Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Hüzur küçəsi»

Шрифт:

Şule Yüksel Şenler

Hüzur küçəsi

roman

3

İstanbulun kənar məhəllələrinin birində yıxıq–sökük, böyüklü-kiçikli taxta evlərin cərgə ilə düzüldüyü dar və balaca bir küçədə başlamışdı hər şey. Yağan yağışların təsiri ilə

taxtaları çürümüş, hər dəfə külək əsəndə aşacaqmış kimi dayanan, pəncərələrin sınmış şüşələrinin yerinə saralmış qəzet kağızları yapışdırılan, solğun rəngli, bəzi yerləri yamaqlı, basmaqəlib pərdəli evləri ilə “Hüzur küçəsi”nin elə ilk ba-xışdan kasıb bir küçə olduğu dərhal hiss olunurdu…

Sakinləri qənaət və rahatlıq içərisində yaşayan, zənginlik və dəbdəbə ilə qətiyyən əlaqələri olmayan mömin və

müştəbehlikdən uzaq insanlar idi. Allaha daim təvəkkül edən bu insanlar maddi çatışmazlıqlarına baxmayaraq, həyat tərzlərinə qətiyyən asi olmur, hazırki yaşayışlarına görə sadəcə şükür edirdilər.

Bu küçə, sanki illərin yaratdığı qarmaqarışıqlıqda öz əsl simasını itirən, materialist və hər şeyə maddiyyata görə dəyər verən insanların ehtiraslarından yaranan yeni və müasir İstanbulun bir hissəsi deyildi. Bu küçədə Osmanlı dövrünün bütün incə əxlaq və fəzilətlərini özündə əks etdirən və sanki bu yıxılmaqda olan cəmiyyətlə bütün əlaqələrini kəsmiş asudə bir guşəydi…

Hamıda köklü bir könül birliyi var idi. Hamı bir birinə

qarşı sonsuz bir sevgi, dərin bir məhəbbət, səmimi bir qar-daşlıq, qeyri-adi bir bağlılıq hiss edirdi… Qonşuluq münasibətləri o qədər qüvvətli idi ki, şairin: "Fərdə raci səd-mədən əfrad olurmuş lərzədar" dediyi kimi, küçə sakinlərindən kiməsə və ya hansısa bir ailəyə gələn hər hansı bir müsibət və fəlakət, bütün küçənin dərdinə və kədərinə

çevrilir, fəlakət üz verən şəxsə, ya da ailəyə kömək etmək, 4

onun dərdinə şərik olmaq, dərdinin dərmanına çevrilmək üçün hamı bir-biri ilə yarışırdı…

Əgər kiminsə başına gələn müsibət xəstəlik olardısa, bütün məhəllə onun sağalması üçün əlindən gələni əsirgəmir, xəstə əməliyyat olunmalıdırsa, hamı onun üçün pul yığır, xəstə ən mükəmməl xəstəxanada əməliyyat etdirilir, xəstənin bütün dərmanları alınırdı…

Mağazası soyulan şəxs, kədərlənmək üçün heç vaxt tapa bilmirdi. Özləri kasıb yaşasalar da, aralarında pul yığıb kiçik bir maya düzəldir, beləliklə də qardaşlarının az da olsa üzünü güldürürdülər…

Evi yanan şəxsin evi də hamının iştirakı ilə keçirilən iməclik vasitəsi ilə əvvəlkindən daha mükəmməl bir tərzdə

hətta evinin əşyaları ilə birlikdə ən qısa zamanda təmir edilib sahibinə təhvil verilirdi… Küçə sakinlərindən birinin qızı evlənəndə, qonşuluqda yaşayan gənc qızlar və xanımlar, onun cehizini hazırlamaq üçün səfərbər olur, oymalı yataq dəstləri, naxışlı örtüklər, süfrələr, səccadələrlə sandığını hazırlayıb, xeyir-dualarla onu gəlin köçürürdülər…

Bu küçədə hamının, alovdan qorxurmuş kimi qorxduğu və əslində ən çox da nifrət etdiyi şey dedi-qodu idi… Heç kim heç kimin arxasınca danışmaz, heç kim heç kimin qey-bətini etməzdi. Əksinə, hamı bir-birinin qüsurunu bağışlayar, heç kim heç kimin eybini üzünə deməzdi. Paxıllıq, həsəd, qısqanclıq və rəqabət kimi hislər bu fəzilətli insanların qəlbində yer tapa bilmirdi heç cür… Çünki hamı qardaşında, qonşusunda olan yüksək keyfiyyətlərlə iftixar edir, onun keyfiyyətini öz keyfiyyəti imiş kimi qəbul edirdi… Qısacası, İslam əxlaq və yaşayışının bütövlükdə iflas ettiyi bu xarab cəmiyyət içərisində bu küçə birgə yaşayışın, qarşılıqlı kö-5

məyin, qardaşlığın, ittifaqın nümunə halına gəldiyi fəzilət, əsalət və şücaət məkanı, qəlbləri bir-biri üçün döyünən fərd-lərdən formalaşmış mütəşəkkil sarsılmaz bir ailə ocağı idi…

Günə hər səhər belə başlayırdı Hüzur küçəsi… Gecənin bütün məhrəmliyini qalın və görünməz bir pərdə kimi sinəsində gizlədən qaranlıqlar dan yeri ağarana yaxın get gedə

açılırdı. Gecənin son saatlarında, pərdələri bərk-bərk örtülmüş taxta evlərin üstünə açıq mavi bir tül kimi enən nur məhəlləni qəribə, sehrli bir gözəlliyə qərq edirdi.

