Читать книгу: «Cümhuriyyət dövrü Gürcü qaynaqlarında», страница 3
Söhbət zamanı Svimon Mdivani belə bir fikir söylədi: “Gürcüstanda nə burjuaziya, nə də proletariat var. Orada, sadəcə olaraq demokratiya var”.
Tez yatdıq. Səhər saat 5 radələrində oyanmalıyıq.
9 yanvar 1921-ci il.
9-un yarısında çıxdıq. 120 kilometr yol qət edərək, şər qarışana kimi Amasyaya çatmaq istəyrdik. Şosse pisdir, çala-çuxurlu, palçıqlıdır. Hərdən bir avtomobildən düşür və onu arxadan itələyirik. Üç bilimiz var. Emuxvari yüklənmiş avtomobil ilə bir saat əvvəl yola düşmüşdü. Lakin biz Samsundan bir az aralı ona çatdıq. Bu tərəflər dağlı, təpəli, lakin çılpaq yerdir. Meşədən əsər-əlamət belə yoxdur. Yollarda addabudda məntəqələr var. Quldur dəstələri veyillənirlər. Bundan öncə dörd nəfərlik dəstə göründü və ona qarşı qoşun göndərdilər. Deyirlər ki, bu dəstələr, əsasən yunanlardan təşkil olunub və onlara ingilislər himayədarlıq edirlər. Günorta balaca bir kənd olan Şekala çatdıq. Burada başçısı kobuletili İmnadze olan talyon durur. Onunla tanış olduq. O, balaca olanda valideynləri Türkiyəyə köçüblər. Gürcü dilində güclə danışır və Gürcüstanı çox sevir. O dedi: “İndi müsəlmanlar arasında, gürcü müsəlmanları arasında milli ideyadindən üstündür və əgər ciddi tədbirlər görülməzsə, hər şey tədricən olacaq. Müsəlman hissəni çox asanlıqa Gürcüstana birləşdirmək mümkündür”. İmnadze çox mədəni bir insandır. 3 il Almaniyada yaşayıb. Güman ki, orada hərbi məktəbdə oxuyub. Yarım saat istirahət etdik və yolumuza davam etdik. Hərdən bir sərt külək əsir. Soyuqdur. Yolda böyük hərəkət var– dəvə, at, qatır karvanı, arabalar. Atlar, qatırlar yaxşı görünürlər. Yolda nadir hallarda rastımıza kənd çıxır. Bu tərəflərdə əhali məskunlaşmayıb. Gündüz Amasyaya çata bilməyəcəyimizdən, Xavza kəndində gecələməyi qərara aldıq. Komendantla qəhvəxanada qəlyanaltı etdik. Saat 4-də balaca kənd olan Dibxana kəndinə getdik və artilleriyaçıların yanında gecələdik. Burada batareya var. Hamımız bir otaqda, döşəmədə yatdıq. Yüklü avtomobil Şekal yaxınlığında yoxlanıldığından, hələ gəlməyib. Emuxvariyə öz əşyalarının bir hissəsini arabalarla göndərməsi üçün teleqram göndərdik. Bizim avtomobilin sürücüsü keçmiş ağ qvardiyanın zabiti Borodindir. Bolşeviklərin missiyası Samsundan keçəndə, o bizə dedi ki, məndən və mənim yoldaşlarımdan, eləcə də amerikanlar ilə sürücü işləyən keçmiş zabitlərdən, guya amerikanların Samsun yolu ilə müxtəlif şey-şüy göndərmələri, ağ qvardiyaçıların ordusuna və Rusiya dövlətinin ərazisində əmələ gələn yeni dövlətlərə yardım etmələri haqqında məlumat yazılmış kağızı tələb ediblər və onlara qarşı səbəb axtarıblar. Onun sözlərinə görə, bolşevik missiyasının tərkibində keçmiş ağ qvardiyaçı zabitlər vardır. Burada bizim keçdiyimiz kəndlər arasında fonla əlaqə yaradılıb. Əsgərlər çoxdur, ancaq yaxşı geyinməyiblər. Hamısının şineli və çarığı cırıqdır.
10 yanvar 1921-ci il.
Çox dəhşətli yoldur. Xazvaya 4 kilometr qalmış jandarma zabiti qulluqçuları ilə birlikdə Bəkir bəyi və bizim missiyanı qarşılayır. Şəhərin mouravı ilə qəlyanaltıdan sonra yolumuza davam etdik. Burada hərəkət nisbətən azdır və şosse yaxşıdır. Gün batanadək Amasyaya çatdıq. Bizi birbaş şəhərin özünüidarəetməsinə apardılar. Burada bizi gözəl təşkil edilmiş süfrə gözləyirdi. Nahardan sonra run yanına getdik. Burada ordu komandiri Nurəddin paşa və marşal Mahmud paşanın oğlu ilə görüşdük.
