaşım aparacam dedi, – qızına: ay mənim hələdə böyüməyən kiçik qalmış gözəl qızım, yaxşı bilirsən ki qardaşın sənə verdiyi sözünü tutandır. Səndə dərslərinin üstüdə ciddi duraraq çalış ki yüksək bal qazana bilərsən, sonrada qardaşın səni gəzməyə aparsın dediyin yerlərə. Nərgiz – anasına: görəcəksiniz mən sözümü tutacam və, ən yüksək bal toplayacam. Atası qızının şıltaqlığına baxaraq gülümsədi, – inanıram mən qızıma inşallah toplayacaqsan yüksək bal, çaylarını götürüb içdilər. Kamilin axlı qalmışdı Aylının yanında, bunu ata – anası artıq anlamışdılar, biri – birilərinə baxdılar. Əri arvadına işarə etdi ki hər şey yaxşı olacaq, anası istəmirdi oğlu üzülsün dərt çəksin, dərindən nəfəs alıb oğluna baxaraq çayını içdi.

Aylın Məliklə həyətə gəlmişdilər. Məlik əli ilə həyətı göstərib – Aylına: buraların işinə mən baxıram qızım, sən xanımın dediyinə baxma hər işin öfdəsindən gəlirəm mən. Aylın – kişiyə: Məlik dayı məndə sizə kömək edəcəm narazılıq istəmirəm. Dayım mənə görə üzülməsin xalamın dır – dırını eşidib, xanımın gözü önündə olmaqdansa, sənin yanında olmaq xoş olar mənə. Kişi Aylının sözünə gülümsədi, qızım sənin ananda çox mərəfətli qadındı idi, hər gəldiyində mənimlə söhbət edərdi hal – əhvalımı soruşardı. İnan oda eyni sənin kimi deyərdi, çoxu vaxdını bizimlə keçirdərdi. Arvadımla söhbət edərdi, bizimlə bir masada çörək yeyərdi, çox saf ürəkli biriydi rəhmətlik, səndə anana çox bənzəyirsən qızım xasyyətindən, bəxtin oxşamasın. Dayın səslədiyində getmək istəməzdi, sevməzdi xanımın yanında qalmağı, bilirdi söz – söhbət edərək gününə acılıq qatacaqdı qardaşının. Mənə deyərdi, səninlə vaxt keçirmək mənə xoşdur Məlik dayı, o yad planetlinin yanında qalmaqdansa, zarafatlaşıb gülümsəyərdi. Xanım bu planetdəkiləri sevmir, o başqa planetdən gəlmiş deyərdi. Aylın anasının dediyi zarafata ürək acısıyla gülümsədi, – kişiyə: Məlik dayı sizin ailəniz yaxındamı yaşayır? kişinin gözləri doldu yaşla bir anda, aravadımı bir – neçə il qabağa itirdim qızım. Aylın pis oldu duyduğunda, – kişiyə: Allah rəhmət etsin bilmirdim çox üzüldüm, kişi göz yaşını silib – Aylına: ölənlərinə rəhmət olsun qızım. Bizim gözümüzün ağı – qarası bir oğlumuz vardı, başqa şəhərdə təhsil alırdı və çox savadli idi. Həmişə deyərdi, ata mən təhsilimi bitirdikdən sonra artıq nə sən, nədə anam çalışmayacaqsınız, bilmirəm nə oldu hansı səbəbdən oğlumu öldürdülər. Kişi göz yaşlarını saxlaya bilmirdi sel kimi üzünə axırdı, Aylında çox pis təsir etdi oğlunuda itirdiyini duyduğunda, yaxşı anlayırdı qarşısındakı gözü yaşlı çarəsız insanın yaşadıqlarını. Kişi gözlərinin yaşını uşaq kimi qoluna silib, əsən əllərini bir – birinə sıxıb tutdu, necədə ürək acıdıcı bir mənzərə idi, bir atanın qarşında əlacsız qaldığını görmək. Anası xəstə düşdü oğlumun ölümündən sonra, yazıq dözə bilmədi oğlumuzun yoxluğuna. Gecə – gündüz dediyi tək söz oğluma istəyirəm deməsi idi, çox yaşamadı sonunda onuda oğlumun yanında dəfin etdim. Məndə anasının son istədiyini yerinə yetirdim, mənidə oların yanında dəfn et deyə Ramizə vəsiyyət etmişəm. Başqa deyəcəyim kimsəm yoxdur qızım, artıq buralarda başımı qataraq oların yanına gedəcəyim günümü səbirsizliklə gözləyirəm. Ramiz mənim gözümün önündə böyüyüb, oğlumla bir yerdə böyüyüblər bu həyətdə qaça – oynaya, oğlum bura yanımıza gələrdi dərslərini bitirdikdən sonra, orta məktəbdə oxuduğunda. Ramizlə oynayardılar vaxtlarını gözəl keçirərdilər, oğluma olan həsrətimi – istəyimi – ürəyimin yanğısını, indi Ramizə baxaraq onun varlığıyla azda olsa təsəlli tapıram. Aylının gözlərindən yaş süzüldü bi ixtiyar, analayırdı sevdklərini itirməyin necə ağır bir dərt olduğunu. Başına gəlməyənlər bilə – bilməzdilər, hiss belə etməzdilər necə ağır dərt olduğunu. Oğlumun kim tərəfindən öldürüldüyünü bilməməyim mənim ürəyimi daha çox acıtır. Aylın bir söz deyə bilmirdi, ürəyində küt bir ağrı hiss edirdi. Sağolsun xanıma oxşamayıb, Ramiz mənə qarşı çox mərərfətlidir qızım, evdə olduğunda yanımdan ayrılmır məni tək qoymur. Yazıq hər zaman çalışır yanımda dəstək olsun mənə, oğlumun yoxluğunu unutdura bilməsədə, ürəyimə güç – qüvvət gəlir o yanımda olanda. Aylın gözlərinin yaşini silib – Məliyə: ancaq çox təssüflər olsun ki, sevdiklərinin qədər kimsə – kiminsə əvəzini verə bilməz. Bəzən yaxşı olan birilərində ümid yeri tapmağa çalişir insan çarəsizliyindən. Bizim yaramızın ustünə inçə pərdə çəkilmiş sadəcə. Heç dəyməmişdən – toxunmamışdan qanayıb ürəyimizə axır qanımıza işləyir acısı – ağrısı, ürəyimizi sızladır – göynədir. Məlik əlini Aylinin çiyninə qoyub mehribanlıqla, sən cavansan qızım möhkəm olacaqsan bu zalım həyatda. Dizini heç vaxtdı yerə qoymayacaqsan, yıxılmadan ayaqda qala biləcəksən və güclü olaraq hər kəsin önündə enməyəcəksən. Ananın – atanın yarımçıq qalmış işlərini başa vuracaqsan. Allah sənin yolunu açacaq yardım edəcək, oların bitirə bilməyən işlərinə sən nöqtə qoyacaqsan, inşallah mən inanıram sən bacaracaqsan. Aylin anlamadı Məlik nə yarımciq qalan işdən danışır deyə, soruşmaq istirdi ki nədir yarımcıq qalan işləri? bu vaxdı qapıdan kimsə içəri girdi çağırdı. Məlik dayı hardasan? Məlik dərindən nəfəs alıb, of oğlum yenə içmisənmi sən. Məlik – Aylına: dayın görsə heç yaxşı olmayacaq, tez oğlanın qabağına qaçdı.