Belə səhərlərin birində Hüzur küçəsi… Ətraf, hələ ki, alatoranlıqdan xilas olmayıb… Dan yeri ağaracaq bir azdan.

Birazdan bu kiçik və sakit küçəni, hər sübh vaxtı olduğu ki-mi heç bir yerdə eşidilməyən qeyri-adi bir səs bürüyəcək və

Hüzur küçəsində əhali yuxudan oyanacaq… Bir azdan günün ilk hərəkətli saatları başlayacaq… Məhəllədə hamının hörmət etdiyi nur üzlü, dərin biliyə və incə mədəniyyətə sahibi müəzzini Sədi xoca, məhəllənin döngəsindəki kiçik məscidin sınıq minarəsindən, səsinin bütün ülviliyi ilə hələ yuxuda olan məhəllə sakinlərini sübh namazına çağıracaq… Və

Hüzur küçəsində qapılar bir-bir açılacaq… Qocası ilə, cavanı ilə bütün kişilər, üzlərindən heç vaxt əksik etmədikləri məsud təbəssümləri ilə hamısı bir istiqamətə addımlayacaqlar.

Budur, o şirin, o dərindən də dərin səs ətrafı isti bir ana şəfqəti ilə, qucaqlamağa başladı… Sədi xocanın səba üstdə

oxuduğu yanıq və səmimi sübh azanı, incə bir tül kimi ətrafı bürüyən alaqaranlığı keçib dalğa-dalğa, pərdə-pərdə göylərə yüksəlir…

"Əssəlatü xeyrün minənnəvm! Əssəlâtü xeyrün minənnəvm!…"

6

"Namaz yuxudan xeyirlidir! Namaz yuxudan xeyirlidir!…"

Hüzur küçəsində bu səsə, bu ilahi dəvətə səs verməyən bir Allah bəndəsi belə tapa bilməzsiniz. Bu ülvi səslə, bu ilahi dəvətlə oyanan insanların evində bir-bir işıqlar yanmağa başlayır, ev başmaqlarının tappıltısı, axan suların səsi, küçəyə mənəvi bir musiqinin nəğmələri kimi yayılırdı…

Belə ki, azan bitəndən bir müddət sonra taxta evlərin dəmir halqalı qapıları bir-bir açılmağa və bayıra bir neçə or-tabab müstəsna olmaqla, olduqca yoxsul, lakin təmiz qiyafəli, nur üzlü gənc-yaşlı kişilər çıxmağa başladılar… Hər zaman olduğu kimi məscidə getmək üçün evdən ən tez çıxan, yenə Bəkir Ağa olmuşdu. Orta yaşlı, hamı ilə salam-sağolu olan Bəkir ağa, inşaatlarda fəhləlik edərək ailəsini dolan-dırırdı. Üzü astarına çevrilmiş papağı, qırmızı üzü, dərindən gülən şəfqət dolu gözləri və maddi problemlərinin olmasına baxmayaraq əlinin həddən artıq açıq olması ilə hamıdan daha çox məhəllədəki uşaqlar sevirdi Bəkir ağanı…Hər axşam işdən evə qayıdanda küçədəki bütün uşaqları şokolada, saqqıza, ləbləbiyə, günəbaxan tumuna qonaq edər, onlar üçün şar, top kimi balaca oyuncaqlar alıb gə-tirərdi.

Yaşıl boyaları qopulub tökülən birmərtəbəli balaca evin açılan qapısından çıxan nurani simalı qoca isə küçədəki pişiklərin hamisi Sayacı Xeyri dədə idi. Xeyri babanın axşamüstü işdən qayıtmağı düzü ayrı bir mənzərəydi. O, küçənin başındakı döngəni burulan kimi hardan xəbər tu-turdularsa, küçənin bütün pişikləri Xeyri dədənin ətrafını yığışar, atılıb düşərdilər. O da əlindəki müşəmbə paketdəki qarınları və ciyərləri böyük bir zövqlə başına yığışıb mi-7

yoldayan pişiklərə yedirər, onların qarınları doymamış evə

addımını atmazdı.

Qapılar bir-biraçılır… Bu da Sədat bəy! Bu isə baqqal Məhməd əfəndi! Bu da simitçi Sadıq. Hər il olduğu kimi bu il də məktəbdə əla qiymətlər alan orta məktəb şagirdi Nə-dim. Meyvə-tərəvəz dükanında işləyən Necati… Xarrat Xəlil usta… və sair…

Qapıdan çıxan məhəllə sakinləri sağ əllərini ürəklərinin üstünə qoyub: "Səlamün əleyküm" deyə digər qonşuları ilə

salamlaşıb üç – beş nəfərlik qruplar şəklində eyni istiqamətə

doğru irəliləyirlər… Hamısının da üzündə nur, qəlbləri tər –

təmiz. Məsud, bəxtiyar, qəmsiz-kədərsiz insanlardır hamısı…

Görəsən niyə küçə sakinlərinin "kiçik malikanə" ad-landırdıqları, qapıları və pəncərələri xonça naxışlı, pəncərələri bağlı ikimərtəbəli, köhnə, lakin gözoxşayan evin qapısı hələ də bağlı idi?…

Amma, yox, yox!… O qapının sübh namazında açılıb bağlanmadığı bircə gün belə olmamışdı. Elə isə bu gün də o qapı açılacaq və o dəstamazlı ayaqlar hər sübh namzında olduğu kimi bu səhər də küncdəki məscidə tərəf gedəcəkdi…