Mənzilə bənzəyən mehmanxanada gecələdik. Yeganə zövq – şəhər mouravının yorğanıdır.
11 yanvar 1921-ci il.
Bir gün Amasyada qaldıq. Səhər tezdən Emuxvari arabalarla gəldi. Avtomobil saat 12-də özünü çatdırdı.
Şəhəri gəzirik. Bir çox şey maraqlıdır. Şəhərin özünüidarəetməsində qəlyanaltı və narahar etdik. Qubernator Osman bəyin (milliyyətcə çərkəzdir) və Nurəddin paşanın qərargahında görüşdə olduq. Qərargah şəhərin ən yaxşı binasında yerləşib. Diyar təhsil təminatçısı, fransız dilində dəhşətli dərəcədə pis danışan, uzun saçlı şair-filosof daim bizimlə birlikdə gəzir. Axşam Nurəddin paşa bizim olduğumuz idarəyə gəlir. Şəhərin mouravı Bakir bəy özününkülərin yanında yaşayır. Tanışlar arasında o, mənə daha çox “Arşın mal alan” operettasındakı nökəri xatırladır.
12 yanvar 1921-ci il.
Bütün böyük yükləri arabalarla kəsə yolla raya göndərdik. Arabaların sahibi qabardin imiş. Ümumiyyətlə, ruslar dağı işğal edəndə, çoxlu qafqazlı dağlılar buraya köç ediblər. Biz benzinimizi Nurəddin paşaya verdik. Çünki onun Sivasda ehtiyatı var idi və əvəzində orada bizə verəcəkdilər. Bununla biz avtomobilləri yüngülləşdirmiş oluruq. Bizə yük avtomobilini Amasyaya qədər verdilər. radan Samsuna qaytarmalı idik. Qonşu Merzifon şəhərində amerikan avtomobili var idi. Onu özümüzə yazdırdıq. Samsundakı amerikanlar buna icazə verdilər.
9-un yarısında hamı yola düşdü. Yalnız badze, Temir Bulat, mən və əsgərlər qaldıq. Saat 2də Merzifondan bizim yanımıza avtomobil gəldi və biz də yola çıxdıq. Getməmişdən öncə mehmanxanada haqq-hesabı tələb etdik. Lakin məlum oldu ki, hər şey ödənilib.
Yol yaxşıdır, sürətlə gedirik. Ətraf dağlıq, təpəlikdir, adda-budda iynəyarpaqlı ağaclar vardır. Qar yağır, soyuqdur. Kəndlər demək olar ki, görünmür. Saat 8-də Tokata çatdıq. Bir gündə 120 metr yol qət etmişdik. Şəhərə gecə daxil olmaq gözəldi. Tikmə daşlı bağlar boyunca, kiçik binalar yanından ilk dəfə idi keçirdik. Sonra hündür evlərin düzüldüyü, asiyasayağı küçələrə daxil olduq. İşıq yoxdur, yalnız bizim avtomobil işıq verir. Sərnişinlər yoxdur, arabir bizi fitlə yola salan polislə rastlaşırıq. Sanki nağılvari yuxu səltənətinə düşmüşük. Bu nağıl – yuxulu, daha doğrusu, ölü çarlıqdan başqa bir şey olmayan Türkiyə üçün xarakterikdir.
Gördüyümüz ən yaxşı kəndlər türklərin yox, yunanların idi. Türklərin hər cür üstünlüyünə baxmayaq, mədəni və savadlı əhalinin böyük hissəsini türklər deyil, qafqazlı dağlılar, albanlar, ermənilər, yunanlar təşkil edirdilər. Türkiyə bizim gördüyümüz belə bir mənzərəni gerbə də çevirə bilərdi- balaca uzunqulağın üstündə oturaraq, yalın ayaqları ilə onu döyəcləyən türk. Qəribə vəziyyətdir. Türklər sanki, başqasının qan qarışığı ilə gənc qalan, qədim, yüksək mədəniyyət guşəsinə düşmüş millət idi. Onların bu mədəniyyəti daha da yüksək şəkildə inkişaf etdirmək üçün gücü və qabiliyyəti olmalı idi. Həqiqətdə isə, əksinə idi. O, bunu qəbul etməklə kifayətlənməyib. Hətta hər cür vəchlə son günlərədəkhəm şüurlu,həm də şüursuz şəkildə onu silməyə, bu mədəniyyəti məhv etməyə cəhd göstərirdi…
13 yanvar 1921-ci il.