Aylin anladı ki gələn Ramiz idi, Məlik tez qolunu öz çiyninə salıb mehribanlıqla – Ramizə: gedək oğlum gəl. Yardım edərək evə tərəf aparırdı, Ramiz kişinin üzündən öpərək, Məlik dayı mən səni çox istiyirəm. Kişidə Ramizin saçini siğallayıb çiyninə əlini vuraraq, – Ramizə: məndə səni çox istəyirəm oglum. Ramiz dayanıb baxdı üzünə, – kişiyə: Məlik dayı sən ağlamısanmmı? kişi gizlətdi Ramizdən, yox oğlum ağlamadım. Gəl gedək dinlən, anası oğlunun içkili gəldyini görüb qabağına yüyürdü, ah oğlum ah, yenə nə gündəsən sən. Kimdi mənə qulaq asan sözümü dinləyən bu evdə? dedim bu gün atan gəlir içmə, oduee başıma bəla gətirib gəlib, bəladır – bəla, Aylını göstərdi əli ilə. Ramiz dodaqlarına barmağnı tutaraq anasına suss deyə işarə etdi. Anası – Məliyə: atası gəlir birazdan nə baxırsan üzümə? kişiyə acıqlandı haqsız yerdə. Ramiz acıqlandı – anasına: bağırma Məlik dayıma, səsini qaldırma onun üstünə anladınmı? anası oğluna məhəl qoymadan, obir qolunu çiyninə salıb eve tərəf apardılar. Aylın aravadın bu hala düşməsinə sevindi baxıb, dayısının qorxusu vardı azda olsa canında. Dərindən nəfəs alıb ətrafa baxdı və bunuda yaxşı anladı ki, arvad aktiyorluq rolunu gözəl oyna bacarırdı.

Ramizi anasıyla Məlik gətirib yatağına uzatdılar, – Məlyə: birazdan gedəcəyik evdən, duydunmu məni? biz dəvətliyik ad gününə, bax gözün oğlumun üstən əksik olmasın anladınmı? soyundur paltarını rahat yatsın. Kişi – arvada: narahat olmayın xanım mən həll edərəm siz gedin, – kişiyə: bura bax o beykərə xeyirsizlə dır – dır edib dalımca vaxdını itirmə, anladınmı? gözüm üstünüzdədir ikinizində unutmayın. Elə bilmə görmürəm – duymuram sizi, kişini təhtid edərək kobutladı. Sən oğlumun yanında qal burda otağında, mən təzə gəlmiş baş bəlasına deyim dayısının yanında agzından qaçırmasın gördüyünü. İşim dərdim yoxdu gəl haranın yetimcəsinə anlat evinin qanun – qaydarını – sirrini, əsəblə otaqdan çıxıb getidi. Məlik Ramizin corablarını çıxardı, başını narazılıqla sirkələyərək arvadın nə qədər kobut və özündən razı olmasına özü öyrəşsədə, Aylına yetimçə deməyindən çox üzüldü.

Arvad aşağı endiyində, Aylının dayısıyla söhbət edə – edə içəri gəldiyini görüb öz – özünə: eyvahh bu heyvan gördüklərini dedisə dayısına yandıq. Aylın arvadın həyaçanla özünə baxdığını görüb anladı fikrini, yalandan gülümsəyərək – dayısına: dayı siz gedin, narahat olma mənə görə hər şey yaxşıdır. Məlik dayıyla biz yaxından tanışdıq, və əl zəhməti az olmayan gözəl həyətinizlədə tanış etdi məni. Gərçəkdən çox gözəl saxlamış, cənnətə bənzətmiş ətrafı. Dayısı – Aylına: hə qızım Məlik buraları beş barmağı kimi tanıyır, və ürəkdən qulluq edir həyətdə güllərə – ağaclara. Həmdə çox yaxşı insandır, mən ondan bir ömür boyu razıyam bəzilərində fərqli olaraq, arvadını işarə etdi. Şad oldum bir – birinizlə dil tapdığınıza görə. Aylın dərindən nəfəs allaraq – dayısına: yaxşı insanlardan gözəl sözlər duymaq insana güc verir hər zaman, arvada qandırdı işarə etdi bu sözüylə. Arvad gəldi qarşılarına, – ərinə: get əynini dəyiş gec oluruq gedək vaxdında. Dayısı – Aylına: Ramiz gəlməyibmi hələ? arvad tez yalan danışdı özünü soxaraq ortaya, – ərinə: zəng etmişdi birazdan gələçək yoldaymış. Ərinin əlindən portvelini götürüb – sən get hazırlan gec olmayaq bir dəfədə olsun getdiyimiz yerə. Dayısı dərindən nəfəs alıb – arvadına: bu gedəcək yerlərimiz bir bitsəydi, məndə xarabamda rahat oturub qızla söhbət edərdim, əsəblə getdi.