Və xonçalı köhnə taxta qapı insanın içini qıdıqlayan bir səslə açıldı. Qapının ağzında ütülü şalvarı, nişastalı köynəyi ilə tərtəmiz qiyafəli, təmiz və nurlu çöhrəsi bərq vuran, gözəl əxlaqlı, yaraşıqlı bir gənc göründü. Hüzur küçəsində baş ve-rənlərə hər zaman fikir verən mərd dəliqanlı Bilal…

Bilal ali təhsilini İstanbul Universiteti kimya fakültəsində alır. O, əxlaqı, tərbiyəsi, çalışqanlığı və yüksək imanı ilə Hüzur küçəsindəki qızı olan bütün valideynlərin yeganə

namizədi, başlarında tərtəmiz naxışlı başörtüləri ilə pəncərə

kənarında oturub cehizliklərini toxuyan bütün gənc qızların 8

xəyallarında yaşatdıqları və istiqbal üçün ümid bəslədikləri ideal bir həyat yoldaşı sayıla bilər. Anasının isə həmişə

diqqət və qayğı göstərdiyi tərbiyəli, itaətli, xeyirli bir övlad kimi Hüzur küçəsinin gözbəbəyi sayılan, sevilən, hörməti saxlanılan hər baxımdan mükəmməl və müstəsna yaradılmış

bir gəncdir. Mənəviyyata sonsuz bağlı olduğuna görə

həmişə uğur qazandığı dərsləri ilə birlikdə Allahın böyük-kiçik, gənc-yaşlı, cahil-ağıllı demədən hər bir müsəlmana fərz buyurduğu namazı gündə beş dəfə qılır. Hətta səsi çox gözəl olduğuna görə Sədi xocanın və ətrafda olanların israrlarından sonra bəzən küçənin döngəsində yerləşən məscidin minarəsinə çıxıb çox vaxt sübh və inşa namazı girəndə

yanıqlı səsi ilə azan da oxuyur. İnsan ona qulaq asanda istər-istəməz İslamın ilk müəzzini Bilal Həbəşini xatırlayır…

Bilal, qapının ağzından addımını içəri atmadan əvvəl hər sübh tezdən olduğu kimi xeyir-dua ilə onu məscidə yo-la salan ağappaq şalla başını örtmüş anasının əlini və yanaqlarını isti bir sevgi və hörmət hissi ilə öpdü. Sonra cəmaat namazına çata bilmək üçün qaçaraq addımlarla evdən çıxdı… Alaqaranlıq içində irəliləyən kölgə kiçildi, kiçildi və nəhayət küçənin sonunda, döngədə gözdən itdi. Məscidin qarşısına gəlib çatanda içəri girmədən bir anlıq ayaq saxladı.

Lap kiçik yaşlarından ona öz şəfqətli qucağını açan bu riyasız dost qapısına uzun müddət sevgi və hörmət dolu gözlərlə tamaşa etdi. Həmişə belə eləyərdi o. Adəti idi uşaq-lığından bəri; bu balaca, miniaturə oxşayan gözəl məscidə

hər dəfə gələndə, sanki ilk dəfə görürmüşcəsinə uzun-uzadı hər tərəfini gözdən keçirər, heyranlıqla tamaşa edərdi məscidə…

9

Əyildi, ayaqqabılarının bağlarını açdı, əlinə aldı və anasının cırılan yerlərinə təzədən yamaq vurduğu təmiz corabları ilə bayırda qapının ağzında sərilmiş həsirin üstündən keçib, məscidin yaşıl meşin örtüklü qapısını açdı, yavaş bir addımla içəri keçdi. Namaz hələ ki, başlamamışdı. Bilalın içəri girməyi ilə məsciddəki məhəllə xalqı yerindən oynadı. Hamı ona öz yanında yer göstərməyə çalışır, əlləri ilə

“bura gəl, bura gəl” – deyirdilər. Bilalı, illərdir heç ək-silməyən, əksinə daha da artan səmimiyyət qətiyyən özündən çıxartmamış, onu daha da kamilləşdirmiş və onu dərin bir təvazö sahibi halına gətirmişdi. Hamının könlünü almaq istəyirmişcəsinə bu gün də əvvəllər olduğu kimi bənizinə

munis bir təbəssüm yayıldı, hamını başı ilə salamlayaraq arxa tərəfə keçib Simitçi Sadiqin yanında sünnəni qılmaqla namaza başladı.

Salam verəndən qısa bir müddət sonra sübh namazının fərzini qılmaq üçün camaat halında imamın arxasında qi-yama durmuşdular artıq. İmamın "Allahü Əkbər" işarəsi ilə

hamısı bir anda hərəkətə keçən bu balaca məscidin camaatı, ordunun başında dayanan komandanın "marş" əmri ilə bir anda hücuma keçən möhtəşəm bir ordudan fərqlənməyən, hətta daha çox nizam-intizamlı bir iman ordusu idi. Milli bayramlarda rəsmi keçiddə iştirak edəcək əsgərlərlə uzun müddət məşq aparılır, onlara sağ və sol ayağın necə atılacağı göstərilir, qolların hamısı eyni cür qalxsın deyə zabitlər qan

– tər içində qalır. Halbuki, bu məsciddəki camaatın heç bir məşqə ehtiyacı yoxdur. İmamın bircə "Allahü Əkbər" səsi ilə

əyilir, "Allahü Əkbər" səsi ilə ayağa durur, "Allahü Əkbər"

səsi ilə hamısı bir yerdə o böyük komandanın hüzurunda qi-yamda dayanır, rükuya gedir və başlarını səcdəyə qoyurlar.