Bir günlüyə Tokata daxil olduq. Bura Bəkir bəyin vətənidir. Şəhərdə maraqlı heç nəyə rast gələ bilmədik. Milliyyətcə çərkəz olan və rus dilində danışan(vaxtilə əsirlikdə olduğundan) şəhər komendantının yanına getdik.
Günorta bizim yanımıza müharibədə həlak ların uşaqlarının və yetimlər məktəbinin şagirdlərini gətirdilər. Bu məktəbin hərbi orkestri vardı. Direktoru zabitdir, hamısı hərbi forma geyiniblər və yaxşı görünürlər. Onlara yüz lari ianə verdik. Bəkir bəyə və ümumiyyətlə, bizə çox hörmət etdilər.
Günorta şəhərin özünüidarəetməsinin önündə çoxlu sayda orduya çağırışçılar toplaşdı. Zahirən böyük camaatdır. Şəhər böyükdür. Şam yeməyi zamanı pəncərə yaxınlığında orkestr çalırdı. Burada qüvvədə olan sərəncama görə, Ankaranın icazəsi olmadan, heç kim Samsundan iç diyara gedə bilməz. Belə bir hal da olub ki, Tokatda diş həkimi bir xəstənin dişini çıxararaq, onudiş ilə əvəz etməli imiş. Damağı qurtaranadək həkim hansısa bir işə görə Samsuna getməli olub. Və onu oradan buraxmayıblar. Yazıq adam burada dişsiz qalıb. Bunun doğru və ya yalan olduğunu deyə bilmərəm. Lakin bunu bizə qubernator danışdı. Bəkir bəyin Tokat yaxınlığında yurdu vardı. Beş il bundan əvvəl onun evinə soxularaq, onu talan edib və dağıdıblar. Bəkir bəy sutlanın əleyhdarıolduğuna və Kamal paşaya meyl etdiyinə görə, onun üstünə düşmüşdülər. Bu, burada Konstantinopol hökumətinin tərəfdarlarının olduğunu göstərən yeganə haldır. Əvvəlcə bəzi kəndlər kamalçılara əsgər vermirdi. Onlar bunu artıq müharibədən cana doymaları ilə izah edirdilər. Lakin onlar hər halda bolşeviklər ilə əlaqə olacağına, hər şeyin tezliklə sona yetəcəyinə inanırdılar. Son hadisəni sürücü Borodin bizə nəql etdi.
Hər yerə səda yayıldı ki, Bəkir Sami bəy Ankara hökuməti adından bolşeviklərlə müqavilə bağlayıb. İndi hamı təəccüblənib: həm müqavilə bağladığını, həm də bolşeviklərin düşməni olduğunu eşitdilər. Hər tərəfdə Rusiyanın necə dəhşətli bir vəziyyətdə olduğundan danışırlar və bolşevizmi söyürlər. Sən demə, Borodin Amasyada Nurəddin paşaya və qubernatora deyibmiş ki, Rusiya Türkiyəninsayıq düşmənidir. Tanrı müsəlmanlara “Rusiyanı əlinizə veririk, onu cəzalandırın”, –deyibmiş. Türkiyənin danəndələri – sərdarlar, diplomatlar, qubernatorlar və başqaları toplaşaraq, bütün əsr boyu cəza axtarıblar. Lakin cəza üçün bolşeviklərin törətdiklərinin heç yarısını da uydura bilməyiblər. Bolşevizm Tanrı cəzasıdır, lakin Tanrı şeytanın məsləhəti ilə hərəkət edir. Bəkir Sami bəy şəxsən Qafqaz xalqları konfederasiyasının tərəfdarıdır. Rusiyaya qarşı damba yaradılmasının tərəfdarıdır. Gürcüstan üçün bunun nə qədər sərfəli olduğunu, bilmirəm. Güman ki, 1918-ci ilin tarixi təkrar olunacaq. Qu quşu, xərçəng və balıqda olduğu kimi….
Ermənistan Rusiyaya doğru, Azərbaycan Türkiyəyə doğru çəkiləcək. Tərəddüd edən məxluq (federasiya) pozulana qədər Gürcüstan öz gücünü və enerjisini bu müxtəlif ünsürlərin birləşdirilməsinə sərf etməlidir. Fikrimcə, Qafqaz yalnız kənar qüvvənin təsiri altında sıx ola bilər. Tanrı bunu Gurcüstandan uzaq eləsin.