Məlik gəldi, arvad pıçıltıli səslə əsəbləşdi – Məliyə: demədimmi sənə yanında qal? Məlik yavaş səslə – arvada: xanım Ramiz sərin su istəyir, aparım yanındayam narahat olmayın. Arvad əlini yelləyib get apar tez deyə işarə etdi. Məlik – Aylına: sənədə çay süzümü qızım? arvad kişiyə acıqlandı dişlərini bir – birinə sıxaraq, nə münasibətlə? mən sənə deyirəm işə öyrət bunu, sən başıma çıxarmağa çalışırsan? get rədd ol su apar oğluma gözüm görməsin səni. Kişi başını aşağı salaraq küskün üzlə getdi mətbəxtdə. Aylın dayısının xətrinə dilini – dişinə sıxıb zorla dayanırdı arvadın həyasızlığına. Bu vaxdı yuxardan dayısı gəldi köynəyinin qol düymələrini bağlaya – bağlaya, – Aylına: de qızım mənə sıxılmırsan ki burda? Aylın arvada o qədər əsəbi idi ki, özünü zor tuturdu. Yox dayı sağolsun xalam darıxmağa qoymur kimsəni çox hörmətcildir, böyüklə – böyük kimi, kiçiklə – kiçik kimi rəftar edir. Məlikdə əlində su bakali ilə gəldi, Həsəni gorüb pərt oldu. Əlində su ilə yuxarı çıxsaydı o dəqiqə biləcəkdi Ramizin içib gəldiyini. Aylın kişinin əlindən suyu götürüb təşəkkür etdi, sizə zəhmət verdim Məlik dayı ayıb oldu mənə, sudan istəməsədə bir qurtum içdi. Dayısı baxıb – olara: nə gözəl, şad oldum qızım artıq bir – birinizə alışmışsınız, həmişə belə mehriban olun. Dayısı – Aylına: bizim xanımın dəvətləri heç bitməz qızım. Getməyə məcburuqmuş, çünki başqalarının yanında özümüzü göstərməsək ayıb olarmış, bağışla qızım sənə vaxt ayıra bilmədim bu gün. Aylın arvada acıga dayısına mehribanlıqla, siz gedin dayı narahat olma mənə görə. Biz Məlik dayıyıa qəşəng çay hazırlayıb, söhbət edə – edə oturaraq gözəl vaxt keçirəcəyik. Avadı elə bil ilan sancdı, ancaq ərinin yanında daha söz deməyə çəkindi ki, birdən Aylın deyər oğlunun içdiyini. Arvad – ərinə: gedək boş – boş danışıb vaxt itirməyək, – arvadına: boş – boş danışan sənsən. Danışığına fikir ver demişəm sənə yüz dəfə, deyibdə sənə nə xeyri var ki? dərindən nəfəs alıb yaxınlaşıb, Aylının alnından öpdü. Hələlik qızım axşam görüşərik, sizədə gözəl söhbətlər. Məlik qızıma qulluq et darıxmasın, yanında ol tamammı? – Həsənə: baş üstə Həsən bəy sən narahat olma.

Dayısı arvadına evdən çıxarkən acıqlandı, – arvadına: bu sonuncu olsun sənin ad günlərin filan bil, sonra demədi demə. Arvatda məcbur ağzını yumub tərs – tərs baxaraq getdi yanınca, dayısı arvadını hələdə qapıdan çıxdıqda da danlayırdı. Sənsən gedib rəfiqələrinlə orda burda boş – boş danışan mərəfətsiz, davalaşa – davalaşa getdilər. Aylın dərindən nəfəs alib kişiyə baxıb gülümsədi, – Aylıa: qızım xanım sənə acıqlanacaq gəldiyində, sən Allah basma onun quyruğunu xayiş edirəm. Aylın əlindəki su bakalına baxıb – Məliyə: o bizi elə – belədə sancacaq Məlik dayı. Onun quyruğunu basmağa gərək yox ki? sən get bax onun oğluna, məndə otağıma gedim. Buralar sıxır məni, sanki ev deyil açıq zindandır. Məlik dərindən nəfəs alıb üzgün baxışlarla baxaraq – Aylına: məndə su aparım Ramizə, səndə dincəl qızım.

Kamil Ramizə zəng edirdi telefona çavab vermirdi, öz – ozünə: sənə dedim axı vaxdında qalx masadan eşitmədin məni. Telofonunu masanın üstünə qoyub düşündü, fikri Aylında qalmışdı. Ramizdə içkili olduğuna görə bəhanə edib gedədə bilmirdi ki, birdən atası bilərdi içdiyini və davalaşardı oğluyla özü səbəb olub, qapı döyüldü. Kamil gəl deyə səslədi, içəri bacısı girdi əlində dəftər – kitab vardı. Kamil anladı baçısına kömək lazımdır imtahanlara hazırlaşmağa, – bacısına: gəl baxım nədir anlamadığın yardım edim. Bacısı gəlib qardaşının yanında oturdu, dəftər – kitabı açıb barmağıyla işarə edərək göstərməyə başladı. Bax bunu anlamıram, sonra bunu anlamıram, bir – bir göstərdi. Kamil başını qaşıyaraq baxdı, – bacısına: anladığın burda bir şey varmı? bacısı küskün baxışlarla baxdı qardaşına. Kamil gülümsəyib, – bacısına: indi həll edərik bilikdə, çox mehribandı bacısına qarşı, bacısıda o an sevindi uşaq kimi.