10

Bu iman ordusunun əsgərləri olan müsəlmanların heç nəyə

ehtiyacları yoxdur…

Ohh! Bu nə gözəl, bu nə ülvi bir mənzərədir, ya Rəbbim… Gözlərdə mələktimsal bir saflıq. Başlar, həqiqi bir təslimiyyət və təvəkküllə yüngülcə yana tərəf əyilib… Dodaqlar durmadan tərpənir. Onu, kainatın və kainat içindəki bütün yaradılmışların yaradıcısı, həqiqi sahibi olan Allahı zikr edir. Könüllər, qəlblər, o böyük Yaradana ibadət etməyin ləzzəti və rahatlığı ilə sübh vaxtının saflığı və duaların təmizliyi içində sərməst… Və… Duaya qalxan əllər… Əllər…

Bilalın üzündə dalğa – dalğa eşq, rahat, vəcd və zövq gəzişir. Bu anlar, heç nəyə dəyişilməyəcək ibadət anları onun üçün həyatının ən ləzzətli, ən rahat və ən dəyərli anlarıdır.

Həmişə duanı ən axırıncı bitirən, məsciddən də ən son çıxan da o, olurdu. Bu gün də elə oldu.

Bilal duasını bitirib məsciddən çıxanda məscidin bayır qapısının ağzında dayanan məscid əhli bir-biri ilə zarafatlaşırdı.

Gün doğmuş, aydınlıq, günəşli, gözəl bir gün başlamışdı.

Xarrat Xəlil Bəkir ağaya səsləndi:

–Axşam evə gec gəlmə, Ağa… uşaqlar evə girmirlər, yolunu gözləyirlər. Nə qədər eləyirik, sən gələnə kimi bayırda qalırlar… sən gecikəndə hamısı bir yerdə ağız–ağıza verərək, sənin gələcəyin yola baxıb mahnı oxuyurlar, – iki əlini ağzının kənarına, yüksək səslə sanki birini çağırırmış kimi qoyub uşaqları yamsılamağa başladı – Bəkir ağam! Bəkir ağam!

Hanı mənim şokoladım? Bəkir Ağam, canım mənim, hanı 11

mənim saqqızım? Bəkir Ağam, bir dənəm, alacaq mənə qələm.

Xarrat Xəlil şirin – şirin gülərək:

–Ehh, Bəkir ağam, hələ bunlar nədir ki? – dedi – Balacalar küçənin döngəsinə hətta gözətçi də qoyublar…

Məscid əhli xarrat Xəlilin danışdıqlarını diqqətlə dinləyirdi. Bu mehriban, amma qısa söhbətdən sonra hamı bir –

biri ilə sağollaşıb gündəlik məişət qayğılarını həll etmək üçün müxtəlif istiqamətlərə getdilər.

Bilal isə gəldiyi yoldan təzədən səhər yeməyi üçün onu evdə gözləyən anasını daha çox intizarda qoymamaq üçün evə qayıdırdı. Bütün rahatlığı və səadəti bu köhnə, mütəvazi evdə idi onun… Qəlbində İlahi zövq, mənəvi ləzzət, dodaqlarında isə səadət təbəssümü taxta pilləkənlərlə ikinci mərtəbəyə çıxdı. Pəncərələri küçəyə baxan böyük bir otağın qapısını açıb içəri girdi.

Bura kasıbyana döşənən bir otaqdı. Yerdə köhnə bir palaz, divar diblərinə qoyulan bir neçə yer mütəkkəsi, küncdə

üstü kitablarla dolu köhnə bir şifoner, pəncərənin dibində

rəngi solmuş, naxışlı örtüklü, taxta bir divan və divarda asılı bir neçə ayəti-kərimə və üstündə ibrətli sözlər yazılmış

çərçivəli bir neçə şəkildən başqa heç nə yox idi bu otaqda…

Sadə, təmiz, təntənədən uzaq mütəvazi bir otaq…

Bilal pencəyini çıxarıb qapının arxasındakı mıxçaya as-dı, qalstukunu boşaltdı və anasının otağı havalandırmaq üçün açıq qoyduğu pəncərənin qarşısına gəlib, dərindən bir nəfəs alaraq sərin sübh mehini ciyərlərinə doldurdu…

Özünü quş kimi yüngül hiss edirdi. Sübh namazı onu bambaşqa bir atmosferə aparmışdı. Pəncərənin qabağından çəkildi, əlləri şalvarının cibində olduğu halda otağın içində

12

gəzindi. Bu hərəkətindən, hər səhər olduğu kimi yenə, divarda asılı olan ayəti-kərimə və üstündə ibrətli sözlər yazılmış çərçivəli böyük şəkilləri oxuyacağı başa düşülürdü. O, otağının divarlarını lazımsız rəsmlərlə bəzəməyi xoşlamırdı.

Hər dəfə baxanda insan olduğunu ona xatırladacaq bu lövhələri, ən qiymətli sənət əsərlərindən, ən dəyərli yağlı boya peyzaj və portretlərdən daha qiymətli, daha dəyərli, daha lazımlı və daha faydalı kimi görürdü. Bunun üçün oxuduğu qiymətli əsərdəki gözəl sözləri, imanlı bir rəssam dostuna, iri karton kağızların üstünə yazdırıb, otağının ən qiymətli əşyası kimi şüşəyə saldırıb geniş və bəzəkli çərçivələr içində

divarlarını bu insanı vəcdə gətirən yüksək iman həqiqətləri ilə bəzəmişdi.