14 yanvar 1921-ci il.
İki avtomobil ilə saat10-un yarısında Tokatdan çıxdıq. Maşın yaxşı gedir, yol əladır. Şamlıbel aşırımına (5000 fut) (ingilis uzunluq ölçüsü vahidi, 30,5 sm-ə bərabərdir. Metr sisteminin tədbiqindən sonra Rusiyada da istifadə olunurdu– M.M.) çatmamış çox soyuq düşdü. Qardır. Avtomobildən düşürük və onu itələyirik. Orduya indi çağırılanlar da bizə qoşuldular və kömək etdilər. Kargin kəndində qəlyanaltı etdik. Saat 20-də Sivasa daxil olduq. Şəhərin mouravlıq idarəsində dayandıq. Bina Tokotdakı ilə müqayisədə, çox bərbad haldadır. Şövkət bəy axşam deyirdi ki, Kiçik Asiyaya heç cür diqqət yetirilmədiyinə və bütün məsrəflər Avropa Türkiyəsinə getdiyindən, Anadolunun şəhərləri geridə qalıb və bərbaddırlar.
15 yanvar 1921-ci il.
Sivasda qaldıq. Çünki avtomobillərə nə isə olmuşdu, onları sahmana salırdılar. Şövkət və mən şəhərə çıxdıq. Heç nə maraqlı deyildi…
Soyuqdur, çoxlu qar yağır. Yaxın Şərqə yardım edən amerikan komitəsinin şöbəsi Sivasdadır. Səhər şöbənin qadın rəisi xanım Qrefit bizə qonaq gəldi. O, artıq 20 ildir ki, burada yaşayır. Və bu müddət ərzində yalnız iki dəfə şəhərdən çıxıb. O axşam bizi çaya dəvət etdi. Şəhərin özünüidarəetməsində yeməyimiz vardı və yedirdirdilər, hər yerdə olduğu kimi, pulsuz.
Daha iş yoxdur, çünki biz otaqlarda yaşayırıq. rada biz yerli iki nəfər müsəlman gürcü gördük. Onlar gürcü dilində pis danışırlar. Lakin onları Gürcüstanda baş verən hər şey maraqlandırır. Onlardan biri qazidir, o birisi isə hardasa kaymakamdır (rayon valisi– M.M.).
Svimon Mdivani, general Eristavi və mən linin və diviziya başçısının görüşünə getdik. Həmin iki nəfər gürcü bizim tərcüməçimiz idilər. Burada gürcülərlə tez-tez rastlaşırıq. Tokat və Amasya arasında bir quldur dəstəsi fəaliyyət göstərir və onun rəhbəri komissarı öldürərək, Türkiyəyə qaçan gürcüdür (meqrelidir). Saat 17 radələrində amerikanların yanına getdik. Mədəni guşədə olmaq ürəkaçandır. Dörd nəfər amerikan qadın və bir neçə kişi. Yaxşıca səliqə-sahmana salınmış otaqlar. Sendviçlərlə, qənnadı məmulatları ilə yaxşı çay. ektron işıqlandırma. Bütün ölkədən tam təcrid olunmuş halda yaşayırlar. Qəzet və jurnalları ala bilmirlər. Çünki Türkiyə hökuməti onlara əcnəbilərlə əlaqələri qadağan edib. Ölkədə nəyin baş verdiyindən xəbərsizyaşayırlar. Sanki, səhrada, oazisdə(yunan dilindən tərcümədə səhrada suyun tapıldığı və bitkilərin bitdiyi yer-M.M.) yaşayan amerikanların evindən bizi şam yeməyinə dəvət edən milliyyətcə abxaz olan Marşaniyanın yanına getdik. Yenə də mədəniyyətsiz və anlaşılmaz mərasimlər.
Teleqramlardan məlumat aldıq ki, Bolu da Türkiyə qoşunları yunanları məğlubiyyətə uğradıb. Məlumat verirdilər ki, Gürcüstanda kommunistləri həbs ediblər və səfərbərlik elan olunub. Bəkir Sami bəy Svimon Mdivani ilə söhbətində dedi ki, məğlub olan ölkələrdə hər şey köhnə qaydada qalıb. Bu yazda və yaxud yayda müharibə başlayacaq…
Бесплатный фрагмент закончился.