Aylın otağında çarpayısında uzandı gəlib, qulağına yan otaqda yatmış Ramizin ziyaranan səsi gəlirdi ara – sıra. Arvad tapşırmışdı girmə narahat etmə filan deyə baxmırdı, çantasından ata – anasının rəsimlərini çıxarıb baxdı. Mən nə edəcəm sizsiz? Məlik dayı sənin xətrini çox istəyirmiş bilirsənmi ana? bu gün səndən danışdıq, sənin kimi dedi oda mənə. Həyatda güclü olmaq gərəkirmiş, səndə həmişə belə deyərdin yadındadırmı? rəsimlərini öpüb sinəsi üstə qoyub öz – özünə: mən sizsiz necə güclü olaram ki? sözlə demək rahatdır əlbətdə. Gözlərini yumdu biraz vaxlıq, gözlərini açıb dərindən nəfəs aldı. Məlik dayı dedi ki mən sizin yarımçıq qalmış işinizi davam etməliyəm, sizin həyatınıza vaxtsız nöqtəni qoymağa səbəb oldu şərəfsiz. Allah ən pisindən versin ona həyatı boyunca. Görəsən sizin bitirə bilmədiyiniz yarımçıq qalmış nə işnizdir ki? mənim nöqtəsini qoymağım gərəkirmiş. Bəs niyə bundan mən xəbərsizəm? hiss etdim ki təkcə Məlik dayı bilir bu haqda, dərindən nəfəs alıb düşündü. Yenədə yan otaqdan Ramizin ziyaranan səsi gəldi, nə dediyi aydın eşidilmirdi, ancaq hiss olunurdu ona yaxşı deyildi. Aylln biraz qulaq asıb öz – özünə: Məlik dayı yanında demi bunun? ayağa qalxıb otaqdan çıxıb gəlib qapının önündə dayanıb qulaq asdı.

Su, su, deyə ziyaranırdı Ramiz içəridə, əliylə qapıdan tutub açıb baxmaq istədikdə arvadın sözlərini xatırladı, oglumu narahat etmirsən səs etmirsən. Əlini qapıdan çəkdi, getmək istəyirdi yenə ziyarandı su deyə. Aylın Məliyin sözlırini xatırladı. Ramiz yaxşıdır mənim xətrimi çox istəyir xanıma bənzəmir xasiyyətindən, dözmədi qapını açıb içəri baxdı Məlik yox idi. Ramiz su, su, deyib ziyaranırdı yatağında. Aylın baxdı masada su vardı dolu bakalda, gəlib bakalı götürüb uzatdıb, Ramiz bəy açın gözlərinizi için suyunuzu. Ramiz gözlərini zorla açıb baxdı Aylına hlsız – halzsız. Aylını tanımadı, heç yadınada gəlmədi ki bu gün bibisi qızı gələcəkdi özlərinə, sən kimsən? Aylının əli uzanılı qalmışdı su bakalıyla Ramizə tərəf. Heç vaxtdı qarşılaşmadıqlarından biri – birilərini tanımırdılar. Aylın zarafatla – Ramzə: mən mələyəm, duydum su istəyirsənmiş sənə su gətirmişəm al iç. Ramiz yerində oturdu gözlərini ovub baxdı, yuxumu görürdü? bir anlıq şaşırdı. Nə mələk mən ölmüşəmmi, yoxsa yuxudayammı? başını tutub bagırdı qorxub! Məlik dayııı. Səsə kişi gəldi qaçıb, nə oldu oğlum pis yuxumu gördün? sakit ol oğlum yanındayam qorxama burdayam. Aylın su bakalını masaya qoyub otaqdan çıxdı. Ramiz bərk – bərk kişinin boynunu quçaqlayıb – kişiyə: burda kimsə vardı gördüm, mənimlə danışırdı. Məlik anladı Aylından qorxmuşdu Ramiz, birdən anası duyar deyə ehtiyat edirdi yazıq kişi qalmışdı ortalıqda susaraq. Yaxşı bilirdi ki, anası bilsə ağzından qurtarmazdılar acıqlanardı Aylına. Ramizi sakitləşdirib yerını uzandırdı, yat oğlum mən yanındayam qorxama. Ramizi sakitləşdirib yanında oturub, söz dinləmədən bu qədər çox içməsinə narazı – üzgün baxışlarla baxdı.

Aylın otağına gəlib yerinə uzandı, öz – özünə: adamı ruh görə biləçəyin qədər içməsən olmazmı? Allahım sən kömək ol, belələrinə axıl ver. Yastığını quçaqlayıb anası gilin rəsimlərinə baxaraq – anasına: qardaşının oğlu zarafatımdan qorxdu anacan, gülümsədi.