Budur, indi də üstü müxtəlif kitablarla dolu olan şi-fonerin üstündə asılan lövhənin qarşısında dayanıb… Sanki onu ilk dəfə görürmüş kimi diqqətlə oxuyur:

"Həyatın ləzzətini və zövqünü istəyirsinizsə, həyatınıza iman ilə həyat verin, fərzlərlə zinətləndirin. Və günahlardan çəkinməklə mühafizə edin."

Sonra başqa bir lövhənin qarşısında dayandı və ən mahir bir rəssamın fırçasından çıxan şəhanə mənzərəli bir tabloya tamaşa edirmişcəsinə gözlərini lövhədəki yazıların üstündə gəzdirməyə başladı:

"Ey zövq və ləzzətə mübtəla olan insan! Həqiqi zövq, ələmsiz ləzzət, kədərsiz sevinc və həyatdakı səadət təkcə

imandadır. Və iman həqiqətləri dairəsi içində mövcuddur.

Dünyəvi bir ləzzətdə isə xeyli qüssə-kədər var. Bir üzüm dənəsini yedirib, on dəfə sillə vurar və beləliklə həyatın mənası qalmaz"…

13

Bir rəsm sərgisini gəzirdi elə bil. Yavaş–yavaş növbə ilə

şəkillərə baxmağa davam etdi. Hazırda qarşısında dayandığı lövhə onun ən çox sevdiyi lövhə idi. Yüksək səslə, ağır mənası olan sözləri hecalaya–hecalaya oxudu:

"Ey nəfs! Bil ki, dünya sənin əlindən çıxıb. Sabah üçün isə ona malik olmağa əlində bir sənədin belə yoxdur. Elə isə

həqiqi ömrünü – əlində olan bu gününü dəyərləndir və onun qədrini bil. Yaşadığın günün hər bir saatını dəyərləndir, onu xırda pul kimi gələcək üçün yaradılan axirət sandıqçasına –

bir məscidə ya da bir səcdəyə at. Bir şeyi heç vaxt unutma: hər yeni bir gün sənə və hamıya yeni bir aləmin qapısıdır.

Əgər namaz qılmasan, sənin o günki aləmin zülmətə qərq olar. Əgər namazını qılsan, o namazın ilə o aləmin nur-lanar”.

Ruhunda yeni-yeni bahar iqlimləri açılırdı sanki Bilalın… Bülbül gülü gördüyü zaman necə ən gözəl nəğmələrini oxumağa başlayırsa, o da hər dəfə lövhələrin qarşısına keçəndə bu cür coşar, bu lövhələri ahənglə oxuyaraq sanki onlara qarşı olan sevgi və məhəbbətini izhar etməyə çalışardı.

Budur, ona həyat yolunu göstərən başqa bir lövhə:

"Əldə Quran kimi bir əbədi möcüzə var ikən, başqa bir yol axtarmaq ağlıma zail görünür.

Əldə Quran kimi bir həqiqət yolu var ikən,

Münkirləri ilzam üçün könlümə siqlət mi gələr?"

Və nəhayət, gəlib incə və balaca bir çərçivədə yazılı olan bu tək cümləlik lövhənin qarşısında dayandı. Lövhədə "Ey özünü insan bilən insan! Özünü oxu!" – yazılmışdı. Niyəsə

Bilal, ən çox bu tək cümləlik balaca lövhənin qabağında dayandı. Sanki üstündə səhifələr dolusu yazı var imiş kimi gözlərini lövhənin üzərindən uzun müddət ayıra bilmədi.

14

Yavaş-yavaş zehninin uyuşduğunu hiss edirdi. Geri dönüb taxta divana tərəf addımlayanda, özündən asılı olmayaraq ağ-zından yenə eyni sözlər çıxdı:

"Ey özünü insan bilən insan! Özünü oxu"…

Anasının cehizindən qalma, yuyulmaqdan rəngi solan, naxışlı yastıqları üst-üstə qoyaraq, taxta divanın üstünə

arxası üstə uzandı. İki əlini başının altında daraqladı, gözlərini taxta xonçalı tavana dikdi, düşünməyə başladı.

"Özünü oxu! …" xitabındakı incə mənanı uzun-uzadı düşünməyə başladı. İnsan özünü oxuya bilmək üçün mütləq şəkildə iman nuruna ehtiyac duymalı idi. Çünki bütün sirlər o nur ilə həll oluna bilərdi ancaq. "Ohh! …" deyə dərin bir nəfəs aldı. Dodaqlarında məsud bir təbəssüm gözlərini yumub Allaha xeyli şükür etdi. Onu iman nurundan məhrum etmədiyinə görə Rəbbinə qarşı ürəyi bir dəfə daha minnət və

şükranla dol-du…

Ürəyindəki imanın nuru ilə çox vaxt etdiyi kimi bir dəfə

daha özünə baxdı. Bədənini düşündü. Səhərin ruha sərinlik verici şirin səssizliyi içində ürəyinin döyüntüsünə qulaq asdı uzun müddət. Sonra da damarlarında mütəmadi olaraq dövran edən qan. Sonra mədə, bağırsaq, ağciyər, qaraciyər, böyrək, öd, və s. kimi daxili bədən orqanlarındakı milyard-larla al və ağ yuvarlardakı həyat funksiyası verən fəaliyyət.