Gecəc saat 10 olurdu, Ramız yuxudan oyanıb gelib divanda əyləşdi, başı yaman ağrıyırdı. Məlik əlində su bakalıyla gəldı, əlındəki ilacı suya salıb – Ramizə: al iç oğlum başının ağrısı azalsın. Ramiz ilaclı suyu götürüb içdi, bakalı qaytarıb sağol Məlik dayı sən olmasan işim çətin olardı. Məlik – Ramizə: oğlum sənə yemək hazırlayım ye biraz. Ramiz başını tutub, yox heçnə istəmirəm başım çox ağrıyır ofuldayıb ziyarandı, anam hanı? – Ramizə: atanla ad gününə gediblər. Ramizi elə bil tok vurdu bir anlıq baş ağrısını unutdu, atamlamı? offf – offf bu gün gəlirdilər axı, qarşılamağada unutdum. Kişi – Ramizə: sən unutmamısan oğlum, dostun Kamildən xayiş etmisən oları qarşılaşın, oda sağolsun qarşılayıb evə kimi gətirdi narahat olma. Ancaq atan çox əsəbləşdi sən qarşılamadığına görə, içdiyinidə bilmədi səni həmişəki kimi gizlətdik ondan. Atam təkmi gəlib? gəlmədimi bibim qızı bizə? kişi külümsədi, Ramizin sözünə. Oğlum sən hələ ayılmamısanmı? sənə su verən kimiydi otağına gəlib? Aylın idi bibin qızı, səndə qızdan qorxub bagırdın. Ramiz pərt oldu duyduğunda, burdadı indi? kişi başını narazılıqla sirkələyib güldü, burdadı oğlum harda olacaq artıq? yuxarıda otağındadır. Ramiz tez ayağa qalxdı, mən gedib görüşüm yaxşı olmadı heç, başını qaşıyıb baxdı. Tələsərək gedib piləkənlərlə yuxarı qalxırdı Məlik zarafatla, – Ramizə: qorxsan məni çağır oğlum burdayam. Ramiz arxaya baxaraq – kişiyə: sən gül Məlik dayı eybi yox.

Qapı döyüldü yavaşdan, Aylın yastığını qucaqlayıb yatmışdı anası gilin rəsiminə baxan yerində. Qapının döyülən səsinə oyandı, tez ayağa qalxıb gəlib qapını acdı. Ramizi görüb əlini üzünə çəkib gözlərini ovub baxdı. Zarafala – Ramizə: oyandınmı Ramiz bəy? bağışla səni qorxuzduğuma görə üzür istəyirəm. Bilmədim mələklər filan gözünüzə görsənirmiş içdiyinizdə, istəmədən qorxutdum səni. Ramiz başını qaşıyaraq Aylına baxdı, heç belə qorxmamışdım ömrümdə, yaxşı olmadı belə tanışmamız utandım düzü sizdən məndə. Düzü mən gəlməliydim sizi qarşılamağa, alınmadı. Atamdan öncə məni qorxuzaraq yaxşıca cəzalandırdın gülümsədi, qarşınıza gəlsəydim tanıyardım belə olmazdı əlbətddə. Necə demişlər? yerində və haq oldu mənə, bagışlayın dost – tanışla başım qarışıb, dostum Kamildən xayiş etmişəmmiş sizi qarşılamağı. Aylına əlini uzatdı gülümsəyərək, xoş gəldin səni görməyimə şadam bibimin qızı. Aylında Ramizin əlini sıxıb, məndə şadam səni görməyimə Ramiz bəy, dayım oğlunu görməyə bu günə qismətmiş. Ramiz – Aylına: Ramiz bəy nədir? Ramiz de yad deyilik biz səninlə. Dəridnən nəfəs alıb – Aylına: başın sagolsun olanlara görə çox üzüldüm. Mehribanlıqla Aylının boynunu quçaqladı, bağışla əslində gəlməliydim yanında olmalıydım, ancaq nə edim mən beləyəm gördüyün kimi, içki düşgünü və avara. Atam danlasada düzəlmirəm, Aylında Ramizin boynunu quçaqlayaraq kövrəldi, – Ramizə: səndən incimirəm eybi yox üzür istəmə, gəlsəndə geri qaytara bilməyəcəkdin öldüklərimi. Ramizin boynundan buraxıb üzgün baxışlarla baxdı. Mən sizə yuk olmaq istəməzdim, əslində bura gəlmək fikrim yox idi dayım zor etdi, əl çəkmədi gəlməlisən sənsiz getmərəm deyib tutdurdu. Ramiz üzünə baxaraq – Aylına: bir dəqiqə mənə bax, səni burda üzən xətrinə dəyənmi oldu? de mənə düzünü çəkinmə. Aylının yaşlı gözlərini mehribanlıqla əliylə silərək, bilirəm anamın agzı dinc durmaz sancmış yəqin səni, o atamlada düzgün yola gemir evdə. Bax burda mən varam, bir daha eşitməyim bizə yük filan olursan sözlərini, danışdıqmı? Aylın gözlırinin yaşını silib – Ramizə: yox anan heçnə deməyib narahat olma. Sadəcə olaraq mən narahat hiss edirəm özümü burda, evdən heç uzaqlaşmadım bu günə qədər. Ramiz Aylının könlünü almaqçün otaga baxıb, yəqin hər şeyini yerləşdirmisən, sözü agzında yarımçıq qaldı bir anlıq. Eyni Kamilin kimi şoka düşdü, gördüyündə otaqda çarpayıdan başqa heçnə yox idi. Ramiz otağa girdi nəzər salıb əsəblə baxdı. Aylin istəmirdi Ramiz otağı görsün söz – söhbət olsun, Ramiz otağa baxıb üzünün ifadəsi dəyişdi. Dərindən nəfəs alıb öz – özünə: haqlısan belə mərəfətlə qarşılansam məndə heç istımızdim burda qalmağa. Aylının canını dərt bürüdü – Ramizə: Allahını sevirsənsə bax heç kimə bir şey deməyəcəksən söz ver. Ramiz dönüb baxdi, – Aylına: orasını unut, mən kimsəyə tuta bilməyəcəyim sözü vermirəm bu həyatda. Aylının kefinin qalanıda getdi Ramiz belə dediyində, – Aylına: gedək aşağı mənimlə biraz söbet edək. Burda havam çatmır boğulmağa başlayıram, Aylin getmək istəmədi çəkindi ki, anası gələr yenə acılayar özünü. Ramizin eyni dayısı kimi hörmətçil olduğunu anlamışdı, bilirdi yanında tərs bir söz desə anasını acılayacaqdı. Ramiz gərçəkdən oxşamırdı anasına xasiyyətindən, haqsızlığı qəbul etmədiyi otağa girdiyində gördüklərini necə qarşıladığından bilindi. Ramiz hiss etmişdi Aylının anasından çəkindiyini. Aylının qolundan tutaraq, gəl gedək çəkinmə söhbət edək yaxından tanış olaq, dedim axı mən burdayam çəkinmə kimsədən. Aylın dərindən nəfəs alaraq – Ramizə: bir şərtlə, az vaxlığa tamammı? – Aylına: tamam az vaxlığa gedək. Aylınla otaqdan çıxarkən Ramiz əli ilə işarə edərək, xanım öndən buyursun. Aylin anladı nə dediyini otaqdan birinci çıxdı. Ramiz otaqdan çıxarkən, qapını əsəbindən bərk çirparaq örtdü. Aylın səsdən səksənsədə dönüb baxmadı, Ramizin üzünü nifrət dolu bir ifadə almışdı, ardınca addımladı.

Sənubər ad günündə varlı – karlı tanışlarıyla söhbət edərək gülürdü. Başqaları ilə özünü mülayim – mehriban göstərməsinə əri qıraqda dayanıb baxırdı əsəblə, tez – tez qolundaki saata baxırdı sıxılırdı evə getmək istəyirdi. Sonunda dözmədi arvadına yaxinlaşıb yavaş səslə, vaxtdı artıq biz gedək yorğunam mən. Arvadı üzünü turşudub – ərinə: nə olub evdə körpə uşağınmı qalıb? hara tələsirsən nə xəbərdi, yavaş səslə – arvadına: yorğunam başa düş bütün günü yolda – izdə olmuşam. Arvadı saymadan – ərinə: gəzməyəydin lazımsız yerlərdə, kim idi səni vadar edən? yalandan gülümsəyərək, yenə tanışlarıyla söhbətinə davam etdi. Əri dərindən nəfəs alaraq ətrafa baxdı, kimsə arxadan səsləndi baxın mən kimi görürəm, Həsən dönüb baxdığında, çoxdan rastlaşmadığı keçmiş tanışını gördü. Vayyy mən kimi görürəm, qucaqlaşıb görüştülər, heç qocalmamısan maşallah Həsən. Tanışıyla zarafatlaşdılar, səndə heç dəyişilməmisən mənim qədər cavan qalmısan, zarafatlaşıb gülüşdülər.