Sonra bütün orqanların idarə mərkəzi olan beyin … Sonra ağıl, ruh, hiss və düşüncə kimi əllə tutulub gözlə görülə bilməyən gözəlliklər. Sonra dünya gözəlliklərinin tamaşası üçün dünyaya açılan iki kiçik pəncərə… Qulaqlar, burun, ağız, əllər və ayaqlar. Hər birinin ayrı-ayrı vəzifəsi! …

Bədən… İnsan bədəni. Necə də böyük, necə də həssas bir maşın … Bəs bu maşının mühəndisi, ustası? …

15

Bədən … İnsan bədəni. Hər səhifəsi minlərlə hikmətlə

dolu, ən bənzərsiz bir kitab. Bəs o kitabın yazarı? …

Bədən … İnsan bədəni … Hər zərrəsi ayrı bir motivlə iş-lənmiş, nə incə bir naxışlar mənzuməsi … Bəs o baqi nəqqaş?

Bədən, insan bədəni. Heç bir memarın, heç bir mü-həndisin, heç bir ustanın, heç bir sənətkar və dünyadakı heç bir qüdrətin meydana gətirməyə müqtədir olmadığı, nə böyük, nə incə və nə şahanə bir sənət əsəri.Yaxşı, bəs onun sə-nətkarı?…

Bəli, bəli… Demək insan, öz bədəninə iman nuru ilə baxsa, özünü oxuyur, öz mahiyyətini keşf edə bilirdi. Həm tək özünü yox, o nurun həqiqi sahibini – yəni Rəbbini, yəni Xaliqini, yəni özünə vücud libasını geydirən və ağıl, qəlb, ruh, iradə və düşüncə kimi yüksək lətifliklə məxluqatın ən şə-rəflisi, ən ucası olan Yaradanını da tapırdı.

Kainat kitabının səhifələri, həmişə o nurla, iman nuru ilə tək-tək açılıb insan övladının qarşısında oxunurdu.

Bitkilər, heyvanlar və nəhayət insanlar, gözlərinin qarşısında bir-bir rəsmi keçib getməyə başladı. Ürəyi şirin bir həzz, ülvi bir ürpərti ilə çırpınırdı. Təbəssümlü dodaqlarının arasından qeyri-ixtiyari Yunisin: "Yaradılmışı xoş görürük, yaradandan ötrü" misraları töküldü… Məna iqlimlərindəki bu fikir səyahəti ruhuna İlahi nəşələr qatmış, bədəni ilıq bir rahatlıqla bir tük yüngüllüyünə bü-rünmüşdü. Özünü bu şirin əhval-ruhiyyədən, otaq qapısının o xoş cırıltısı oyandırdı. Gözlərini açdı, baxdı. Açılan qapının ağzında, əlində

içi səhər yeməyi dolu yer sinisi olan anası dayanırdı. Uğruna bütün həyatını verə biləcəyi sevimli, fədakar, vəfalı, sevgi və

şəfqət abidəsi yeganə anası… Bilal həmişəki tərbiyəli halı ilə

16

ayaqlarını dərhal yığdı, yerindən durdu. Bir anda, dalmış

olduğu məna aləminin dadlı sərxoş-luğundan böyük bir məharətlə sıyrılaraq qaçdı və sevincli bir səslə:

– Bu boyda övladın burda dura-dura o sinini daşımaq sənə düşüb, anacan? – deyərək anasının əlindən sinini aldı, yerə qoydu. Sininin kənarındakı köhnə süfrə örtüyünü pala-zın üstünə yayaraq sinini ortasına qoydu.

Qalxıb başını qaldıranda, otağın ortasında anası ilə üz-üzə gəldilər. Anasının gözləri yaşarmışdı. Ana-oğul biranlıq baxışdılar. Sonra Bilal, bütün sevgi və məhəbbətindən anasının boynuna sarıldı:

– Ah, mənim sulu gözlü, mələk üzlü anam! Səni, gözündə yaş olmadığını nə vaxt görəcəyəm? Əlimi oynatsam gözündə yaş, başımı çevirsəm yenə yaş, yenə yaş …

Ağ örtüklü, nur üzlü qadın, oğlunun üzünü iki əlinin arasına aldı. Gözündə titrəşən tərtəmiz yaşlarla ona uzun-uzadı tamaşa etdi və nəhayət səmimi, ağlamsınan bir səslə:

– Balam. Bilalım… Allahıma hər əl açanda dua edirəm.

Gözümdəki bu yaşları heç, amma heç azaltma deyə…

Yanaqlarından axan damlalar süzüləndə dodaqlarında məsud bir təbəssüm gəzirdi. Sözlərinə davam etdi:

– Bu göz yaşları səadət göz yaşlarıdır, mənim balam …

Cənab Haqqın mənə sənin kimi imanlı və xeyirli bir övlad bəxş etməsindən daha böyük səadət ola bilərmi? Allah səni hər cür fənalıqdan qorusun, canım, ruhum övladım mənim.

Bilal anasının yaşla dolu yanağına kiçik bir öpüş qon-durub:

– Məni özümdən çıxardırsan amma. Qorxuram ki, bu gedişlə özümü həqiqətən nəsə hesab edəcəyəm.– dedi.

17

Nur üzlü qadın, oğlunun üzündən əllərini çəkib yerdəki süfrənin başına diz çökdü. Dərin bir səmimi iç keçirib namaz örtüsü ilə göz yaşlarını quruladı. Başını, ayaqda bir fəzilət abidəsi kimi dayanan Bilala doğru qaldırdı:

– Sənin özündən çıxmağın da ölçülü biçili olar -dedi.