Ramiz – Aylına: başın sağolsun bir daha, çox dərt çəkdin bu aralar sən, məndə üzüldüm olanlara. Atamla səni bura çoxdan gətirmək istəyirdik, nənənə görə gətirmirdik, bilirdik ki tək qoyub gəlməyə razı olmayacaqsan, gəldiyinə sevindim. Bilməyini istəyirəm dərdinə şərikəm, və bu dəqiqədən yanındayam söz verirəm. Nə istəyin olarsa mütləq mənə deyəcəksən, danışdıqmı? Aylın əli ilə alnını ovaraq – Ramizə: çox sağol hörmətinə görə, deyərəm lazım nə isə olarsa, varlığınız yetir mənə. Mən orda böyüdüm, pis anlama mənə orda rahat idi, dayım dinləmədi məni xətrinə dəyə bilmədim gəldim. Burda sıxılacam mən, heç olmadım buralarda tanış yerlər deyil mənə, orda mən itib – batmazdım ən azından doğma şəhərim idi. Burası tanımadığım şəhərdir, öz şəhərimdə iş tapıb çalışa bilərdim rahatca. Ancaq burda dayım icazə verməyəcək çalışmağıma bilirəm, çox təşəkkür edirəm hörmətinə və anlayışına görə. Bir şey lazım olsa deyərəm sənə, ancaq özünü bir anlıq mənim yerimdə hiss et. Gərçəkdən çətindir, başa düşürsənmi məni? çox çətin olacağınıda hiss edirəm. Qarşıda məni yaxşı heçnə gözləmir, həyatım alt – üst oldu anam gili itirdiyim gündən, məhv oldum mən. Ramiz – Aylına: anama görə çəkinirsənsə narahat olma mən onunla danışacam. Aylın başıyla narazılığını bildirdi, – Ramizə: dedim axı xayiş etdim səndən, nə olar rahat qoy ananı. Bax deyirəm indidən, əgər bu evdə kimsə xalamla mənə görə dava edib onun xətrinə dəyərsə, burda bir dəqiqə belə dayanmaram, mənə görə kimsənin rahatsız olmağını istımirəm. Bu gün bura gəldiyimdə Məlik dayıyla tanışdiq, çox dəstək oldu mənə çatan kimi sağolsun. Yazığında başı az bəlalar çəkmiş, ailəsini vaxtsız itirmiş mənim kimi. Ramizdə çox yanmışdı oğluyla arvadı rəhmətə getdiyində, dərindən nəfəs alıb – Aylına: hə oğlunu itirdi, sonrada həyat yoldaşıni. Aylın – Ramizə: Məlik dayı səni çox istəyir bilirsənmi? Ramiz gülümsədi, bilirəm məndə onu çox istəyirəm. Balaçalığımdan Məlık dayının yanında böyüdüm mən, həyətdə yanında oynaya gəzə. Hər içdiyimdə məni gizlədir, istəmir atam acilasın – danlasın xətrimə dəysin, – Ramizə: bu gün gözlərimin şahidi oldum, səni nə qədər çox istəyir deyə gördüm. Ramiz divana söykənib baxdı, dərindən nəfəs alıb üzülürdü olanlara. Vaxtsız Məliyin oğlunu və arvadını itirməsinə yandığı üzündən bəlli olurdu. Ramiz qollarını bir – birinə dolayıb – Aylına: təssüflər olsun ona doğma oglunu əvəz edə bilmərəm nə etsəmdə, hər gün yanında olsamda. Aylın əlını ovaraq – Ramizə: səninlə razıyam, kimsə – kiminsə doğmasını və sevdiklərini sağ olduqları kimi əvəz edə bilməzlər. Ancaq yenədə ümid edir insan, çarəsiz tək qaldığında kimdənsə anlayış – mərhəmət gözləyir bi ixtiyar. Ramiz zarafatla – Aylına: mənim hər dediklərimlə razı olacaqsan elə deyilmi? Aylın Ramizin nə haqda dediyini anladı. Bax birdənəm canım dayım oğlu, – Aylına: birdənənmi? – Ramizə: Ramiz bəy deyirəm qəbul etmirsən. Ramiz deməyim biraz yad göstərir bizi bir – birimizə, bayaq demədinmi mən səninləyəm? – Aylına: hə dedim, əlbətddə yanındayam şüphən belə olmasın. Aylın – Ramizə: o zaman birdənəm deyilsənmi? səndən başqa dayım oğlu varmı mən bilməyən? Ramiz güldü Aylının sözünə, hələlik yoxdur canım onu dəqiq bilirəm. Çox zarafatçilsan, mən biləni hələki təkəm, çətin atam anamın şiddətindən kiməsə meyil salsın. Ancaq sonrasını deyə bilmərəm, siz qadınlar demiş kişilərə etibar yoxdur, bəlkədə oldu qardaşım ya bacım. Aylın – Ramizə: canımda nədir? – Aylına: bəs mənim bilmədiyim başqa bibim qızı varmı? – Ramizə: yoxdur mən birdənəyəm. Ramiz gülümsəyərək – Aylına: artıq birdənəm sözü mənə ayit olduğuna görə qalır canım sözü, bizdə döğma olduğumuzçün sən mənim canım sayılırsan. Artıq sənə canım deməyimidə qəbul et birdənən tərəfindən. Aylın dərindən nəfəs alıb – Ramizə: mənim sizdən artıq kimim var ki başqa? əlbətddə bundan sonra bir can – sirdaş olacağıq, düz deyirsən dayım oğlu. Aylının kefi qaçdı üzüldü yetim qalmasından sarsıldı, Ramiz Aylının üzüldüyünü görürdü hiss edirdi. Başını qatmaqçün zarafatla – Aylına: səndə deyə bilərsən canım mənə. Aylın baxdı – Ramizə: canınmı? Ramız gülümsəyib, – Aylına: o zaman canım sözünün üstündən xətt çəkdik oluram birdənən, səndə mənim gözəl bibimdən yadigar qalmış canımsan. Aylın kefsiz – üzgün, -Ramizə: kaşki qalmayaydım olardan yadigar mən belə tək, olan mənə olaydı bu günlərə düşməyəydim, gözləri yaşardı. Ramiz yerindən qalxıb gəlib yanında əyəşdi, – Aylına: elə demə canım günahdır Allaha xoş getməz, kimsə alnına yazılan qismətini poza bilmir təssüflər olsun. Aylıni mehrinbanlıqla özünə sixib qucaqlayaraq təsəlli verməyə çalişdı. Bax artıq mən varam, atam var sən tək deyilsən, mən yaxşı bilirəm anama görə sıxılırsan burda. Ancaq oda öyrənəcək sonunda qəbul edəcək, azacıq səbir et mənim xətrimə, atamın xətrinə getmə qal burda bizimlə. Məndə təkəm bax heç kimim yoxdur nə qardaşım, nədə bacım var. Anaçaq sən olsan bəlkə evdə oturaram darıxmaram – sıxılmaram, əyyaşlıq etmərəm dayında az danlayar məni.

Arxadan atasının səsi eşidildi, – oğluna: bax bunu düz dedin oğlum, əyyaşlıq etməssən.

Ramiz atasına tərəf baxdı dodaqlarını dişlədi, indi danlayacaq özünü düşündü, yavaş səslə – Aylına: vayy canım mən batddım. Aylın tez ayağa qalxdı dayısının gəldiyini görüb. Ramizdə qalxıb atasının qarşısına gəldi çəkinə – çəkinə ki, alacaq payı vardı atasından, bilirdi qarşısında hər zaman olduğu kimi günahkar idi. Acılanaçaq balaca uşaq kimi başını qaşıyaraq, üzünə baxmadan yavaş səslə – atasına: xoş gəldin ata. Atası oğlunun Aylına dediklərini eşitmişdi və, Ramizin Aylına olan mehribanlığından – dəstəyindən fərəh hissi keçirdi. Oğlunun qıza qarşı bu insan davranışı ürəyinə ümid – təsəlli vermişdi, birdən oğlunu qucaqlayıb saçlarını qarışdırıb, başından dişlədi öpdü. Ramizin başı acıdı – atasına: of ata başımı acıtdın. Atası zarafatla – Ramizə: səndə xoş gəldin evinə oğlum, eşitdim mühüm işin çixmış gələ bilməmişsən bizi qarşılamağa. Ramzin bir anlıq atasından yaşadığı sevinci məhv oldu, qarşılamadın sözünü duyduğunda. Həmişəki kimi o arada yalan danışmağa nəsə düşününcə atası imkan vermədi. Bilirdi nə isə yalan düşünərək çıxış yolu axtardığını, zarafatla üzunə yavaşca şillə vurub, alnını oğlunun alnına dayadı. Atası kövrək səslə – Ramizə: sağol oğlum, gördüklərim – duyduqlarım mənə ümid verdi. Qızı tək qoyma səndən tək istədiyim budur, bundan sonra. Heç istəmirəm gəlmə qarşılama məni, bircə bilim artıq tək deyil bacımın mənə qalmış yadigarı. Atasının gözləri yaşla doldu, mənim bu həyatda tək ümid etdiyim sənsən oğlum, eşidirsənmi? Ramiz atasının içkili olduğunu hiss etdi, yazıq üzgün – yorğun görsənirdi. Ramiz – atasına: söz verirəm ata narahat olma sən, hər şey yaxşı olacaq tək qoymaram inan mənə. Atasına təsəlli verdi dayaq oldu, dayısı ayaq üstə dayanıb özlərinə baxan Aylına əlini uzadıb, yanına gəl deyə işarə etdi. Aylının gözləri yaşardı dayısını yorğun – üzgün kövrək görüb, yaxınlaşıb gəlib balaca uşaq kimi qucaqladı sarıldı. Dayısı Ramizidə, Aylınıda, qollarına sarıb bağrına basıb saçlarından öpdü ikisinində, siz mənim canlarımsınız canlarımmm. Ramiz – atasına: gedək ata biraz yat yol – iz yordu sənidə, – Ramizə: mən qiziımla bu gün heç söhbət etməyə imkan tapmadım oğlum, ananın ad günləri – dəvətləri nə vaxt bitəcək bilmirəm. Aylın – dayısına: dayı yorğunsan get dincəl sabah söhbət edərik, narahat olma mən yaxşıyam.

Arxadan arvadın səsi eşidildi kobutca yenədə sancdı, – Aylına: nə söhbət edəcəksinizmiş? Ramiz dönüb anasına baxdı. Anası yaxınlaşdı üzündən zəhər yağırdı sanki düşmən vardı evində, – olara: oturub boş – boş söhbət edincə xadimələrə kömək edəcək bacın qızı bu evdə, deyim bilin. Dayısıda acıqlandı arvadına, sən nə pis alçaq adamsan? mən sənə qızı nökərmi gətirmişəm ay vijdansız. Sən get özünkülərə əmir ver anladınmı? evində yetdik qədər xadimələr saxlayırsan, əlin ağdan – qaraya dəyməyib bu günə qədər azıb qudurmusan. Təqsir səndə deyil ee məndədir – məndə, insan sayaraq səhvə yol vermişəm səni qudurtmuşam başıma çıxarmışam. Belə boş qaldıqca, son zamanlar çənəndə boşaldı sahib çıxa bilmirsən qurumuş ağzına. Dayısı çox əsəbləşdi arvadının sözünə, arvad yenə susmadı – ərinə: eşitmədin məni getdin gətirdin bura bunu. Qarışmayacaqsan bu gündən işimə, onu mən tərbiyələndirəcəm nə deyirəm onuda edəcək. Ramiz anasına acıqlandı, sən nə danışırsan axlınımı itirmisən? nə deməkdir sən tərbiyələndirəcəksən. Aylın çox tərbiyəlidir, insan kimi oturub söhbət etsən şüphən olmazdı tərbiyəsindəndə, içini acıdan dərdindəndə. Sən istərsən zəhmət çəkmə, bibim çox gözəl tərbiyələndirmiş böyütmüş qızını. Arvad nifrətlə baxdı – Aylına: bu gün gəlib məni oğlumadamı tərs qoydun? Aylın nə deyəcəyini bilmədi, qalmışdı ortada baxa. Arvadın kobut sözləri elə təsir etmişdi ki yazığa, dayısını dahada üzməməkçün susurdu məcbur bir söz demədən, – dayısına: gecəniz xeyirə, tez yuxarı çıxıb otağına getdi. Dayısı nifrətlə baxaraq – arvadına: imansız – mərıfətsiz insan deyilsən sən, o yetimin ürəyini qırmaqdan həzzmi alırsan? vijdansız qadın. Qalanınıda sən qir məhv et vijdandan bi xəbər, sözlərini titrək səslə dedi, gözləri yaşardı bi ixtiyar. Gözlrinin yaşı üzünə süzüldü – arvadına: nə etdi o yazıq sənə? yerin bu qədər böyük evdə darmı oldu? əgər sənə dar gəlirsə bu ev rədd ol get istədiyin yerdə yaşa, qızı rahat qoy anladınmı? arvadının üstünə bağırdı. Ramiz atasının ürəyının xəstə oldugunu bilirdi, qorxdu əsəbləşsə yıxılacaq deyə, gəl ata gəl gedək biraz dincəl, qolunu boynuna salıb zorla otağına aparırdı. Atası gedə – gedə səsləndi arvadına, rədd ol get duydunmu? rədd ol get hara istəyirsənsə, gözüm görməsin səni mərəfəsiz. Aravadı ardınca gözlərini qıyaraq nifrətlə baxaraq öz – özünə: o dediyin yerə bacın kimi qızıda gedəcək heç şüphən olmasın. Mən sənə göstərəcəm lənətə gəlmiş yetimcə, baxarıq kim rədd olacaq bu evdən həyatdan.

488 ₽
Возрастное ограничение:
18+
Дата выхода на Литрес:
11 августа 2021
Объем:
451 стр. 2 иллюстрации
ISBN:
9785005517289
Правообладатель:
Издательские решения
Формат скачивания:
epub, fb2, fb3, ios.epub, mobi, pdf, txt, zip

С этой книгой читают

Эксклюзив
Черновик
4,7
131
Хит продаж
Черновик
4,9
478