Qaldı ki, bu günə kimi bir dəfə olsun özündən çıxdığını görmədim sənin. Haydı, gəl mənim balam. Məktəbə get-məmişdən əvvəl qarınını gözəl doyur. Bizim Xəlil ustagilə

məmləkətdən bir qab yağ gəlib. Sağ olsun, bütün qonşulara paylamaqdan özünə heç nə qalmadı biçarələrin. Amma yağ

deyil ey, qaymaqdı elə bil. Axşam qaynatdığım ərik mürəb-bəsi də ağzına layiq olub…

Bilal, sakitcə yerdə, anasının qarşısına diz çökdü və

anasının incə kəsilmiş dilimlərinə böyük bir etina ilə yağ və

mürəbbə çəkməyinə tamaşa etdi. Gənc yaşında dul qalan bu əziyyətli, bu fədakar qadın, bütün çəkdiyi əziyyət və iztirablarına baxmayaraq hələ də əvvəlki gözəlliyini itirməmişdi.

Hələ başından heç çıxartmadığı ağ baş örtüyü, ona elə

nurani, elə cazibədar bir hal verirdi ki ən yaxşı və ən bahalı makiyaj vasitələri, onun parlaq dərisində sönük qalırdı…

Əsərlərini böyük bir şövqlə oxuduğu bir böyük şəxsin bir əsərindəki bu sözləri qulaqlarında cingildədi:

"İnsanın ən birinci ustadı və təsirli müəllimi onun ana-sıdır. Mən bu səksən illik ömrümdə, ən böyük şəxslərdən dərs aldığım halda, and içirəm ki, ən əsaslı və sarsılmaz mənəvi dərsləri anamdan almışam. Həmin dərslər mənim fit-rətimdə, bədənimdə nüvələr halında özünə yer edib. Digər dərslər həmin o nüvələr üzərində özünə yer tapıb"…

Anasına daha dərin bir şəfqət və sevgi ilə baxdı. Onu kiçik yaşlarınndan etibarən ləzzətli, gözəl yeməklər və mü-18

rəbbələrlə yanaşı mənəvi qidalarla da bəsləyən bu böyük qadına qarşı, ürəyi bir daha minnət duyğuları ilə dolub daşdı. Üzərinə yağ və mürəbbə yaxdığı çörəyi anasından alanda o ağappaq, yupyumşaq əli özünə tərəf çəkdi və ilahi bir hərəkətlə, minnətdarlıqla, o kiçik əli öpdü. Oğlunun bu hərəkəti qadının gözlərini bir daha yaşartmışdı… Anaya kainatı bağışlasaydılar, bu qədər xoşbəxt ola bilməzdi əsla…

İstanbul Universiteti, pedoqogika fakültəsinin ka-fesindəyik. Lakin insanın buranın fakültəyə aid bir yer olduğuna inanmağı gəlmir qətiyyən. Elə bil ki, Hollivuddur bura. İçəri tələbə qızlarla və oğlanlarla doludur. Gənc və gözəl bir qız, masanın üstündə oturub. Masanın ətrafında onu əhatə edən on beş–iyirmi tələbəyə nəsə danışır və işvə ilə

qəhqəhə çəkir. Onsuz da mini olan yubkası o qədər yuxarı qalxıb ki, gənclər qızın danışdıqlarına qətiyyən fikir vermirlər. Onlar hal–hazırda qızın çılpaq ayaqlarını iştahla sü-zürlər. Gənc qızın dodaqlarında şeytani bir təbəssüm var.

Çünki gənclər üzərində oyandırdığı təsirdən tam əmindir …

Gənclər isə qıza kompliment yağdırmaq yarışına giriblər elə

bil. Əslində hamısı da bilir ki, gec-tez növbə onlara da çatacaq. Elə dünən yoldaşlarının arasında Don Xuan adı ilə tanınan Necdətin klub X-ə getmək üçün dəvətinə razılıq verməmişdi? Bu gün də hamının gözü qarşısında Tanerin kinoya getmək təklifinə "Bəli" -deyir. O halda sabah Erol, o biri gün Sami və ondan sonrakı günlərdə Cəmil, Mete, Kaya, Sel-çuk və digərlərinə də sıra gələcək əlbəttə. Digər masalar da əl-ələ, göz-gözə, diz-dizə oturan cütlüklərlə doludur. Qızların əksər hissəsi, Hollivud filmlərindəki akrisalardan fərq-lənmirlər qətiyyən. Bəzisinin saçları şənliyə gedəcəklərmiş

kimi xüsusi olaraq düzəldilmiş, bəzilərinki isə süpürgə kimi 19

çiyinlərindən aşağıya doğru sallanmışdı. Aralarında biri də

saçını elə bir formaya salmışdı ki, sol gözü tamamilə saçlarla örtülmüşdü. Ətrafa təkcə bir gözü ilə baxırdı… Bəs, mak-yajları?… Aman, Allahım!… Bu nə biabırçılıqdı belə? Bir kar-navalda belə bu qədər biabırçı və rəzil sifətlərə rast gəlmək mümkün deyildi. Bəzisi, Allahın verdiyini bəyənməyərək qaşlarını tamamı ilə yolmuş, çılpaq bədəninin üstünə qara boya ilə daha dəyişik, lakin gülünc bir qaş şəkli çəkmişdi.

Bəzisi də kirpiklərini xoşagəlməz rimellərlə rəngləyib tel-tel ayıraraq qıvırma maşınıyla yuxarıya doğru qıvırmağı kifayət etmirmiş kimi yenə qara rənglərlə göz qapaqlarının üstündən əzələlərinə kimi uzanan alt hissəsində yanaqlarına tərəf uzanan uzun oxlar formasında kirpik şəkilləri çəkmişdi. Bəzisinin dodaqları zərli çəhrayı, bəzisininki isə qan-qırmızı dodaq boyaları ilə boyanmışdı. Mənəvi nəciblikdən fəzilət duyğularından, əxlaq qaydalarından məhrum yetişdirilmiş, yazıq varlıqlar idi bunların çoxu.

Tələbə oğlanlar isə ümumiyyətlə ayrı bir aləm idi. Bəzilərinin bığları incə bir lent kimi çənəsinə doğru uzanmışdı.

Bəzilərinin saçları isə bitli turistlərdən fərqsiz, qarmaqarışıq bir halda qadınlar kimi, çiyinlərinə tökülürdü. Bəziləri ba-kenbordlarını çənəsinə kimi uzatmışdı. Bəziləri allı-güllü köynək geyinib qadınlara oxşamağa çalışır, bəzisi dar şalvarını lap aşağı çəkərək göbəyindən aşağı kəmər taxırdı.

Bəzisinin köynəyinin bütün üst düymələri açıq idi. Görünən tüklü sinələrindən isə qalın boyunbağı sallanırdı.

Yəni, qısacası, bura elm və mədəniyyət yuvasından da-ha çox biabırçılıqlar meydanı, karnaval şənliyi idi elə bil.

Qızlı-oğlanlı bir neçə adamlıq qrupun oturduğu masadan qəfil bir qızın qışqırtısı yüksəldi:

20

– Ay Kamal! … Sən neynirsən? Niyə saçımı dartırsan?

Kamal deyilən gənc özünə haqq qazandırmağa çalışırdı:

– Canım elə istədi nəsə. Ona görə. Balaca olanda balaca bacımın da saçını çəkirdim beləcə.

Gənc qız tündxasiyyət və ərköyün bir səslə:

– Axı, mən sənin balaca bacın deyiləm.

– Yaxşı nəyimsən?

Kamal adlı gəncin bu sualından sonra hər iki gənc mənalı-mənalı bir-birinin üzünə baxdı. Sonra bir-birinə sığınıb masadakı yoldaşlarıyla birlikdə qəhqəhə çəkərək gülməyə

başladılar.

Bilal, bu dəli yığıncağı içində tək başına bir masada oturmuşdu. Ətrafındakı kişiləşmiş qızların, nəzakətli görünmək üçün qadın kimi hərəkətlər edən oğlanların ona utanc və iztirab verən çirkin hal və davranışlarını görməmək üçün gözlərini qarşısına qoyduğu dərs kitablarından ayır-mamağa çalışırdı. Bir tərəfdən əlindəki pendirli buterbrodu yeyir, arada bayaq buterbrodla birgə sifariş verdiyi ay-randan da içirdi.

Qarşı masada oturanlar, insafsızcasına hacılardan və

mollalardan danışırdılar. Danışmırdılar əslində, onları qara-lamaqla məşğul idilər. Onlardan biri:

– Hamısının Allah bəlasını versin. – dedi.

Digəri isə:

– Ay, namussuzların o qara saqqallarını görəndə elə

əsəbiləşirəm ki… – deyə yoldaşının fikrinə qahmar çıxdı.

Başqa birisi ümumiyyətlə baltanı lap kökündən vurdu:

–İnanın, dostlar, bunları əsgər kimi cərgəyə düzüb saqqallarını qırxdırmaqdan başqa çarə yoxdur. İyirminci əsrdə

21

belə geridəqalmışlıq olmaz ey, dostlar! Ah, bu ölkədə mən baş nazir olardım. Gör onda bir dənə saqqallı qalardı?

Qızlar qəhqəhə çəkərək gülürdülər. Hamısı bir yerdə:

– Gələcəyin baş nazirinə, alqışlar!.. On il sonra saqqallılara ölüm! – deyə gülərək qışqırışmağa başladılar.

Bilal yerindən dik atılıb bu soysuz, bu imansızlara hədlərini bildirmək arzusu ilə yanıb alışırdı. Amma bu cür özündənrazı gənclərin nə cür çirkab içində olduqlarını bildiyinə görə sadəcə gücü yumruqlarını və dişini bərk–bərk sıxmağa çatdı. Elə yenidən başını kitabın səhifələrinə əymək üzrə idi ki, qarşıdakı masadan, yenidən bir sevincli qışqırıq səsləri yüksəldi. Bir az bundan əvvəl hacının, mollanın saq-qalına söyən qızlar və oğlanlar bufetin qapısından girib onlara tərəf gələn bir nəfəri dəli kimi alqışlayırdılar. Hamı sevinclə qışqırışırdı:

– Əşşi, Tanju, haralardasan?..

– Artıq dərslərə gəlmirsən haaa!…

– Bəs o, sarışın balaca bala hanı?…

– Yoxsa, onu da yola vermisən?

– Tanju, fikir vermə. Olmasın sarışın, olsun qaraşın…

Bilal, bu artıq səs-küyə səbəb olan gəncə baxmaq üçün başını qaldıranda heyrətdən çaşıb qaldı. Gənclərin səs –

küylə qarşıladığı cavan oğlan əsmər, uzun boylu, çəlimsiz və

325,46 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
720 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают